|
Çox prosessorlu emal olunma
|
bet | 8/54 | Sana | 04.12.2023 | Hajmi | 1,95 Mb. | | #110636 | Turi | Mühazirə |
Bog'liq Əməliyyat sistemləri muhazire konspekti (1)
Bu yaxınlara qədər hesablama sistemləri bir mərkəzi prosessora malik idilər. Məhsuldarlığın artırılmasına qarşı irəli sürülən tələblər nəticəsində əmrlərin paralel yerinə yetirilmə-sini həyata keçirən və ümumi təyinatlı iki və daha çox prosessorlardan təşkil olunmuş çox prosessorlu sistemlər əmələ gəldi. Multiprosesləşdirməni dəstəkləmək əməliyyat sistemləri-nin ən vacib xassəsi olub, bu, resurslar idarəsinin bütün alqoritmlərinin mürəkkəbləşməsinə gətirib çıxarır. Çox proses-sorlu emal olunma Linux, Solaris, Windows NT və bir sıra digər əməliyyat sistemlərində həyata keçirilmişdir.
Çox prosessorlu əməliyyat sistemləri simmetrik və asimmetrik olaraq 2 yerə bölünürlər. Simmetrik ƏS-də hər bir prosessorda eyni bir nüvə işləyir və məsələ istənilən prosessorda yerinə yetirilə bilər, yəni, emal olunma tam şəkildə mərkəzləşdirilmişdir. Bu halda prosessorların hər birinə bütün yaddaş açıq olur.
Asimmetrik ƏS-də prosessorlar bərabər hüquqlu olmur-lar. Adətən, baş prosessor (master) və tabeçilikdə olanlar (slave) mövcud olur, onların yüklənilməsini və iş xarakterini baş prosessor təyin edir.
Real vaxt sistemləri
Çox məsələli ƏS tərkibinə paket sistemləri və vaxta görə, bölünmə sistemləri ilə bərabər, bu vaxta qədər yada salınmayan, həmçinin, real vaxt sistemləri daxil olurlar.
Onlar müxtəlif texniki obyektlərin və ya texnoloji proseslərin idarə olunması üçün istifadə olunurlar. Bu cür sistemlər xarici hadisəyə müəyyən hədd hüdudunda buraxıla bilən reaksiya vaxtı ilə xarakterizə olunurlar, bu vaxt müddə-tində obyekti idarə edən proqram yerinə yetirilməlidir. Sistem, daxil olan verlənləri onların daxil olduğu vaxtdan daha cəld emal etməli və bunu bir neçə mənbələrdən eyni vaxtda əldə etməlidir.
Bu cür sərt məhdudiyyətlər real vaxt sisteminin arxitekturasına təsir göstərir, məsələn, onlarda virtual yaddaş olmur və onun dəstəkləməsi proqramın yerinə yetirilməsində əvvəlcədən söylənilə bilinməyən gecikmələr verir.
|
| |