• 1.2.1. Birinci vaxt müddəti (1945–1955-ci illər). Elektron lampalı maşınlar. Əməliyyat sistemi yoxdur
  • Hesablama sistemləri evolyusiyasının qısa tarixi




    Download 1,95 Mb.
    bet2/54
    Sana04.12.2023
    Hajmi1,95 Mb.
    #110636
    TuriMühazirə
    1   2   3   4   5   6   7   8   9   ...   54
    Bog'liq
    Əməliyyat sistemləri muhazire konspekti (1)

    Hesablama sistemləri evolyusiyasının qısa tarixi



    Biz, əməliyyat sistemlərinin deyil, hesablama sistemlə-rinin inkişaf tarixini nəzərdən keçirəcəyik, çünki, hardware və proqram təminatı birlikdə evolyusiya olunmuşlar, bir-birilərinə qarşılıqlı təsir göstərmişlər. Yeni texniki imkanların əmələ gəlməsi rahat, effektiv və təhlükəsiz proqramların yaradılma sahəsində sıçrayışa gətirib çıxartdı, proqram sahəsindəki yeni ideyalar yeni texniki həllərin axtarışını stimullaşdırdı. Məhz rahatlıq, effektivlik və təhlükəsizlik kimi bu kriterilər hesab-lama sistemlərinin evolyusiyasında təbii seçim amilləri rolunu oynadılar.


    1.2.1. Birinci vaxt müddəti (1945–1955-ci illər). Elektron lampalı maşınlar. Əməliyyat sistemi yoxdur


    Biz kompüter kompleksləri inkişafının tədqiq olunma-sını elektron hesablama sistemlərinin (mexaniki və elektro-mexaniki qurğular tarixini buraxaraq) əmələ gəlməsi ilə başlayacayıq.
    Elektron hesablama maşınlarının işlənilmə sahəsində ilk addımlar İkinci dünya müharibəsinin sonunda atılmışdır. 40-cı illərin ortalarında ilk elektron lampalı hesablama qurğuları yaradılmış və maşının yaddaşında saxlanılan proqramlar prinsipi əmələ gəlmişdi (John Von Neumann, iyun 1945-ci il). Həmin vaxtlar eyni bir insanlar qrupu hesablama maşınının layhə olunmasında, istismarında və proqramlaşdırılmasında iştirak etmişdilər. Bu, digər tətbiqi sahələrdəki hər hansı bir praktiki məsələlərin həll aləti kimi kompüterdən müntəzəm istifadə olunması deyil, daha çox hesablama texnikası sahəsində elmi-tədqiqat işi idi. Proqramlaşdırma yalnız maşın dilində həyata keçirilirdi. Əməliyyat sistemləri barəsində söhbət belə yox idi, hesablama prosesi təşkilinin bütün məsələləri hər bir proqramçı tərəfindən pultun arxasında oturaraq, əl ilə həll olunurdu. Pult arxasında yalnız bir istifadəçi ola bilərdi. Maşının yaddaşına poqram ən yaxşı halda perfokartlar dəsti ilə, adətən isə çeviricilər panelləri köməkliyi ilə yüklənilirdi.
    Hesablama sistemi eyni zamanda yalnız bir əməliyyatı (giriş-çıxış və ya elə hesablamanın özü) yerinə yetirirdi. Proqramın sazlanması pultun arxasından maşının yaddaşının və registrlərinin vəziyyətlərini öyrənmək köməkliyi ilə aparılırdı. Bu vaxt müddətinin sonunda ilk sistem proqram təminatı əmələ gəlir: 1951-1952-ci illərdə simvolik dillərdən (Fortran və s.) ilk kompilyatorların nümunələri əmələ gəlirlər, 1954-cü ildə isə Nat Rochester İBM-701 üçün Assembler dilini işləyir.
    Vaxtın əhəmiyyətli hissəsi proqramın işə salınmasına sərf olunurdu, proqramların özləri isə ciddi olaraq, ardıcıl yerinə yetirilirdi. Bu cür iş rejimi verilənlərin ardıcıl emalı adlanır. Bütövlükdə birinci vaxt müddəti hesablama sistem-lərinin həddindən artıq böyük qiyməti, onların sayının az olması və istifadənin aşağı effektivliyi ilə xarakterizə olunurdu.


