Mühazirə Cihazqayırmada kompyuter texnologiyası fənni haqqında ümumi məlumat




Download 2.28 Mb.
bet9/31
Sana12.01.2024
Hajmi2.28 Mb.
#135892
TuriMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   31
Bog'liq
Cihazqayırmada kompyuter texnologiyası mühazirələr
M. 4.2. q.m
"RPİ dəzgah" kompleksi
Kompleksin bütün blokları vahid strukturda əlaqəli şəkildə işləyir. İdarəetmə proqramı məmulun hazırlanmasının bütün həndəsi və texnoloji mərhələlərinin birləşdirilmiş (qay daya salınmış) halda kodlaşdırılmış təsviridir. RPİQ-də idarə- etmə informasiyaları İP-yə uyğun olaraq translyasiya olunur (yayımlanır), sonra isə hesablama mərhələsində istifadə olunur və bunun nəticəsi olaraq dəzgahın real maşın vaxtı miqyasında operativ komandaları formalaşdırılır (şək. 2).

Şək. 2. RPİ dəzgahının idarə olunmasının funksional sxemi

Dəzgah icraedici hissəsi ilə idarəetmə informasiyalarının əsas istehlakçısıdır, yəni idarə olunan obyektdir, konstruktiv yanaşma da isə dəzgah - konstruksiyasında RPİQ - dən operan tiv komandalar qəbuluna uyğunlaşdırılmış avtomatik idarə olunan mexanizmlər quraşdırılmış bir konstruksiyadır. Belə mexanizmlərin sırasına, hər şeydən əvvəl, məmulların həndəsi forma əmələ gəlməsində yaxından iştirak edən mexanizmlər aiddir. Bu koordinat verişləri mexanizmləridir. Veriş mexa nizmləri tərəfindən verilən hərəkətin koordinatlarının sayınt dan asılı olaraq emalın bu və ya digər koordinat sistemi yaranır: müstəvi, üçölçülü fəza, çoxölçülü fəza. Bütün mexanizmz lərdən veriş mexanizmləri idarəetmə prosesində daha böyük həcmli məlumatların emalını (yenidən işlənməsini) və hesab lanmasını tələb edir, ona görə də idarə olunan koordinatların sayından, formaəmələgətirmə mürəkkəb həndəsi koordinat məsələlərindən bir çox hallarda RPİQ - in mürəkkəbliyi və ümumiyyətlə istifadə olunan proqramlaşdırma metodikası asıd lıdır. Real RPİ sisteminin (RPİS) funksionallığı avadanlığin idarə olunmasında bir sıra funksiyaların həyata keçirilməsi dərəcəsi ilə müəyyənləşdirilir. Həmin funksiyaları aşağıda nəzərdən keçirək.


