İmpuls qida blokunun (İQB) struktur sxemi




Download 0,58 Mb.
bet3/9
Sana12.06.2024
Hajmi0,58 Mb.
#263098
1   2   3   4   5   6   7   8   9
Bog'liq
referat 3809

1.1. İmpuls qida blokunun (İQB) struktur sxemi

AT/XT tipli impuls qida blokunun struktur sxemi şəkil1.2-də verilmişdir. İQB-nun modifikasiyaları yalnız qovşaqların sxemotexniki reallaşdırılması ilə fərqlənir, onların funksional vəzifələri saxlanılır. Struktur sxemdə əsas elementlərin mövqe işarələri ilə birgə qovşaqların adları göstərilmişdir. Mövqe işarələri İQB-nun baza modelinin prinsipial sxeminə uyğundur. Struktur sxemdə məntiqi əlaqələr ox işarələri ilə göstərilmişdir və qida gərginliklərinin siqnalların ötürülməsini Verilmiş struktur sxemə uyğun qida bloku, xarici həyəcanlanmalı yüksək tezlikli (YT) sxem əsasında hazırlanmışdır. İlkin dəyişən gərginlik daxil olan birinci kaskad alçaq tezlikli(AT) maneə dəfedici induktiv-tutum şəbəkə süzgəcidir. Onu qidalandırıcı şəbəkədən giriş dövrələri vasitəsilə sızan maneələrin YT çeviricisinin işinə təsirini məhdudlaşdərmaq üçün qurulur. Şəbəkədə maneələrin yaranması qida blokunun hasil etdiyi ikinci tərəf sabit gərginliklərinin çıxış xarakteristikalarına təsir edə bilər. Əgər giriş AT süzgəci olmasaydı, şəbəkədə yaranan bütün maneələr ikinci tərəf dövrələrinə transformasiya olunurdu. Onların mənşəyi müxtəlif olduğundan ikinci tərəf gərginlikləri kanalları üzrə yük dövrəsinin elektron sxemlərinə təsirini azaldan əlavə elementlər qoyulurdu., təsirləri və ya verilmə istiqamətlərini göstərir.



Şəkil 1.2.


Yüksək tezlikli(YT) çevirici idarəetmə sxeminin hasil etdiyi siqnalların gücləndiricisidir. Gücləndiricinin güc elementlərində kommutasiya momentlərində yaranan güclü cərəyan sıçrayıları çeviricinin I tərəf dövrəsində maneə siqnalları yaradır.


