Paylanmış idarəetmə sistemləri. Obyektlərin paylanr mış idarəetmə sistemləri – bu ümumi kommunikasiya əlaqə- ləri və ümumi resursları, idarəetmə prosesinin ümumi məqsədi ilə birləşmiş lokal sistemlər məcmusudur. İstehsal mühitis nin obyektlərinin paylanmış idarəetmə sistemlərinın standart nümunəsi şək. 2-də göstərilmişdir.
Müəssisənin idarəetmə (bax şək. 2) sisteminin struktuk runu dörd mərhələyə ayırmaq olar:
I – Internet şəbəkəsi səviyyəsi (korporativ informasiya qarşılıqlı əlaqə səviyyəsi);
II - inzibatçılıq və planlaşdırma səviyyəsi;
III - istehsalın operativ idarəetmə səviyyəsi;
IV - istehsalın konkret obyektlərinın idarəetmə səviyyəsi (məhsulların buraxılışı üzrə texnoloji prosesin həyata keçirilməsi).
Bu sistem obyektlərin paylanmış idarə olunmasının standart dördsəviyyəli sistemidir.
Şək. 2. Paylanmış idarəetmə sisteminin standart istehsal strukturu
Resursların təsnifatı. Sənaye profilli inteqrasiya olunn muş avtomatlaşdırılmış sistemlərin fəaliyyəti prosesini təmin edən ümumi sistem resursları aşağıdakı beş kateqoriyaya bölünürlər:
Maddi resurslar (ehtiyatlar). Buraya əmək vasitələri və əmək əşyaları daxildir. Əmək vasitələrinə əsas və köməkçi avadanlıqlar, nəqliyyat, əmək əşyalarına isə materiallar, hazır məmullar, alətlər, ləvazimatlar aid edilir.
İdarəetmə proqramlarının işlənməsi zamanı zəruridir:
1. Emalın marşrut texnologiyasını kəsici və köməkçi alətlərin, tərtibatların seçilməsi ilə əməliyyatlar ardıcıllığı şəklində layihələndirmək.
2. Əməliyyat texnologiyasını kəsmə rejimlərinin hesablamaq və kəsici alətlərin hərəkət trayektoriyalarının təyin edilməsi ilə işləmək.
3. Kəsici alətlərin hərəkət trayektoriyaları üçün dayaq (istinad) nöqtələrinin koordinatlarını müəyyən etmək.
4. Hesabi-texnoloji xəritəni və dəzgahın sazlama xəritəsini tərtib etmək;
5. İnformasiyanı kodlaşdırmaq.
6. Proqram daşıyıcısına informasiyanı köçürmək və dəzgahın RPİ qurğusunun yaddaşına göndərmək və ya ötürmək, və ya RPİ qurğusunun panelində əl ilə yığmaq.
7. Proqrama nəzarət etmək və lazım olan hallarda proqramı islah etmək (düzəltmək).
Proqramlaşdırmaq üçün hissənin cizgisi, dəzgahın istismarı üzrə göstərişlər, proqramlaşdırma üzrə təlimat, kəsici alətlərin kataloqu və kəsmə rejimləri normativləri zəruridir.
DÜİST 20999-83 [2] İdarəetmə proqramının elementlərinin yazılışı kadrların ardıcıllığı şəklində və müvafiq simvollardan (işarələrdən) istifadə etməklə müəyyən edilmış qaydada yerinə yetirilir (cədvəl 1.).
Cədvəl 1.1.
