Mühazirə Cihazqayırmada kompyuter texnologiyası fənni haqqında ümumi məlumat




Download 2,28 Mb.
bet1/31
Sana12.01.2024
Hajmi2,28 Mb.
#135892
TuriMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   31
Bog'liq
Cihazqayırmada kompyuter texnologiyası mühazirələr


Mühazirə 1. Cihazqayırmada kompyuter texnologiyası fənni haqqında ümumi məlumat.

Müasir dünyada istənilən müəssənin iqtisadi fəaliyyətinin əsas məqsədi özü üçün maksimum mənfəət əldə etmək şərti ilə sifarişçilərin və istehlakçıların tələblərini ödəməkdir. Bununla yanaşı müəssələrin əsas məqsədlərindən biri də beynəlxalq standartlaraın tələblərinə uyğun məhsul istehsal etməlidir, o cümlədən ISO 1900-2000.


Qoyulmuş məqsədə nail olmaq – çoxplanlı məsələdir, bunun üçün müəssənin bütün üzvləri hərə öz sahəsində çox ciddi yaradıcı yanaşmalıdırlar. Bunu yalnız o vaxt həll etmək olar ki, rəhbərdən tutmuş adi işçiyə qədər hərə öz sahəsində optimal qərarlar qəbul edə bilsin.
Mütəxəssislərin əsas vəzifəsi onların düzgün qərar verməsidir, səhv qərarların yaratdığı problemləri düzəltmək yox, bu məsələlərin effektiv həlli XXI əsirdə, yalnız kompüter texnalogiyalarının düzgün tətbiqi ilə mümkündür.
Tarixin gedişi onu göstərir ki, hər əsirdə insanın yaşayış şəraitini yaxşılaşdıran yeniliklər olur. Bu baxımdan XX əsrin fundamental nailiyyətlərindən biri də kompüter texnikası oldu. Bu nailiyyət insan fəaliyyətinin əsas istiqamətlərində inqilabi dəyişiliklərə gətirib çıxardı. Bunlara konstruksiya və onların emal texnalogiyalrlnı, idarəetmə sisteminin təkmilləşdirilməsi və avtomatlaşdırılmasına kimi məsələlərinə yeni yanaşma metodları hazırlandı.
Bu ümumi tendensiya təkcə fərdi kompüterlərin çoxalmasına və tətbiqinin artmasına deyil həmçinin, telekomunikasiya, şəbəkələr, o cümlədən internetin inkişafına və yaranmasına gətirdi. Bu faktlar kompüter informasiya texnalogiyalarının inkişafını aktuallaşdırdı. Beləliklə də XX əsirin 80-ci illərindən başa düşülməya başlandı ki, informasiya resusları istənilən dövlətin təbii resuslarından da daha qiymətlidir.
Məlum oldu ki, müasir bazarda müəssələrin və firmaların rəqabətə tab gətirməsi üçün öz faliyyətlərində informasiya kompüter texnalogiyalarından (İKT) geniş istifadə etməlidirlər. Məhz İT proqressiv texnalogiyalarla birlikdə istənilən müəssənin effektivliyini ciddi surətdə artırır. Beləliklə də sifarişçinin istədiyi məhsulu isehsal etmək üçün texnaloji prosesi çox surətlə dəyişməklə vaxta qənaət etmək olur.
XX əsrin axırlarında başlamış bəzi sahələrin ayrı-ayrı strukturunda kompüter texnalogiyalarının tətbiqi lazımı nəticəni vermədi, çünki İT tətbiq olunmamış strukturlar tam avtomatlaşdırmaya mane olurdu və bu da son nəticədə İT tətbiqini minimuma endirirdi. İT tətbiqinin bəzi sahələri aşağıda verilmişdir:

  • Sadə qeydiyyat və mühasibatlıq funksiylarını sənədləşdirmələrinin avtomatlaşdırmaq üçün avtomatik idarəetmə sistemi (AİS);

  • Konstruksiyada avtomatik layihələndirmə sistemləri (ALS) (CAD - Computer Aided Design), adi çertyoj lövhəsi və kulman elektron kulmanla əvəz edilirdi;

  • Texnaloji proseslərin ALS-i (CAM — Computer Aided Manufacturing), texnolji sənədlərin avtomatik hazırlanması və RPİ (rəqəmli proqramlı idarə) dəzgahlar üçün idarəedici proqramlar;

  • Mühəndis hesablamalarının avtomatlaşdırılması (CAE - Computer Aided Engineering) və s.

