Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ SƏRBƏst iŞ




Download 110,94 Kb.
Sana15.11.2023
Hajmi110,94 Kb.
#99057
Bog'liq
Dövlət institutları və onun tipi


AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ



SƏRBƏST İŞ

İxtisas: Davamlı inkişafın idarəolunması


Qrup: 231
Kurs: 1
Fənn: Politologiya
Müəllimin adı və soyadı: Əlirzayeva Fəridə
Tələbə: Günay Abıyeva
Mövzu: Dövlət institutları və onun tipi
Bakı-2023
Siyasi sosiologiya sosiologiyanın çox mühüm sahələrindən biri olub, siyasəti və siyasi münasibətləri öyrənir. Onun əsas predmeti siyasi hakimiyyətdir, onun cəmiyyətdə fəaliyyətinin və bölgüsünün forma və metodlarıdır. Bu predmet çərçivəsində fərdlərin, sosial qrupların, etnik birliklərin və onların təşkilatlarının real siyasi şüuru, maraqları və davranışına xüsusi diqqət yetirilir.
Siyasətin sosiologiyası xüsusi sosioloji bilik sahəsi kimi Qərbdə XX əsrin 30-50-ci illərində qərarlaşmışdır. Lakin onun predmet sahəsini, yəni siyasətə sosioloji yanaşmanı həmin dövrlə məhdudlaşdırmaq doğru olmazdı. Qədim yunan mütəfəkkirlərini, ilk növbədə Platonu və Aristoteli, Yeni dövr nəzəriyyəçilərini (Makiavelli, Boden, Hobbs, Monteskye, Tokvil və başqaları), fransız ensiklopedistlərini (Didro, Dalamber, Russo, Volter, Helvetsi, Holbax və s.), Sen-Simonu, Lokku, Ferqyussonu və Hegeli xatırlamaq kifayətdir. Onların ideyaları siyasəti və onun nəzəri-metodoloji mənalandırılmasını nisbi muxtar həyat və elm sahəsi kimi ayırd etməkdə, eyni zamanda siyasəti sosial sfera ilə qarşılıqlı təsirdə öyrənməkdə mühüm rol oynamışdır. Bu ilkin şərtlər sosiologiyada M. Veber, V. Pareto, Q. Moska, R. Mixels, A. Bentli, D. Trumen, Q. Lassuel kimi ğörkəmli mütəfəkkirlər, habelə digər məktəb və cərəyanların nümayəndələri tərəfindən reallaşdırıldı. Bir cəhətə də xüsüsi diqqət yetirilməlidir:
Qərbdə siyasi sosiologiyanın təşəkkülü ümumi sosiologiyanın inkişafı ilə sıx əlaqədə, siyasi elmlə (politologiya ilə) qarşılıqlı təsirdə və rəqabətdə baş vermişdir. Məsələn, ümümi sosiologiyada siyasi sosiologiyanın siyasi sistem nəzəriyyəsinə adaptasiya olunması (T. Parsons və onun ardıcılları), sosiologiyanın bir çox mərkəzi konsepsiya və anlayışlarının (məsələn, təsisatlaşma, sosiallaşma, sosial diferensiasiya və inkişaf) siyasiləşməsi və siyasətin təhlil instrumentinə çevrilməsi özünü göstərir.
Siyasi sosiologiyanın digər sələfi olan siyasi elm müstəqil akademik fənn kimi xeyli əvvəl təşəkkül tapmışdır. Belə ki, həmin elmin ilk kafedraları Qərbi Avropada və Amerikada XIX əsrin sonu - XX əsrin əvvəlində meydana gəlmiş, tezliklə milli assosiasiyalara çevrilmişdir. Artıq 1949-cu ildə YUNESKO-nun nəzdində Beynəlxalq Siyasi Elm Assosiasiyası (BSEA) yaranmışdır.

