• Kommunikasiya haqqında anlayış . Kommunikasiya
  • Vasitəsiz ünsiyyət
  • Azərbaycan dilində işgüzar və akademik kommunikasiya




    Download 99.05 Kb.
    bet1/22
    Sana13.12.2022
    Hajmi99.05 Kb.
    #34578
      1   2   3   4   5   6   7   8   9   ...   22
    Bog'liq
    ADİAK kollokvium cvb
    Riyaziyyat, Fizika, kollikvum suallari cvb, Tarix


    1. “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsədi bakalavrlara işgüzar ünsiyyətin nəzəriyyəsi və təcrübəsi sahəsində biliklər vermə, onların gələcəkdə peşəkar fəaliyyətlərini bu istiqamətdə formalaşdırmaq, inkişaf etdirməkdir.

    2. Kommunikasiya haqqında anlayış. Kommunikasiya [communikato-rabitə, əlaqə] latın sözü olub, informasiya mübadiləsi, informasiyanin ötürülməsi mənalarda istifadə olunur. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Ünsiyyətin üç mühüm tərəfi var.

    ünsiyyət informasiya mübadiləsi kimi və yaxud ünsiyyətin kommunikativ tərəfi;
    ünsiyyət qarşılıqlı təsir prosesi kimi və ya ünsiyyətin interaktiv tərəfi;
    ünsiyyət insanların bir-birini qavraması, anlaması kimi və yaxud ünsiyyətin perseptiv tərəfi. Məzmunundan asılı olaraq ünsiyyətin aşağıdakı növlərini göstərə bilərik:

    • maddi ünsiyyət (əşyalar və fəaliyyət məhsullarının mübadiləsi yolu ilə);

    • koqnitiv ünsiyyət (bilik mübadiləsi);

    • kondision ünsiyyət (psixi və fizioloji vəziyyətin mübadiləsi);

    • motivlərlə bağlı ünsiyyət (təhriklərin, motivlərin, maraqların, tələbatların mübadiləsi);

    • işgüzar fəaliyyətlə bağlı ünsiyyət (iş, əməliyyat, bacarıq və vərdişlərin mübadiləsi).

    Ünsiyyət vasitələrindən aslı olaraq 2 yerə bölünür: vasitəli və vasitəsiz
    Vasitəsiz ünsiyyət heç bir kənar təhrik və istiqamət olmadan şəxsi təması və ünsiyyətdə olan adamların bir-birini bilavasitə ünsiyyət aktında qavramasını nəzərdə tutur. Vasitəli ünsiyyətə gəldikdə o, vasitəçilərin köməyi ilə həyata keçirilən ünsiyyətdir. Adətən, çox vaxt partnyorlar zaman və məkanca bir-birlərindən təcrid olunduqda vasitəli ünsiyyət özünə yer edir. Bu zaman ünsiyyət aləti kimi partnyorlar arasında onları bir-biri ilə əlaqələndirən vasitəçidən istifadə olunur. Bunlara əşyaları, qeydləri, kitabları, mədəniyyət obyektlərini, vasitəçilik edən üçüncü şəxsi, mümkün olan hər hansı vasitəni: telefonu, radionu, televizoru, kompüteri və s. aid etmək olar




    1. Download 99.05 Kb.
      1   2   3   4   5   6   7   8   9   ...   22




    Download 99.05 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycan dilində işgüzar və akademik kommunikasiya

    Download 99.05 Kb.