Beynəlxalq münasibətlərin formaları




Download 164,33 Kb.
bet35/39
Sana09.03.2021
Hajmi164,33 Kb.
#13199
1   ...   31   32   33   34   35   36   37   38   39
Beynəlxalq münasibətlərin formaları Beynəlxalq münasibətlər çox rəngarəng formada təzahür edən sosial proses kimi çıxış edir. Onun təzahür müxtəlifliyinin öyrənilməsi bütünlükdə beynəlxalq münasibətlərin məzmununu, təbiətini, inkişaf meyllərini dərk etmək baxımından əhəmiyyətlidir. Siyasi elmdə beynəlxalq münasibətlərin formalarını araşdırmağın bir sıra metodlarından istifadə olunur. Bu sahədə mövcud olan ciddi fikir ayrılığı fonunda bəzi ümumiləşmələr aparılması imkanı da görünməkdədir. Çox müxtəlif meyarlar, metodlar və yanaşmalar içərisində beynəlxalq münasibətlərin formalarını: a) xronoloji ardıcıllıq silsiləsi təşkil edən, b) müasir beynəlxalq həyat reallığının rəngarəngliyini ifadə edən təzahürlər kimi iki başlıca qrupa ayırmaq meyli aydın seçilir.

İctimai həyatın tərəqqisi, bütün dünyada beynəlmiləlləşmə prosesinin güclənməsi, digər amillər beynəlxalq münasibətlərin xarakterinə və intensivliyinə güclü təsir göstərərək, onun tarixin ayrıayrı mərhələsində konkret təzahürlər kəsb etməsini şərtləndirir. Beynəlxalq münasibətlərin tarixi təkamülü onun konkret tarixi formalarının meydana çıxmasında öz ifadəsini tapır. Beynəlxalq münasibətlərin onun təkamülünün nəticəsi kimi ortaya çıxan tarixi formalarının təhlili bir sıra çətinliklərlə əlaqədardır. Beynəlxalq münasibətlər bütün sosial hadisələr kimi proses olub, daim inkişaf və təkmilləşməkdədir. Həmin inkişaf prosesində onun məzmununda tədrici dəyişikliklərin baş verməsi təbiidir. Beynəlxalq münasibətlərin daimi inkişafı prosesində onda baş verən kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə keçməsini görmək, xüsusilə də bu keçidi əsaslandırmaq üçün qəti meyar seçmək çətindir. Bəzi müəlliflər bu çətinliyi aradan qaldırmaq üçün marksizm ictimaiiqtisadi formasiyalar təliminə istinad edir. Məsələn, Y.Kukulka beynəlxalq münasibətlərin tarixi formalarından söhbət açarkən onun feodal, kapitalist və sosialist tiplərini fərqləndirir. Bu cür təsnifatın elmiliyi özünü doğrulda bilməz. Çünki bu zaman sosial inkişafın tarixi təkamülünün mütləq prinsipi - xronoloji ardıçıllıq prinsipi pozulur. Məsələn, beynəlxalq münasibətlərin kapitalist və sosialist tipləri kimi iki müxtəlif formasının eyni tarixi zamana - 20-ci əsrin ortalarına aid edilməsi bir yandan tarixilik prinsipinə ziddir, digər tərəfdən isə sözün geniş mənasında, dünya birliyinə, beynəlxalq həyata xas olan və bütün rəngarəngliyinə, ziddiyyətlərinə bax - mayaraq, vahid proses kimi çıxış edən beynəlxalq münasibətlərin daxili vəhdətini süni şəkildə pozmağı nəzərdə tutur.

