BEYNƏLXALQ MÜNASİBƏTLƏR SİSTEMİ
Bəşər tarixinin dərin qatlarında ayrı-ayrı tayfaların, qəbilələrin, xalqların həyatı bir-birindən təcrid olunmuş şəkildə təşkil edilmişdi. Onlar arasında əlaqələr nəinki zəif idi, hətta bəzən biri digərinin mövcudluğundan xəbərsiz idi. Maddi və mənəvi həyatın inkişafı tələbləri xalqların həyatının coğrafi və milli məhdudluğunu tədricən aradan qaldırmağa başladı. Dövlətlər və xalqlar arasında müxtəlif sahələrdə və müxtəlif formalarda meydana gələn əlaqələr bəşə riy yətin birliyinə və vəhdətinə aparan yolun əsasını qoydu. Lakin sosial hadisə kimi beynəlxalq münasibətlər çox-çox sonralar reallığa çevrilə bildi.
Beynəlxalq münasibətlərin meydana gəlməsi dövlətlər arasında dərəbəyliyin, fasiləsiz müharibələrin və bu cür halı adiləşdirən, ona haqq qazandıran əxlaq normalarının intibah dövrünün humanizm, insanpərvərlik, ədalət prinsipləri tərəfindən sıxışdırılması ilə əlaqədar olmuşdur. T. Hobbsun dövlətlər və xalqlar arasında müharibəni onların təbii halı kimi qiymətləndirən konsepsiyasına qarşı çıxan 16- 17-ci əsrlərin Vitoriya, Suares, Qrosi və Tufendorf kimi mütəfək kirlə ri nin irəli sürdüyü müstəqil dövlətlərin əməkdaşlığı nəzəriyyəsi bey nəlxalq münasibətlərin meydana gəlməsinin ideya əsası rolunu oyna mışdır. Bunun sayəsində elə bu dövrdən etibarən dövlətlər arasında əməkdaşlığın az-çox sabit siyasi və əxlaq təməlinə əsas lan - ması mərhələsi başlayır. Müasir dövrdə beynəlxalq münasibətlərdə baş qa millətlərin mənafelərini nəzərə almadan hər hansı millətin mənafelərinin həyata keçirilməsinin qeyri-mümkünlüyü ideyası üstün ümumbəşəri dəyər kimi qavranılır. Bəşəriyyətin sosial inkişafının aparıcı qanunauyğunluqlarından biri dövlətlər və millətlər arasında həyatın bütün sahələrində münasibətlərin beynəlmiləlləşməsidir. Beynəlxalq münasibətlərin məzmunu haqqında ədəbiyyatda müxtəlif nöqteyi-nəzərlər qərarlaşıb. Bu sahəyə aid ilkin nəzəri təsəvvürlər klassik beynəlxalq hüquq məktəbi tərəfdarlarına məxsusdur (Oppenqeymer və başqaları). Beynəlxalq münasibətlər anlayışını onlar beynəlxalq cəmiyyət nəzəriyyəsi kontektsində şərh etməyə üstünlük verirdilər. Onların fikrincə, dövlətlərin ictimai həyatında hüquq və əxlaq prinsiplərinin üstünlük qazanması bəşəriyyətin tədricən dünya cəmiyyəti kimi yeni keyfiyyət halına keçməsinə zəmin hazırlayır. Dünya cəmiyyətində sülh və əminamanlığın bərqərar olması burada sərəncamverən mərkəz rolunu oynayan ümumdünya hökumətinin yaradılması ilə təmin edilir. Beynəlxalq münasibətlər dedikdə, bu nəzəriyyədə, beynəlxalq cəmiyyətdə qanun-qayda yaratmaq istiqamətində müxtəlif səviyyələrdə fəallıq göstərən dövlətlərin fəaliyyətinin mexaniki məcmusu başa düşülür. Beynəlxalq münasibətlər anlayışının məzmunu barədə "beynəlxalq münasibətlər sahəsi" nəzəriyyəsi tərəfdarlarının (K.Rayt, R.Snayder, S.Xoffman) baxışları da diqqətəlayiqdir. Onların fikrincə, beynəlxalq münasibətlər müəyyən məkan və zaman