İmpuls qida blokunun əsas texniki xarakteristikaları
Bu tipli qida mənbələri qidalandırıcı şəbəkəyə qoşulmuş transformatorsuz impuls gərginlik çevirici sxemlər əsasında qurulur. İQB dəyişən şəbəkə gərginliyinin verilmiş müxtəlif nominallı və icazəli sabit gərginliyə çevrilməsini yerinə yetirir. İkinci tərəf qidalandırma dövrələri və qidalandırıcı şəbəkənin qalvaniki əlaqələndirilməsi gərginlik çeviricisinin impuls transformatoru ilə təmin olunur.
AT/XT tipli fərdi kompyuterlərin sistem bloklarının elektroqida dövrələri +12V, +5V, -12V, -5V nominal səviyyəli stabilləşdirilmiş sabit gərginliklərlə yerinə yetirilir. AT kompyuterlərin sistem platalarının sonuncu modifikasiyalarının tərkibində (2÷3.6)Vgərginlikli qidalandırma tələb edən elementlər vardır. bu gərginliklər bilavasitə sistem platalar üzərində quraşdırılan inteqral tipli stabilizatorlarla hasil edilir. AT kompyuterlərinin qida blokları üçün texniki xarakteristikaların ayrı-ayrı mövqeləri fərdi kompyuterlərin qida bloklarının əsas parametrlərinə uyğun götürülür. Dissertasiya işində ən ümumi istifadə xarakteristikaları göstərilmişdir. İQB-nin hər bir istehsalçı şirkəti ikinci tərəf dövrələri müxtəlif güclərə malik çeviricilər seriyası istehsal edir. Maksimal güc qida mənbəyinin tam adlandırılmada göstərilir. Məsələn, LPS-02-200 (Level Power Supply) markalı qida blokunda 200 rəqəmi ikinci tərəf qidalandırma dövrələrinin maksimal gücünü əks etdirir. LPS-02 modifikasiyalı məmulat timsalında çıxış gərginliklərinin hər bir nominalı üçün qida bloklarının tipik sırası, onların yük cərəyanının paylanması və xarakteristikaları şəkil1.1-də verilmişdir.
Şəkil 1.1.
İkinci tərəf sabit gərginliklərin nominalları və nomenklaturası standartlaşdırılmışdır. Çıxış gərginliklərinin qiymətləri heç bir kənar tənzimləməyə məruz qalmayaraq sabit olur. Qida bloklarının tipik sıraları cədvəlindən görünür ki, ikinci tərəf gərginlik kanallarından ən çox yüklənən +5V və +12V çıxışlarıdır. Ona görə stabilizasiya sistemi elə qurulur ki, II çıxış gərginliklərinin izlənməsi ən çox yüklənən kanallara görə aparılmış olsun. II gərginliklərilə və onların buraxıla bilən stabilizasiya səviyyəsi arasındakı cərəyan yüklənməsinin paylanması mövcuddur. Belə ki, məsələn, qida bloku sxeminə aşağıdakı tələblər təqdim edilir: 5V çıxış gərginliyi bu kanalda yükün (25÷100)% dəyişməsi hallarında 0,5%-dən çox olmamalıdır. Bu zaman digər kanallarda yük sabit qiymətli olmalı və maksimal qiymətin 25% səviyyəsində saxlanılmalıdır. bütün kanallarda +5V-dan başqa onların gərginlikləri 0,1%-dən çox dəyişməməlidir.
Qida mənbələrinin parametrləri bütün tiplər üçün eyni olaraq aşağıdakılardır:
a) giriş dəyişən gərginliklərin nominal qiyməti- (115 və 200)V
b) birinci tərəf gərginliklərinin işçi diapazonu:
115V üçün-(90÷135)V; 220V üçün –(180÷265)V
c) birinci tərəf qidalandırıcı gərginliyin tezlik diapazonu – (47÷63)Hs
d) ikinci tərəf kanalları üzrə gərginliklərin nominal qiymətindən döyünmələrin maksimal səviyyəsi- 0,1%-dən az.
e) qida blokunun ümumi f.i.ə. - 75%-dən çox.
f) ilkin şəbəkənin girişləri və ikinci tərəf kanalların ümumi naqili arasında izolyasiya müqaviməti- 100Mom-dan az.
g)”qidalandırma-norma” siqnal səviyyəsi TTM (aktiv yüksək)
h)”qidalandırma-norma” siqnalının yaranmasında gecikmə-(100÷500)msan
i)bağlanmadan sonra çıxış gərginliklərinin səviyyələrinin minimal saxlama müddəti-20msan.
j) işçi temperaturlar diapazonu-(0÷50)°C
Sistem modullarının qida blokları tərkibinə impuls çeviricisinin sxeminin güc elementlərinin bütün kanallar üzrə qısa qapanması və ikinci gərginliklərin nəzarətolunmaz yüksəlməsindən mühafizəsi üçün qovşaqlar daxil edilir. Elektron mühafizənin işədüşmə mexanizmi idarəetmə sxeminin və impuls çeviricisinin işləməsinin bloklanmasını nəzərdə tutur. Bloklama qoşulduqadan sonra onun təsiri qısa qapanmanın səbəbinin və qida blokunun təkrar bağlanma/açılma səbəbi aradan qaldırılanadək davam edir. Qida blokunda mühüm mühafizə elementi ilkin şəbəkənin potensial naqillərindən birində qoruyucunun qoşulmasıdır.
|