|
Mühazirə Cihazqayırmada kompyuter texnologiyası fənni haqqında ümumi məlumat
|
bet | 29/31 | Sana | 12.01.2024 | Hajmi | 2,28 Mb. | | #135892 | Turi | Mühazirə |
Bog'liq Cihazqayırmada kompyuter texnologiyası mühazirələrGraphics (Qrafika) rejimində iş. Proqramın qrafikada işə salınması üçün, ilk növbədə, bu proqramın yüklənməsi və idarəetmə sisteminin MEM (yaddaş), MDİ ( verilənlərin əl ilə daxil edilməsi) və ya Edit (redaktə etmə) reyimlərindən birinə gətirilməsi lazımdır. MEM (yaddaş) və ya MDİ ( verilənlərin əl ilə daxil edilməsi) rejimində qrafiki rejimi seçmək üçün Setng / Graph (sazlama / qrafika) klavişini iki dəfə basmaq lazımdır. Edit (redaktə etmə) reyimində modelləşdirmə prosesinin başlanması üçün aktiv proqramın redaktə etmə pəncərəsinin seçilməsindən sonra Cycle Start (tsiklin işə salınması) klavişini basmaq tələb olunur.
Qrafiki ekran bir neçə daxil olma funksiyalarına malikdir.
Key Help Area (klavişin təsvir edilmə sahəsi) – Qrafikanın display pəncərəsinin sol aşağı hissəsi funksional klavişlərin təsvirindən ibarətdir. Burada verilmiş anda mümkün funk sional klavişlər sadalanır və onlardan istifadə etmək üçün qısa izahat verilir.
Locator Window (axtarıcı pəncərə) – Pəncərənin aşağı sağ hissəsində modelləşdirmə zamanı alətin cari vəziyyəti göstərilməklə stolun səthinin ümumi sahəsi təsvir olunur.
Tool Path Window (alətin trayektoriya pəncərəsi) – Ekranın mərkəzində X və Y oxlarında yuxarıdan görünüşü təqdim edən böyük pəncərə yerləşir. Bu pəncərədə emalın modelləşdirilməsi prosesində hərəkət edən alətin trayektoriyası
göstərilmişdir. Sürətləndirilmiş yerdəyişmə qırıq (punktir), veriş hərəkəti isə nazik bütöv xətlər ilə işarələnmişdir. (Qeyd: Sürətləndirilmiş yerdəyişmə trayektoriyasını 4 sazlaması ilə kəsib götürmək olar). Burğulama üçün istifadə olunan standat tsikllər X işarəsi ilə qeyd olunur. Qeyd. Burğulamanın nişan nöqtələrini 5 sazlaması ilə götürmək olar.
Adjusting Zoom (miqyasın tənzimlənməsi) – Böyütmə zonasını təyin edən düzbucaqlının (miqyaslama pəncərəsi) təsviri üçün F2 klavişini basmaq lazımdır. Page Down (növbəti səhifə) ox işarəsini miqyaslama pəncərəsinin ölçüsünü
azaltmaq və Page Up (əvvəlki səhifə) ox işarəsini miqyaslama pəncərəsinin ölçüsünü artırmaq üçün istifadə edin. Kursorun ox işarəsini miqyaslama pəncərəsinin tələb olunan vəziyyətdə yerdəyişməsi üçün istifadə edin və Write/Enter (yazma / daxil etmə) klavişini miqyaslamanı qurtarmaq və alətin trayektoriyası pəncərəsinin miqyasının dəyişdirilməsi üçün basın. Axtarıcı pəncərə (ekranın aşağı sağ hissəsi) alətin trayektoriyasında böyüdülmüş zonaları təsvir etməklə stolun bütün səthini göstərir. Alətin trayektoriyası pəncərəsi miqyaslama zamanı açılır, alətin trayektoriyasına baxış üçün proqram təkrar işə salınmalıdır.
Qrafikadan proqramın redaktə edilməsinə sonradan qrafikaya qayıtmaqla keçərkən seçilmiş miqyas saxlanılır. Alətin hərəkət trayektoriyasının böyüdülməsi üçün F2 klavişini və sonra isə Home (ilkin vəziyyət) klavişini basmaq lazımdır.
|
| |