• Control Status
  • Tarix və vaxt
  • Əlavəetmələr ilə arayış / Kalkulyator funksiyaları
  • Mühazirə Cihazqayırmada kompyuter texnologiyası fənni haqqında ümumi məlumat




    Download 2,28 Mb.
    bet30/31
    Sana12.01.2024
    Hajmi2,28 Mb.
    #135892
    TuriMühazirə
    1   ...   23   24   25   26   27   28   29   30   31
    Bog'liq
    Cihazqayırmada kompyuter texnologiyası mühazirələr
    M. 4.2. q.m
    Z Axis Part Zero Line (Z oxu üzrə hissənin sıfır nöqtəsi xətti) – Funksiya qrafik ekranın sağ yuxarı küncündə cari alətin uzunluğu və Z oxu üzrə hissənin carı korreksiyasının vəziyyəti cəmini ifadə edən horizontal qeydin Z oxu zolağında təsvir olunmasından ibarətdir. Sütünun kölgələnmiş hissəsi proqramın işləməsi zamanı Z oxunun yerdəyişmə dərinliyini göstərir. Bu funksiyanın köməyi ilə proqramın yerinə yetirilməsi zamanı alətin kəsən tilinin vəziyyətini hissənin sıfır nöqtəsinə nisbətən müşahidə etmək olar.
    Control Status (idarəetmə sisteminin halı) – Ekranın aşağı sol hissəsi idarəetmə sisteminin halını əks etdirir. Bu digər ekranların axırıncı dörd sətrindən heç nə ilə fərqlənmir.
    Position Pane (vəziyyət pəncərəsi) – Vəziyyət pəncərəsində hissənin real emalı zamanı olan kimi oxların yerləşmə vəziyyətləri təqdim olunur.
    F3 / F4 – Bu klavişlər modelləşdirmə sürətinin idarə edilməsi üçün istifadə olunur. F3 sürəti azaldır, F4 isə sürəti artırır.
    Tarix və vaxt
    İdarəetmə sistemi saatlar və təqvim funksiyasına malikdir. Tarix və vaxta baxmaq üçün CURNT COMDS (cari komandalar) klavişini, sonra isə Page Up / Down Help (arayış səhifə yuxarı / aşağı) klavişini ekranda tarix və vaxtın əks
    olunmasına qədər basmaq lazımdır.
    Korrektə etmək üçün Emergensy Stop (qəza dayandırılması) klavişini basmaq, cari tarixi (AA-GG-İİİİ formatında) və ya cari vaxtı (SS:DD formatında) daxil etməli, sonra isə Write / Enter (yazma / daxil etmə) klavişini basmaq lazımdır. Sonda qəza dayandırılması atılmasını yerinə yetirmək lazımdır.
    Əlavəetmələr ilə arayış / Kalkulyator funksiyaları
    Əlavəetmələr ilə arayış menyusunu çağırmaq üçün HELP / CALC ( arayış / kalkulyator) klavişini basmaq lazımdır.
    Əgər HELP / CALC ( arayış / kalkulyator) klavişini basan zaman ortaya çıxan söyləmələr menyusu meydana gəlirsə, onda ikinci dəfə bu klavişi basmaqla əlavəetmələr menyusuna daxil olmaq olar. Ox işarəli kursorun köməyi ilə əlavəetmələr arasında hərəkət etmək olar. Write / Enter (yazma / daxil etmə) klavişini basmaqla əlavəetmələri seçmək olar, CANCEL (ləğv etmə) klavişini basmaqla bir səviyyə geri əlavəetmələrə qayıtmaq olar.
    Əlavəetmələrə G- və M-kodları, funksiyalar, göstəricilər, kalkulyator, funksional klavişlər, triqonometriya üzrə funksiyalar haqqında arayışlar, çevrə üzrə interpolyasiya haqqında arayış, “çevrə-düz xətt” toxunanı kalkulyatoru, “çevrə-çevrə” toxunanı kalkulyatoru, burğu/yivaçan cədvəli, burğu stolu haqqında məlumatlar daxildir.



    Download 2,28 Mb.
    1   ...   23   24   25   26   27   28   29   30   31




    Download 2,28 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mühazirə Cihazqayırmada kompyuter texnologiyası fənni haqqında ümumi məlumat

    Download 2,28 Mb.