Siyasi sosiologiya nümayəndələri, habelə sosioloji yönümlü politoloqlar təklif edirdilər ki, siyasət perspektivdə sosial struktur və qeyri-formal sosial institutlar, ictimai rəy və davranış baxımından, bir sözlə, sosial-siyasi proseslərin, norma və münasibətlərin bütün kompleksi kimi, şəxsiyyətin və kiçik qrupların sosial-mədəni və psixoloji xarakteristikalarının bütün rəngarəngliyini tədqiq etməklə təhlil olunsun. Bu halqa diqqət yetiriləsi məqamlar xeyli artır. Məsələn, təkcə razılıq və sabitlik məsələlərini yox, həm də münaqişə və dəyişikliləri araşdırmaq lazım gəlir. Təkcə siyasi partiyaları və həmkarlar təşkilatlarını yox, bütün ictimai təşkilatları və hərəkatları, qeyri-formal birlikləri öyrənməyə ehtiyac yaranır və s. Siyasi sosiologiya nümayəndələrinin, sosioloji yönümlü politoloqların mühüm xidmətlərindən biri də onların sosiologiyada geniş istifadə olunan bir sıra anlayışları (məsələn, aktyor, rol, status, mövqe, dəyər, gözləmə, yönüm və s.) siyasətin tədqiqinə daxil etmələridir. Nəzərə almaq lazımdır ki, artıq XX əsrin 50-60-cı illərində Qərbdə, ən əvvəl ABŞ-da siyasi elmin özündə sosiologiyalaşma meyli güclənir. Mütəxəssislər bunu iki mühüm amillə izah edirlər:


1) pozitivist-biheviorist dünyagörüşü və metodologiyasının üstün nüfuza malik olması ;
2) empirik təhlil metodlarının geniş tətbiq edilməsi.
Öz növbəsində siyasi sosiologiya sahəsində çalışanlar rəsmi siyasi təsisatları və normaları (əlbəttə, bu sahə üçün xarakterik olan metodlarla) öyrənməyin zəruriliyini etiraf etdilər. Təsadüfi deyildir ki, hazırda siyasi sosiologiya və siyasi elm nəzəri-metodoloji və kateqoriya-anlayış baxımından o qədər də fərqlənmir. Təsisatlaşma aspektində siyasi elmin imkanları daha genişdir: inkişaf etmiş ölkələrdə siyasi elmə dair çoxsaylı fakültələr və kafedralar mövcuddur, halbuki siyasi sosiologiya, demək olar ki, ancaq ümumi sosiologiya çərçivəsində öyrənilir və tədris olunur.
Hazırda siyasi sosiologiyanın predmet sahəsi qeyri-yekdil mövqeləri əks etdirir. Bunun səbəbləri müxtəlifdir :
- siyasi sosiologiyaya dair nəzəriyyələr, anlayış aparatı, tədqiqat metodları və empirik şərtlər kifayət qədər rəngarəngdir;
- onun meydana gəlməsi mənbələri, həm də inkişaf qolları müxtəlif və ziddiyyətlidir;
- siyasətin müxtəlif cür başa düşülməsi, XX əsrdə siyasət sahəsinin özünün genişlənməsi və dəyişilməsidir;
- alimlərin nəzəri - dünyagörüşü mövqelərinin fərqli xüsu-siyyətlərə malik olmasıdır;
- cəmiyyətşünaslıq elmlərinin ümumən etiraf olunan nəzəri-metodoloji əsaslarının olmamasıdır;
- həmin elmlərin inkişafına milli xüsusiyyətlərin müəyyən təsir göstərməsidir;
- həmin elmlərin qarşılıqlı nisbətindəki fərqlilikdir (xüsusən siyasi sosiologiyanın və siyasi elmin dövlətşünaslıqla, siyasi fəlsəfə, siyasi tarix və siyasi iqtisadla qarşılıqlı münasibəti və qarşılıqlı təsiridir);
- ayrı-ayrı ölkələrin sosial elmlərində üstün paradiqmaların bir-birini əvəz etməsi, nəticədə bu fərqliliyin özünəməxsus iz buraxmasıdır.