Sistem proqram təminatının (SPT) verilməsi (daxil edilməsi) və saxlanılması. SPT-yə konkret obyektin fəaliya yətinin alqoritmlərini əks etdirən proqramların məcmusu aid edilir. RPİQ - in aşağı siniflərində SPT konstruktiv olaraq yerləşdirilmişdir və dəyişdirilə bilməz, və RPİQ yalnız verilmiş (standart) obyekti (məsələn, yalnız ikikoordinatlı torna dəzgahları qrupunu) idarə edə bilər. Obyektlərin geniş sinfin də idarə olunmanı təmin edən sistemlərdə (çoxməqsədli rəqəmli proqramla idarəetmə sistemlərində (ÇRPİS)), müəyyən məsələlər dairəsinin həlli üçün RPİQ - in sazlanması zamanı SPT kənardan tətbiq edilir.
Çoxməqsədli avtonom (muxtar) idarəetmə qurğularında SPT perfolentlərdən, disketlərdən, kompakt - disklərdən (CO), avtomatlaşdırılmış qurğularda isə yüksək səviyyəli EHM - dən rabitə kanalı ilə daxil edilir.
SPT və idarəetmə proqramlarını bir - birindən fərqlənn dirmək lazımdır: SPT verilmiş idarəetmə obyekti üçün dəyişməz qalır, idarəetmə proqramları isə müxtəlif hissələrin hazırr lanması zamanı verilmiş idarəetmə obyektində dəyişir. ÇRPİS - də SPT-ni saxlamaq üçün yaddaş enerjidən asılı oln mamalıdır, yəni o, qidalandırıcı şəbəkənin gərginliyinin yox olması zamanı məlumatı saxlamalıdır.
İP-nin verilməsi (daxil edilməsi) və saxlanılması. İdarəetmə proqramı RPİS - ə perfolentdən, idarəetmə pultundan, dusketdən və ya yüksək səviyyəli EHM - dən rabitə kanalı ilə daxil edilə bilər. İdarəetmə proqramının saxlanması üçün yaddaş enerjidən asılı olmamalıdır. Yüksək sinifli RPİS- lərdə İP adətən dərhal və bütünlüklə daxil edilir və sistemin operativ yaddaşında yadda saxlanılır.
Kadrın interpretasiyası. İdarəetmə proqramı tərkib hissələrdən - kadrlardan ibarətdir. Növbəti kadrın işlənməsi bir sıra ilkin prosedurların yerinə yetirlməsini tələb edir ki, bunu da kadrın interpretasiyası adlandırırlar.
İnterpolyasiya. RPİS tələb olunan dəqiqliklə idarə olunan obyektin elementlərinin hərəkət trayektoriyalarının aralıq nöqtələrinin koordinatlarının kənar (sərhəd) nöqtələrin koordinatları və verilmiş interpolyasiya funksiyaları üzrə avtomatik alınmasını (hesablanmasını) təmin etməlidir.
Veriş inteqallarının idarə olunması. İdarəetmənin mürəkkəbliyi inteqalın növündən asılıdır. Ümumi halda məsələ hər bir koordinat üçün rəqəmli mövqeli izləyici sistemlərin təşkilindən ibarətdir. Belə sistemin girişinə interpolyasiyanın nəticələrinə uyğun gələn kodlar daxil olur. Bu kodlar yerini dəyişən obyektin koordinatları (xətti və ya bucaq) üzrə vəziyz yətinə cavab verməlidir. Yerini dəyişən obyektin həqiqi vəziyyətinin müəyyənləşdirilməsi və onun haqqında idarəetmə sisteminə məlumatın verilməsi əks əlaqəli vericilərlə həyata keçirlir.
Baş hərəkət intiqalının idarə olunması. İdarəetmə inti qalın işə salınması və dayandırılmasını, sürətin sabitləşdirild məsini, bəzi hallarda isə əlavə koordinat kimi dönmə bucağıı nın idarə olunmasını nəzərdə tutur.
Məntiqi idarəetmə. Bu texnoloji qovşaqların diskret hərəkətlərinin idarə olunmasıdır.

  • Bu qövşaqların giriş siqnalları "İşə salmalı", “İşi dayandırmalı” tipli əməliyyatları təyin edir,

  • çıxış siqnalları isə “İşə salındı”, “İşi dayandırıldı” vəziyz yətini müəyyən edir.

Alətin ölçülərinə korreksiya. İP-nin alətin uzunluğuna korreksiyası koordinatların paralel köçürülməsilə, yəni yerin nin dəyişdirilməsilə, sürüşdürülməsilə baş verir. Alətin faktiki radiusunun nəzərə alınması isə proqramlaşdırılan trayektoridyaya ekvidistant olan trayektoriyanın formalaşmasına gətirilir.
Tsikllərin həyata keçirilməsi. İP – nin həcmcə azaldıl masının səmərəli üsulu tsikllərə ayrılmasıdır. Tsikllər dedikdə proqramın təkrarlanan (standart) sahələrinin ayrılması başa düşülür. Təsbit edilmiş (qəti müəyyən edilmiş, qəbul edilmiş) tsikllər müəyyən texnoloji əməliyyatlar (burğulama, zenkerləmə, içyonuş, yivin açılması və s.) üçün xarakterikdir və bir çox məmulların hazırlanmasında da rast gəlinir. İP - nin hazırlanması zamanı təsbit edilmiş tsikllər (dövrlər) proqramda göstərilir, onların işlənməsi isə RPİS - in yaddaşına sistem proqram təminatı və ya konstruktiv sxem ilə qoşulan müəyy yən altproqrama uyğun aparılır.
Alətin dəyişdirilməsi. Bu funksiya çoxalətli və çox məqsədli dəzgahlar üçün xarakterikdir. Alətin dəyişdirilməsi tapşırığı ümumi halda iki mərhələdən:

