• Displey və idarəetmə rejimləri
  • Mühazirə 12. HAAS RPİ dəzgahlarının idarə edilməsi. (4 saat)




    Download 2,28 Mb.
    bet16/31
    Sana12.01.2024
    Hajmi2,28 Mb.
    #135892
    TuriMühazirə
    1   ...   12   13   14   15   16   17   18   19   ...   31
    Bog'liq
    Cihazqayırmada kompyuter texnologiyası mühazirələr

    Mühazirə 12. HAAS RPİ dəzgahlarının idarə edilməsi. (4 saat)

    Müasir RPİ dəzgahlarının idarəetmə orqanlarının əksə- riyyəti RPİ qurğusu dayağının qabaq panelində mərkəzləşdi- rilmişdir. İdarəetmə orqanlarına müxtəlif dəyişdiricı açarlar (çeviricilər) və klavişlər, eləcə də operatora dəzgah ilə “əlaqə saxlamağa” imkan verən displey aid edilir. Bir qayda olaraq, RPİ sistemləri saya və ya rəngli elektron-şüa displeyinə malik olurlar. Amma ən müasir dəzgahlar mayekristallik displey ilə təchiz oluna bilərlər. İstənilən RPİ dayağı klaviaturaya malik- dir. Bu ya adi personal kompyterin klaviaturasına oxşayan tam ölçülü, ya da proqramlaşdırmanın yalnız əsas simvolları və işarələrini daxil etməyə imkan verən məhdudlaşdırılmış klaviatura ola bilər.


    Displey və idarəetmə rejimləri
    İdarəetmə displeyi pəncərələrdən ibarətdir. Bu pəncərələr cari idarəetmə rejimi və displeyin istifadə olunan klavişlərinə müvafiq dəyişirlər. Şək. 1-də displeyin ilkin görünüşü gös- tərilmişdir. Verilənlər ilə iş yalnız pəncərənin verilmiş aktiv anında mümkündür. Eyni zamanda yalnız bir pəncərə aktiv ola bilər. Aktiv pəncərə ağ fon ilə qeyd olunur. Məsələn, alə- tin korreksiyası cədvəli ilə işləmək üçün, öncə cədvəli aktiv- ləşdirmək lazımdır. Bunun üçün Offset (korreksiya) klavişini o vaxta qədər basmaq lazımdır ki, fon ağ rəng alsın. Sonra isə verilənləri dəyişmək olar. İdarəetmə rejimində aktiv pəncərə- nin dəyişdirilməsi adətən displeyin klavişinin köməyi ilə yeri- nə yetirilir.
    Nəzarət funksiyaları uç rejimdən ibarətdir: Setup (sazla- ma), Edit (redaktə etmə) və Operation(istismar). Hər bir reyimdə tapşırığın yerinə yetirilməsi üçün bu rejimə düşən, lazım olan bütün informasiya bir ekranda təqdum olunur. Məsələn, Setup (sazlama) rejimində alətin korreksiyası və işçi yerdəyişməsi cədvəli, eləcə də alətin vəziyyəti haqqinda in- formasiyalar təsvir edilir. Edit (redaktə etmə) rejimində proq- ramın redaktə edilməsi və VQCP (vizual sürətli kodun proq- ramı) və СИП/WIPS (Windows proqramlaşdırma sistemi) sistemlərinə daxil olma pəncərələri təqdim olunur.

    Şək. 2.1. Displeyin ilkin görünüşü


    Ayrı-ayrı rejimlərə aşağıdakı rejim klavişlərindən istifadə etməklə keçmək olar:
    Setup (sazlama): ZERO RET (sıfır nöqtəsinə qayıt- ma), HAND JOG (itələmə verişi). Dəzgahın sazlanma- sının bütün nəzarət funksiyalarını təmin edir.
    Redaktə etmə: EDİT (redaktə etmə) klavişı, MDI/DNC (əl ilə daxil etmə/qrup rəqəmli proqramlı idarəetmə), LIST PROQ (proqramların siyahısı). Bü- tün proqramların idarə edilməsi, redaktə edilməsini, eləcə də verilənlərin ötürülməsi funksiyasını təmin edir.
    İstismar: MEM (yaddaş) klavişi. Hissınin emalı üçün lazım olan bütün idarəetmə proqramlarını təmin edir.
    Carı rejim displeyin yuxarısında başlıq sətirində göstərilir.
    Nəzərə almaq lazımdır ki, digər rejimlər funksiyalarına daxil olmanı aktivləşdirilmiş rejim çərçivəsində displeyin klavişlərinin köməyi ilə almaq olar. Məsələn, “İstismar” rejimində OFFSET (korreksiya) klavişini basan zaman displeydə korreksiya cədvəlləri ilə aktiv pəncərə görünəcəkdir. OFF- SET (korreksiya) klavişinin köməyi ilə displey uzrə hərəkət etmək olar. Əksər rejimlərdə PROQRAM CONVERS klavişinin basılması cari aktiv proqramın redaktə etmə pəncərəsinə keçidinə səbəb olacaqdır.
    Əlavəetmələr menyusu üzrə naviqasiya. Əlavəetmələr ilə menyu bir neçə idarəetmə funksiyalarında (Parameters (parametrlər), Settings (sazlamalar), Help (arayış), ListProg (proqramların siyahısı) və СИП) istifadə olunur. Bu menyu üzrə naviqasiya üçün ox işarəli klavişlərdən əlavəetməni seçmək üçün istifadə edirlər. Sonra əlavəetməni açmaq üçün Enter (daxil etmə) –ni basırlar. Əgər seçilmiş əlavəetmədə daxil edilən əlavəetmə varsa, ox işarəli klavişlərdən və Enter (daxil etmə)-dən istifadə etməklə tələb olunan daxil edilmiş əlavəetməni secmək olar. Daha ustün əlavəetmələr səviyyəsinə keçmək üçün Cansel (Ləğv etmə) – i bas- maq lazımdır.

    Download 2,28 Mb.
    1   ...   12   13   14   15   16   17   18   19   ...   31




    Download 2,28 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mühazirə 12. HAAS RPİ dəzgahlarının idarə edilməsi. (4 saat)

    Download 2,28 Mb.