    1.2.2. İkinci vaxt müddəti (1955-ci il–60-cı illərin başlanğıcı). Tranzistorlar əsasında kompüterlər. Paket əməliyyat sistemləri


    50-ci illərin ortalarından yarımkeçirici elementlər kimi yeni texniki bazanın əmələ gəlməsi ilə əlaqədar olan hesablama texnikası evolyusiyasının növbəti vaxt müddəti başlandı. Tez-tez yanıb sıradan çıxan elektron lampaları əvəzində tranzistor-ların tətbiqi kompüterlərin etibarlığının yüksəlməsinə gətirib çıxartdı. İndi maşınlar fasiləsiz olaraq, kifayət qədər uzun müddət işləyə bilir və bunun da nəticəsində, praktiki olaraq, vacib məsələlərin yerinə yetirilməsini onlara həvalə etmək mümkün olurdu. Hesablama maşınları tərəfindən elektrik enerjisinin istehlakı aşağı düşür, soyutma sistemləri təkmilləş-dirilirlər. Kompüterlərin ölçüləri kiçilirdi. Hesablama texnika-sının istismarı və ona qulluq olunma dəyəri aşağı düşürdü. EHM-in kommersiya firmaları tərəfindən istifadə olunması başladı. Eyni zamanda alqoritmik dillərin (LISP, COBOL, ALGOL-60, PL-1 və i.a.) coşqun inkişafı müşahidə olunur. İlk həqiqi kompilyatorlar, əlaqələr redaktorları, riyazi və xidməti altproqramlar əmələ gəlirlər. Proqramlaşdırma prosesi sadələ-şir. Kompüterlərin işlənilmə və istifadə olunmasının bütün prosesini eyni bir insanlara həvalə olunma zəruriyyəti aradan qaldırılır. Məhz bu vaxt müddətində heyətin proqramçılara və operatorlara, hesablama maşınlarının istismarı və işlənilmələri üzrə mütəxəssislərə bölünməsi baş verir.
    Proqramın işə salınmasının öz prosesi dəyişir. İndi istifadəçi giriş verilənlərinə malik olan proqramı perfokartlar toplusu şəklində gətirir və lazımi resursları göstərir. Bu cür perfokart toplusu tapşırıq adını alır. Operator tapşırığı maşının yaddaşına yükləyir və icra olunmaq üçün onu işə salır. Əldə olunmuş çıxış verilənləri printerdə çap olunur və istifadəçi onu bir müddətdən sonra (kifayət qədər uzun müddətdən sonra) əldə edir.
    Sorğu edilən resursların əvəz olunması proqramın yeri-nə yetirilməsinin dayandırılmasına səbəb olur və nəticədə prosessor çox vaxt boş dayanmış olur. Kompüterdən istifadənin effektivliyini artırmaq üçün oxşar resurslara malik olan tapşırıqlar bir yerdə yığılmağa başlanır və beləliklə, tapşırıqlar paktlərini yaradırlar.
    Paket emalının ilk sistemləri əmələ gəlirlər ki, onlar paketdəki bir proqramın digər proqram arxasınca işə salın-masını sadəcə olaraq, avtomatlaşdırır və bununla da, proses-sorun yüklənilmə əmsalını artırırlar. Paket emalı sisteminin həyata keçirilməsində tapşırıqların idarəsi üzrə formalizə olun-muş dil işlənilir ki, onun köməkliyi ilə proqramçı sistemə və operatora məlumat verirdi ki, o, hesablama maşınında hansı işi yerinə yetirmək istəyir. Paket emalı sistemləri müasir əməliyyat sistemlərinin bir nümunəsi oldu, onlar hesablama prosesinin idarə olunması üçün təyin olunan ilk sistem proq-ramları oldular.