Məsələn, ABŞ-ın siyası sosiologiyası üçün xalis empirik yönüm, konflikt və siyasi hakimiyyət strukturu problemlərinə üstün diqqətin formalaşması xarakterikdir. Almaniyada siyasi sosiologiyaya dövlətşünaslığın və siyası fəlsəfənin, Böyük Britaniyada isə siyasi tarixin və siyasi iqtisadın fəal, güclü təsiri hiss olunur. Deməli, siyasi sosiologiyanın xüsusi istiqamət kimi formalaşması və təkamülü kifayət qədər mürəkkəb zəmində baş vermiş, müxtəlif amillərin təsirinə məruz qalmışdır. Sosiologiya tarixinə nəzər yetirdikdə aydın olur ki, həm XIX əsrdə, həm də XX əsrdə əslində hər bir görkəmli sosioloq dövlət və cəmiyyət məsələlərini təhlil edərkən siyasi həyatın müxtəlif aspektlərinə toxunmuş, maraqlı, orijinal mülahizələr söyləmiş, yaşadığı cəmiyyətin, dünyanın siyasi reallıqlarını öz konsepsiyasına uyğun mənalandırmağa səy göstərmişdir.
Siyasi institutların təşəkkülü uzunmüddətli prosesdir. O, öz başlanğıcını qarşılıqlı təsirin keyfiyyətcə yeni növü olan siyasi hakimiyyətin tədricən təşəkkül tapdığı vaxtdan götürür. Siyasi hakimiyyətin təsisatlaşması müasir sosial inkişafın zəruri şərtidir. Siyasi institutlar siyasi hakimiyyətin reallaşmasını həyata keçirirlər. Bu hakimiyyətin zəruriliyi onunla şərtlənir ki, fərdlərə, sosial qruplara müyəssər olan ehtiyatlar, sərvətlər və sosial cəhətdən əhəmiyyətli digər obyektlər heç zaman tükənməz deyildir. Onlara yiyələnmək sferasını genişləndirmək kimi təbii səyi məhdudlaşdıra bilən sosial cəhətdən müəyyənləşmiş hüdudlar olmalıdır.
Belə ehtiyatlar, sərvətlər təkcə maddi xarakterli deyildir. Onlara həm də təhlükəsizlik, informasiya əldə etmək imkanı, status, nüfuz, hakimiyyət aiddir. Zəruri hüdudlar olmadıqda qarşılıqlı sosial təsirlər nizamlana bilməz. Anarxiyaya, sosial sistemlərin nizamsızlığına gətirib çıxaran mübahisələr, münaqişələr, toqquşmalar labüd olar. Hüdudların müəyyənləşdirilməsi və təmin edilməsi cəmiyyətdə hakimiyyət münasibətlərinin qərarlaşmasını tələb edir. Hakimiyyət mübahisə və münaqişələrin inkişafının elə hüdudlarını müəyyənləşdirməyə qadir olmalıdır ki, onlara nail olmağı təmin edən hakimiyyət qərarı hamı tərəfmdən məcburi akt kimi qəbul edilsin. Hakimiyyəti bir subyektin digər subyektin (və ya subyektlərin) davranış aktlarına, fəaliyyətinə nəzarət imkanı kimi müəyyənləşdirmək olar. Siyasi hakimiyyət bütövlükdə cəmiyyəti əhatə edir. Ancaq siyasi hakimiyyət üçün bütün növ sanksiyaların tətbiqi hüququ etiraf olunur (fiziki məcburiyyət, mülkiyyətdən, azadlıqdan məhrumetmə və s.). Lakin siyasi hakimiyyətin zorakılığı legitim olmalıdır, yəni cəmiyyətin əksər üzvləri tərəfindən etiraf və qəbul olunmalıdır.
