• 4 - cü mərhələ
  • 6 - cı mərhələ
  • Mühazirə Cihazqayırmada kompyuter texnologiyası fənni haqqında ümumi məlumat




    Download 2,28 Mb.
    bet12/31
    Sana12.01.2024
    Hajmi2,28 Mb.
    #135892
    TuriMühazirə
    1   ...   8   9   10   11   12   13   14   15   ...   31
    Bog'liq
    Cihazqayırmada kompyuter texnologiyası mühazirələr
    M. 4.2. q.m
    3-cü mərhələ - texniki layihənin işlənməsi. Bu mərhələdə idarəetmə sisteminin ümumisistem və struktur sintezini, onun xüsusi proqram təminatının işlənməsini, layihə-smeta sənədlərinin hazırlanmasını, yeni texniki vasitələrin işlənməsinə, lazım gələrsə, sifarişlərin tərtib edilməsini həyata keçirirlər. Gözlənilən texniki - iqtisadi səmərələliliyin hesablanmasını yerinə yetirirlər.
    4 - cü mərhələ - idarəetmə sisteminin işçi layihəsinin işlənməsi. Bu zaman idarəetmə sistemi üçün işçi sənədlər (sxemlər, çertyojlar, proqram və mətn sənədləri) hazırlanır.
    5 - ci mərhələ - idarəetmə sisteminin hazırlanması və tətbiqi. Bu mərhələdə əvvəlcə təcrübi nümunənin hazırlanması, proqram təminatının kompleks sazlanması, texniki sənədlərin və proqram təminatının işlənməsi və sınağı, sonra isə artıq idarəetmə sisteminin seriyalı hazırlanması və sənaye istismarına tətbiqi yerinə yetirilir.
    6 - cı mərhələ - tətbiq edilmiş idarəetmə sisteminin fəaliyyətinin təhlili. Bu mərhələdə yaradılmış idarəetmə sisteminin keyfiyyəti və onun tətbiqinin real səmərəsi barədə obyektiv və sistemləşdirilmiş məlumatların əldə olunması məqsədilə tətbiq edilən idarəetmə sisteminin fəaliyyəti araşdırılır.
    İdarəetmə sistemlərinin yuxarıda baxılan layihələndirmə qaydası idarəetmə sisteminin əsas hissəsinin - ixtisaslaşmış müəssisə və firmalar tərəfindən istehsal olunan RPİQ - in işlənməsi və hazırlanması zamanı və ya unikal RPİ dəzgahları üçün xüsusi idarəetmə sistemlərinin işlənməsi zamanı səciyyəvidir.
    Dəzgahqayırma müəssisə və firmalarında RPİ dəzgahlarının layihələndirilməsi və hazırlanması zamanı idarəetmə sistemlərini ixtisaslaşmış müəssisələr və firmalar tərəfindən işlənmiş və hazırlanmış artıq mövcud RPİ sistemlərinin nomenklaturasının tərkib elementlərindən seçim əsasında (növs bəti birləşməylə və sazlamaqla) komplektləşdirirlər.
    Bu zaman idarəetmə sistemlərinin yaradılması və komplektləşdirilməsinin üç variantı ola bilər.
    Birinci variantda müəssisələr və firmalar - idarəetmə sistemlərinin istehsalçıları (xüsusilə, RPİQ - lərin) sifarişçinin tələblərinə əsaslanaraq konkret olaraq buraxılan dəzgahlarda RPİ sistemlərinin tam komplekt təchizatını həyata keçirirlər: RPİQ, proqramlaşdırılan məntiqi və adaptiv idarəetmə qurğuları, tənzimlənən baş hərəkət və veriş elektrointiqalları, ölçü (ölçmə) çeviricisi, quraşdırma və kabel qurğuları və birləşmələri, yüksək səviyyəli mühafizə sistemli və havalandırma ilə elektroşkaflar (elektrodolablar). Bu zaman sifarişçinin arzusuna görə RPİ sisteminin komplektləşdirmə elementləri bu və digər firmanın istehsal etdiyi elementlərdən təşkil oluna bilər.
    Bu, RPİ sistemlərinin layihələndirilməsi və istehsalının ən mütərəqqi üsuludur, çünki bu zaman idarəetmə sisteminin diqər tərkib elementləri ilə RPİQ - in uyğunlaşdırılmasını təmin etmək daha asandır. Bundan başqa, RPİ sisteminin və dəzgahın sazlanma və işə salınması vaxtı xeyli azalır.
    İkinci halda isə müəssisələr və firmalar - RPİ dəzgahlarının istehsalçıları idarəetmə sisteminin zəruri komplektləşdirilməsini bazarda mövcud olan elementlər ilə həyata keçiriry lər. Bu, RPİ sisteminin yaradılmasının az səmərəli üsuludur.
    Üçüncü variantda dəzgahqayırma müəssisələri və firmaları, öz RPİQ - ləri və digər elementlərin işlənməsi və hazırlanması da daxil olmaqla, RPİ sistemlərini özləri işləyir və istehsal edirlər. Bu variantın tətbiqi istehsal edilən metalkəsən dəzgahların və onların RPİ sistemlərinin bütün imkanları və xüsusiyyətlərinin tam nəzərə alınması və uyğunlaşdırılması ilə, başqa sözlə desək tam inteqrasiya və koordinasiya ilə izah olunur. Digər hallarda bu variant dəzgahqayırma müəssisə və firmaları tərəfindən unikal metalkəsən dəzgahların istehsalınz da tətbiq edilir.
    RPİ dəzgahına texniki tapşırıqda mövcud elementlərdən RPİ sisteminin komplektləşdirilməsi halında ilk növbədə seçilən RPİQ - ə tələblər göstərilir.
    Konkret RPİ dəzgahı üçün proqram təminatının işlənməsi, eləcə də onun qeyri -standart hissəsinin işlənməsi artıq mövcud standart proqram bloklarının seçiminə və istifadəsinə gətirilir. Seçilmiş və sazlanmış proqram modullarını onun qeyri - standart hissəsinin köməyi ilə proqram təminatının vahid sisteminə birləşdirirlər.
    Konstruktiv baxımdan müasir RPİQ - lər üçün aşağıdaı kılar xarakterikdir:

