• Work Display (hissənin ekranı).
  • Machine Display (dəzgahın ekranı).
  • Tool Geometry / Wear (alətin həndəsəsi / yeyilmə).
  • Operator Display (operatorun ekranı)




    Download 2,28 Mb.
    bet27/31
    Sana12.01.2024
    Hajmi2,28 Mb.
    #135892
    TuriMühazirə
    1   ...   23   24   25   26   27   28   29   30   31
    Bog'liq
    Cihazqayırmada kompyuter texnologiyası mühazirələr

    Operator Display (operatorun ekranı). Bu ekran operator tərəfindən yerinə yetirilən bütün oxların itələmə verişi məsafəsinin baxılması üçün istifadə olunur. Dəzgahın birinci dəfə işə salınması istisna olmaqla, dəzgahın koordinat başlanğıcından oxların faktiki məsafəsini əks etdirmir. Oxların ilkin vəziyyətinə təyin olunması üşün oxun hərfini daxil etməli və Origin (ilkin vəziyyət) klavişini basmaq lazımdır.
    Work Display (hissənin ekranı). Dəzgahın koordinat başlanğıcına nisbətən deyil, hissəyə nisbətən koordinat oxlarını (X,Y və Z) əks etdirir. Təchiz etməni qoşan zaman hissənin ekranı avtomatik olaraq hissənin korreksiyasının G54 qiymətlərini göstərir. Bu vəziyyəti yalnız hissənin korreksiyasının G55-G59, G110-G129 qiymətini daxil etməklə və ya proqramda G92 komandasını yazmaqla dəyişmək olar.
    Machine Display (dəzgahın ekranı). Dəzgahın koordinat başlanğıcına nisbətən oxların vəziyyətini təqdim edir.
    Distance To Go (qalmış yerdəyişmə). Oxların verilmiş və faktiki vəziyyətləri arasındakı fərqi təsvir edir.
    Korreksiya ekranı Bu ekran iki korreksiya cədvəlindən ibarətdir. Birinci
    korreksiya cədvəli – Tool Geometry / Wear (alətin həndəsəsi / yeyilmə), ikinci korreksiya cədvəli isə - Work Zero Offset (hissənin koordinat başlanğıcının korreksiyası) adlanır. Rejimdən asılı olaraq, bu cədvəllər displeyin iki ayrı – ayri pəncərələrində görünə bilərlər, və ya bir pəncərədə yerləşə bilərlər. İstənilən halda, iki cədvəl arasında keçid OFFSET (korreksiya) klavişi vasitəsi ilə yerinə yetirilir.
    Tool Geometry / Wear (alətin həndəsəsi / yeyilmə). Bu səhifədə alətlərin nömrəsi və alətin uzunluğunun həndəsəsi göstərilmişdir. Alətin həndəsəsi cədvəlinin birincı sütununda kursorun yerləşdiyi zamanı alətin yeyilməsi cədvəlinə daxil olmanı həyata keçirmək üçün kursorun sol klavişini basın.
    Bu sahələrə verilənlərin yazılması üçün ədədi daxil edin və F1 klavişini basın. Mənfi qiymətin yerləşdirilməsi üçün ədədi daxil edin və F2 klavişini basın. Write / Enter (yazma / daxil etmə) klavişini basmaqla daxil edilmiş rəqəm cari qiymətə əlavə ediləcəkdir. Səhifədə bütün rəqəmləri silmək üçün Origin (ilkin vəziyyət) klavişini basın. Bu zaman, məsələn torna dəzgahı belə bir sual ekranda əks etdirəcəkdir: “Zero All (Y/N)” (hamısını sıfra çevirməli? Bəli/ Xeyr). Əgər Y basırıqsa, verilənlərin sıfra çevrilməsinə, və ya N basırıqsa, bütün qiymətlərin dəyişikliksiz qalmasına nail oluruq.

    Download 2,28 Mb.
    1   ...   23   24   25   26   27   28   29   30   31




    Download 2,28 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Operator Display (operatorun ekranı)

    Download 2,28 Mb.