• İstehsal texnoloji proses
  • Qurma
  • Keçidlərin konsentrasiya
  • Mühazirə Cihazqayırmada kompyuter texnologiyası fənni haqqında ümumi məlumat




    Download 2,28 Mb.
    bet2/31
    Sana12.01.2024
    Hajmi2,28 Mb.
    #135892
    TuriMühazirə
    1   2   3   4   5   6   7   8   9   ...   31
    Bog'liq
    Cihazqayırmada kompyuter texnologiyası mühazirələr

    Terminlərin izahı
    Cihazqayırma müəssələrində kompüter texnalogiyalarının tətbiqi və istismarına baxmazdan əvvəl, CALS-ın əsasını təşkil edən terminlərlə tanış olaq.
    Texniki məlumat- Texniki məhsulun elektron formasında verilmiş xassələri və xüsusiyyətləri.
    Məmulatın həyattsikli (HT)- məmulatın mövcud olduğu vaxt onun marketinq izlənməsi (alqı-satqısı): marketinq tədqiqi, texniki tapşırıqların hazırlanması, layihə, istehsalının texnaloji hazırlığı, hazırlanması, istismarı, ləğvi.
    İnteqrasiyaolunmuş informasiya mühiti (İİM) – məmulat haqqında məlumat toplanmış, məlumatlar bazası toplusu, istehsal mühiti, müəssənin resusları və prosessləri. İİM –də bütün verilənlər elektron obyekt formasında saxlanılır.
    İnformasiyalı mübadilə-istehsalat-təchizat subyektləri aparılan, İİM-də yerləşən verilənlərin birlikdə istifadəsi və mübadiləsi.
    İnformasiya obyekti- verilənlərin emalını müəyyən formada emal etməyə imkan verən, xassələr (atributlar) və metodlara malik, verilənlər və proqram kodları toplusu.
    Məmulatın kompanenti (tərkibi)- strukturu vahid qəbul olunmuş və tərkibinə detal, yığım vahidi və ya yığım bəndləri daxil olan məmulatlar.
    Konfiqurasiya- məmulatın strukturunu və tərkibini özündə birləşdirın, komponentlərinin atributları və xassələrinin müəyyən qiymətlərə malik olmasını təmin edir.
    İstehsalın konstruktor hazırlığı- konstruktor sənədlərinin hazırlanması məqsədi ilə prosses və ardıcıllıq toplusu. Bu proses vaxtı çoxlu sayda məlumatlar toplanıb İİM-də verilənlər bazası şəkilində yadda saxlanır.
    Loqistika- istehsalda və biznesdə material və informasiya axının idarəedilməsi formalarının elmi metodları.
    Material- məmulat və ya onun tərkibinə daxil olan detalları hazırlamaq üçün lzım olan cisim və ya əşyaya deyilir.
    Məmulatın HT fasiləsiz informasiya təminatı- Beynəlxalq standartlar əsasında yradılmış və HT ərzində informasiya ilə təmin etmək.
    Texniki verilənlər paketi- məmulatın HT müdafiə edən, istehsalı və məntiqi müdafiyəsi, texniki izahatlar. Texniki verilənlər paketinə daxildir: cizgilər, ehtiyat hissələrin siyahısı, xüsusiyyət cədvəli, standatrlar, kefiyyət sertifikatı və s.
    İİM korporativ standartlar sistemi- İİM korporativ sənədlər toplusuna daxil olan informasiyanın emalı və təqdimini birbaşa reqlamentləşdirən, normativ sənədlər (NS) toplusu kompleksi.
    İTY subyekti- məmulatın HT- də iştirak edən, istehsalat-təchizat yaradıcılığındakı subyekti.
    HT-də məmulatın informasiyadan qorunması texnalogiyası- məmulatı ifadə edən informasiya texnalogiyalarını, istehsal mühitini, bu mühitdəki proseslər.
    Konfiqurasiya- məmulatın strukturunu və tərkibini izah edən termin və s.