    Üçüncü vaxt müddəti (60-cı illərin başlanğıcı – 1980-cı il). İnteqral mikrosxemləri əsasında kompüterlər. İlk çox məsələli əməliyyat sistemləri


    Hesablama maşınları inkişafının növbəti vacib vaxt müddəti 60-cı illərin başlanğıcı - 1980-ci ilə aiddir. Bu vaxt müddətində texniki bazada tranzistorlar tipli ayrı-ayrı yarım-keçirici elementlərdən inteqral mikrosxemlərə keçid baş verdi. Hesablama texnikası daha etibarlı və ucuz oldu. Kompüterlər tərəfindən həll olunan məsələlərin mürəkkəbliyi və miqdarı artdı. Prosessorların məhsuldarlığı yüksəldi.
    Prosessor vaxtının effektivliyinin artırılmasına giriş-çıxışın mexaniki qurğlarının işinin aşağı sürərətdə olması mane olurdu (perfokartları cəld oxuyan qurğu bir dəqiqədə 1200 perfikart emal edə bilirdi, printerlər bir dəqidədə 600 sətrə qədər çap edirdi). Perfokartdan yaddaşa tapşırıqlar paketindən bilavasitə oxumaq əvəzində, əvvəlcə onun ilkin maqnit lentinə, sonra isə diskə yazılışından istifadə olunurdu. Tapşırığın yerinə yetirilmə prosesində verilənlərin daxil edilməsi tələb olun-duqda, onlar diskdən oxunurdu. Həmin bu qayda ilə də çıxış informasiyası əvvəlcə sistem buferinə köçülür və lentə və ya diskə yazılır, yalnız tapşırıq bitdikdən sonra isə, çap olunurdu. Başlanğıcda giriş-çıxışın həqiqi əməliyyatları off-line reji-mində, yəni, digər, daha sadə, ayrıca yerdə saxlanılan kompüterlərdən istifadə etməklə, həyata keçirilirdi. Bundan sonra da onlar hesablamaları aparan həmin kompüterdə, yəni, on-line rejimində yerinə yetirilməyə başlayırdılar. Bu cür üsul SPOOLİNG (Simultaneous Peripheral Operation On Line sö-zünün qısaldılmış variantı) adını almışdı və ya verilənlərin verilmə-geri götürülməsi adlanırdı. Paket sistemlərində verilmə-geri götürülmə texnikasının daxil olunması bir tapşırığın real giriş-çıxış əməliyyatlarının digər tapşırığın yerinə yetirilməsi ilə birləşdirilməsinə imkan verirdi, amma həmin əməliyyatların bitməsi barəsində prosessora xəbər vermək üçün kəsilmələr aparaturasının işlənilməsini tələb edirdi.
    Maqnit lentləri ardıcıl müraciətli qurğular idi, yəni, oradan informasiya yazıldığı kimi həmin qaydada da oxunurdu. İnformasiyanın oxunma qaydasının vacib olmadığı maqnit diskinin, yəni, bir başa müraciət qurğusunun əmələ gəlməsi, hesablama sistemlərinin sonrakı inkişafına gətirib çıxartdı. Maqnit lentində tapşırıqlar paketinin emalında tapşırığın işə salınma növbəsi onların daxil edilmə qaydası ilə təyin olunurdu. Maqnit diskində tapşırıqlar paketinin emalında isə yerinə yetirilən növbəti tapşırığın seçim mümkünlüyü əmələ gəlmişdi. Paket sistemləri tapşırıqların planlaşdırılması ilə məş-ğul olmağa başladılar: sorğu olunan resursların olmasından, hesablamaların tez bir zamanda yerinə yetirilməsindən asılı olaraq, bu və ya digər bir tapşırıq seçilirdi.
