1. Mühazirə Əməliyyat sistemi anlayışı




Download 1,95 Mb.
bet9/54
Sana04.12.2023
Hajmi1,95 Mb.
#110636
TuriMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   54
Bog'liq
Əməliyyat sistemləri muhazire konspekti (1)

Əlavə 1

Kompüter arxitekturası barəsində bəzi məlumatlar



Kompüterin əsas aparat komponentləri bunlardırlar: əsas yaddaş, mərkəzi prosessor və periferiya qurğuları. Öz aralarında verilənlər mübadiləsi üçün bu komponentlər magis-tral adlanan naqillər qrupu ilə birləşmişlər (şək.1.5).


Şək.1.5. Kompüterin bəzi komponentləri

Əsas yaddaş ikilik kodunda proqram və verilənlərin yadda saxlanılması üçün istifadə olunur və hər birisi unikal rəqəmsal ünvana malik olan nizamlanmış massiv xanaları şəklində təşkil olunmuşdur. Bir qayda olaraq, xananın ölçüsü bir bayt təşkil edir. Əsas yaddaş üzərində tipik əməliyyatlar – müəyyən ünvanlı xana tərkibinin oxunması və oraya yazılması-dır.
Verilənlərlə müxtəlif əməliyyatların yerinə yetirilməsi kompüterin təcrid olunmuş hissəsi olan və mərkəzi prosessor adlanan komponentlə yerinə yetirilir. Mərkəzi prosessor, həmçinin, informasiyanı yadda saxlayan və registr adlanan xa-nalara malik olur. Onları ümumi təyinatlı və xüsusiləşdirilmiş registrlərə bölürlər. Müasir kompüterlərdə registrin tutumu adətən, 4-8 bayt olur. Ümumi təyinatlı registrlər verilənlərin və əməliyyatlar nəticələrinin müvəqqəti saxlanılması üçün istifadə olunurlar. İnformasiyanın emalı üçün adətən, yaddaş xanaların-dan ümumi təyinatlı registrlərə informasiyanın ötürülməsi, mərkəzi prosessor tərəfindən əəməliyyatların yerinə yetirilməsi və əməliyyat nəticələrinin əsas yaddaşa ötürülməsi təşkil olunur.
Xüsusiləşdirilmiş registrlər prosessor işinin nəzarəti üçün istifadə olunurlar. Ən vacibləri aşağıda verilmişdir: proqram sayğacı, əmrlər registri və proqramın vəziyyəti barəsində informasiyaya malik olan registr.
Proqramlar maşın əmrləri ardıcılığı şəklində saxlanı-lırlar ki, onları da mərkəzi prosessor yerinə yetirməlidir. Hər bir əmr əməliyyat sahəsindən və operandlar sahələrindən, yəni, həmin əməliyyatın yerinə yetirildiyi verilənlərdən ibarət olur. Maşın əmrlərinin bütün toplusu maşın dili adlanır.
Proqramın yerinə yetirilməsi aşağıdakı kimi həyata keçirilir. Proqram sayğacının göstədiyi maşın əmri yaddaşdan oxunur və əmrlər registrinə surəti köçürülür. Burada o, dekodlaşdırılır və bundan sonra icra olunur. Əmr yerinə nyetirildikdən sonra, proqram sayğacı növbəti əmri göstərir. Bu hərəkətlər maşın tsikli adlanır və sonra təkrar olunurlar.



Download 1,95 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Download 1,95 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



1. Mühazirə Əməliyyat sistemi anlayışı

Download 1,95 Mb.