Beynəlxalq münasibətlərin inkişafının təkamül xarakteri onun tarixi formalarını fərqləndirməyin şərti mahiyyət daşıdığını vurğulayır. Bu formalar arasında kəskin keçidi tapmaq qeyrimümkündür: onlar çoxlu məqamlarla bir-birinə bağlıdır, yeni forma köhnənin davamı, onun təkmilləşmiş təzahürüdür. Başlanğıcda

dövlətlər arasında siyasi və hərbi-siyasi əlaqə və münasibətlər tədricən genişlənərək ictimai həyatın bütün sahələrini əhatə edən əlaqələr şəklində təzahür edən müasir beynəlxalq münasibətlərə çevrilmişdir. Buna görə də tarixi baxımdan beynəlxalq münasibətlərin formalarından söhbət getdikdə ilk növbədə onun inkişaf mərhələlərində öz ifadəsini tapan formalardan bəhs oluna bilər. Həmin məntiqə uyğun olaraq beynəlxalq münasibətlərin aşağıdakı tarixi formalarını (mərhələlərini) göstərmək mümkündür: 1.Beynəlxalq münasibətlərin ilkin forması (16-18-ci əsrlər); 2. Sənaye dövrünün beynəlxalq münasibətləri (19-20-ci əsrin 1-ci yarısı); 3. Müasir beynəlxalq münasibətlər. Beynəlxalq münasibətlərin ilkin formasını səciyyələndirən başlıca əlamətlər aşağıdakılar hesab edilir:

1) Dünyanın siyasi coğrafiyasının qeyri-sabit xarakteri ilə əlaqədar olaraq beynəlxalq münasibətlərin məzmununda böyük tezlikli dəyişmələr. Siyasi ağalıq məqsədi daşıyan fasiləsiz müharibələr nəticəsində tez-tez siyasi rejimlər süqut edir, yeni dövlətlər meydana gəlirdi və bu, beynəlxalq münasibətlərin qeyrisabit təbiətini şərtləndirirdi;

2) Beynəlxalq münasibətlərin hüquqi əsaslarının olmaması. Dövlətlər arasında münasibətlər, qarşılıqlı əlaqələr əsas etibarilə hakimiyyət sülalələrinin şəxsi münasibətlərinə, hər hansı hüquqi tənzimləmədən kənar amillərə (ideoloji, dini və s.) arxalanırdı;

3) Beynəlxalq münasibətlərin iştirakçıları kəmiyyət etibarilə məhdud xarakter daşıyırdı. Beynəlxalq münasibətlərin aparıcı fiqurları Bizans, Roma imperiyası, Osmanlı imperiyası, Rusiya imperiyası, Fransa, İngiltərə və digər bir neçə böyük dövlətlər idi.

4) Beynəlxalq münasibətlər dövlətlərin ictimai həyatının yalnız bəzi sahələrini əhatə edirdi. Əsasən əlaqələr hərbi- siyasi xarakter daşıyırdı. İqtisadi, mədəni, sosial həyatın digər sahələrini əhatə edən dövlətlərarası əlaqələr inkişaf etməmişdi.

Sənaye dövrünün beynəlxalq münasibətlərini müəyyənləşdirən mühüm cəhətlər bunlardır:

1) Milli dövlətlərin meydana gəlməsi və suverenlik ideyalarının geniş intişar tapması sayəsində beynəlxalq münasibətlərin iştirakçılarının (aktorlarının) sayının artması. Praktik olaraq hər bir dövlət, dövlət şəklində təşəkkül tapmış millət beynəlxalq müna sibət - lərin subyekti kimi qəbul edilirdi.

2) Beynəlxalq münasibətlərin rolunun artması, miqyaslarının genişlənməsi, mürəkkəb məzmun kəsb etməsi bu münasibətləri tənzimləyən dəyərlərin, hüquq normalarının meydana çıxması ilə müşayiət edilirdi. Dövlətlərarası münasibətlər nizamsız, sistemsiz əlaqələrdən tədricən şüurlu surətdə idarə olunan və beynəlxalq hüquq normalarına əsaslanan sistemli və qanunauyğun əlaqələr parametrləri qəbul edirdi.

3) Dövlətlərin milli mənafeləri ilə beynəlxalq həyatın elan olunmuş norma və prinsipləri arasında ziddiyyətlərin meydana çıxması. Müstəmləkəçilik müharibələri milli suverenlik, dövlətlərin müstəqilliyi və daxili işlərinə qarışmamaq kimi formal surətdə elan edilmiş prinsipləri pozaraq, beynəlxalq münasibətlərin mənəvi dəyərləri ilə real gerçəkliyi arasında böyük ziddiyyət yaradırdı.