    Prosessordan istifadənin effektivliyinin sonrakı artımı multiproqramlaşdırma köməkliyi ilə nail olmaq sayəsində mümkün oldu. Multiproqramlaşdırma ideyası aşağıdakıdan ibarət olmuşdu: bir proqram giriş-çıxış əməliyyatını yerinə yetirənə qədər, bir proqramlı rejimdə olduğu kimi, prosessor boş qalmır, o, digər proqramı yerinə yetirir. Giriş-çıxış əməliyyatı bitdikdən sonra, prosessor birinci proqramın yerinə yetirilməsinə qayıdır. Bu ideya imtahanda müəllim ilə tələbələrin davranışını xatırladır. Bir tələbə (proqram) sualın cavabı barəsində düşünür (giriş-çıxış əməliyyatı), müəllim (prosessor) digər tələbənin cavabına qulaq asır (hesablamalar). Təbiidir ki, bu cür vəziyyət otaqda bir neçə tələbələrin olmasını tələb edir. Buna da uyğun olaraq, multiproqramlaşdırma eyni zamanda yaddaşda bir neçə proqramların olmasını tələb edir. Bu halda hər bir proqram əməli yaddaşdakı onun üçün ayrılan və bölmə adlanan yerə yüklənilir və o, digər proqramın yerinə yetirilməsinə təsir göstərməməlidir (Tələbələr ayrı-ayrı parta-larda otururlar və bir-birilərinə kömək etmirlər).
    Mikroproqramlaşdırmanın əmələ gəlməsi hesablama sisteminin qurulmasında həqiqi inqilabı tələb edir. Burada xüsusi rolu aparat dəstəkləməsi oynayır (bir çox aparat yenilikləri evolyusiyanın bundan qabaqkı mərhələsində əmələ gəlmişdilər), onların əhəmiyyət kəsb edən xüsusiyyətləri aşağı-da verilmişdir:
    a) Mühafizə mexanizmlərinin həyata keçirilməsi. Proqramlar, resursların paylaşdırılması üçün müstəqil müraciətə malik olmamalıdırlar, çünki, bu imtiyazlı olan və imtiyazlı olmayan əmrlərin əmələ gəlməsinə gətirib çıxarır. Imtiyazlı əmrlər, məsələn, giriş-çıxış əmrləri yalnız əməliyyat sistemi tərəfindən icra oluna bilərlər. Deyirlər ki, o, imtiyazlı rejimdə işləyir. İdarəetmənin tətbiqi proqramdan əməliyyat sisteminə keçməsi nəzarət olunan rejimin əvəz olunması ilə müşayiət olunur. Bundan əlavə, bu yaddaşın mühafizəsi olub, rəqabət aparan istifadəçi proqramlarının bir-birindən, əməliyyat sistemini isə istifadəçi proqramlarından təcrid olunmasına imkan verir.
    b) Kəsilmələrin olması. Xarici kəsilmələr əməliyyat sistemini xəbərdar edir ki, asinxron hadisə baş vermişdir, məsələn, giriş-çıxış əməliyyatı bitmişdir. Daxili kəsilmələr (indi onları müstəsna vəziyyətlər kimi adlandırmaq qəbul olunmuşdur) o vaxt baş verir ki, proqramın yerinə yetirilməsi elə bir vəziyyətə gətirib çıxartmışdır ki, o, əməliyyat sisteminin işə qarışmasını tələb edir, məsələn, sıfra bölünmə və ya mühafizənin pozulmasına cəhd göstərilmə.
    c) Arxitekturada paralelizmin inkişafı. Yaddaşa bir başa müraciət və giriş-çıxış kanallarının təşkili mərkəzi prosessoru əl ilə aparılan zəhlə tökən əməliyyatlardan azad etməyə imkan vermişdi.
