Şəkil 2.7.
2.2. Qida mənbəyinin güc gücləndiricisinin ikinci tərəf dövrələrinin qurulma prinsipi
Düzləndirilmiş, süzgəcdən keçirilmiş və stabilləşdirilmiş gərginlik yükə qida mənbəyinin çıxış dövrələrindən verilir. XT/AT sinifli PEHM-lərin impuls qida mənbələrində dörd nominallı sabit gərginliklər və “qida normaldır” xidməti siqnalı formalanır. Bu siqnalın orijinal adlandırılması POWERGOOD və ya qısaldılmış PG-dir. Çıxış kanalları müxtəlif cərəyan yüklənmələri xüsusiyyətinə malikdirlər. Ən böyük yük +5V gərginlikli çıxış kanalına düşür. Bu kanal üzrə maksimal mümkün cərəyan qida mənbəyinin ümumi qabarit gücündən asılıdır. İmpuls qida bloku prinsipial sxemi üzrə yığılmış mənbənin T4 güc transformatoru iki çıxış dolaqlarına malikdir. Hər bir tam çıxış dolağı iki yarımdolaqdan ibarətdir. Onların birləşmə nöqtəsi çıxış dövrəsinin ümumi naqilinə qoşulub, çıxış dolağının biri +5V və -5V gərginliklərinin alınması üçün istifadə olunur, ikinci isə +12V və -12V kanalları üçün gərginlik mənbəyi sayılır (Şəkil 2.8).
Şəkil 2.8.
T4 güc transformatorunun çıxış dolaqları iki yarımperiodlu diod düzləndiricilərinə qoşulub. Bütün modifikasiyalı kompyuterlərin impuls qida mənbələri çıxış dövrələrində iki yarımperiodlu düzləndirici sxemlər istifadə olunur. Belə həll güc gücləndiricisinin hər iki tranzistorlarında yükün simmetrik paylanmasını təmin edir. Tranzistorların identik rejimdə işləmələriidarə olunmayan proseslərin inkişafını islah edir, hansı ki, əvvəlcə bir tranzistorun, sonra isə digərinin tədricən strukturunun dağılması ilə yükün dizbalansı nəticəsində yaranır. Hər bir düzləndirici çıxış dolaqları ilə əlaqələndirilmiş cüt dolaqlar əsasındakı bir tipli sxem üzrə yerinə yetirilir. Düzləndirici sxemin müsbət çıxış gərginlikli diodları dolaqlara öz anodları ilə qoşulurlar, düzləndirici sxemlərin mənfi gərginlik səviyyəli kanalların diodları dolaqların çıxışına katodu ilə qoşulurlar. İkiyarımperiodlu düzləndirici sxemlər öz çıxışlarında impulslar ardıcıllığı formalayır, hansında ki, impulslar tezliyi hər bir Q5 və Q8 güc tranzistorlarının hər birinin kommutasiya tezliyinin iki qatına bərabərdir. Düzləndirici qurmağın belə üsulu ikinci tərəf gərginliklərinin filtrasiya məsələsini asanlaşdırır, həmçinin yük dövrəsinə enerjinin daha taraz ötürülməsini təmin edir. Qida mənbəyinin cari tərkibində hər kanalın impuls gərginliyinin süzgəc sxeminə yalnız passiv induktiv və tutum elementləri daxildir. L1 drosselinin dolaqları ümumi maqnit naqilində dolanıb. Bununla hər bir çıxış gərginliyinin dövrəsi üzrə axan cərəyanlarla yaradılan elektromaqnit axınlarının maqnit rabitəsi təmin edilir. +5V gərginlik filtrasiyası dövrəsində L1 drosselinin dolağı cari kanalda yeganə induktiv elementdir. Qalan çıxış gərginlik kanalları dövrələrində ayrıca əlavə drossellə qoşulub. +5V kanalı həmçinin ən böyük elektrolitik komdensatorlar sayına malikdir, hansı ki, bu dövrənin çıxışında quraşdırılıb. Hər bir ikinci tərəf kanalının çıxışlarına qoşulmuş R39-R41 rezistorları impuls çeviricisinin mütləq xarici yüksüz qoşulmasını təmin edir. Rezistorlar düzləndirici elementlərdən daxil olan impulsların amplitud səviyyəsinə qədər çıxış gərginliyinin artmasını istisna etməklə çıxış kondensatorlarının boşalma konturunu yaradırlar. İkinci tərəf kanallarında quraşdırılmış kondensatorların maksimal işçi gərginliyi 25V-u aşmır. İmpulsların amplitudu bu hədd səviyyəsindən yuxarı ola bilər. Rezistorlar olmadıqda, çıxış kondensatorların həddən artıq olan səviyyəyə qədər dolması baş verə bilər, nəticədə bu onların sıradan çıxmasına gətirib çıxaracaq.
Çıxış süzgəc kondensatorlarına parallel qoşulan balans rezistorlarının nominalları elə seçilir ki, kanalın yük cərəyanını 50mA səviyyəsində təmin etsin. Burada da vahid maqnit naqilində reallaşdırılmış drossellərin köməyi ilə ikinci tərəf çıxış gərginliklərinin qrup şəklində stabilizasiyası prinsipinə baxılıb. Cari bölmədə əsasən impuls qida mənbələrinin praktikada reallaşdırılmış ikinci tərəf dövrələrinə baxılacaq.