Dövlət mühüm siyasi institutdur. O, təsisatlaşmış siyasi hakimiyyəti həyata keçirir. Siyasi sosiologiya sahəsində maraqlı tədqiqatları olan M. Veberə görə, siyasi hakimiyyətin bazası kimi legitimlik ənənəyə, əksəriyyət tərəfindən etiraf olunan avtoritetə (harizmaya) və rasional seçimə əsaslana bilər. Ənənəvi hakimiyyət qədimdən təşəkkül tapmış ənənələrin sarsılmazlığına, müqəddəsliyinə, hakimiyyət orqanlarının təbii qanuniliyinə ən ümumi inama istinad edir. Harizmatik hakimiyyət bir şəxsin böyüklüyünə, müqəddəsliyinə, bütün başqaları üzərində üstünlüyünə, onun qəhrəmanlığına hökmran inama əsaslanır; belə hakimiyyətin əsası həmin şəxsin simasında millətin atası, rəhbəri, şəksiz lideri kimi təzahür edir; ona tam əminliklə, Könüllü, əqidə gücünə, şəxsi sədaqətlə tabe olurlar. Rasional xarakterli hakimiyyət qərarlaşmış qaydanın qanuniliyinə üstün inama, əksəriyyət tərəfindən dövlət orqanlarının hakimiyyəti həyata keçirmək hüququnun əsaslılığına istinad edir. Siyasi hakimiyyət müxtəlif cür yarana və bölüşdürülə bilər. Dövlət idarəçiliyi formalarının ənənəvi tipologiyası hakimiyyətin bölgüsü üsullarını əks etdirir: avtokratiya, yəni bir nəfər idarəedicinin hökmranlığı; oliqarxiya, yəni bir neçə imtiyazlı şəxsin hökmranlığı; demokratiya, yəni xalqın hakimiyyəti. Aristotel avtokratiyanın tiraniyaya (tiranın hökmranlığı), oliqarxiyanın plutokratiyaya (cinayətkarların hökmranlığı), demokratiyanın oxlokratiyaya (yığnağın hökmranlığı) keçməsinin daim meydana gələn fenomenlərinə xüsusi diqqət yetirmişdir.
Mütəxəssislərin fikrincə, məlum idarəetmə formasında qanunla özbaşınalığın qarşılıqlı nisbətinin əhəmiyyətli dərəcədə dəyişilməsi belə keçidin əsasını təşkil edir. Avtokratiyadan tiranlığa keçid öz təcəssümünü qanuni monarxın tiranla əvəz olunmasında tapır. Qanuni monarxın hakimiyyəti varislik hüququna əsaslanır, idarəetmənin özü isə mövcud qanunlara, norma və ənənələrə əməl etməklə bağlıdır. Tiranın idarəetməsi özbaşına zorakılığa əsaslanır, hər hansı norma ilə bağlı deyildir. Dövlət hakimiyyəti cinayətkar varlanma, əməl üçün istifadə olunduqda oliqarxiyanın plutokratiyaya keçməsindən bəhs etmək olar. Oxlokratiya isə əksəriyyətin elə hökmranlığıdır ki, o, qanunla bağlı deyildir, yığnağın zorakılığına istinad edir.