    Multiproqramlaşdırmanın təşkilində əməliyyat sistemi-nin də rolu o qədər də az deyildir. O, aşağıdakı əməliyyatlar üçün cavabdehlik daşıyır:
    -Sistem çağrışları köməkliyi ilə tətbiqi proqram ilə əməliyyat sistemi arasında interfeysin təşkili.
    -Yaddaşda tapşırıqlardan növbələrin təşkili və tapşırıqlardan birinə prosessorun ayrılması prosessordan istifadə olunmanın planlaşdırılmasını tələb etdi.
    -Bir tapşırıqdan digərinə keçirilmə tapşırığın, başqa sözlərlə desək, hesablamaların düzgün davam etməsinin təmini üçün kontekstin yerinə yetirilməsi üçün zəruri olan registrlərin və verilənlər strukturlarının tərkibinin saxlanılmasını tələb edir.
    -Yaddaş, məhdudlu resurs olduğuna görə, yaddaşın idarə olunmasının strategiyası lazım olur, yəni, yaddaşda informasi-yanın yerləşdirilmə, əvəz edilmə və yaddaşdan informasiya seçimi proseslərinin nizamlanması tələb olunur.
    -Fayllar şəklində xarici daşıyıcılarda informasiyanın saxlanıl-masının təşkili və konkret fayla müraciətin təmin olunması yalnız müəyyən kateqoriyalı istifadəçilərə icazə verilir.
    -Proqramlara, icazə verilmiş verilənlər mübadiləsi etmək tələb olunduqda, onları kommunikasiya vasitələri ilə təmin etmək lazımdır.
    -Müxtəlif resurslarla işlədikdə, verilənlərin korrekt mübadiləsi üçün əmələ gələn münaqişəli vəziyyətləri aradan qaldırmaq və öz hərəkətlərini proqramlar tərəfindən koordinasiya olunmasını nəzərdə tutmaq, yəni, sistemi sinxronlaşdırma vasitələri ilə təmin etmək lazımdır.
    Multiproqram sistemləri sistem resurslarından (məsə-lən, prosessorun, yaddaşın, periferiya qurğuları) daha effektiv istifadə olunma mümkünlüyünü təmin etdi, amma onlar uzun bir müddət də paket şəklində qalmış oldular. İstifadəçi tap-şırıqla bilavasitə qarşılıqlı əlaqədə ola bilmirdi və idarəedici kartlar köməkliyi bütün mümkün ola biləcək vəziyyətləri nəzərə almalı idi. Proqramların sazlanması əvvəlki kimi çox vaxt tuturdu və yaddaş və registrlər tərkibinin çox səhifəli çap olunmasının öyrənməsini və ya sazlanma çapını tələb edirdi.
    Elektron-şüalı displeylərin əmələ gəlməsi və klaviatu-raların tətbiq olunma münkünlüklərinin yenidən dərk edilməsi bu problemin həllini növbəyə qoydu. Multiproqramlaşdırma sistemlərinin məntiqi genişlənməsi nəticəsində time-sharing sistemləri və ya vaxta görə bölünmə sistemləri əmələ gəldi [1]. Orada prosessor nəinki giriş-çıxış əməliyyatı vaxtında məsələlər arasında, həmçinin də, müəyyən vaxt ərzində də birindən o birisinə keçmə rejimində qalmışdı. Bu cür birindən o birisinə keçmə o qədər tez-tez baş verirdi ki, istifadəçilər onların proqramları yerinə yetirildiyi vaxt, öz proqramları ilə qarşılıqlı əlaqədə, interaktiv