|
Asma idarəetmə paneli və klaviatura
|
bet | 17/31 | Sana | 12.01.2024 | Hajmi | 2,28 Mb. | | #135892 | Turi | Mühazirə |
Bog'liq Cihazqayırmada kompyuter texnologiyası mühazirələrAsma idarəetmə paneli və klaviatura
Şək. 2-də HAAS idarəetmə sisteminin idarəetmə pultunun görünüşü göstərilmişdir.
Şək. 2. HAAS idarəetmə sisteminin idarəetmə pultunun görünüşü
Klaviatura səkkiz seksiyadan (bölmədən) ibarətdir: funksional klavişlər, itələmə verişi klavişləri, əl ilə korreksiya klavişləri, displey klavişləri, kursor klavişləri, hərf klavişləri, rejim klavişləri və rəqəm klavişləri. Bundan əlavə HAAS idarə- etmə sisteminin pultunun klaviatura və idarəetmə panelində əlavə klavişlər və funksiyalar da vardır. İndi isə həmin əlavə klaviş və funksiyalar ilə tanış olaq.
Power On (təchiz etməni qoşma) – Dəzgahı işə salır.
Power Off (təchiz etməni ayırmalı) – Dəzgahın işini dayandırır.
Spindle Load Meter (şpindelin yüklənməsinin ölçü cihazı (göstəricisi)) – Spindelin yüklənməsini faizlərlə göstərir.
Emergency Stop (Qəza dayandırılması) - Bütün oxların hərəkətlərini, şpindeli və başlığı dayandırır və yağlayıcı-soyuducu maye (YSM) nasosunun işini dayandırır.
Jog Handle (itələmə verişının əl çarxı) – Bütün oxların itələmə verişi üçün istifadə olunur. Redaktə etmə prosesində proqramın mətni və ya menyunun punktları (bəndləri) üzrə yerdəyişmə üçün istifadə oluna bilər.
Sycle Start (tsilkin işə salınması) – Proqramı işə salır. Basmadüymə qrafiki reyimdə proqramın işə salınması üçün istifadə oluna bilər.
Feed Hold (verişın dayandırılması) – Oxların bütün yerdəyişmələrini dayandırır. Qeyd: Emal zamanı şpindel fırlanmanı davam etdirir.
Reset (atma, tullama) – Dəzgahı dayandırır (oxları, şpindeli, YSM nasosunu və revolver başlığı). Bu üsul dəzgahın dayandırılması üçün tövsiyə olunmur. Çünki belə vəziyyətdən işin davam etdirilməsi cətinliyə gətirib çixarda bilər.
Power Up/Restart (Qoşulma/yenidən işə salınma) – Bu klavişi basan zaman oxlar sıfır koordinatlarına yerlərini dəyişirlər və alətin dəyişdirilməsi yerinə yetirilə bilər. Bu Tool- room torna dəzgahları, köməkçi şpindellı dəzgahlar və ya hissələrin avtomatik yükləyiciləri (HAY) üçün tətbiq edilən deyildir.
Auto Off (avtoayırma) – Avtomatik olaraq oxları dəzgahın koordinat başlanğıcına gətirir və dəzgahı təchiz etmədən ayırmağa, yəni dəzgahın işini dayandırmağa hazırlayır.
Memory Lock Key Switch (yaddaşın bloklamasının (bağlanmasının) klavişli elektrik açarı) – Verilmiş elektrik açarı qoşulmuş vəziyyətdə operatora sazlama parametrlərinin dəyişdirilməsinə və proqramın redaktə edilməsinə imkan vermir. Aşağıda bloklama iyerarxiyası göstərilir:
Klavişli elektrik açarı bütün proqram və sazlamaları bloklayır (təcrid edir, bağlayır).
Sazlama 7 parametrləri təcrid edir.
Sazlama 8 bütün proqramları təcrid edir.
Sazlama 23 9xxx proqramlarını bağlayır.
Sazlama 119 korreksiyanı təcrid edir.
Sazlama 120 makrodəyişənləri bloklayır.
Second Home Button (ikinci ilkin vəziyyət basma düyməsi) – Bü düymə bütün oxların hissənin G154P20 korreksi- yasında verilmiş koordinatlara sürətləndirilmiş yerdəyişməsini yerinə yetirir. Bu funksiya bütün rejimlərdə (qrup RPİ istisna olmaqla) işləyir.
Work Light Switch (çırağın elektrik açarı) – Dəzgahın işçi zonasının işıqlandırılmasını qoşur.
Keyboard Beeper (klaviaturanın səsli siqnalı) – Hissələr qanovundan yuxarıda yerləşmişdir. Gurluğu qapağı fırlatmaqla tənzimləmək olar.
|
| |