    • böyük güc istifadə edən və yüksək miqdarda istilik buk raxan elementlərin zəif elementlərdən ayrı yerləşdirilməsi;

    • kondisionerlər və qapı bərkidiciləri vasitəsilə şkafın içində daxili istilik mübadiləsinin təşkili və sabit temperaturun saxlanılması;

    • daxili birləşmələri üçün böyük quraşdırma plataların (lövhələrin), çap quraşdırılması və çap yastı kabellərin tətbitqi;

    • RPİQ - i bilavasitə dəzgahın mexanizmində qurmaq imkanı verən və ya, bunu tez-tez edirlər, onları ayrıca asma idarəetmə pultunda (şitində) yerinə yetirməklə və dəzgaha münasib yerdə yerləşdirmək ilə miniatyurlaşdırma. Bu zaman istehsal sahələrinə xeyli qənaət edilir;

    • müasir RPİQ - lərə texniki xidmətin rahatlığına səbəb olan, nasazlıqların axtarışını və müvafiq modulların təmir yolu ilə əvəzlənməsini asanlaşdıran modul konstruksiyası;

    • təsvirin displeyli texnika ilə təchiz olunması;

    • dəzgahın idarə olunması informasiyası, nasazlıqların hərfli – rəqəmli formada diaqnostikası, bu da idarəetmənin əyaniliyi və operatorun idarəetmə sistemi ilə "ünsiyyət" - ini yaxşılaşdırır.

    İstənilən RPİ sisteminə ən əsas tələblərdən biri onun kin fayət qədər yüksək etibarlılığıdır. Müasir RPİ sistemlərində imtinaetməyə qədər iş saatı düzgün istismar şərtləri və profilaktik tədbirlər keçirməklə 2000 - 2500 saat və daha çoxdur.



    Download 2,28 Mb.
    1   ...   8   9   10   11   12   13   14   15   ...   31




    Download 2,28 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mühazirə Cihazqayırmada kompyuter texnologiyası fənni haqqında ümumi məlumat

    Download 2,28 Mb.