olurdular. Nəticədə bir kompüter sistemində bir neçə istifadəçilərin eyni zamanda işləmə mümkünlüyü əmələ gəlmişdi. Bunun üçün hər bir istifadəçidə heç olmazsa bir proqram yaddaşda olmalı idi. İşləyən istifadəçilərin sayının məhdudlaşmasını azaltmaqdan ötrü, icra olunan proqramın əməli yaddaşda tam şəkildə olmaması ideyası tətbiq olunmuşdu. Proqramın əsas hissəsi diskdə yerləşir, həmin anda yerinə yetirilməli olan proqramın fraqmenti əməli yaddaşa yüklənilə bilər, lazım olmayan hissə isə yenidən diskə köçürülə bilər. Bu virtual yaddaş mexanizmi köməkliyi ilə həyata keçirilir. Bu mexanizmin üstün cəhəti ondan ibarət olur ki, o, EHM-in əməli yaddaşının qeyri-məhdudiyyəti barəsində xülya yaradır.
    Vaxta görə bölünmə sistemlərində istifadəçi interaktiv rejimdə proqramın effektif sazlanılma mümkünlüyünü əldə etdi, perfokartdan istifdə etməyərək, bilavasitə klaviaturadan informasiyanı diskə yazdı. On-line fayllarının əmələ gəlməsi inkişaf etmiş fayl sistemlərinin işlənilmə zəruriyyətinə gətirib çıxartdı.
    Hesablama sistemlərinin daxili evolyusiyasına paralel olaraq, onların xarici evolyusiyası da baş verirdi. Bu vaxt müddətindən əvvəl, hesablama kompleksləri, bir qayda olaraq, bir-biriləri ilə uyuşmurdular. Hər biri özünün əməliyyat sisteminə, özünün əmrlər sisteminə və i.a. malik idi. Nəticədə, maşınların bir tipində uğurla işləyən proqramı yenidən tam şəkildə yazmaq və digər tip kompüterlərdə yerinə yetirmək üçün yenidən sazlamaq lazım idi. Üçüncü vaxt müddətinin başlanğıcında eyni bir əməliyyat sistemi idarəsi altında işləyən proqram-uyuşan maşınlar ailəsinin yaradılma ideyası əmələ gəldi. İnteqral mikrosxemləri üzərində qurulmuş proqram-uyuşan kompüterlərin birinci ailəsi İBM/360 maşın seriyası oldu. 60-cı illərin başlanğıcında işlənilmiş bu ailə qiy-mət/məhsuldarlıq kriterisi üzrə ikinci nəsil maşınlarını əhəmiy-yətli dərəcədə üstələdi. Bundan sonra, İBM xətti ilə uyuşmayan PDP kompüterlər xətti yarandı və onun ən yaxşı modeli PDP-11 oldu.
    “Bir ailə” gücü eyni zamanda da onun zəifliyi idi. Bu konsepsiyanın geniş imkanları (mini-kompüterlərdən tutmuş nəhəng maşınlara qədər bütün modellərin olması; müxtəlif cür periferiyaların olması; müxtəlif əhatələrin olması; müxtəlif istifadəçilərin olması) mürəkkəb və çox yer tutan əməliyyat sistemini törətdi. Minlərlə proqramçıların yazdığı milyonlarla Assembler sətirləri çoxlu sayda səhvlərə malik idi ki, bu da onlar barəsində fasiləsiz dərc olunmalar axınını və onların düzəldilməsini yaratdı. Yalnız OS/360 əməliyyat sistemində 1000-dən artıq məlum səhvlərə yol verilmişdi. Bununla bərabər, istifadəçilər beyinlərində əməliyyat sistemlərinin standartlaşdırma ideyası geniş tətbiq olunmuşdu və sonralar aktiv inkişaf tapdı.