çərçivəsində yerləşən dövlətlər, onların fəaliyyəti kimi başa düşülməlidir. Beynəlxalq münasibətlərin vəziyyəti bu münasibətlər sahəsini səciyyələndirən koordinatlarla təyin edilir. Bunlar aşağıdakılardır: güc - gücsüzlük və təcridolunma - əməkdaşlıq. Haqqında söhbət gedən məktəbin fəal nümayəndələrindən olan R.Snayder beynəlxalq münasibətlər sahəsinin dörd fəaliyyət komponentini fərqləndirir: resurslar, aktorlar, vəzifələr, şərtlər. Həmin komponentlərə uyğun olaraq beynəlxalq münasibətlərdə dörd fəaliyyət forması özünü göstərir: rəqabət, münaqişə, əməkdaşlıq, uyğunlaşma. R.Aron, H.Morgentau və bəzi digər tədqiqatçılar isə beynəlxalq münasibətlər anlayışını dövlətlərin xarici siyasəti anlayışı ilə eyniləşdirmək cəhdi göstərirlər. R.Aron qeyd edir ki, beynəlxalq münasibətlər siyasi vahidlər arasında münasibətlərdir. Onun məz - mununu əsas etibarilə dövlətlər arasında münasibətlər təşkil edir. Onun fikrincə, beynəlxalq münasibətlərdə konsensus ola bilməz, çün - ki ona elə bir təbii hal xasdır ki, bu zaman "suverenlik plü ra lizmi", "bey nəlxalq münasibətlərin subyektlərinin hər birinin dav ra nı şı nın di gər subyektlərin davranışının gözlənilməzliyi eh timalına əsas lan - ma sı" kimi cəhətlər həlledici rol oynayır. Marksizm təliminə görə, beynəlxalq münasibətlər mahiyyət etibarilə ictimai münasibətlərin bir forması kimi çıxış edir. Həmin münasibətlər millətlər, dövlətlər və ya dövlətlər sistemi, ayrı-ayrı dövlətlərin sosial sistemləri, beynəlxalq sahədə fəaliyyət göstərən başlıca qüvvələr, ictimai, siyasi və iqtisadi təşkilatlar arasında iqtisadi, siyasi, mədəni, ideoloji, hərbi və s. əlaqə və münasibətlər formasında reallaşır. Beynəlxalq münasibətlər haqqında müxtəlif nəzəriyyələrin mövcudluğu bu anlayışın real məzmundan məhrum edilməsi əlaməti kimi qəbul edilə bilməz. O, spesifik cəhətlərə malik sosial hadisədir. Yuxarıda göstərilən konsepsiyaların hər birində onun bu və ya digər xüsusiyyətləri və əlaməti öz əksini tapmışdır. Konkret məntiqi təhlil nəticəsində beynəlxalq münasibətləri səciyyələndirən və onun məzmununu dərk etməyə xidmət edən bəzi cəhətləri açıb göstərmək mümkündür. Əvvəla, beynəlxalq münasibətlər müxtəlif qüvvələrin - ictimai, dövlət, hərbi, iqtisadi, maliyyə, intellektual və s. qüvvələrin qlobal, regional, çoxtərəfli və ya ikitərəfli səviyyələrdə qarşılaşdığı və qarşılıqlı fəaliyyət göstərdiyi bir sahədir. İkincisi, beynəlxalq münasibətlər mütləq şəkildə dövlət halında təşkil olunmuş bir cəmiyyət miqyaslarından kənara çıxır və beynəlxalq birliyin müxtəlif ünsürləri arasında meydana gəlir. Buradan daha iki nəticə çıxarmaq olar: a) beynəlxalq münasibətlərin ən azı iki tərəfi olmalıdır; b) tərəflərin hər ikisi eyni cəmiyyətin siyasi, iqtisadi, mənəvi və s. qurumlarını təmsil edə bilməz. Üçüncüsü, beynəlxalq münasibətlər sahəsində dövlət hakimiyyətinə ekvivalent olan vahid mərkəzi hakimiyyət qurumu, sərəncam verən struktur mövcud deyil.