  • tələb olunan alətli mağaza (anbar) yuvasının axtarışı

  • artıq işləmiş (işini görüb qurtarmış) alətin yenisi ilə əvəz edilməsi mərhələlərindən iban rətdir.

Mexaniki və ölçü qurğularının (cihazlarının) xətalarının korreksiyası. Mexaniki emalın istənilən konkret aqren qatını (yəni idarəetmə obyektini) kifayət qədər yüksək dəqiqqlikli ölçmə vasitələrinin köməyi ilə attestasiyadan keçirmək olar. Belə attestasiyanın nəticələri RPİS yaddaşına xətalar (addımdaxili səhv, yığılmış səhv, boşluqlar - lyuftlər, temper ratur xətaları) cədvəlləri şəklində yazılır. Sistemin işləməsi zamanı aqreqatların vericilərinin cari göstəricilərinə xətalar cədvəllərinin verilənləri nəzərə alınmaqla düzəlişlər edilir. Yüksək səviyyəli sistemlər dəzgahın əsas parametrlərinə fon rejimi adlandırılan rejimdə nəzarət edən quraşdırılmış nəzarət - ölçü komplekslərinə malikdirlər. Nəzarətin nəticələri dərhal lazımi düzəldilmələrin (korreksiyaların) həyata keçirilməsi üçün istifadə olunur.
Emalın adaptiv idarə olunması. Belə idarəetmənin həyata keçirilməsi üçün lazımi məlumat xüsusi quraşdırılmış vericilərdən alınır. Onların köməyi ilə kəsməyə müqavimət momenti və ya kəsmə qüvvəsinin təçkiledicilərini, baş hərəkət intiqalının gücünü, vibrasiyanı, temperaturu, alətin yeyilməsini və s. ölçürlər. Bir çox hallarda adaptasiya kontur sürr ətinin və ya baş hərəkət intiqalının sürətinin dəyişdirilməsi ilə həyata keçirilir.
Statistik informasiyanın toplanması. Statistik infor masiyaya cari vaxtın, sistemin və onun ayrı-ayrı qovşaqlarıa nın iş vaxtının fiksasiyası, avadanlığın yüklənmə əmsalının təyin edilməsi, hazırlanmış məhsulların uçotu, onların ayrıh ayrı parametrlərinin fiksasiyası və s. aiddir.
Avtomatik daxili (qurulmuş) nəzarət. Emal olunan məmulların formalaşan ölçülərinə fasiləsiz nəzarət emal keyfiyyətinin yüksəldilməsinin əsas vəzifələrindən biridir.

  • Əlavə funksiyalar. Əlavə funksiyalara aşağıdakıları aid etmək olar:

  • yüksək səviyyəli EHM - lər ilə informasiya mü badiləsini,

  • texnoloji modulun avadanlıqlarının uyğunlaşdırılmış idarə olunmasını,

  • avtomatik nəqliyyat - anbar sisteminin elementlərinin idarə olunmasını,

  • xarici qurğuların idarə olunmasını,

  • operator ilə əlaqənı,

  • texnoloji avadanlıqların və RPİ sisteminin özünün texniki diaqnostikasını,

  • texnoloji prosesin tsikllərinin və ayrı - ayrı rejimlərinin optimallaşdırılmasını və s.



Download 2.28 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Download 2.28 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mühazirə Cihazqayırmada kompyuter texnologiyası fənni haqqında ümumi məlumat

Download 2.28 Mb.