    Cihaz və maşınqayırma müəssisələrində hazırlanan istehsal məhsulu məmul adlanır. Maşın, cihaz onların elementləri və ayrı-ayrı hissələlərə, əgər verilən müəssisənin son məhsuludursa məmul sayılır.
    Detal (Hissə)-eynicinsli materialdan hazırlanmış məmuldur və ya məmulun bir hissəsidir. Detalın səciyyəvi əlaməti onun sökülən və ya sökülməyən birləşməsinin olmamasıdır. Detal hər bir cihaz və ya maşın ilkin yığma elementidir.
    Yığım vahidi (düyüm)- məmulun sökülən və ya sökülməyən birləşmələri tərkib hissələrinə deyilir. Yığım vahidinin (düyümün) səciyyəvi cəhəti onun məmulun digər elementlərindən yığıla bilmək imkanıdır. Yığım vahidi, konstruksiyasından asılı olaraq ayrı-ayrı detellardan və ya sadə düyümlər (I dərəcəli) və detallardan ibarət olur. Sadə düyümlər öz növbəsində daha sadə düyümlər (II dərəcəli) və detallardan, daha sadə düyümlər (III dərəcəli) düyümlər və detallardan və ən sadə düyüm isə yalnız detallardan ibarət olur. Məmulun bu cür bölümü texnoloji əlamətlərə əsasən aparılır.
    Məmul tərkib hissələrinə (elementlərinə), funksional əlamətinə görə də bölünürlər. Funksional əlamətə görə məmul özünün sadə və ya mürəkkəb sərbəst vəzifəsi olan ayrı-ayrı yığma elementlərinə bölünür. Belə bölümün üstünlüyü funksional düyümlərin ümumı yığmadan əvvəl iş vəzifəsinə görə yoxlana bilmək imkanıdır. Qeyd etmək lazımdır ki, əksər hallarda belə bölüm texnoloji baxımdan bölməyə uyğun gəlmir. Bu şərtlər normativ sənədlərdə (standatrlarda) şərh edilmişdir.
    Müasir cihazqayırmada yığma ümumi və düyün yığmalarına bölünürlər. Ümumi yığmanın obyekti cihaz və düyüm, yığmanın obyekti isə onun yığma vahidləri (düyümlər, sadə düyümlər) olurlar. Ümumi və düyüm yığmaları texnoloji sxemlərin vasitəsi ilə əyani nümayiş etdirilir.
    İstehsal prosesi dedikdə elə arşılıqlı əlaqədar fəaliyyətlər birliyi başa düşülür ki, nəticədə ilkin materal və yrımfabrikat öz iş təyinatına uyğun hazır məhsula çevrilsin.
    İstehsal texnoloji proses isə istehsal predmetinin hal, dəqiqliyini və onun müəyyən olunmasını əhatə edən məqsədyönlü fəaliyyəti özündə birləşdirən istehsal prosesinin bir hissəsidir.
    İs yeri müəssisənin istehsa sahəsində yerinə yetiriləcək işə uyğun avadanlıq və təchizatla təmin olunmuş elementar vahiddir.
    Texnoloji əməliyyat, texnoloji prosesin bir iş yerində yerinə yetirilən tamamlanmış hissəsidir. Əməliyyat texnoloji prosesin əsas hissəsidir. Prosesin əmək tutumu, istehsal fəhlələrinin tələb olunan sayı və material texniki təminat (avadanlıq, tərtibat, alət) əməliyyata görə təyin olunur və 005, 010, 015,... kimi işarələnir. Texnoloji əmliyyatdan başqa, köməkçi əməliyyatlar da mövcüddur: məsələn, nəqliyyat, nəzarət, nişanlanma və s. Yerinə yetirilən işin həcmindən asılı olaraq texnoloji əməliyyatlar texnoloji və köməkçi keçidlərə və həmçinin işçi və köməkçi gedişlərə bölünürlər.
    Texnoloji keçid- əməliyyatin istifadə olunan alətin və emal nəticəsində yaranan və ya yığmada birləşdirilən səthlərin sabitliyi ilə səciyyələnən, tamamlanmış hissəsidir.