Simvol
|
Mənası
|
A
|
X oxu ətrafında bucaq
|
B
|
Y oxu ətrafında bucaq
|
C
|
Z oxu ətrafında bucaq
|
D
|
Alətin ikincı funksiyası
|
E
|
Verişin ikinci funksiyası
|
F
|
Verişin birinci funksiyası (sürət)
|
G
|
Hazırlıq funksiyası
|
H
|
Alətin uzunluğunun təshihi
|
I
|
Bucaq interpolyasiyasının parametri və ya yivin X oxuna paralel addımı
|
J
|
Dairəvi interpolyasiyanın parametri və ya yivin Y oxuna
paralel addımı
|
K
|
Dairəvi interpolyasiyanın parametri və ya yivin Z oxuna paralel addımı
|
L
|
Müəyyən deyil
|
M
|
Köməkci (yardımçı) funksiya
|
N
|
Kadrın nömrəsi
|
O
|
Müəyyən deyil
|
P
|
X oxuna paralel üçüncü hərəkət yerdəyişməsinin uzunluğu
|
Q
|
Y oxuna uzunluğu paralel üçüncü hərəkət yerdəyişməsinin uzunluğu
|
R
|
Z oxu üzrə sürətli (tez) gedişdə yerdəyişmə və ya Z oxuna paralel üçüncü hərəkət yerdəyişməsinin uzunluğu
|
S
|
Baş hərəkətin funksiyası (sürət)
|
T
|
Alətin birinci funksiyası
|
U
|
X oxuna paralel ikinci hərəkət yerdəyişməsinin uzunluğu
|
V
|
Y oxuna paralel ikinci hərəkət yerdəyişməsinin uzunluğu
|
W
|
Z oxuna paralel ikinci hərəkət yerdəyişməsinin uzunluğu
|
X
|
X oxuna paralel birinci hərəkət yerdəyişməsinin uzunluğu
|
Y
|
Y oxuna paralel birinci hərəkət yerdəyişməsinin uzunluğu
|
Z
|
Z oxuna paralel birinci hərəkət yerdəyişməsinin uzunluğu
|
ГТ
|
Çapin mövcüd mövqeyinin həmin sətirdə növbəti (əvvəlcədən müəyyənləşdirilmiş) işarələnmiş mövqeyə yerdəyişməsini idarəedən simvol; idarəetmə proqramının çapı zamanı çap qurğularının idarə olunması üçün təyin olun
muşdur; RPİ gurğusu qəbul etmir.
|
ПС
|
İdarəetmə proqramının kadrının sonunu göstərən simvol
|
%
|
İdarəetmə proqramının başlanğıcını göstərən simvol
(eləcə də geriyə gayıtmada verilənlər daşıyıcısının sax- lanılması üçün istifadə edilir)
|
(
|
Bu işarədən sonra gələn informasiya dəzgahda emal olunmur
|
)
|
Bu işarədən sonra gələn informasiya dəzgahda emal
olunur
|
+
|
Riyazı işarə
|
-
|
Riyazı işarə
|
.
|
Onluq işarə
|
/
|
Bu işarədən sonra gələn informasiyanın birinci “Kadrın sonu” simvoluna qədər dəzgahda işlənilə bilər və ya işlə- nilə bilməz imkanını göstərir (RPİ qurğusunun idarəetmə panelində idarəetmə orqanının vəziyyətindən asılı ola- raq). Bu işarə “Kadrın nömrəsi” və ya “Baş kadr” sim- vollarının qabağında duran zaman idarəetmə proqramı-
nın bütün kadrına şamıi edilir
|
:
|
İdarəetmə proqramının baş kadrını göstərir
|
Əgər A, B, C, D, E, P, Q, R, U, V, W simvolları cədvəl 1.1-də göstərilmiş mənalarında tətbiq olunmursa, onda bu simvollar müəyyən olumamış olurlar və xüsusi mənalar üçün istifadə oluna bilərlər.
RPİ dəzgahlarında emalın proqramlaşdırılmasının əsasını İSO-7bit beynəlxalq standart təşkil edir. Hal-hazırda müxtəlif RPİ qurğularında (RPİQ) bu standarta həm proqramlaşdırmanın yeni funksiyalarının əmələ gəlməsini, həm də RPİQ-nin sistem proqram-aparat vasitələrinin inkişafını nəzərə alan əla- vələr tətbiq olunur. İdarəetmə proqramının kadrı konkret RPİ sistemi üçün proqramlaşdırma dilinin şərtləri üzrə yazılmış komandalar (əmrlər) ardıcıllığıdır. Kadrın elementi sözdür. Söz ünvan və ondan sonra gələn ədədi qiymətdən ibarətdir. Məsələn, G01 sozü G-ünvan və 01 - ədədi giymətindən ibarətdir. Ünvan latın əlifbasının (A-Z) hərflərindən biri olur və özündən sonra gələn ədədi qiymətin mənasını təyin edir. Aşa- gıdakı sözlərdən istifadə etməklə idarəetmə proqramının kadrını yaratmaq olar:
N G X Y Z F S M.
Kadrda sözlərin yazılış qaydası müvafiq standartlar ilə tənzimlənir. Kadr və ya kadr qrupu, məsələn, bir alətlə yerinə yetirilən, proqramlaşdırma üzrə təlimlərdə blok adlandırıla bilər.
