|
Mühazirə 7. RPI sistemlərinin təsnifatı
|
bet | 8/31 | Sana | 12.01.2024 | Hajmi | 2,28 Mb. | | #135892 | Turi | Mühazirə |
Bog'liq Cihazqayırmada kompyuter texnologiyası mühazirələrMühazirə 7. RPI sistemlərinin təsnifatı.
Bütün RPİQ - lər beynəlxalq təsnifata uyğun olaraq texniki imkanlarının səviyyəsinə görə aşağıdakı əsas siniflərə bölünür:
NC (Numerical Control);
SNC (Stored Numerical Control);
CNC (Computer Numerical Control);
DNC (Direct Numerical Control);
HNC (Handled Numerical Control);
VNC (Numerical Voice Control);
PCNC (Personal Computer Numerical Control).
NC sinifli sistemlər
NC sinifli sistemlərin xüsusiyyətləri bunlardır: Proqramr daşıyıcıları kimi perfolent və ya maqnit lentindən istifadə və bunun nəticəsi kimi proqrama dəyişiklik edilməsi imkanının olmaması, sistemlərin məhdud funksiyalar dəsti və imkanları, onların genişləndirilməsinin mümkünsüzlüyü, sistemin özünün və proqramdaşıyıcılarının kifayət qədər etibarlı olmaması, çünki informasiyanın işlənməsinın (emalının) bütün alqos ritmləri aparatla həyata keçirilir.
Proqram iki mərhələdə yazılırdı:
Əvvəlcə perfolenta hazırlanırdı
Sonra o, dəzgahdan ayrılıqda xüsusi kompilyatorda işlənilirdi, yəni burada informasiya vahid koda (və ya faza modullaşdırılmış siqnala) çevrilir və maqnit lentinə yazılırdı.
NC sinifli sistemlərin inkişafı bir sıra əlavə rejimlər və imkanlarlı RPİQ-lərin yaranmasına gətirib çıxardı. Onlar proqramın verilməsi (daxil edilməsi) səhvlərinin diaqnostikasını təmin edir, qurğuların işləməməsini (fasilələri, uğursuzu luqları, zədələnmələri) müəyyən edir. Proqram mütləq ölçülərdə və artımlarda verilə bilər. Verilmiş sinfin RPİQ-i üçüncü nəslə aiddir. O, quraşdırılmış interpolyatora malikdir, əlal və texnoloji komandalar (əmrlər) dəstinə və tsikllərə (yivaç madərin burğulama və s) malikdir.
Bu sinfin RPİQ - ində proqramdaşıyıcısı kimi, bir qayda olaraq, perfolentdən istifadə olunur. RPİQ hər bir hissənin emal tsikli ərzində kadrlar üzrə perfolentin oxunuşunu həyata keçirir. Bu sinfin sistemi aşağıdakı rejimdə işləyir.
Proqramın işə salınmasından sonra onun ilk iki kadrı əvvəlcə oxunur.
Sonra isə dəzgah proqramın birinci kadrını işləyir, ikincisi isə bu arada RPİQ - in yaddaş qurğusuna (YQ) yerləşdirilir.
Birinci kadrın işlənməsi başa çatdıqdan sonra dəzgah yaddaş qurğusunda olan ikinci kadrı işləməyə başlayır. Bunun üçün ikinci kadr yaddaş qurğusundan çıxarılır.
İkinci kadrın işlənməsi zamanı sistem proqramdaşıyıcıdan üçüncü kadrı oxuyur, sonra isə onu YQ - ya yerləşdirir və beləcə bu proses sona qədər davam edir.
SNC sinifli sistemlər
Bu sistemlər NC sinifli sistemlərin bütün xassələrini saxlayır, amma onlardan artırılmış yaddaş həcmi (YQ) ilə fərqlənir ki, bu da proqramların elektron qurğularda saxlanu masını həyata keçirməyə imkan verir. Şək. 1- də NC, SNC sinifli RPİQ - lərin alqoritmlərinin həyata keçirilməsi sxemi göstərilmişdir.
CNC sinifli sistemlər
CNC sinifli RPİQ - lərin əsasını RPİ funksiyalarının yerinə yetirilməsi üçün proqramlaşdırılan mikroelektron hesabd lama maşınları (MikroEHM) təşkil edir. Bu sinif sistemlərin xüsusiyyəti istismar dövründə həm hissənin idarəetmə proq ramının (İP), həm də sistemin özünün işləmə proqramının, konkret dəzgahın xüsusiyyətlərinin maksimum nəzərə alınması məqsədilə, dəyişdirliməsi və korreksiyasından ibarətdir.
Yerinə yetirilən funksiyaların hər biri öz altproqramları kompleksi ilə təmin olunur. Altproqramlar sistemin bütün bloklarının qarşılıqlı əlaqələrini həyata keçirən ümumi əlaqələndirici proqram - dispetçerlə uyğunlaşdırılır.
