Beynəlxalq tarazlıq (ekvilibrium)




Download 164,33 Kb.
bet38/39
Sana09.03.2021
Hajmi164,33 Kb.
#13199
1   ...   31   32   33   34   35   36   37   38   39
Beynəlxalq tarazlıq (ekvilibrium) nəzəriyyəsi beynəlxalq münasibətlərin sabitləşməsi və dəyişkənliyi şərtlərinin öyrənilməsi məqsədilə yaradılıb. Onun müəllifi Corc Liski hesab olunur. O, beynəlxalq tarazlığın başlıca amillərini və modelini belə təsəvvür edir:

1) Hər bir cəmiyyət özünün sabitliyini təmin etmək qayğısına qalır və müvafiq mexanizm hazırlayır. Lakin cəmiyyətin inkişafı tələbləri sabitliyi daimiləşdirməyə imkan vermir. Cəmiyyətin inkişafı qərarlaşmış sabitliyin pozulması yolu ilə baş verir. Maddi istehsal sahəsində, mənəvi dəyərlərin yeniləşməsi ilə nəticələnən hər bir irəliləyiş sabitliyi pozan amil rolunu oynayır;

2) Sabitləşmə cəmiyyətin yeni vəziyyətə keçməsinə hazırlıq mərhələsi kimi mütərəqqi rol oynayır. Sabitliyi təmin edən başlıca alət təsisatlanmış tarazlıqdır (ekvilibriumdur);

3) Beynəlxalq aləmdə mövcud olan beynəlxalq təşkilatlar sabitləşdirici tarazlıq imkanlarına malikdir. Bu imkanların gerçək - lənməsi üçün tələb olunan şərtlər aşağıdakılardır: a) həmin təşkilatın üzv lə rinin onların üzərinə qoyulan vəzifələr və bundan irəli gələn məh dudiyyətlərlə razı olmaları; b) təşkilatın üzvlərinin nüfuzu ilə real qüd rəti arasında əhəmiyyətli fərqin olmaması; c) ayrı-ayrı orqanlarda təm sil olunan gücün təşkilatın üzvlərinin tərkibinə uyğunluğu; d) təşkila tın funksional miqyas və imkanlarının qarşıya qoyulan məq səd - lərə cavab verməsi;

4) Beynəlxalq təşkilatlar təhlükəsizliyin bərabər surətdə təmin olunmasında, ümumi rifahın yüksəldilməsində dövlətlərdən daha səmərəli və təsirli rol oynayır. Beynəlxalq təşkilatların bu fəaliyyəti tarazlığın yaradılmasının ağırlıq mərkəzinin onların üzərinə keçməsinə dəlalət edir. Bununla yanaşı, dövlətlərin tarazlıq sistemi beynəlxalq birliyin yüksək formasının yaradılması vasitəsilə də təmin edilir.

Y.Haltunqun əlaqələr nəzəriyyəsi beynəlxalq münasibətləri sistem şəklində çıxış edən kollektivləri tədqiq etməklə öyrənməyə üstünlük verir. Beynəlxalq kollektivləri dövlətlər, regionlar və bütünlükdə dünya təşkil edir.



Əlaqələr nəzəriyyəsində əsas problem kollektivlər arasında və kollektivdaxili əlaqələrin strukturunu, onların rəhbərlərinin şəx - siyyətini, habelə onlara beynəlxalq sistemin təsir dərəcəsini aydın - laşdırmaqdır. Şəxsiyyətlər sistemi həm şəxsiyyəti müəyyən etdiyi, həm də şəxsiyyətlər tərəfindən müəyyən edildiyi kimi, millətlər (dövlətlər) sistemi də həm ayrıca milləti şərtləndirir, həm də millət tərəfindən şərtlənmiş olur. Əlaqələr nəzəriyyəsi bu nəzəri postulat əsasında beynəlxalq münasibətləri təcridolunma, yaxınlaşma və inteqrasiya kateqoriyaları kontekstində nəzərdən keçirir.


Download 164,33 Kb.
1   ...   31   32   33   34   35   36   37   38   39




Download 164,33 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Beynəlxalq tarazlıq (ekvilibrium)

Download 164,33 Kb.