    Dördüncü vaxt müddəti (1980-cı ildən hal-hazırki vaxta qədər). Fərdi kompüterlər. Klassik, şəbəkə və paylanmış sistemlər


    Hesablama sistemləri evolyusiyasının növbəti vaxt müddəti böyük inteqral sxemləinin (BİS) əmələ gəlməsi ilə əlaqədardır. Bu illərdə inteqrallaşma dərəcəsinin kəskin artımı və mikrosxemlər qiymətinin aşağı düşməsi baş verdi. Arxi-tektura cəhətdən PDP-11-dən fərqlənməyən kompüter qiymət və istismarının sadəliyinə görə, müəssisə şöbələrinə və ya universitetə deyil, ayrı-ayrı insanlar üçün yaradı. Fərdi kompüterlər dövrü başladı. Başlanğıcda fərdi kompüterlər bir proqramlı rejimdə bir istifadəçi üçün təyin olunmuşdu ki, bu da həmin EHM-lərin arxitekurasının və onların əməliyyat sistem-lərinin tənəzzülünə səbəb oldu (xüsusi halda, faylların və yaddaşın mühafizəsinin zəruriliyi, tapşırıqların planlaşdırılması itdi).
    Kompüterlər təkcə mütəxəssislər tərəfindən istifadə olunmurdu, bu da “dostluq” proqram təminatının işlənilməsini tələb etdi.
    Lakin, fərdi kompüterlərdə həll olunan məsələlərin mürəkkəbliyinin və cürbəcür olmasının artması, onların işləmə etibarlığının yüksəldilmə zəruriyyəti, böyük hesablama maşın-larının arxitekturası üçün xarakterik olan praktiki olaraq, bütün xassələrinin yenidən törənməsinə gətirib çıxartdı
    80-cı illərin ortasında kompüterlər şəbəkəsi, o cümlə-dən, şəbəkə və ya paylanmış əməliyyat sistemləri idarəsi altında işləyən fərdi kompüterlər çoşqun inkişaf etməyə başladılar.
    Şəbəkə əməliyyat sistemlərində istifadəçilər digər şəbəkə kompüterinin resurslarına müraciət əldə edə bilirlər, yalnız onlar bunun olmasını bilməlidirlər və bunu bacarmalı-dırlar. Şəbəkədə hər bir kompüter, avtonom kompüterin əməliyyat sistemindən əlavə vasitələrin (şəbəkə interfeys qurğuları üçün proqram dəstəklənməsi və uzaq məsafədəki resurslara müraciət) olması ilə fərqlənən özünün lokal əməliyyat sistemi idarəsi altında işləyirdi.
    Paylanmış şəbəkə, əksinə, xarici görünüş cəhətcə, adi avtonom sistem kimi görünür. İstifadəçi faylın harada (lokal və ya uzaq məsfədəki maşında) saxlanılmasını və onun proqramı-nın da harada yerinə yetirilməsini bilmir və bilməməlidir. O, ümumiyyətlə bilməməlidir ki, onun kompüteri şəbəkəyə qoşulmuşdur, ya yox. Paylanmış əməliyyat sisteminin daxili quruluşu avtonom sistemlərdən əhəmiyyətli dərəcədə fərqlənir.
    Bundan sonra biz avtonom əməliyyat sistemlərini klassik əməliyyat sistemləri adlandıracayıq.
    Hesablama sistemlərinin inkişaf mərhələlərini nəzərdən keçirərək, biz evolyusiya prosesində klassik əməliyyat sistem-lərinin yerinə yetirdikləri 6 əsas funksiyaları ayıra bilərik:
    -Tapşırıqların planlaşdırılması və prosessordan istifadə olun-ması;
    -Proqramların kommunikasiya və sinxronlaşma vasitələri ilə təmin edilməsi;
    -Уaddaşın idarə olunması;
    -Fayl sisteminin idarə olunması;
    -Giriş-çıxışın idarə olunması;
    -Təhlükəsizliyin təmin olunması.
    Yuxarıda göstərilən funksiyaların hər biri adətən, əməliyyat sisteminin struktur komponenti olan altsistemlər şəklində həyata keçirilmişdir. Hər bir əməliyyt sstemində bu funksiyalar, əlbəttə ki, özünə uyğun şəkildə, müxtəlif həcmdə həyata keçirilmişdir. Onlar, lap əvvəldən, əməliyyat sisteminin bir hissəsi kimi fikirləşməmiş, hesablama sistemləri daha rahat, effektiv və təhlükəsiz olduqca, inkişaf prosesində əmələ gəlmişdilər. İnsan tərəfindən yaradılan hesablama sistemlərinin evolyusiyası elə bir yolla getmişdi ki, heç kim bu vaxta qədər sübut etməyib ki, bu onların inkişaf yolunun yeganə mümkünlüyüdür. Əməliyyat sistemləri ona görə mövcuddurlar ki, hal-hazırki anda onların mövcud olması – hesablama sistemlərindən istifadə olunmanın ağıllı üsuludur. Ümumi prinsiplərin və onların funksiyalarının həyata keçirilmə alqoritmlərin nəzərdən keçirilməsi bizim dərs vəsaitinin böyük bir hissəsini təşkil edir ki, burada adları çəkilmiş altsistemlər ardıcıl olaraq təsvir olunacaqlar.
    Mühazirə 2

    Download 1,95 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   54




    Download 1,95 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Hesablama sistemləri evolyusiyasının qısa tarixi

    Download 1,95 Mb.