Beynəlxalq münasibətlərdə siyasi qüvvələrin ən təsisatlanmış mənbəyi də, sərəncam vermək səlahiyyətlərinə malik olan subyekt də dövlət hesab olunur. Dördüncüsü, eyni qəbildən olan ictimai həyat hadisələrindən, o cümlədən məzmun etibarilə ona çox yaxın olan dövlətin xarici siyasətindən beynəlxalq münasibətləri belə bir cəhət fərqləndirir ki, birincilər fəaliyyət kimi, ikincilər isə qarşılıqlı fəaliyyət kimi özünü təsdiqləyir. Dövlətin daxili həyatının təşkilində mühüm rol oynayan iyerarxiya prinsipindən şaquli əlaqələrdən fərqli olaraq, beynəlxalq münasibətlərdə üfüqi əlaqələr, bərabər partnyorluq prinsipi (real həyatda həlledici rol oynaya bilməsə də) təsbit olunmuşdur.
Beynəlxalq münasibətlərin məzmununun bu və ya digər tərəfini əks etdirən sadalanan əlamətlərdən çıxış edərək ona belə tərif vermək müm kündür. Beynəlxalq münasibətlər dedikdə dövlətlər, beynəl - xalq təşkilatlar, cəmiyyətlər, transmilli korporasiyalar arasında müx təlif səviyyələrdə və formalarda həyata keçirilən ikitərəfli və çox tərəfli əlaqə və münasibətlər sistemi başa düşülür.
Beynəlxalq münasibətlər anlayışının məzmununu təşkil edən iki başlıca tərkib ünsürləri qrupu mövcuddur. Birincisi, beynəlxalq münasibətlərin sahələri, ikincisi isə, bu münasibətlərin reallaşması prose sində iştirak edən tərəflər. Həmin ünsürlərin kəmiyyət və keyfiyyət müəyyənliyi bütünlükdə beynəlxalq münasibətlərin təbiətinin müəyyənləşdirilməsində həlledici rol oynayır. Beynəlxalq münasibətlərin əhatə dairəsi, intensivliyi və pozitiv inkişafı kimi para metrləri yuxarıda göstərilən amillərlə əlaqədardır.
Beynəlxalq münasibətlərin inkişafı ilk növbədə onun iştirakçıları arasında qarşılıqlı əlaqə və münasibətlər sahəsinin genişlənməsində özünün ifadəsini tapır. Sosial- iqtisadi və mənəvi tərəq qinin maddi-texniki əsasının getdikcə artan beynəlmiləlləşməsi onun la nəticələnmişdir ki, hazırda beynəlxalq münasibətlərin iştirak - çıları arasında qarşılıqlı əlaqə və təsirdən kənar sahə, demək olar, qalmayıb. Beynəlxalq münasibətlərin inkişafının digər göstə ricisi onun iştirakçıları dairəsinin genişlənməsi hesab olunur. Bu pro se sin iki istiqaməti diqqəti cəlb edir. Əvvəla, beynəlxalq münasibətlər sferasına getdikcə daha çox dövlət çəlb olunur. Hazırkı şəraitdə dünya birliyindən təcrid olunmuş, digər dövlətlərlə əlaqələrə girməyən dövlət təsəvvür etmək qeyri-mümkündür. İkincisi, vaxtilə beynəlxalq münasibətlərin subyekti kimi yalnız dövlətlər çıxış edirdi, lakin hazırda onun həyata keçirilməsində dövlətlərlə yanaşı milli və beynəlmiləl təşkilatlar, siyasi, iqtisadi, hərbi və maliyyə qurumları fəal iştirak edir (Beynəlxalq münasibətlərin iştirakçıları müxtəlif ədəbiyyatlarda aktorlar, tərəflər, subyektlər və sadəcə olaraq iştirakçılar kimi adlandırılır).
