Mühazirə 13. Müxtəlif funksiyalar üçün klavişlər ardıcıllığı.
Dəzgahı işə salmaq
Dəzgahı işə salmaq üçün ilk şərt əsas elektrik açarının təchiz etməyə qoşulmasıdır. Sonra isə asma idarəetmə pane lində Power On (təchiz etməni qoşma) klavişini basmaqla dəzgahı işə salmaq lazımdır.
Dəzgahın işini dayandırmaq
Sıfır nöqtəsinə yaxınlaşma
Oxların əl ilə yerdəyişməsi
Proqramın seçilməsi
Proqramın imitasiyası
Proqramın yerinə yetirliməsi
Alətin korreksiyasının verilənlərinin daxil edilməsi
Sıfır nöqtələrinin daxil edilməsi
Yeni proqramın yazılması
Proqramın redaktə edilməsi
Proqramın silinməsi
MDİ vasitəsi ilə alətin dəyişdirilməsi
Proqramın RS232 interfeysi vasitəsi ilə yüklənməsi
Proqramın RS232 interfeysi vasitəsi ilə göndərilməsi
Mühazirə 14. Verilənlərin əl ilə daxil edilməsi (MDI) və redaktə etmənin əsasları.
Verilənlərin əl ilə daxil edilməsi (MDI) proqramdan istifadə etmədən avtomatik yerdəyişmələrə RPİ komandasının verilməsi üçün istifadə ounur.
Bu rejimə daxil olmaq üçün MDI (Verilənlərin əl ilə daxil edilməsi) düyməsini basmaq lazımdır. İdarəetmə komandaları klaviatura dəsti ilə daxil edilir, hər bir sətrin sonunda Enter (daxil etmə) düyməsi basılır. Nəzərə almaq lazımdır ki, hər bir daxil edilmiş sətrin sonunda avtomatik olaraq “EOB” (blokun sonu) qoyulur (şək. 1).
Şək. 1. Verilənlərin əl ilə daxil edilməsi (MDI)
Verilənləri əl ilə daxil edilmiş proqramın redaktə edilməsi üçün Edit (redaktə etmə) düyməsindən sağda olan klavişlərdən istifadə etmək lazımdır. Proqramda dəyişiklik etmək lazım olan mövqeyə kursoru gətiririk və bundan sonra redaktə etmənin müxtəlif funksiyalarından istifadə etməklə proqramı redaktə edirik. Məsələn, sətirə komandanı əlavə etmək üçün komandanı daxil etmək və Enter (daxil etmə) düyməsini basmaq lazımdır. Qiyməti dəyişmək üçün ox işarəli düymələ- rin və ya əl itələmə verişinin köməyi ilə komandanı seçmək, yeni komandanı daxil etmək və Alter (dəyişdirmək) düyməsini basmaq tələb olunur. Komandanı ləğv etmək üçün bu komandanı seçmək və Delete (silmək) düyməsini basmaq lazımdır. Undo klavişi verilənlərin əl ilə daxil edilmiş proqramın 9 axırıncı dəyişikliklərini ləğv edir. MDI (Verilənlərin əl ilə daxil edilməsi) rejimində daxil edilmiş verilənlər bu rejimdən çıxandan sonra və dəzgahın işi dayandırıldıqdan sonra da saxlanılır. Verilənləri əl ilə daxil edilmiş cari komandaların atılması üçün Erase Proq (proqramı silməli) düyməsini basmaq lazımdır.
Nömrələnmiş proqram ilə verilənləri əl ilə daxil edilmiş proqramın fərqi yalnız “O” kodunun olmasındadır. Verilənləri əl ilə daxil edilmiş proqramın redaktə edilməsi üçün MDI klavişini basmaq lazımdır. Nömrələnmiş proqramı redaktə etmək üçün isə bu proqramı seçmək və sonra Edit (redaktə etmə) düyməsini basmaq lazımdır (şək 2).