İdarəetmə proqramlarında bütün ölçü yerdəyişmələri müt- ləq qiymətlərlə və ya artımlar ilə verilməlidir.
Bir şıra RPİ qurğuları konkret dəzgahlara “bağlanmış” xüsusi tsikllərə malik olurlar. Məsələn, torna dəzgahları ge- dişlərin avtomatik bölünmısi ilə yivlərin və qanovların açılması tsikllərinə, gedişlərin avtomatik bölünmısi ilə dərin burğulama tsiklinə, yiv burğusu və ya pafta ilə yivlərin açılması tsiklinə və s. malikdirlər.
RPİ dəzgahlarında mürəkkəb trayektoriya üzrə alətin hərəkəti xüsusi qurğu – interpolyator vasitəsi ilə təmin olunur. Xətti və qövs parçalarının interpolyasiyası verilmış trayektoriyanın hissələri üzrə yerinə yetirilir. Trayektoriyanın hər bir hissəsi idarəetmə proqramının bir və ya bir neçə kadrında yazıla bilər.
Trayektoriyanın interpolyasiya olunacaq hissəsinin funksional xarakteri (düzxətt, dairə, parabola və ya yüksək tərtibli əyri) müvafiq hazırlıq funksiyaları ilə təyin edilir. İnterpolyasiyanın parametrlərinin verilməsi üçün I, J, K ünvanları tətbiq edilir. Bu ünvanlardan istifadə etmək ilə əyrilərin həndəsi xüsusiyyətlərini təyin edirlər (məsələn, dairənin qövs mərkəzini, radiuslar, bucaqlar və s.). Əgər interpolyasiya parametrləri ilə riyazi işarənin (“+” və ya “-“) də yazılması zəruridirsə, onda bu işarə ünvan simvolundan sonra və rəqəm simvolundan əvvəl yazılmalıdır. Əgər işarə yoxdursa, onda bu müsbət işarəsi kimi qəbul edilir.
İnterpolyasiyanın hər bir hissəsinin başlanğıc nöqtəsi özündən əvvəlki hissənin son nöqtəsi ilə üst-üstə düşür. Bu səbəbdən yeni kadrda əvvəlki hissənin son nöqtəsi təkrarlanmır. İnterpolyasiya hissəsinin (sahəsinin) hər bir sonrakı mü- əyyən koordinatlara malik nöqtəsinə X, Y və ya Z yerdəyişmə ünvanlı informasiyanın ayrı bir kadrı müvafiqdir.
Baş hərəkətin veriş və sürəti rəqəmlər ilə kodlaşdırılır. Verişin növü (funksiyalı, əks vaxtli, dəqiqəli, dövrlü), eləcə də baş hərəkət növünün seçilməsi (sabit kəsmə sürəti, dəqiqədə dövrlər sayı) hazırlıq funksiyalarının köməyi ilə yerinə yetirilir. Bunlar konkret RPİ qurğusunun formatında dəqıq göstərilir.
“Alət funksiyası” sözü alətin seçilməsi üçün istifadə edilir. Bu sözü alətin korrektə (təshih) edilməsi üçün də istifadə etmək olar. Belə hallarda “Alət funksiyası” sözü iki rəqəmlər qrupundan ibarət olacaqdır. Birinci qrup alətin seçilməsi, ikincı qrup isə alətin korrektə edilməsi üçün istifadə olunur. Əgər alətin korrektə edilməsinin (kompensasiyasi) yazılışı üçün digər ünvan tələb edilirsə, onda D və ya H simvollarından istifadə etmək tövsiyə olunur. T, D və H ünvanlarından sonra gələn rəqəmlərin sayı konkret RPİ qurğusunun formatında göstərilir.
İdarəetmə proqramını elə tərtib etmək tövsiyə olunur ki, bu zaman kadrda yalniz əvvəlki kadr ilə müqayisədə dəyişilən həndəsi, texnoloji və köməkçi informasiyalar yazılsın. Əgər idarəetmə proqramını işarələmək lazımdırsa, onda bu işarələmə “Proqramın əvvəli” simvolundan sonra və “ Kadrın sonu” simvolundan əvvəl yazılmalıdır. İdarəetmə proqramı “Proqramın sonu” və ya “İnformasiyanın sonu” simvolu ilə qurtarmalıdır. “İnformasiyanın sonu” simvolundan sonra yerləşdirilmiş informasiya RPİ qurğusu tərəfindən qəbul edilmir.
|