Qidalandırma bloku kompyuter sisteminin ən etibarsız qurğularından biridir. Lakin elektroqida mənbəyi fərdi kompyuterlərin mühüm komponentidir və heç bir kompyuter sistemi onsuz işləyəbilməz




Download 0,58 Mb.
bet1/9
Sana12.06.2024
Hajmi0,58 Mb.
#263098
  1   2   3   4   5   6   7   8   9
Bog'liq
referat 3809


Giriş

Qidalandırma bloku kompyuter sisteminin ən etibarsız qurğularından biridir. Lakin elektroqida mənbəyi fərdi kompyuterlərin mühüm komponentidir və heç bir kompyuter sistemi onsuz işləyəbilməz. Ona görə də sistemin dəqiq və stabil işləməsinin təşkili üçün qidalandırma blokunun funksiyalarını yaxşı öyrənmək, onun imkanlarının məhdudluğu və onu yaradan səbəblər haqqında təsəvvürə malik olmaq, həmçinin də istismarı gedişində yarana bilən potensial problemlər və onların həll edilmə üsulları haqqında təsəvvürə malik olmaq lazımdır.


Qidalandırma blokunun əsas vəzifəsi- dəyişən cərəyan şəbəkəsindən daxil olan elektrik enerjisinin kompyuterin qovşaqlarının qidalandırılması üçün yararlı olan enerjiyə çevrilməsidir. Qida bloku 220V, 50Hs (120V, 60Hs) şəbəkəsinin dəyişən gərginliyini 3,3V, 5V və 12V sabit gərginliklərə çevirir. Bir qayda olaraq rəqəm sxemlərinin qidalandırılmasıüçün (sistem platası, adapter, və diskli toplayıcıları) 3,3V və 5V gərginliklər, mühərriklər üçün (disk aparıcısı və müxtəlif ventilyatorlar) isə 12V gərginlik istifadə edir.
İBM PC kompyuterlərində tətbiq üçün istifadə olunan ilk qida mənbələri AT/XT standartına malikdir. Fərdi kompyuterlərin və onlarda istifadə olunan elektroqida mənbələrinin təkmilləşdirilməsi tədricən və parallel aparılırdı. Hesablayıcı vasitələrdə yeni funksional imkanların yaranması tez bir zamanda qida mənbələrinin modellərində əksini tapırdı.
ATX form-faktorlu kompyuterlər hesablayıcı vasitələrin məsafədən açılıb-bağlanması üçün növbətçi rejimin qurulması imkanına malikdir. Bu rejimdə kompyuterin praktiki olaraq ilkin şəbəkədən enerji sərfi olmur. Hesablayıcı vasitənin elektroqidalandırılmasının təmin olunması bu halda nisbətən kiçik güclü köməkçi mənbə tərəfindən yerinə yetirilir. Fərdi kompyuterlər üçün qida bloklarının ilk modifikasiyalarında AT/XT standartlı qida blokları belə əlavə qidalandırma kanalına malik olmurdu. Bundan başqa onların struktur və sxemotexniki quruluşu qida mənbələrinin son modelləri ilə müqayisədə müəyyən xüsusiyyətlərə malikdir.
Magistr dissertasiyasında AT/XT tipli impuls qida bloklarının əsas işləmə prinsiplərinə baxılmışdır. Müxtəlif istehsalçı firmalarda verilmiş mənbələrin qovşaqları sxemotexniki modifikasiyalara məruz qalmışdır. Baza modelinin yazılışında bu qovşaqların qurulma prinsipləri analizi aparılır və ayrı-ayrı kaskadların prinsipial sxemləri verilmişdir.





  1. Download 0,58 Mb.
  1   2   3   4   5   6   7   8   9




Download 0,58 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Qidalandırma bloku kompyuter sisteminin ən etibarsız qurğularından biridir. Lakin elektroqida mənbəyi fərdi kompyuterlərin mühüm komponentidir və heç bir kompyuter sistemi onsuz işləyəbilməz

Download 0,58 Mb.