XX əsrdə siyasi idarəetmənin xüsusi forması olan totalitar dövlət meydana gəlmişdir. Almaniyada hitlerizm, SSRİ-də stalinizm, Kambocada Pol Pot rejimi buna misal ola bilər. Totalitar dövlətin xarakteristikasında prinsipial cəhət hökmran qüvvə tərəfindən qanunların sadəcə olaraq özbaşına pozulması deyildir, hüquqi tənzimləmənin total, ən ümumi, ən əhatəli terrorla əvəz olunmasıdır. Qanunsuzluq tiranlığın mahiyyətidir. Terror totalitar hökmranlığın mahiyyətü xüsusiyyətidir. Totalitar dövlətin xarakteristikasında bu xüsusiyyətləri qeyd edirlər: vahid dövlət ideologiyası; terrorun tətbiqi; kütləvi informasiya vasitələri üzərində tam nəzarət; silahlara nəzarətsiz sərəncamçılıq; iqtisadiyyatın tam miqyasda idarə olunması. Ən yeni dövrdə hüquqi dövlət konsepsiyası etiraf olunur və inkişaf etdirilir. Bu konsepsiya istənilən dövlət fəaliyyəti formasının hüquqa, ən əvvəl Konstitusiyaya tabe olması ideyasına əsaslanır. Demokratik cəmiyyətdə Konstitusiyanın başlıca vəzifəsi vətəndaşların ən mühüm hüquq və azadlıqlarını qorumaq naminə dövlət hakimiyyətinin həlledici məhdudlaşdırıcısı, vətəndaş cəmiyyətinin əsas institutlarının özinkişafının və özünütəşkilinin mühüm təminatçısı olmaqdır. Konstitusiya dövlət hakimiyyətini hüquqla məhdudlaşdıraraq, bəyan etdiyi mülki və siyasi hüquqları mühafizə edir, hüququn başlıca funksiyasını reallaşdırır. Bu funksiya azad yaşamağın, fəaliyyət göstərməyin təcəssümü və meyarı olmalıdır. Azadlıq olmadan hüquq yuridik fıksiyadır, özbaşınalığın pozitiv sanksiyasıdır. Hüquqsuz azadlıq hamının hamıya qarşı müharibəsidir, cəmiyyətin və dövlətin dağılmasıdır. Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu getdikcə daha mühüm nailiyyətlər qazanır. Siyasi partiyaların, həmkarlar və digər təşkilatların, birliklərin azad, sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılır.
Təhlil göstərir ki, onların fəaliyyətində, qarşılıqlı əlaqə və münasibətlərində yeni, maraqlı cəhətlər meydana gəlir, tədricən inkişaf edir və sabit meylə çevrilir. Kütləvi informasiya vasitələrinin rolunun artması ictimai-siyasi həyatımızda getdikcə dərinləşən demokratikləşmənin mühüm göstəricilərindən biridir. Lakin nəzərdən qaçırmaq olmaz ki, həm siyasi partiyaların, müxtəlif təşkilatların, həm də kütləvi informasiya vasitələrinin fəaliyyəti Konstitusiya prinsiplərinə, qanunçuluğa əsaslanmalıdır. Ümummilli, ümumdövlət maraqları onların fəaliyyətində həmişə önəmli yer tutmalıdır.
Siyasi şəxslər tərəfindən siyasi hadisələr həmçinin, müəyyən siyasi qurumlarda törədilir, siyasi aktlar həyata keçirilir. Siyasi qurumlar başqa məkanlarda siyasi hadisələrin törədilməsi üçün baza rolunu, mənbə rolunu oynayır. Həmin siyasi qurumlar siyasi hadisələr törətmək üçün təşkil edilir. Müəyyən siyasi hadisələrin yetişdirilməsi prosesləri də müəyyən aktlardan əmələ gəlir. Böyük bir siyasi hadisəni törətmək üçün orta və kiçik miqyaslı bir neçə hadisə törədilir, aktlar həyata keçirilir. İnsanlar öz maraqlarını təmin etmək üçün siyasəti həyata keçirmək naminə siyasi