Qida mənbəyinin istismar rejimləri çərçivəsində +5V kanalı üzrə cərəyan yükü bir neçə on amper təşkil edir. Bu halda düzləndirici elementlərdə nəzərə çarpan dərəcədə istilik gücü ayrılır. Onun istilik rejiminin işləməsinin və mənbənin ümumi FİƏ-nın qaldırılması üçün impuls çeviricilərində Şottki diodları əsasında matrislər tətbiq olunur. Bu diodlar yaxşılaşdırılmış işçi impuls xarakteristikalarına malik olurlar, hansı ki, hər iki düzləndirici diodların impuls gərginliyinin qütblülüyünün dəyişməsi zamanı keçirici halda olma zaman intervalının azaldılmasına səbəb olur. Onlarda düz gərginlik düşgüsü 0,6V-dan çox olmur. SBDİ yığımındakı hər bir dioda parallel impulslar cəbhəsində yaranan parazit rəqslərin səviyyəsini salan RC dövrələr qoşulub. W4 və W5 tranzistorunun dolaq çıxışlarına R33 və C21 elementlərində proporsional-inteqrallayıcı filtr qoşulub. +12V və -12V kanallarının düzləndirici sxemində impuls xarakteristikalı adi diodlar tətbiq edilir. R33, C21 proporsional inteqrallayıcı süzgəc vasitəsilə impulslar frontlarının “dartınması” baç verir və həm SBD2 yığımında, həm də D21 və D22 diodlarında daha yaxşı çevrilməsi şəraiti yaradılır. İmpulsun böyümüş frontu ərzində diodların tam əks müqavimətlərinin bərpası baş verir. +12V stabilləşdirilmiş gərginlik çıxışına metal radiatorların soyudulması üçün istifadə olunan qida blokunun ventilyatoru qoşulub, hansına ki, Q5, Q6 güc tranzistorları və SBD1 və SBD2 düzləndirici diod yığımları quraşdırılıb. Ümumi radiatorda korpusda müxtəlif gərginlikli elementlər quraşdırıla bilər. Ona görə də bütün komponentlər radiatorla elektroizolyasiya istilikkeçirici kipləşdiricilərlə bərkidilirlər. Radiatorla istilik kontaktlarının yaxşılaşdırılması üçün əlavə olaraq silisium-üzvi birləşmələr əsasında hazırlanmış istilik keçirici sürtkülərdən istifadı olunur.
+12V kanalının düzləndiricisinin çıxışından-SBD2 diod yığımının katodlarının birləşmə nöqtəsindən impuls gərginliyi çıxarılır və D18 diodundan C17, C18, R31 elementlərində olan tutum süzgəcinə verilir. Bu süzgəcin çıxışı TTTİM mikrosxem çeviricisinin daxili qidasının ICI/12 çıxışı ilə birləşdirilir. İmpuls qida mənbəyinin II tərəf dövrələrinin reallaşdırılmasının təqdim edilmiş texniki həlli(bax. impuls qida mənbəyinin prinsipial sxemi) yeganə deyil. Düzləndiricilərin sxemlərinin yerinə yetirilməsində müxtəliflik həm də ən az cərəyan yüklənməli kanallarda gərginliyin sabit səviyyədə saxlanılması üçün əlavə inteqral stabilizatorların istifadəsində də müşahidə olunur. Ən çox əlavə stabilizatorlar -5V kanalında quraşdırılır.
Şəkil 2.9-da impuls qida mənbəyinin çıxış dövrəsinin prinsipial sxeminin birinci variantı təqdim edilir. Bu sxem yuxarıda göstərilənə nəzərən bir sıra üstünlüklərə malikdir. Çıxış dövrəsi həmçinin T-transformatorunun iki çıxış dolağını W1 və W2 dolağını özündə birləşdirir. Onlardan hər birinin orta nöqtəsi çıxış dövrəsinin ümumi naqili ilə birləşdirilir. W1 dolağı +5V gərginliyinin formalaşması üçün istifadə olunur.
Şəkil 2.9.
Qalanları çıxış gərginliklərinin W2 dolağının ilkin impuls gərginliyinin düzləndirilməsi və çevrilməsindən sonra alırlar. Qeyd edək ki, əks gərginliklərin filtrasiyası L1,L3,C7-də yığılmış Г-şəkilli induktiv-tutum filtrinin ümumi dövrəsi ilə yerinə yetirilir. Çıxış gərginliklərinin qrup stabilizasiyasını təmin etmək üçün süzgəcin sxeminə L1 drosseli daxil edilr, hansı ki, ümumi maqnit naqilində bir istiqamətdə dolanmış 3 dolağa malikdir. L1 drosselinin iki dolağı +5V və +12V gərginlikli filtr dövrəsinə, 3-cüsü əks gərginliklərin hamarlayıcı süzgəcin dövrəsinə qoşulub.