Giriş şəbəkə süzgəci bu maneələrin qidalandırıcı şəbəkə vasitəsilə paylanmasına mane olur və onları məhdudlaşdırır və ya tamamilə dəf edir.
Şəbəkə süzgəcinin çıxışı düzləndiriciyə qoşulur. Düzləndirici əvvəlcə dəyişən gərginliyi unipolyar, döyünın gərginliyə çevirir və sonradan onu hamarlayır. Düzləndirilmiş gərginliyin hamarlanması elektrolitik kondensatorları ilə aparılır, onlar da düzləndiricinin tərkibinə daxildir. Qida blokunun müxtəlif qidalandırıcı gərginlik səviyyələrində işləmə imkanı üçün bloka xüsusi çevirgəc-giriş gərginliyinin SW selektoru daxil edilir. Çevirgəcin kommutasiyası şəbəkə düzləndiricisi dövrələrinin və hamarlayıcı süzgəc elementlərinin modifikasiyası ilə aparılır. Giriş dövrələrinin rekonfiqurasiyasının mənası ondan ibarətdir ki, qidalandırma gərginliyinin səviyyəsi 220V-dan 115V-dək və əksinə dəyişməsi zamanı çeviricinin güc kaskadında gərginliyin sabit səviyyəsini təmin edir. Bu zaman transformatorların dolaqlarının transformasiya əmsalının korreksiyası üçün və qida blokunun bütün digər dövrələri üçün çevrilmələri baş vermir.
Tədqiq edilən qida bloku II tərəf dövrələri elektrik enerjisi ilə daima təmin etmək xüsusiyyəti olan avtogenerator kaskadına malik olmur. Ona görə yarımkörpü güc gücləndiricisi tərkibinə avtoişəburaxma sxemi daxildir. Bu sxem güc gücləndiricisinin işəburaxma üçün ilkin idarə impulslarının verilməsini yerinə yetirir. Transformator dövrələrinin və yarımkörpü sxemli gücləndiricinin xüsusi konstruksiyası qida bloku ilkin şəbəkəyə qoşulduqdan sonra idarə qovşaqına qısa müddətli qidalandırmanın verilməsi şərtlərini yaradır. İlkin işəburaxma zaman intervalı idarə qovşağının çıxışında güc kaskadının həyəcanlandırılması üçün impulslar ardıcıllığının stabil generasiya rejiminin qoyulması üçün kifayətdir. idarə qovşağı yarımkörpü güc gücləndiricisinin diaqonalına qoşulmuş impuls güc transformatorunun dolaqlarında yaranan 3 səviyyəli siqnalın gücləndirilməsi ilə xüsusi formalı ardıcıllıq hasil edir. İmpuls güc transformatorunun alçaq gərginlikli II tərəf dolaqları düzləndiricilər blokunun SBD1,SBD2, D19÷D22 diodlarına yüklənmişdir. İmpuls siqnallarının düzləndirilməsi üçün xüsusi diskret diodlar və əks müqavimətin kiçik bərpaolunma müdətinə malik diod matrisləri tətbiq olunur. Ən çox güc kanallarında, yəni+5V, +12V II tərəf gərginlikləri üçün düzləndiricilər tərkibində iki diod olan matrislərdə hazırlanır. Əgər kanallar üçün D19÷D22 diskret elementlər istifadə edilir. Diod strukturlarında ifrat yükdaşıyıcıların sorulmasını sürətləndirmək üçün düzləndirici elementlərə impuls giriş siqnallarının qütblülüyü dəyişdikdən sonra parallel sürətləndirici rezistiv tutum dövrələri qoşulur. İmpuls siqnallarının hamarlanması və süzgəclənməsi süzgəc bloklarının bir manqalı kaskadlarının vasitəsilə aparılır. Güc tranzistorlarının dayanıqlı kommutasiya rejimində II tərəf dövrələrinə verilən energetik gücün səviyyəsi sabit gərginliklər kanallarının yüklənməsindən asılıdır. II tərəf gərginliklərinin stabilizasiya qiymətləri avtomatik tənzimləmə sistemi ilə aparılır. II tərəf dövrələrinə verilən enerji səviyyəsinə nəzarət vericiləri mühafizə və bloklama(kəsilmə) qovşaqları tərkibinə daxildir. Bu qovşaqla hasil olunan əks əlaqə siqnalı qida blokunun idarıetmə qovşaqına verilir. İdarə qovşaqının əsas elementi İC1 mikrosxemində yığılmış EİM siqnal formalayıcısıdır. İC1 mikrosxeminin daxili mənbəsi ölçmə kaskadlarında dayaq gərginliyi istifadə olunan stabilləşdirilmiş gərginlik hasil edir. Baxılan qida blokunda çıxış gərginliklərinin qrup şəkilli tənzimləmə prinsipi tətbiq olunmuşdur, +12V,-12V,-5V II tərəf gərginliklərinin qiymətlərinin tənzimlənməsi +5V-luq kanalda gərginliyin vəziyyətinin dolayı qiymətləndirilməsi ilə aparılır. Bununla əlaqədar qida blokunun dayanıqlı işləməsi və II gərginliklərin qiymətlərinin verilmiş hədlərdə saxlanılması üçün çıxış kanalları üzrə yüklərin balansına riayiət etmək zəruridir. Ən böyük cərəyan yüklənməsi həmişə +5V-luq kanalda olmalıdır. Tənzimləmə bu gərginliyin dayaq gərginliyi səviyyəsi ilə müqayisəsindən sonra aparılır. EİM siqnal formalayıcısı impulsların tezliyi sabit saxlanılan, davamiyyəti isə kanalların vəziyyətindən asılı olaraq dəyişilən idarəedici impulslar ardıcıllığı hasil edir. Əgər çıxış gərginliyi dayaq gərginliyi səviyyəsindən aşağı düşürsə, idarə qovşağı II tərəf dövrələrinə verilən enerjinin səviyyəsini artırmaq üçün Q5 və Q8 tranzistorlarında həm aralıq, həm də güc gücləndirici kaskadına təsir siqnalı hasil edir. Çıxış gərginliyinin qiyməti dayaq gərginliyindən yüksək olduqda yükə verilən enerji idarə impulslarının davamiyyətinin azaldılması yolu ilə məhdudlanır. İstismar prosesində qida blokunda yarana bilən gözlənilməz hallar nəticəsində II tərəf kanallarının çıxışları artıq yüklənmə və ya qısa qapanma vəziyyətində ola bilər. mühafizə sisteminin təşkili II tərəf gərginlik kanallarında əsas və köməkçi dpvrələrə qısa qapanmanın təsirinin qiymətləndirilməsinə müxtəlif yanaşma üzərində qurulur. Bloklamanın mühafizə mexanizmini aktivləşdirmək üçün mühafizə və bloklayıcı qovşaqda diod-rezistor vericiləri iştirak edir. Əsas kanallar üzrə artıq yüklənmənin izlənməsi xüsusi impuls transformatorunda qurulmuş ayrıca kaskadla yerinə yetirilir. İmpuls transformatorundakı verici qısa qapanmanı qeyd edən vericiyə görə daha böyük ətalətliliyə malikdir. Mühafizənin bütün ülümüntlərinin işləmə prinsipi eynidir və idarə qovşağının işini dayandırır, həmçinin çeviricinin güc kaskadının aktiv elementlərinin bloklanmasına istiqamətlənir. İlkin şəbəkənin düzləndirilmiş gərginliyi güc kaskadının qidalandırılması üçün daxil edilsə, tranzistorların kommutasiyası kəsilir və onların yüksələn cərəyanla sıradan çıxması aradan qaldırılır (şəkil1.3).

Şəkil 1.3.
Kompyuterin ana platası sxemində adlandırılma prosesi qida gərginliyinin verilməsindən sonra başlanmır, xarici yüksək məntiqi səviyyəli “qida normada” siqnalının alınması zamanı başlanır. Bu qida blokundan xarici qurğulara verilən verilən yeganə xidməti siqnaldır. “qida normada” siqnal çıxışında yüksək səviyyənin yaranması II tərəf gərginliklərinin nominal səviyyələrinə nisbətən gecikmə ilə baş verir. Gecikmənin zaman intervalı sərt reqlamentlənir,(100÷500)mksan diapazonunda yerləşir və rezistiv-tutum elementli sxemlə qurulur.



Download 0,58 Mb.
1   2   3   4   5   6   7   8   9




Download 0,58 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İmpuls qida blokunun (İQB) struktur sxemi

Download 0,58 Mb.