Mühazirə 4. Cihazqayırmada idarəetmə sistemlərinin təsnifatı və strukturu




Download 2,28 Mb.
bet5/31
Sana12.01.2024
Hajmi2,28 Mb.
#135892
TuriMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   31
Bog'liq
Cihazqayırmada kompyuter texnologiyası mühazirələr

Mühazirə 4. Cihazqayırmada idarəetmə sistemlərinin təsnifatı və strukturu.

Dəzgahların idarə olunması – bu onun me xanizm və qurğularına verilmiş dəqiqlikli, məhsuldarlıqlı və emal maya dəyərli pəstahın tələb olunan emal texnoloji prob sesinin yerinə yetirilməsi üçün təsirdir.


Dəzgahın idarə olunması idarəetmənin məqsədi, idarəete mə nəticələri (işçi orqanların yerdəyişmələri, müxtəlif mexal nizmlərin işləməsi) haqqında informasiyaların alınmasından, alınmış informasiyanın analizindən (araşdırılmasından), qərara rın hazırlanmsı və qəbul olunmuş qərarın icrasından ibarətdir.
Dəzgahın idarə olunması operator tərəfindən (əl ilə) və ya onun bilavasitə iştirakı olmadan avtomatik idarəetmə siste mi vasitəsi ilə yerinə yetirilə bilər.
Dəzgahların idarə edilməsi rəqəmli göstərici (indikasiya, ekran) və idarəetmə qurğularının tətbiqi (RGİQ) ilə sadələşdid rilmişdir. Ən sadə RGİQ sxemi şək. 1-də göstərilmişdir. Dəzgahın 1 işçi orqanının (stolun, supportun (altlığın), şpinp del aşığının) yerdəyişməsi zamanı işçi orqan ilə əlaqəli olan 5 ölçmə dəyişdirəni (çevirici) (ÖD) ÖD-nin 4 hərəkətsiz hissə- sinə nisbətən gəzişərək, yerdəyişməni ona uyğun olan impulsu ların sayına dəyişdirir (çevirir). Bu impulslar da 2 sayğacına daxil olur (gəlir) və 3 rəqəmli tabloda nümayiş edilir.
Hesablamanın başlanğıcı sayğacın sıfra quraşdırılması yolu ilə nəzarət olunan yerdəyişmənin istənilən nöqtəsi ilə uyğunlaşdırılmış ola bilər. RGİQ –də ÖD kimi impulslu foto elektrik ştrixli şkalalarlı ÖD-lər, həmçinin faza ÖD-lər (selsin və induktosinlər) tətbiq olunur.

