|
Delete (silmək) – Kursorun mövqeyində elementi və ya proqramın seçilmiş blokunu ləğv edir.
Undo
|
bet | 24/31 | Sana | 12.01.2024 | Hajmi | 2,28 Mb. | | #135892 | Turi | Mühazirə |
Bog'liq Cihazqayırmada kompyuter texnologiyası mühazirələrDelete (silmək) – Kursorun mövqeyində elementi və ya proqramın seçilmiş blokunu ləğv edir.
Undo (geri götürmək)- proqrama daxil edilmiş 9 son dəyişiklikləri geri götürür və ya blokun ayrılmasını dəyişir.
MEM (yaddaş) – “yaddaş” rejiminin seçilməsi. Bu səhifə idarəetmə sistemində seçilmiş cari proqramı əks etdirir. Proqramlar bu rejimdə işə salınır, MEM (yaddaş) sətri isə proqramın yerinə yetirilməsi tərzini nəzarətdə saxlayan klavişlərdən ibarətdir.
Single Block (kadr üzrə) – Kadr üzrə rejimi işə salır və ya işini dayandırır. Kadr üzrə rejimdə iş zamanı Sycle Start (tsiklin işə salınması) klavişini hər dəfə basandan sonra proqramın yalnız bir bloku (kadrı) yerinə yetirilir.
Dry Run (sınaq işləməsi) – Hissənin kəsmə ilə emalı olmadan dəzgahın faktiki yerdəyişmələrinin yoxlanılması üçün istifadə olunur.
Opt Stop (əlavə dayandırılma) - əlavə dayandırmaları işə salır və ya işini dayandırır. Bu funksiyanı işə salarkən (On) və proqramda M01 (əlavə dayandırılma) kodunun mövcudluğu zamanı M01 koduna yetişəndə dəzgahı dayandırır. İşi davam etdirmək üçün Sycle Start (tsiklin işə salınması) klavişini basmaq lazımdır. Amma blokların baxışını qabaqlayan funksiyanın (G 103) halından asılı olaraq, dəzgahın təcili dayandırılması baş verə bilər. Başqa sözlə, blokların baxışını qabaqlayan funksiya ona gətirib cıxarda bilər ki, köməkçi dayandırılma komandası yaxın M01 koduna məhəl qoymaz. Proqramın yerinə yetirilməsi prosesində Optional Stop (köməkçi dayandırılma) klavişini basan zaman bu funksiyanın təsiri yalnız proqramın növbəti sətrindən başlaya bilər.
Block Delete (blokun silinməsi) – Blokun silinməsi funksiyasını işə salır və ya işini dayandırır. Bu funksiyanın işə salınması zamanı çəp xətt ilə (“/”) başlayan bloklara məhəl qoyulmur, yəni bu bloklar yerinə yetirilmirlər. Əgər bu funksiya
qoşulubsa və əgər çəp xətt proqramın daxilindəki sətirlərdə yerləşirsə, onda çəp xətdən sonra gələn komandalara məhəl qoyulmayacaqdır. Block Delete (blokun silinməsi) klavişini basdıqdan sonra blokun silinməsi funksiyasının təsiri kəsən
alətə korreksiyanın istifadəsi halları istisna olmaqla iki sətirdən sonra başlayır.
Belə halda funksiyanın təsiri ən azı dörd növbəti sətrin yerinə yetirilməsi müddətində başlamayacaqdır. Yüksəksürətli emal zamanı bu funksiyanın tətbiq edilməsi tərkibində blokun silinməsi simvolu olan trayektoriyanın dolanmasını yavaşıdır. “Blokun silinməsi” rejimi təchiz etməni ayırma və təchiz etməni qoşmadan sonra aktiv qalır.
MDI / DNC – MDI rejimi – Verilənlərin əl ilə daxil edilməsi rejimidir (VƏDE). Bu rejimdə proqramı yazmaq olar, amma bu proqram yaddaşda saxlanılmayacaqdır. DNC – qrup rəqəmli proqramla idarəetmə rejimi (QRPİ). Bu rejim idarəetmə sisteminə böyük proqramları hissələr ilə yükləməyə imkan verir.
Coolnt (soyuducu amil) – köməkçi SYM-i işə salır və işini dayandırır. HPC opsiyası (yüksək təzyiqli SYM) Shift düyməsini növbəti Coolnt klavişini basmaqla işləyir. Bir şeyə diqqət vermək lazımdır ki, əgər HPC və adi SYM bir yuvaya
verilirsə, onda bunlar eyni zamanda işə salına bilməzlər.
|
| |