Bütün bu sistemlər əsasən ayrı-ayrı hesablama platformalarında yaradıldığından bir-birinə uyğunlaşdırılmamış olurdu və onlar arasında əlaqə yaratmaq çox çətinlik törədirdi. Bu sistemlər demək olardı ki, avtonom işləyirdi. İstehsalın və prosesslərin kəskin artdığı vaxtlarda isə sistemin effektivliyini aşağı düşürdü.
Buna baxmayaraq avtonom rejimdə işləyən bu sistemlər İKT sahəsində müsbət vərdişlər yaratdı. Həmçinin bizə aydın oldu ki, inteqrasiya olunmuş sistemlər nə qədər vacibdir və vahid kompleksdə İT tətbiqi hansı üstünlüklər verər. Ona görə də bu sistem “inteqrasiya olunmuş avtomatik idarəetmə sistemi” adlandırıldı (İAİS) (CIM — Computer Integrated Manufacturing). İAİS-i ilk dəfə yüksək avtomatlaşdırılmış çevik istehsal komplekslərinə və tam avtomatlaşdırılmış istehsala tətbiq olunmuşdur.
İAİS-in yaradılması ilə müəssə tərəfindən istehsal olunan məhsulların bütün həyat tsikliniə (HT) vahid informasiya məkanında (VİM) və ya İnteqrasiya oulunmuş informasiya məkanında (İİM) izləmək mümkün oldu.
Məhz VİM və İKT ideyası ilk dəfə ABŞ-da CALS (son vaxtlar Commerce At Light Speed- yüksəksürətli kommersiya kimi başa düşülən) sistemini yaratdı. Bu ideyanın yaranmasında və beynəlxalq standarta çevrilməsində ABŞ-ın müdafiyə Nazirliyinin böyük rolu ulmuşdur. Bu da dövlət orqanları ilə komersiya müəssılri arasında çevik informasiya əlaqələrinin yaradılması və məhsulların göndərilməsi, sonrakı istismarı, bir sözlə HT izləməyə imkan verdi.
CALS- yüksəksürətli kommersiya abvveryaturası əsasən internetin inkişafı ilə əlaqədar yaranmışdır, yəni alqı və satqı əməliyyatları daimi inkişaf edən internet vasitəsi ilə yerinə yetirilirdi. Bu əməliyyatlar vaxtı tərəflər bir-biri ilə kağısız elektron vasitəsi ilə yerinə yetirilirdi və bəzən hüququ statusu adi imza ilə eyni olan elektron imzalarla (Eİ) təsdiqlənirdi. Elektron mübadilə çox yüksək tempdə sürətlə yerinə yetirilir. Bununla yanaşı informasiyanın vahid məkanda yerləşdirilməsi də çox vacibdir.
Məlum olduğu kimi hər bir müəssədə muhasibatlıq, giriş bürosu və kadırlar şöbəsi vardır. Hal hazırda onlar eyni VİM yerləşdirilirlər. Bu bölmələr üçün vahid informasiya obyekti müəssənin işçiləridir. Müəssələrdən birində müəssənin informasiya sistemini işləmiş işçilər onun vahidliyini tam qoruya bilməmişlər. Kadrlar şöbəsində əməkdaşlardan biri qovulur. Bu məlumat giriş bürosuna daxil olmur və orada o, işə çıxmayan kimi qeyd edilir, bu məlumat mühasibatlığa daxil olur və araşdırmalar başlayır. Bu da öz növbəsində əlavə əmək və maddi resusların sərfinə gətirir.
Digər misalda eyni müəssədə bir bölmə zavodda istifadə edilən kəsici alətlərin bazasının hazırlanmasına bir il vaxt sərf edir. Lakin həmin müəssənin digər bölməsində bu baza çoxdan hazır imiş. Əgər kəsici alətlər haqqında məlumatlar bazası müəssənin ümumi bazasında otursa idi bu qədər artıq iş görülməzdi.
Hal hazırda məlumatlar bazası şəkilində yaradılan çoxistifadəli informasiya sistemləri, bütün HT –ni izləyən vahid informasiya məkanın əsasını təşkil edir.
CALS-ın konsepsiyasında müəssənin idarəedilməsində bəzi dəyşiliklər nəzərdə tutulur. Əgər əvvələr müəssənin idarəedilməsində əsas məqsədi gəlir əldə etmək idisə artıq bu fikir kökündən dəyişmişdir, əsasəndə cihazqayırma müəssələrində. Müasir müəssələrin əsas məqsədi minimum əmək sərf etməklə kefiyyətli məhsul istehsal etmək və onu vaxtında istehlahçıya çatdırmaqdır.

Download 2,28 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   31




Download 2,28 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mühazirə Cihazqayırmada kompyuter texnologiyası fənni haqqında ümumi məlumat

Download 2,28 Mb.