+5V gərginlik transformasiyası kanalında iki ardıcıl birləşmiş Г- süzgəcdən istifadə edilir. Birincisinə L1 drossel dolağı və C4 kondensatoru daxildir, hansına ki, parallel R4 balans rezistoru qoyulub. İkinci süzgəc L4-diskret drosseldə və C1,C9 və C10- elektrolitik kondensatorlar qrupu ilə təşkil olunub. çıxış dövrəsinin gərginliyinin stabilizasiyası +5V kanalının çıxış səviyyəsinə nəzarətlə həyata keçirilir.
+12V gərginik kanalının düzləndiricisinin və süzgəcin sxeminin impuls qida mənbəyinə analojidir. Ventilyator həmçinin bu kanalın stabilləşdirilmiş gərginlik çıxışına qoşulur. Ventilyatora ardıcıl olaraq cərəyan məhdudlayıcı R7 rezistoru qoşulmuşdur. Bu rezistorun nominalının tipik qiyməti 0,5Vt səpilmə gücündə 10 Om təşkil edir.
Digər sxemotexniki həllərdən ən çox fərq çıxış gərginliklərinin mənfi nominallı kanalların qurulmasında müşahidə olunur. İki əks gərginliklər üçün ümumi süzgəc Г-şəkilli induktiv-tutum şəklində yerinə yetirilib. -12V stabilləşdirilmiş gərginlik çıxışına D5 diodu vasitəsilə 7905 tipli İC1 mikrosxemində inteqral stabilizator qoşulub. -12V kanalı üçün inteqral stabilizatorun sxemi eyni zamanda C7 kondensatorunun qismən boşalmasını təmin edən balans rezistoru rolunu oynayır. İC1-də parametrik stabilizatorun -5V çıxış gərginliyi əlavə olaraq CП kondensatoru ilə hamarlanır (şəkil 2.10).
Şəkil 2.10.
Dolağın belə qoşulma variantı +12V kanalının düzləndirmə sxemində Şottki diodlarının tətbiqinə imkan yaradır. Bu diodlarda -50V impuls gərginliklərində işləyərkən əks cərəyanların artması baş verir, hansı ki, onlarda impuls gərginliyinin azaldılmasını tələb edir. Aşağıda verilmiş sxemə əsasən düzləndirici qoşulduqda, düzləndirici sxeminə təsir edən impulsların amplitudu azalır, harada ki, diod yığımları yetərincə effektiv işləyir.
Sxemdə ikinci tərəf gərginliklər mənbələri transformatorun W1,W2 və W3 dolaqlarıdır. W1 dolağı yalnız +5V gərginliyinin alınması üçün istifadə olunur. W2 dolağından impuls gərginliyi alırlar, hansı ki, süzüldükdən sonra stabilləşdirilmiş sabit +12V gərginlik alırlar. Hər iki W1 və W2 dolaqları şottki diodlarından ibarət düzləndirici yığımına yüklənib. İmpuls giriş gərginliyinin filtrasiya dövrələri bütün kanallarda Г-şəkilli induktiv-tutum süzgəcləri əsasında qurulub. +5V gərginlik kanalında süzgəcdə yeganə element L1 drosselinin dolaqlarından biridir. Bütün qalan kanallar L1 qrup stabilizasiyasının drosselinin dolaqları ilə ardıcıl qoşulmuş əlavə drossellərlə tamamlanıb.
W3 kombinə olunmuş dolağın çıxışları D1-D4 adi impuls düzləndirici diodlarının katodlarına əlavə olunurlar. W3 dolağının orta nöqtəsi qidanın II tərəf dövrəsinin ümumi naqilinə qoşulub. D1 və D4 diodları -12V gərginlik kanalının iki yarımperiodlu düzləndirici əmələ gətirirlər. -5V kanalı üçün analoji düzləndirici sxem D2 və D3 diodlarında yerinə yetirilib. İkinci tərəf dövrəsinə qarşılıqlı maqnit axınları üzrə çıxış gərginliklərinin qrup stabilizasiyası drosseli L1 daxil edilib. Buna baxmayaraq, hər bir mənfi qiymətli gərginliklər kanalına İC1 və İC2 inteqral stabilizatorları daxil edilib. Hər bir inteqral stabilizatorun girişi və çıxışı arasında dempferləyici diodlar qoşulur. TL494 idarə mikrosxeminin oyanması birinci tərəf impulsu ilə yaradıldığı sxemlərdə bu mikrosxemin və aralıq gücləndiricinin qidası +12 v kanalının düzləndirmə sxeminin çıxışından götürülür. Verilmiş gərginliyin filtrasiya kaskadı göstərilmiş çıxış dövrəsinin(I variant) prinsipial sxeminə analojidir və bu şəkildə göstərilməyib. Düzləndiricinin çıxışındakı impulsların amplitudu ~60V-dur. Bilavasitə EİM çeviricisindəki süzülmüş sabit cərəyanın səviyyəsi “ölü zona” impulsları arasındakı məsafədən və düzləndirilmiş impulsun uzunluğundan asılı olacaq. Sabit gərginliyin dəyişmə diapazonu +25V-dan +30V-a qədər təşkil edir.
|