4) Beynəlxalq münasibətlərin subyektləri keyfiyyətində dövlətlərlə yanaşı, beynəlxalq təşkilatlar və cəmiyyətlər də çıxış etməyə başlayır. Məsələn, Millətlər Liqası, Qırmızı Xaç Cəmiyyəti kimi cəmiyyət və təşkilatlar yaradılır və dünyanın siyasi həyatında nəzərə çarpan rol oynayır.

5) Dövlətlər arasında əlaqə və münasibətlərin sahəsi genişlənir. Beynəlxalq münasibətlər onun subyektləri arasında ictimai həyatın bütün sahələrini əhatə edən əlaqələrlə səciyyələnir.

Müasir beynəlxalq münasibətlər bir sıra yeni keyfiyyət cəhətlərini özündə birləşdirir:
1) Beynəlxalq münasibətlərdə iştirakçıların bərabər partnyorluq ideyası ön plana keçir, bunun sayəsində beynəlxalq hüquq normaları milli hüquqi-siyasi normalara münasibətdə üstün mövqe qazanır;

2) Beynəlxalq həyat hadisələrini idarə edən ümumdünya və regional mərkəzlərin yaradılması cəhdləri getdikcə daha aydın konturlar kəsb etməyə başlayır. İraq və Liviya böhranlarının koalisiya tərəfindən nizama salınması (hadisələrin sonrakı inkişafı nəzərə alınmasa), serb-xorvat münaqişəsini nizama salmaq cəhdləri və digər misallar BMT-nin, Avropada Sülh və Əməkdaşlıq Təşkilatının (ATƏT) beynəlxalq və regional tənzimləmə mərkəzi rolunu oynamaq iddiasında olduğunu sübuta yetirir;

3) Müasir beynəlxalq münasibətlər habelə əlaqələrin xarak - terinin sabitlik dərəcəsinin yüksəlməsi, miqyasları və intensivlik səviy yəsinin sürətli artımı ilə səciyyələnir. 1900-cü ildə 42 dövlət ara - sında 861 ikitərəfli müqavilə mövcud olduğu halda, indi 200-ə yaxın dövlət arasında ikitərəfli müqavilələrin sayı on minlərlədir.

Beynəlxalq münasibətlərin formalarından bəhs edərkən dövlətlərarası əlaqələrin rəngarəngliyi diqqətdən kənarda qala bilməz. Bu baxımdan beynəlxalq münasibətlərin formalarını müəy - yənləşdirmək məqsədilə müxtəlif meyarlar tətbiq olunur. Ən çox yayılmış üsul beynəlxalq münasibətləri dövlətlər arasında əlaqələrin sferasına və xarakterinə görə təsnif etməkdir. Bu üsul əsasən keçmiş sovet ədəbiyyatı üçün səciyyəvidir. Həmin metodologiya tətbiq edildikdə beynəlxalq münasibətlərin formaları kimi iqtisadi, siyasi, mədəni, ideoloji, hərbi, hüquqi və sair əlaqə formaları nəzərə alınır.

Dövlətlərarası münasibətlərin formalarını müəyənləş dir - məyin ikinci geniş yayılmış metodu politoloji metod hesab edilir. Bu metod əlaqələrin və münasibətlərin təbiətini, xarakterini, meyllərini nəzərə alan meyar tətbiq olunmasını nəzərdə tutur. Beynəlxalq münasibətlərin politoloji təsnifatı tərəfdarları dövlətlərarası münasibətlərin rəqabət münasibətləri (ağalıq münasibətləri) və əməkdaşlıq münasibətləri (əməkdaşlıq və qarşılıqlı yardım münasibətləri) kimi formalarını fərqləndirirlər.


Download 164,33 Kb.
1   ...   31   32   33   34   35   36   37   38   39




Download 164,33 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Beynəlxalq münasibətlərin formaları

Download 164,33 Kb.