qurumlarda cəmləşirlər. Siyasi qurumlar da öz vəzifə və səlahiyyətləri baxımından bir-birilərindən asılı olurlar və əlaqəli şəkildə fəaliyyət göstərirlər. Siyasi qurumlarda məsuliyyət və cavabdehlik, vəzifə bölgüsü baxımından pilləli asılılıq sistemi mövcud olur. Məlumdur ki, siyasət həyatın bütün sahələrini əhatə etdiyindən, demək olar ki, həyatın hər sahəsində fəaliyyətin tənzimlənməsi üçün insanlar tərəfindən müxtəlif siyasət qurumları təsis edilir. Həmin siyasət qurumlarında aktların törədilməsi və siyasi hadisələrin baş verməsi üçün müvafiq siyasi hadisələr yetişdirilir, siyasi aktlar hazırlanır. Yəni, siyasi qurumlarda siyasi proseslərin baş verməsi, törədilməsi trayektoriyaları, istiqamətləri müəyyən edilir. Müxtəlif sahələr üzrə həyata keçirilən siyasi hadisələri tənzimləyən, siyasi hadisələri kompleksləşdirən, cəmləşdirən və hadisələrə vahid istiqamət verən siyasi qurumlar siyasi institutlar adlanır. Siyasi institutlarda siyasəti icra edən şəxslər (mütəxəssislər, kadrlar) də hazırlanır. Siyasi institutlar siyasi hadisələrin məzmunlu və qanunauyğunluğa əsasən törədilməsini təmin etmək üçün yaradılır. Siyasi institutlarda siyasi şərait və vəziyyət öyrənilir. Siyasi institutlar, həmçinin, ümumisiyasi mühiti də tədqiq edir. Siyasi institutlar bir növ siyasi cərəyanlar və hərəkatları tənzimləyirlər. Demək olar ki, hər bir siyasi institut öz səlahiyyət sahəsi üzrə bir və ya bir neçə siyasi hərəkatı formalaşdırır və siyasi trayektoriyalarda siyasi hadisələrin ardıcıl olaraq baş verməsini təmin edir.
Siyasi institutlar siyasi hərəkatların məqsədli şəkildə formalaşmasına nəzarət edirlər. Siyasi institutlara dövlətin siyasi qurumları, elmi-siyasi tədqiqat institutları, ali siyasi tədris məktəbləri, siyasi partiyalar, digər ictimai-siyasi təşkilatlar aid edilir. Siyasi institutlar siyasi hərəkatların baza xəttinin formalaşmasını təşkil edən siyasi ideologiyanı hazırlayırlar və siyasi hərəkətləri həmin ideologiya üzrə törədirlər. Siyasi institutlar həmçinin, dövlətlə cəmiyyət arasında bir əlaqə yaradır. Siyasi institutlar siyasi hərəkətləri tənzimləyici, siyasi hadisələrin baş verməsini təminedici, siyasi trayektoriyaların istiqamətlərini müəyyənləşdirici, ümumilikdə siyasi mühitdəki prosesləri formalaşdırma funksiyasını yerinə yetirirlər. Siyasi institutlar siyasi şəraiti, siyasi reallığı tədqiq edərək, özləri də qanunauyğunluğu müəyyən edirlər. Siyasi institutlar olmadan siyasi mühiti formalaşdırmaq mümkün olmaz. Siyasi institutların qeyri-normal və zəif fəaliyyətləri siyasi hərəkətlərin düzgün və münasib olmayan trayektoriya üzrə hərəkətinə gətirib çıxara bilər ki, nəticədə siyasi mühitdə anarxiyaya, özbaşınalığa səbəb ola bilər. Siyasi institutlar siyasi hərəkətlərin baş verməsini tənzimləməklə yanaşı, siyasi təsirləri və qüvvələri də tədqiq edir və müəyyənləşdirirlər. Siyasi institutlar siyasi vasitələrin, məsələn, siyasi sənədlərin hazırlanmasını təmin edirlər. Siyasi institutlar siyasi hərəkətlər üçün başlıca nüvə, enerji rolunu oynayırlar.
