|
1. Mühazirə Əməliyyat sistemi anlayışı
|
bet | 1/54 | Sana | 04.12.2023 | Hajmi | 1,95 Mb. | | #110636 | Turi | Mühazirə |
Bog'liq Əməliyyat sistemləri muhazire konspekti (1) 1. Mühazirə Əməliyyat sistemi anlayışı
İstənilən hesablama sistemi nədən təşkil olunmuşdur? Birincisi, ondan ki, ingilis dilli ölkələrdə “hardware” sözü və ya şin adlanan magistral xətlə birləşdirilmiş prosessor, yaddaş, monitor, disk qurğuları və i.a. kimi texniki təminat adlandır-maq qəbul olunmuşdur. Kompüterin arxitekturası barəsində bəzi məlumatlar bu fəsilin əlavə 1-də verilmişdir.
Ikincisi, hesablama sistemi proqram təminatından təşkil olunmuşdur. Bütün proqram təminatını iki hissəyə bölmək qəbul edilmişdur: tətbiqi proqram təminatı və sistem proqram təminatı. Tətbiqi proqram təminatına, bir qayda olaraq, müxtəlif cür bank və digər biznes-proqramları, oyunlar, mətn prosessorlarını və s. aid edilirlər. Sistem proqram təminatı kimi adətən, tətbiqi proqramların işləməsinə və işlənilməsinə səbəb olan proqramlar başa düşülürlər. Belə demək olar ki, tətbiqi və sistem proqram təminatına bölünmə çox vaxt şərti olur və bu cür bölünmənin kimin tərəfindən həyata keçirilməsindən asılı olur. Belə ki, proqramlaşdırmada təcrübəsi olmayan adi istifa-dəçi, Microsoft Word-ü sistem proqramı kimi hesab edə bilər, proqramçının nöqteti-nəzərindən isə, bu - əlavədir. Adi proqramçı üçün Ci dilinin kompilyatoru - sistem proqramıdır, sistem proqramçısı üçün isə - tətbiqi proqramdır. O qədər dəqiq olmayan sərhədə baxmayaraq, bu vəziyyəti qatlar ardıcıllığı şəklində əks etdirmək olar (şək.1.1-ə bax), burada sistem proqram təminatının ümumi hissəsi olan əməliyyat sistemini ayrıca götürmək olar.
Əksər istifadəçilərin əməliyyat sistemlərinin istismar olunma təcrübəsinə malik olmasına baxmayaraq, onlar bu anlayışa dəqiq təyinat verməkdə çətinlik çəkirlər. Gəlin, əsas nöqteyi-nəzərləri nəzərdən keçirək.
Şək.1.1. Kompüter sistemi proqram təminatının qatları
Əməliyyat sistemi - virtual maşın kimi
Əməliyyat sisteminin işlənilməsi zamanı mücərrədləş-dirmə geniş tətbiq olunur ki, o da sadələşdirmənin vacib üsulunu təşkil edir və sistemin yüksək səviyyəli komponentləri arasındakı qarşılıqlı əlaqəyə fikirləri cəmləşdirərək, onların həyata keçirilmə detallarına fikir vermirlər. Bu mənada ƏS istifadəçi ilə kompüter arasında interfeys rolunda çıxış edir.
Əksər kompüterlərin arxitekturası maşın əmrləri səviy-yəsində tətbiqi proqramlar tərəfindən istifadə üçün çox narahat olur. Məsələn, disklə işləmək onun elektron komponentinin daxili quruluşu barəsində biliyi nəzərdə tutur- diskin fırlanması əmrinin daxil edilməsi, çığırların axtarışı və formatlaşması, sektorların oxunması və yazılışı üçün kontroller. Aydındır ki, orta proqramçı avadanlığın işləməsinin bütün xüsusiyyətlərini (müasir terminologiyada-qurğular drayverlərinin işlənilməsi ilə məşğul olmaq) nəzərə ala bilməz, amma sadə yüksək səviyyəli mücərrədə malik olmalı və diskin informasiya fəzasını fayllar toplusu kimi təsəvvür etməlidir. Faylı oxumaq və ya yazmaq üçün açmaq olar, informasiyanın əldə olunması və ya ləğv olunması üçün istifadə etmək, sonra isə bağlamaq olar. Bu, disklər başlıqlarının yerdəyişmə detalları barəsində qayğı göstərmək və ya mühərrikin işini təşkil etməklə, müqayisədə, konseptual olaraq, daha sadədir. Analoji qaydada da sadə və aydın mücərrədlər köməkliyi ilə, kəsilmələrin təşkili, taymerin işi, yaddaşın idarə olunması kimi bütün lazım olmayan təfsilatlar proqramçıdan gizlədilir. Bundan əlavə, müasir hesab-lama komlekslərində əməli yaddaşı ölçüsünün və prosessorlar sayının qeyri-məhdudluq xülyasını yaratmaq olar. Bütün bu işlərlə əməliyyat sistemi məşğul olur. Beləliklə, əməliyyat sistemi virtual maşın kimi istifadəçiyə təqdim olunur və bunun-la da, kompüter avadanlığı ilə bilavasitə iş əvəzində, onunla işləmək daha sadə olur.
Əməliyyat sistemi - daima işləyən nüvə kimi
Nəhayət, əməliyyat siteminə belə bir təyin olunma da vermək olar: əməliyyat sistemi – bu, proqram olub, kompüterdə daima işləyir və bütün tətbiqi proqramlarla qarşılıqlı əlaqədə olur. Belə fikirləşmək olardı ki, bu, mütləq düzgün təyin olunmadır, amma, biz sonradan görəcəyik ki, bir çox müasir əməliyyat sistemlərində kompüterdə daimi olaraq, yalnız əməliyyat sisteminin bir hissəsi işləyir ki, o da onun nüvəsi adlanır.
Bizim gördüyümüz kimi, əməliyyat sisteminin nə olması barəsində çoxlu sayda nöqteyi-nəzərlər mövcuddur. Ona adekvat ciddi təyinat vermək mümkün deyildir. Biz əməliyat sisteminin nə olması barəsində deyil, onun nəyə lazım olması və onun nə etməsi barəsində danışmalıyıq. Bu sualı aydınlaşdırmaqdan ötrü, hesablama sistemlərinin inkişaf tarixini nəzərdən keçirək.
|
| |