    Köməkçi keçid- texnoloji əməliyyatın elə bir tamamlanmış hissəsidir ki, insan və avadanlığın səthin forma , ölçü və keyfiyyət dəyişikləri ilə müşaiət olunmayan, yalnız texnoloji keçidin yerinə yetirilməsi üçün vacib olan fəaliyyətini özündə birləşdirir. Keçidlər ardıcıl,paralel və paralel-ardıcıl yerinə yetirilə bilərlər.
    İşçi keçid-texnoloji keçidin elə bir tamamlanmış hissəsidir ki, pəstahın hal və ya səthin forma, ölçü və keyfiyyət dəyişiklikləri ilə müşaiət olunan, alətin pastaha nisbətən bir dəfə yerdəyişməsindən ibarət olsun.
    Köməkçi gediş də alətin pəstaha nisbətən bir dəfə yalnız yuxarida göstərilən dəyişiklikləri ilə müşaiət olunmayan, işçi gedişin yerinə yetirilməsi üçün vacib olan yerdəyişməsindən ibarətdir.Emal edilən pəstahın və ya yığılan məmulatın vəziyyətini dəyişdirdikdə, əməliyyat qurmadan və mövqedən ibarət ola bilər.
    Qurma, texnoloji əmliyyatın elə bir hissəsidir ki, emal ediləcək pəstahın və ya yığılacaq obyektin bir dəyişilməz ilə yerinə yetirilməsi xarakterizə edilsin.
    Mövqe, dəyişilməz bərkidilmiş emal ediləcək pəstahın və ya yığılacaq məmulun tərtibatla birlikdə alətə və ya dəzgahın hərəkətsiz hissələrinə nəzərən fiksasiya olunmuş vəziyyətidir.
    Fənd, əməliyyat yerinə yetirilərkən işçinin tamamlanmış hərəkətləri toplusudur.Əməliyyatların layihələndirilməsini, onların strukturuna daxil olan keçidlərin konsentrasiyası və diferensasiyası üsulları ilə aparırlar.
    Keçidlərin konsentrasiya dərəcəsi artdıqca əməliyyatların mürəkkəbliyi artır, sayı isə azalır. Bu halda məmulun hazırlanmasının istehsal tsikli, avadanlığın sayi, istehsal sahəsi, istehsal fəhlələrin sayı azalır.
    Keçidlərin diferensiyasiyası üsulu üzrə əməliyyat layihələndirdikdə isə istehsalın daha çox çevikliyi təmin olunur. Bu, iri nomenklaturalı istehsal üçün çox vacibdir.Daha sadə avadanlıq və təchizatlardan istifadə etməklə yeni məhsulun istehsalının hazırlanma müddətləri qisalır.
    İstehsalın təşkili elmin sərbəstləşmiş bölməsidir, о, maddi istehsalı özünə хas оlan keyfiyyətdə tədqiq edir. Keçdiyi təkamül yоlunda istehsalın təşkili özünə təzahürlər, suallar və terminlər hazırlamış, оnlar ilə mövcuddür və inkişaf edir. Aparıcı оlaraq bu terminləri seçmişdir. Müəssisə; birlik; işlər kоmpleksi; sənaye; sənaye sahələri; istehsal; istehsal prоsesi; istehsalın amilləri; ictimai əməyin təşkili fоrmaları; istehsalın səmərələşdirməsi; istehsalat; istehsalın təşkilinin təkmilləşdirilməsi, tənzimlənməsi, nizamlanması.
    Maşın və cihazqayırmada istehsalın üç növü var: kütləvi, seriyalı və fərdi.
    Kütləvi istehsalda məmullar fasiləsiz olaraq, nisbətən çox sayda və uzun müddət ərzində (bir neçə il) hazırlanır. Ancaq kütləvi istehsalın səciyyəvi xüsusiyyəti buraxılan məmulların sayında deyil, iş yerlərinin əksəriyyətində həmin yer üçün təhkim olunmuş ancaq bir , uzun müddət təkrar olan əməliyyat ın yerinə yetirilməsindədir. Kütləvi istehsalın məhsulu : avtomobillər, elektrik mühərrikləri, məişət cihazları, sayğaclar və s. ola bilər.



    Download 2,28 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   31




    Download 2,28 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mühazirə Cihazqayırmada kompyuter texnologiyası fənni haqqında ümumi məlumat

    Download 2,28 Mb.