|
Mühazirə Fənn: Politalogiya Müəllim Sərvərov Bəxtiyar
|
bet | 39/39 | Sana | 09.03.2021 | Hajmi | 164,33 Kb. | | #13199 |
Milli mənafe nəzəriyyəsi beynəlxalq münasibətləri tarixi, hüquqi, əxlaqi və digər normativ kateqoriyalar kontekstində nəzərdən keçirməyə üstünlük verir. Bu konsepsiyanın başlıca ideya istiqamətini milli mənafelərin beynəlxalq mənafelərdən üstünlüyü tezisinin əsaslandırılması təşkil edir. Milli mənafe həm dövlətin, millətin mövcudluğu ünsürü kimi obyektiv, həm də dövlətin xarici siyasətinin məqsəd və vəzifələrini nəzərə alan subyektiv amil kimi dəyərləndirilir. Beynəlxalq aləmdə dövlətin bütün fəaliyyətinin qəti şəkildə milli mənafe vəzifələrinə tabe edildiyini iddia edən bu təlim ümumbəşəri dəyərləri, xüsusilə də beynəlxalq hüquq normalarını lazımınca qiymətləndirmir.
Münaqişə nəzəriyyəsi beynəlxalq münasibətləri dövlətlər və dövlətlər sistemləri arasında münaqişələr, gərginlik kimi kateqoriyalara müncər edir. Bu konsepsiyanın yayılmasına 1960-cı illə rin "soyuq müharibəsi" müsbət təsir göstərmişdir. "Soyuq mühari - bə" ehtiraslarının soyuması ilə münaqişə nəzəriyyəsi də əvvəlki möv - qe lə rini əldən verməli oldu.
Beynəlxalq münasibətlər sahəsində ayrı-ayrı dövrlərdə az- çox əhəmiyyətli rol oynamış və siyasi praktikaya müəyyən təsir göstərmiş beynəlxalq sistemlər nəzəriyyəsi, qərarlar qəbul edilməsi nəzəriy yəsi, bloklara qoşulmamaq nəzəriyyəsi, beynəlxalq təşkilatlar nəzəriyyəsi, beynəlxalq rollar nəzəriyyəsi və digər təlimlər mövcuddur.
|
| |