Şək. 1. Rəqəmli göstərici (indikasiya) qurğusunun sxemi
Dəzgahların avtomatlaşdırılması səviyyələri üzrə RGİQ aşağıdakı kimi təsnif edilir:
a) ölçü səviyyəsi ilə. Bu zaman RGİQ yalnız yerdəyişmələrin hesablanma funksiyalarını yerinə yetirir;
b) dəzgahın operatoruna tövsiyələr verilməsi səviyyəsi ilə. Bu zaman RGİQ ilkin yerdəyişmələr yığımı funksiyasını həyata keçirir. Bu halda operator işçi orqanların yerdəyişmələrinin tələb olunan qiymətini yığır, sonra isə RGİQ-in rəqəmli tablolarında sıfır əldə edilənə qədər onların yerini dəyiy şir;
v) operatora işçi proqramda qeyd edilmiş tövsiyələr ver rilməsi səviyyəsi ilə. Bu zaman rəqəmli tabloda proqram üzrə yerdəyişmənin tələb olunan qiymət və istiqaməti nümayiş olunur və operator əl ilə onları yerinə yetirir;
q) idarəetmə səviyyəsi ilə. Burada RGİQ yerdəyişmələrin ilkin yığım funksiyasını və onların avtomatik işlənməsini yerinə yetirir. Operator bu halda yalnız düyməni basır, dəzz gah isə verilmiş yerdəyişmələri həyata keçirir. Bu zaman mövqeləndirmə komandalarını RGİQ verir;
d) idarəedici proqram səviyyəsi ilə. Bu zaman RGİQ avQ tomatik olaraq proqram üzrə işləyir, yəni rəqəmli proqram idarəetmə qurğularının (RPİQ) funksiyalarına analoji olan idarəetmə funksiyalarını yerinə yetirir.
Avtomatlaşdırmanın müxtəlif səviyyələrinə uyğun iş re jimlərindən başqa, RGİQ həmçinin digər rejimlərə də malik ola bilər. Məsələn, proqramın yazılması, özünüdiaqnostika və başqaları.
Funksional imkanlarına görə RGİQ–i iki qrupa bölürlər:
a) texnoloji funksiyaları müəyyən dəzgahlar qrupuna yönəlməmiş, yerdəyişmələrin qiymətlərinin rəqəmli hesablanm masının yalnız sadə funksiyalarını yerinə yetirən ümumi təyiy natlı RGİQ;
b) müəyyən dəzgahlar tipinə funksional yönəlmiş RGİQ.
Dəzgahın avtomatik idarə olunması zamanı onun idarə olunması funksiyasını əvvəlcədən tərtib olunmuş idarəetmə proqramı üzrə işləyən, idarəetmə sisteminə müva fiq proqramdaşıyıcılarının köməyi ilə daxil edilən avtomatik idarəetmə sistemi (AİS) yerinə yetirir.
Avtomatik idarəetmə zamanı dəzgahın fəaliyyəti onun strukturu və verilmiş idarəetmə sisteminə qoşulmuş (yerləşdid rilmiş) idarəetmə alqoritm ilə müəyyənləşdirilir. Bu zaman dəzgahın strukturu onun tərkibini və işçi orqanları, köməkçi mexanizmləri və qurğuları arasında əlaqəni müəyyənləşdirir. İdarəetmə sisteminin işlədiyi idarəetmə alqoritmi dəzgahın idarə olunmasının müxtəlif funksiyalarının yerinə yetirilməsi ardıcıllığını göstərir.
İdarəetmə proqramı (İP) dedikdə konkret pəstahın emalı üzrə dəzgah fəaliyyətinin verilmiş alqoritminə uyğun proqramlaşdırma dilində komandalar məcmusu başa düşülür.
İP-yə, bir qayda olaraq, üç komanda kateqoriyaları (qrupları) daxildir:
a) texnoloji. Bu qrup komandaları dəzgahln işçi orqanlaç rının emal prosesində verilmiş verişlər ilə tələb olunan məsas fələrə yerdəyişmələrinin idarə olunmasını təmin edir;
b) dövri. Bu qrup komandaları sürət və veriş dəyişməni, alətlərin seçilməsi və dəyişdirilməsini, pəstahlı paletlərin dəyişdirilməsini, soyuducu mayenin verilməsi və kəsilməsini, emal dəqiqliyinə nəzarəti və s. həyata keçirir;
v) xidməti və ya məntiqi. Bu qrup komandaları dəzgahın ona verilən bütün yuxarıda göstərilən komandaların düzgün yerinə yetirilməsini təmin edir.
İdarəetmə proqramı yazılmış verilənlərin daşıyıcısını proqramdaşıyıcı adlandırırlar. Proqramdaşıyıcıları kimi yumı ruqları, kopirləri (surət çıxaranları, surətçiləri), dayaqlı xətt keşləri, perfolentləri (dəlikli lentləri), maqnit lentlərini, həmm çinin müxtəlif tipli yadda saxlayan qurğuları istifadə edirlər.
Metalkəsən dəzgahların AİS-sini onların praktiki tətbiqit nin məqsədlərindən asılı olaraq müxtəlif əlamətlərə görə təssnif edirlər.
İnformasiya əlamətləri üzrə AİS-nin təsnifatını geniş is tifadə edirlər. İnformasiya əlamətləri dedikdə müxtəlif metall kəsən dəzgahların idarə edilməsində informasiya axınlarının strukturu və sayı başa düşülür. AİS üçün istifadə olunan məlumat nə qədər dolğun olarsa, bir o qədər də onun işinin keyi fiyyəti yüksək və funksional imkanları genişdir.
AİS-ə daxil olan informasiyanın girişdə mənbəyi İP-dir, əks əlaqə kimi isə istifadə edilə bilər: informasiyaların işlənn məsi prosesinin vəziyyətini xarakterizə edən informasiya axınları (dəzgahın işçi orqanlarının vəziyyəti, vibrasiya səviyv yəsi, temperatur deformasiyaları, emal olunan pəstahın ölçüs ləri); idarəetmə prosesindən asılı olmayan, emal prosesinə təsir göstərən həyacanlandırıcılar haqqında məlumat (məsələn, emal payı, materialın bərkliyi, ətraf mühitin temperaturu və s.).
İnformasiyanın sadalanan mənbələri AİS-də AİS-in müS əyyən strukturunu yaratmaqla müxtəlif əlaqələndirmələrlə is tifadə olunur (şək. 2.).