Siyasi qurumların təşkili, siyasi institutların fəaliyyət göstərdikləri siyasi sistemin fəaliyyəti siyasəti həyata keçirmə qaydalarıdır. Həmin qaydaları konkret olaraq aşağıdakılar hesab etmək olar:
-Siyasi institutların təşkili;
-Siyasi sənədlərin hazırlanması və qəbulu, təsdiqi;
-Siyasi sənədlərin icrası;
-Siyasətin icrası zamanı hesabatların qəbulu və verilməsi, məruzələrin edilməsi;
-Siyasətin icrası zamanı siyasi vasitələrin hərəkətə gətirilməsi, həmçinin, siyasi nitqlərin bildirilməsi, siyasi məruzələrin edilməsi, siyasi fikir və ideyaların, siyasi təkliflərin verilməsi, siyasi tədqiqatların aparılması, siyasi mütəxəssislərin hazırlanması və bu kimi digər proseslərdən asılıdır.
Siyasi hadisələrin müxtəlif siyasi trayektoriyalarda baş verməsi, siyasi aktların ardıcıl düzülüşü ümumi siyasi mühiti formalaşdırır. Qeyd edildiyi kimi, ümumi siyasi maraqları təmin etmək üçün siyasi hadisələr məqsədyönlü şəkildə baş verməlidir. Siyasi hadisələr qanunauyğun olaraq ardıcıl şəkildə törədilməlidir. Müxtəlif istiqamətlər üzrə baş verən siyasi hadisələr, siyasi proseslər müxtəlif və bir-biriləri ilə əlaqəli olaraq həyata keçməlidir. Siyasi prosesləri həyata keçirən şəxslər, siyasi qurumlar öz fəaliyyətlərini məqsədyönlü şəkildə, qanunauyğun olaraq tənzimləməlidirlər. Siyasi şəxslərin, siyasi tərəflərin –siyasəti icra edənlərin, siyasətin digər tərkib elementlərinin birgə, asılı olaraq, qarşılıqlı şəkildə fəaliyyəti siyasi mühitin, siyasi sistemin ümumi fəaliyyət mexanizmini əmələ gətirir. Bu fəaliyyət mexanizmi, qarşılıqlı proseslərin birləşmiş məfhumu , varlığı, mövcudiyyatı siyasi sistem adlanır. Siyasi sistemlərdə hərəkətlər edilərkən əsas istiqamətverici, tənzimləyici məfhum qismində siyasi ideologiya çıxış edir. Siyasi ideologiya siyasi sistemin baza layihəsini təşkil edir. Siyasi ideologiya ilə siyasətin vasitələri, məsələn, siyasi sənədlər siyasi institutlar tərəfindən hazırlanır. Siyasi sistem siyasi vasitələrin, siyasətin tərkib elementlərinin birgə və qarşılıqlı şəkildə fəaliyyət proseslərini tənzimləyən bir siyasi mexanizmdir. Siyasi proseslər siyasi sistem tərəfindən tənzimlənir.
Siyasi sistemlərdə siyasətin tərkib elementləri öz fəaliyyət funksiyalarına və vəzifələrinə uyğun olaraq mövcud olurlar. Siyasi sistemlərin, siyasətin hazırlanması və icra mexanizmlərinin tərkib elementləri olan siyasi institutlar – siyasi qurumlar, siyasi şəxslər öz vəzifə və səlahiyyət funksiyalarına malik olurlar. Siyasi sistemlər siyasətin tərkib elementlərini öz tərkibinə dartma, cazibə, itələmə qüvvələrinin köməyi ilə cəlb edir. Siyasi sistem bir növ müxtəlif istiqamətli siyasi proseslərin bir çərçivəyə salınması prosesini özündə ehtiva edən bir məfhumdur. Əsaslı siyasi sistem hər bir siyasi hadisənin öz qanunauyğunluğundan kənara çıxmasına imkan vermir. Əsaslı, möhkəm siyasi sistemlər bir növ sağlam orqanizmdəki immunitetə bənzəyir. Siyasi sistemlər siyasi mühitə yad olan elementlərə, vasitələrə qarşı mübarizə aparırlar. Siyasi sistemlərdə siyasi proseslər sxematik şəkildə baş verir. Möhkəm, dayanıqlı siyasi sistemlərdə siyasi proseslərin axını zamanı qanunauyğunluq olur. Siyasi sistem siyasi proseslərin idarə edildiyi bir siyasi müstəvidir, səhnədir. Siyasi sistemlərdə bir və ya bir neçə istiqamətli siyasi hərəkatlar, siyasi proseslər axını öz qanunauyğunluğundan kənara çıxarsa, bu zaman siyasi sistem də zəifləyə bilər.
