|
Mühazirə Cihazqayırmada kompyuter texnologiyası fənni haqqında ümumi məlumat
|
bet | 22/31 | Sana | 12.01.2024 | Hajmi | 2,28 Mb. | | #135892 | Turi | Mühazirə |
Bog'liq Cihazqayırmada kompyuter texnologiyası mühazirələrKursorun klavişləri
Kursorun klavişləri idarəetmə sisteminin sahələri və ekran üzrə yerdəyişməyə imkan verir və RPİ proqramının redaktə edilməsi üçün tətbiq edilir.
Home (İlkin vəziyyət) – Bu düymə kursoru ekranın kənar yuxarı vəziyyətinə yerini dəyişir. Redaktə etmə zamanı bu proqramın kənar sol blokudur.
Up / Down Arrows (ox işarəsi yuxarı / aşağı) – Kursoru yuxarı / aşağı bir element, blok və sahə üzrə yerini dəyişir.
Page Up / Down (əvvəlki səhifə / növbəti səhifə) – Ekranların keçidinə və proqramın səhifə üzrə səhifələnməsi uçun istifadə edilir.
Left Arrow (ox işarəsi sola) – ayrica redaktə olunan elementin seçilməsi üçün istifadə olunur, kursorun sola yerini dəyişir. Sazlama parametrinin variantlarının baxılması üçün istifadə edilir və böyüdülmüş təsvir etmə pəncərəsini qrafika rejimində sola yerini dəyişir.
Right Arrow (ox işarəsi sağa) – proqrama baxarkən ayrıca redaktə olunan elementin seçilməsi üçün istifadə olunur, kursorun sağa yerini dəyişir. Sazlama parametrinin variantlarının baxılması üçün istifadə edilir və böyüdülmüş təsvir etmə pəncərəsini qrafika rejimində sağa yerini dəyişir.
End (son) – Bu düymə kursoru ekranın ən aşağı elementinə yerini dəyişir. Redaktə etmə rejimində bu proqramın axırıncı blokudur.
Hərf klavişləri
Hərf klavişləri hərfləri və bəzi xüsusi simvolları daxil etməyə imkan verir. Bəzi xüsusi simvolları daxil etmək üçün öncə Shift klavişini basmaq lazımdır.
Shift (registr) – Registr klavişi klaviaturanın əlavə simvollarına daxil olma imkanı verir. Əlavə simvollar soldan yuxarıda bəzi hərf və rəqəm klavişləri ilə işarələnmişdir. Bu simvolları verilənlərin daxil edilməsi sətrinə daxil etmək üçün ardıcıl olaraq Shift klavişini və simvollu klavişi basmaq lazımdır. Üstündən keçmə üzrə mətn baş hərflər ilə daxil edilir, sətri simvolların daxil edilməsi üçün isə Shift kalvişini basıb saxlamaq lazımdır.
Əgər idarəetmə sistemində beşinci ox yerləşdirilmişdirsə, əl ilə yerdəyişmə üçün B oxunun seçilməsi “B” düyməsinin basılması, sonra isə Handle Jog (itələmə verişi) yolu ilə həyata keçirilir.
|
| |