Şək. 2. Avtomatik idarəetmə sistemlərinin struktur sxemləri:
a – açıq; b - qapali; c - adaptiv
İdarəetmənin açıq sistemlərində (şək. 2.а) yalnız birba) şa hın işçi orqanın həqiqi vəziyyətinə nəzarət etmir, ona görə də onun hərəkətinin (yerdəyişməsinin) dəqiqliyi veriş intiqalının ötürücü mexanizmlərinin dəqiqliyindən asılı olacaqdır.
Açıq idarəetmə sistemləri paylayıcı vallı (PV) idarəetmə sistemləri, mexaniki surət çıxaran sistemlər, addımli elektrik mühərrikləri istifadə olunan veriş intıqallı RPİ sistemləridir.
Qapalı idarəetmə sistemlərini üç yarımqrupa bölürlər:
a) dəzgahın işçi orqanlarının vəziyyəti üzrə əks əlaqəli (şək. 2.b) - gedir. Bu qrupa izlənən surət sistemləri, müasir RPİ sistemlə- rin əksəriyyəti daxildir.
b) dəzgahın işçi orqanlarının vəziyyəti üzrə və dəzgaz hın xətalarının kompensasiyası ilə əks əlaqəli (şək 2.c) (isk tilik deformasiyaları, yeyilmə, vibrasiya və s.). Bu sistemlərr də dəzgahın xətasını ölçən və eləcə də ilkin məlumatın korl reksiyası (təshihi) üçün siqnalları idarəetmə qurğusuna ötürən əlavə vericilər (ötürücülər) vardır;
v) adaptiv (şək. 2.c). Burada dəzgahın işçi orqanlarının vəziyyəti üzrə əks əlaqədən ( emal prosesinin parametrləri (kəsmə qüvvəsi, burucu mos ment, kəsmə zonasında temperatur, vibrasiyanın amplitudası və s.) üzrə əks əlaqə (müvafiq vericilərin nı) mövcuddur ki, bu da pəstahda emal payının, emal olunan materialın bərkliyinin, kəsən alətin yeyilməsinin və digər fakr torların dəyişməsinin (rəqs etməsinin) emal dəqiqliyinə təsirini nəzərə almağa və kompensasiya etməyə imkan verir. Bu faktorlar təsadüfi xarakter daşıyır və onları əvvəlcədən nəzərə almaq mümkün deyil. Belə idarəetmə sistemləri ən mürəkkəb idarəetmə sistemləridir, lakin onlar emalın yüksək dəqiqliyiq ni, optimal məhsuldarlığını və minimal maya dəyərini təmin edir.
İdarəetmə siqnallarının xarakterinə görə fasiləsiz (anas loq) və diskret avtomatik idarəetmə sistemlərini fərqləndirirlər. Fasiləsiz siqnallar zamanın fasiləsiz funksiyalarıdır. Diss kret idarəetmə sistemi heç olmasa bir həlqəsi diskret fəaliyyətə (hərəkətə) malik olan sistemdir.

Şək. 3. Avtomatik idarəetmə sistemlərinin müxtəlif variantları

Şək. 3-də dəzgahların avtomatik idarəetmə sistemlərir nin mövcud müxtəlif variantları göstərilmişdir:


I - paylayıcı vallarla və yumruqlarla idarəetmə sistemi. Burada İP analoq şəklində - hazırlanmış tsikloqrama (icra orqanlarının zamandan asılı razılaşdırılmış hərəkət sxemi) uyğun paylayıcı vallara yerləşdirilən işçi və komanda yumruqları şəklində verilir;
II - surət (surət çıxaran) idarəetmə sistemləri. Belə sis temlərdə idarəetmə proqramı kopir (surətçıxaran) vasitəsi ilə analoq şəklində verilir;
III - tsiklik (dövri) proqram idarəetmə sistemləri (TPİS). Burada ölçü informasiyası dəyişən xətkeşlərdə yer ləşdirilən yol dayaqları ilə analoq şəklində, tsiklik informasi, ya isə rəqəmli şəkildə idarəetmə pultunda yığımla verilir;
IV – RPİ sistemləri (RPİS). Burada İP rəqəmli şəkildə verilir və ya perfolentin köməyi ilə tətbiq edilir, ya bilavasitə idarəetmə pultunda operator tərəfindən yığılır və idarəetmə sisteminin yaddaşına daxil edilir, ya da ki daha yüksək səviyv yəli idarəetmə EHM - dən verilir.
Avtomatik idarəetmə sistemləri mexaniki, hidravlik, pnevmatik, pnevmohidravlik, elektrik, elektrohidravlik və elektron əsaslar üzərində qurula bilər.



Download 2,28 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   31




Download 2,28 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mühazirə 4. Cihazqayırmada idarəetmə sistemlərinin təsnifatı və strukturu

Download 2,28 Mb.