Şək. 2. Nömrələnmiş proqramın redaktə edilməsi üçün seçilməsi
Qeyd etmək lazımdır ki, Edit (redaktə etmə) düyməsini basmaqla genişləndirilmiş redaktora keçid təmin olunur. Genişləndirilmiş redaktor ayrı bir modul kimi fəaliyyət göstərir. Prgrm/Convers klavişini basmaqla redaktə edilmənin normal keçidini (böyük format) təmin etmək olar. Sonra isə proqramın verilənlərini daxil edib Enter (daxil etmə) düyməsini basmaq lazımdır. Proqramın verilənləri üç qrupa bölünür: ünvan, şərh və blokun sonu. Ünvanlar hərflər, bu hərflərdən sonra isə ədədi qiymətlər şəklində daxil edilir. Şərhlər mötərizələr ilə əhatə olunmuş hərf işarələrindən və ya rəqəmlərdən ibarət ola bilər. Şərhlərin maksimal uzunluğu 80 simvoldur. Mötərizələrdə şərhlər kiçik hərflər ilə daxil edilir. Kiçik hərflərin daxil edilməsi üçün öncə Shift (registr) klavişini basın (və ya basıb saxlayın), sonra isə hərf və ya hərfləri qeyd edin. Blokun sonu EOB (blokun sonu) ilə daxil edilir və (;) vergüllü nöqtə şəklində əks olunur. RPİ dəzgahları üçün proqramlaşdırma zamanı kodun hər sətrinin sonunda EOB (blokun sonu) daxil edilməlidir.
Şək. 3. Mövcud proqrama proqram kodunun əlavə edilməsi
Şək. 4. Mövcud proqrama proqram kodunun əlavə edilməsi
Proqram kodunun sətrinə misal olaraq G04 P1. (1 saniyə gecikmə);. Komandaları aralıqlar (probellər) ilə ayırmaq lazım deyil. Elementlər arasında probel isə oxumanı və redaktə etməni asanlaşdırmaq üçün avtomatik olaraq qoyulur. Mövcud proqrama proqram kodunun əlavə edilməsi üçün lazim olan yeri seçmək, verilənləri daxil etmək və daxil edilmə sətrindəki mətnin kursorun mövqeyindən sonra proqramın mətninə yerini dəyişmək üçün Insert (daxil etmək) düyməsini basmaq tələb olunur (şək. 3, 4).
Şək. 5. Proqramın hər hansı bir hissəsində simvolların dəyişdirilməsi
Proqramın hər hansı bir hissəsində simvolların dəyişdirilməsi üçün kursorun klavişlərinin və ya itələmə verişinin əl çarxının köməyi ilə proqramın həmin hissəsini seçin, proqramın yeni mətnini daxil edin və Alter (dəyişdirmək) düyməsini basın (şək 5, 6).
Şək. 6. Proqramın hər hansı bir hissəsində simvolların dəyişdirilməsi
Burada qeyd edək ki, MDI (Verilənlərin əl ilə daxil edilməsi) rejimində daxil edilmiş proqramın proqram siyahısında saxlanılması üçün Alter (dəyişdirmək) klavişindən istifadə etmək lazımdır. Bunun üçün proqramın yeni adını (Onnnnn) daxil etmə sətrinə qeyd edirik və Alter (dəyişdirmək) klavişini basırıq (şək.7).
Şək. 7. MDI (Verilənlərin əl ilə daxil edilməsi) rejimində daxil edilmiş proqramın proqram siyahısında saxlanılması
Proqramda seçilmiş elementin silinməsi üçün Delete (silmək) klavişindən istifadə olunur (şək. 8).
Şək. 8. Proqramda seçilmiş elementin silinməsi
İstənilən dəyişikliyin ləğv edilməsi üçün Undo (geri götürmək) düyməsindən istifadə edilir. Undo (geri götürmək) düyməsi axırıncı doqquz qeydlərə təsir edir (şək. 9). Bloklu redaktə etməni ləğv etməyə imkan vermir. Blokun redaktə edilməsi rejimində kodun bir neçə sətrinə redaktə etmə əməliyyatını (surət çixarma, yerdəyişmə və blokun silinməsi) tətbiq etmək olar.
Şək. 9. İstənilən dəyişikliyin ləğv edilməsi
Genişləndirilmiş redaktor rejimində blokun başlanğıcını qeyd etmək üçün F2 düyməsini, sonra isə aşağı yerdəyişmə ilə redaktə etmə üçün blokun sonunu F2 düyməsi vasitəsi ilə müəyyənləşdirin (şək. 10, 11). Blokun seçilməsini ləğv etmək üçün Undo klavişini basin.
Şək. 10.Blokun seçilməsi
Şək. 11. Blokun seçilməsi
|