İdarəetmə sisteminin proqram kompleksini modul prinsipi üzrə qurmağa çalışırlar. Sistemin əsas modulları aşağıdaı kılardır:
idarəetmə proqramının yüklənməsinin daxiletmə və kadrın şifrlərinin açılması (oxunması) da daxil olmaqla idarə olunması proqramı;
koordianat yerdəyişmələrinin idarə olunması altproqra mı və texnoloji komandaların yerinə yetirilməsi altproqramı da daxil olmaqla dəzgahın idarə olunması proqramı.
Şək. 1. NC, SNC sinifli RPİQ-lərin alqotimlərinin həyata keçirilməsi sxemi
Koordianat yerdəyişmələrinin idarə olunması altproqramı interpolyasiya, sürətin verilməsi, sürətli gedişin idarə olunması bloklarından ibarətdir. Bu bloklara isə aşağıdakı bloklar daxildir:
verilənlərin hazırlanması proqramı bloku;
proqram - dispetçer yaradan blok;
drayverlər- xarici qurğular ilə işləmək üçün standart operatorlar (altproqramlar).
CNC sinifli sistem dialoq rejimində proqramların yenidən işlənməsi və sazlanmasına, onların redaktə edilməsinə imkan verir. Bundan başqa, bu sistemlərdə bir proqramla müxtəlif rejimlərdə işləmək olar:
"Matrisa-puanson" rejimində,
güzgü əksetdirmə - güzgüləmə (aynalama) rejimində.
İş prosesində müxtəlif növ korreksiyalar mümkündür.
Verilmiş sinfin bir çox RPİQ-ləri riyazi təminata malikm dirlər. Onların köməyi ilə dəzgahın sabit xətalarını (lyuftlər (boşluqlar), intiqalın qeyri - həssas zonaları və s) nəzərə almaq və avtomatik olaraq düzəltmək olar. Bu sistemlərin funkr siyasına bir neçə xarici qurğular və RPİQ-in daxili blokları daxildir.
CNC sinifli RPİQ-lər ilə dəzgahın əlaqələrinin optimalr laşdırılmasının mühüm vasitəsi RPİQ yaddaşının xüsusi sahəsinə dəzgah parametrlərinin və ya konstantalarının (sabitlərinin) daxil edilməsidir. Bu parametrlərin köməyi ilə avtomatik olaraq emal zonasına məhdudiyyətlər, sürətlər qutusunun konkret xüsusiyyətləri nəzərə alına bilər, konkret inteqalların dinamikasına tələblər verilə, qovma və tormozlamanın faza trayektoriyaları formalaşdırıla bilər.
DNC sinifli sistemlər
Çevik istehsal sistemlərinin (ÇİS), avtomatlaşdırılmış sahələrin (AS) tərkibində dəzgahların idarə olunması üçün nəzərdə tutulub. Bu sinif sistemləri yüksək səviyyəli EHM-lər tərəfindən bilavasitə idarə etmək olar. DNC sinifli sistemlərin funksiyasına yalnız dəzgahın idarə olunması deyil, həm də avtomatlaşdırılmış sahənin digər avadanlıqlarının idarə olunması daxildir. Məsələn, avtomatlaşdırılmış anbarın, nəqliyyat sisteminin, sənaye robotlarının, eləcədə sahənin işinin planlaşdırılması və dispetçerləşdirməsinin bəzi məsələlərinin həlli.
HNC sinifli sistemlər
Operativ olması ilə fərqlənir, belə ki idarəetmə proqra mını (İP) iş yerində operatorun pultundan daxil etməyə imkan verir, proqrama dəyişiklikləri pultdan daxil etmək və proqram üzrə hissələrin emalı prosesində veriş və sürəti dəyişmək imk kanına malikdir. Müasir HNC sistemlərində standart altproqramların böyük toplusu var ki, bu da proqramın daxil edilməsini xeyli asanlaşdırır.
PCNC sinifli sistemlər
Bu sistemlər özünü RPİQ və fərdi kompyuter simbiozu (birgə həyat) kimi təmsil edir, geniş imkanlara və açıq arxi tekturaya malikdirlər.
CNC, DNC, HNC, PCNC sinifli sistemlər dəyişən strukturlu qurğulara aiddir. Bu qurğuların işinin əsas alqoritmləri proqram şəklində verilir və müxtəlif şərtlər üçün dəyişdirilə bilər. Bu sinif RPİQ-lərin strukturu EHM-lər ilə eyni struktura malikdir və onların EHM-lərə analoji xarakterik əlamətləri vardır:
proqramlaşdırılan və universal bloklar;
bütün əməliyyatlar ardıcıl olaraq mərkəzi arifemetik (hesab) qurğu vasitəsilə yerinə yetirilir;
onların tərkibinə operativ yadda saxlayan qurğu (Operativ yaddaş - OYQ) və sabit yadda saxlayan qurğu (SYQ) daxildir.
|
| |