Çünki siyasi sistemlərdə dartma, cazibə, cəlbetmə və itələmə qüvvələri arasında nisbi tarazılıq kəskin şəkildə pozulduqda, siyasi hadisələrin də məkana görə ardıcıl düzülüşü də kəskin pozulur. Burada zaman, məsafə, məkan amilləri arasında qarşılıqlı nizam münasibətləri pozulur. Belə olan halda, siyasi sistemlərin də münasib və normal fəaliyyətləri pozulur. Siyasi sistem dövləti və cəmiyyəti əhatə edən əsas mexanizmdir. Siyasi sistemlərin fəaliyyət qolları da elə siyasi proseslərin qollarıdır. Siyasi proseslər axını, siyasi hərəkatlar cəmləşərək siyasi sitemin fəaliyyət tərkibini formalaşdırırlar. Möhkəm siyasi sistem güclü dövlət və onun siyasi təsisatlarının güclü olmasını əsaslandırır. Güclü siyasi sistem də güclü dövləti və inkişaf etmiş cəmiyyəti formalaşdırır. Siyasi sistemin əsas fəaliyyət məqsədi cəmiyyətin inkişafını təmin etməkdən ibarətdir. Əgər istənilən cəmiyyət güclü siyasi sistemə əsaslanaraq yaşayırsa, onda, həmin cəmiyyətlərdə güclü inkişaf meylləri müşahidə edilir. Siyasi sistemin ümumi gücü nəticəsində onun tərkibinə aid olan bütün istiqamətlərdə siyasi hadisələrin fəaliyyəti də güclü olur. Təbii ki, ümumi siyasi sistemin gücü, sistem tərkibində əksər siyasi hərəkatların, siyası proseslər axınının güclü olması siyasi sistemin təkibində mövcud olan zəif siyasi proseslər axını üçün təkan rolunu oynayır.
Cəmiyyətlərdə ilkin siyasi inkişaf dalğasını müəyyən etmək üçün ilkin siyasi vasitələrin (canlı və cansız) olması vacibdir. İlkin siyasi vasitələr kimi əmək sərf edən, əmək qabiliyyətinə malik olan siyasi şəxslər, o cümlədən, siyasəti icra edənlər, qərarları qəbul edənlər, bir sözlə, siyasi şəxsi heyət, həmçinin, cansız siyasi vasitələr olan siyasi institutların, siyasi sənədlərin olması vacibdir. Bununla yanaşı, siyasətin icra vasitələrindən biri olan maliyyə vəsaiti lazımdr. Yuxarıda sadalananlar siyasətdə iştirak edən vastələrdirlər. İlkin inkişaf dalğası mövcud olan ilkin vasitələrdən, başlanğıc varlıqlardan sonra müəyyən edilir. Başlanğıc vasitələrə isə ilkin kapital demək olar. İlkin inkişaf dalğası məhz ilkin kapital üzrərində formalaşır. İlkin kapitalın özünün hərəkətə gətirilməsi, eləcə də, əlavə kapitalların cəlb edilməsi ilə ilkin siyasi inkişaf dalğası meydana gəlir və baza kapitalının güclənməsinə əsaslanır. Boş bir ərazidə, məkanda qoyulan vasitələri-tikinti – yaşayış obyektlərini, istehsal obyektlərini, infrastruktur vasitələrini ilkin kapital hesab etmək olar. Bu bir növ boş bir sahədə ilkin yaşayış məskəninin salınmasına bənzəyir.
Download 110,94 Kb.




Download 110,94 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ SƏRBƏst iŞ

Download 110,94 Kb.