Müasir dünyada beynəlxalq münasibətlərin iştirakçılarının sırası artmaqla yanaşı, onların rollarında da əhəmiyyətli dəyişiklik baş verir. Beynəlxalq münasibətlərin əsas subyekti rolunda hamılıqla dövlət qəbul edilmişdir, çünki məhz o və onu təmsil edən vəzifəli şəxslər dövlətlərarası münasibətlərdə bütün millətin adından çıxış etmək səlahiyyətinə malikdir. Dövlətin millətin suveren hüquqlarının mütləq ifadəçisi keyfiyyətində çıxış etməsi onun bütün dövlətlərarası münasibətlərdə tamhüquqlu subyekt rolunu yerinə yetirməsinin, beynəlxalq müqavilə və sazişləri imzalamasının hüquqi əsasını təşkil edir. Bununla belə, dövlətlər arasında əlaqələrin genişlənməsi, bu əlaqələrin getdikcə daha intensiv şəkildə qeyri-siyasi əlaqələr müstəvisinə keçməsi beynəlxalq münasibətlər sahəsində qeyri- dövlət təsisatları və qurumlarının rolunu əhəmiyyətli dərəcədə artırır. Beynəlxalq münasibətlər sahəsində tanınmış amerikan tədqiqatçısı C.Rozenau belə bir mübahisəli fikir irəli sürmüşdür ki, xalqların və cəmiyyətlərin qarşılıqlı asılılığının güclənməsi sayəsində beynəlxalq münasibətlərin başlıca subyekti funksiyasını dövlət deyil, getdikcə daha artıq dərəcədə konkret şəxsiyyətlər, fərdlər yerinə yetirirlər. Beynəlxalq münasibətlərdə müxtəlif qeyri-dövlət qurumlarının əhəmiyyətinin artdığını qeyd etməklə yanaşı unudulmamalıdır ki, dövlətlərarası münasibətlər qeyri-dövlət qurumları arasında təzahür edən beynəlxalq əlaqələr üçün zəruri hüquqi baza, habelə maddi şərait yaradaraq ilkin və həlledici rol oynayır. Dövlətlərarası və qeyri-dövlət qurumları arasında beynəlxalq əla qə lərin geniş lənməsi və mürəkkəbləşməsi beynəlxalq münasi bətlə rin tənzimlənməsini, müəyyən dəyərlər, norma və prinsiplər əsa - sında nizama salınmasını obyektiv tələbata çevirmişdir. Beynəlxalq mü nasibətlər beynəlxalq hüquqla tənzim olunur. Onun başlıca nor - maları müxtəlif beynəlxalq aktlarda təsbit olunub. Dövlətlərarası münasibətlərin çoxillik tarixi onun başlıca dəyərlərini ortaya gətirib. Müasir beynəlxalq münasibətlər dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün tanınması, onların daxili işlərinə müdaxilə edilməməsi, dövlətlərarası əlaqə və münasibətlərdə bərabərhüquqlu partnyorluq prinsipinə əməl edilməsi, insan hüquqlarının aliliyinin qəbul edilməsi, beynəlxalq təhlükə sizliyin hamılıqla təmin edilməsi, dövlətlərarası münasibətlərdə gücə əsaslanan siyasətə yol veril - məməsi, bəşəriyyətin möv cudluğuna real təhlükə olan qlobal prob - lem lərin - beynəlxalq terro rizmin, ekstremizmin, silahlı seperatizmin, ekoloji böhranın və s. aradan qaldırılmasında səylərin birləşdirilməsi kimi prinsip və tələb lərə əsaslanır. Beynəlxalq münasibətlərin intensiv dəyişən xarakteri onu tənzimləyən hüquqi nomaların, əxlaqi dəyərlərin və tələblərin müva fiq şəkildə təkmilləşməsini şərtləndirir. Dövlətlər arasında münasibətlərin gündən-günə humanistləşməsi, daha ədalətli hüquqi normalara əsaslanması beynəlxalq həyatın obyektiv inkişafının qanunauyğunluğuna çevrilmişdir.
|