1. Mühazirə Əməliyyat sistemi anlayışı




Download 1,95 Mb.
bet6/54
Sana04.12.2023
Hajmi1,95 Mb.
#110636
TuriMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   54
Bog'liq
Əməliyyat sistemləri muhazire konspekti (1)

Qarışıq sistemlər



Əməliyyat sistemlərinin qurulması zamanı bütün baxdığımız yanaşmalar özünün müsbət və mənfi cəhətlərinə malik olurlar. Əksər hallarda, müasir əməliyyat sistemləri həmin yanaşmaların müxtəlif kombinasiyalarından istifadə edirlər. Belə ki, məsələn, Linux əməliyyat sisteminin nüvəsi özlüyündə mikronüvəli arxitekturanın elementləri ilə monolit sistemi təşkil edir. Nüvəni kompilyasiya etdikdə, nüvənin modullar adlanan bir çox komponentlərini dinamiki yükləmək və boşaltmağa icazə vermək olar. Modulun yüklənilməsi zamanı onun kodu sistem səviyyəsində yüklənilir və nüvənin yerdə qalan hissəsi ilə əlaqələndirilir. Modulun daxilində nüvə tərəfindən eksport olunan istənilən funksiyalardan istifadə oluna bilər.
Qarışıq yanaşmaya başqa bir misal mikronüvə idarəsi altında monolit nüvəli əməliyyat sistemlərinin yüklənilmə mümkünlüyünü göstərmək olar. Mach mikronüvəsinə əsasla-nan 4.4BSD və MkLinux belə qurulmuşlar. Mikronüvə virtual yaddaşın idarəsini və aşağı səviyyəli drayverlərin işini təmin edir. Bütün yerdə qalan funksiyalar, o cümlədən, tətbiqi proqramlarla qarşılıqlı əlaqə monolit nüvə ilə həyata keçirilir. Bu cür yanaşma mikronüvəli arxitekturanın üstünlüklərindən istifadə cəhdlərinin nəticəsində və mümkün olan qədər monolit nüvənin yaxşı saxlanılmış kodunu saxlamaqla, formalaşmış-dır.
Mikronüvəli arxitekturanın elementləri və monolit nüvə elementləri Windows NT nüvəsində ən sıx şəkildə çarpazlaş-mışlar. Windows NT-ni çox vaxt əməliyyat sisteminin mikro-nüvəsi adlandırılmasına baxmayaraq, bu o qədər də belə deyildir. NT-nin mikronüvəsi həddindən artıq böyük (1 Mbaytdan çox) olduğu üçün “mikro” əlavəsini daşıya bilməz. Windows NT nüvəsinin komponentləri sıxışdırılıb çıxarılan yaddaşda yerləşirlər və mikronüvəli əməliyyat sistemlərində olduğu kimi, məlumatların ötürülmə yolu ilə bir-birilə qarşılıqlı əlaqədə olurlar. Eyni zamanda da, nüvənin bütün kompo-nentləri bir ünvan fəzasında işləyirlər və verilənlərin ümumi strukturlarından aktiv olaraq, istifadə edirlər ki, bu da monolit nüvəli əməliyyat sistemlərinə məxsus olur. Microsoft mütəxəs-sislərinin fikrincə, səbəb sadədir: xalis mikronüvə dizaynı kommersiya cəhətdən faydasızdır, çünki, effektli deyildir.
Beləliklə, Windows NT-ni tam hüquqla hibrid əməliy-yat sistemi adlandırmaq olar.

Mühazirə 4



Download 1,95 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   54




Download 1,95 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



1. Mühazirə Əməliyyat sistemi anlayışı

Download 1,95 Mb.