• Fiziki kəmiyyətlərin vahidlər sistemi və əsas ölçü vahidləri
  • Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİLLİ aviASİya akademiyasi




    Download 0.94 Mb.
    bet1/3
    Sana25.10.2022
    Hajmi0.94 Mb.
    #28107
      1   2   3
    Bog'liq
    Fizikanın əsasları Sərbəst iş 66766 kopyası kopyası


    AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
    MİLLİ AVİASİYA AKADEMİYASI


    Fakültə: Fizika-texnologiya fakültəsi
    Kafedra: Ümumi və tətbiqi-fizika
    İxtisas: Mühəndis fizikası
    Qrup: 2512A
    Şöbə: Əyani

    Fiziki kəmiyyətlərin vahidlər sistemi və əsas ölçü vahidləri


    (Mövzusunda)

    SƏRBƏST İŞ

    Tələbə: Hüsnü Mustafayev Elnur


    Rəhbər: Rauf Sərdarlı Mədət


    BAKI-2022

    Fiziki obyektlərin xassələrinin, onlar üçün ümumi keyfiyyət, lakin hər bir obyekt üçün fərdi kəmiyyət münasibətlərinin ifadəsinə fiziki kəmiyyətlər deyilir. Belə ki, uzunluq, sahə, həcm, kütlə,elektrik hərəkət qüvvəsi, müstəvi bucaq, fırlanma tezliyi, zərbə tezliyi, sıxlıq, qüvvə, çəki, güc, elektrik gərginliyi, elektrik tutumu, istilik miqdarı, istilik seli, istilikkeçirmə, məhsul, məhsuldarlıq, özlülük, səmərəlilik, bərklik və s. Bunlar fiziki kəmiyyətlərdir. Baxılan xassənin yalnız miqdar tərəfini ifadə etdikdə “kəmiyyət” terminindən istifadə etmək düz deyildir. Məsələn “tırtıllı traktorun kütləsinin kəmiyyəti”, “torpağın bərkliyinin kəmiyyəti”, “kombaynın ağırlıq qüvvəsinin kəmiyyəti”. Ona görə ki, kütlə, bərklik, ağırlıq qüvvəsi artıq özləri kəmiyyətdirlər. Bir çox hallarda kəmiyyət adlarının qarşısında “kəmiyyət” sözünü yazmaq məqsədəuyğun deyil; zəruri hallarda kəmiyyət sözünü “ölçüsü” və ya “qiyməti” sözləri ilə əvəz etmək olar.


    Ümumiyyətlə iki növ fiziki kəmiyyət mövcuddur – toplanan (additiv) və toplanmayan (additiv olmayan). Uzunluq, kütlə, qüvvə, həcm, zaman və sair toplanan kəmiyyətlədir. Temperatur, təzyiq və sair kəmiyyətlər isə toplanmayan kəmiyyətlərdir. Xətkeşin uzunluğu onun ayrı-ayrı hissələrinin uzunluqları cəminə, kütləsi isə onun ayrı-ayrı hissələrinin kütlələri cəminə bərabərdir. Lakin onun temperaturu ayrı-ayrı hissələrinin temperaturları cəminə bərabər deyildir. Yaxud mənzilin temperaturu onun ibarət olduğu ayrı-ayrı otaqların temperaturları cəminə bərabər deyildir. Bu səbəbdən, toplanan kəmiyyətləri müvafiq etalonlar seçməklə ölçmək mümkündür. Toplanmayan kəmiyyətləri isə bu üsulla ölçmək olmur.
    Elm və texnikada fiziki kəmiyyətlərin vahidlərinin rasional seçilməsi böyük əhəmiyyət kəsb edir. Bütün ölkələrdə fiziki kəmiyyətlərin vahidlərinin standartlaşdırması siyasətinin məğzi ayrı-ayrı ölçü növlərinin yayılmış vahidlər sisteminin uyğun sahələrin vahidlər sisteminə uyğunlaşdırmasındadır.
    H
    ər bir fiziki kəmiyyət üçün yalnız bir ad seçilməsi məqsədəuyğundur, yalnız xüsusi hallarda ikinci, paralel adı işlətmək olar.Bundan başqa fiziki kəmiyyətlər üçün “müxtəsərləşmiş” xüsusi terminologiyadan istifadə etmək olar, bu şərtlə ki, bu termin qavrayışda qeyri-müəyyənlik yaratmasın: ətalətin dinamik momenti və ətalət momenti, elektrik cərəyanın qüvvəsi və cərəyan qüvvəsi və s. Kəmiyyətlərin köhnəlmiş adlarının istifadəsinə yol verilmir.ətalət momenti, elektrik cərəyanın qüvvəsi və cərəyan qüvvəsi və s. Kəmiyyətlərin köhnəlmiş adlarının istifadəsinə yol verilmir.






    Ölçü vahidləri —şərti olaraq 1-ə bərabər ədədi qiymət verilən sabit ölçülü fiziki kəmiyyət. Ölçünün ədədlə ifadəsi ölçülənin vahid kimi qəbul edilən ilkin nümunəyə – etalona nisbətidir. Ölçü vahidinə nisbətin ədədlə ifadəsi ölçünün dərəcəsidir.
    Etalonlar tarixən bir- birindən fərqləniblər. Baza vahidlərinin ölçüləri ənənələrə uyğun təyin edilibdir. Bu baxımdan hətta müasir dövrdə, etalonların yaxınlaşdırıldığı halda dünyada müxtəlif ölçü vahidləri sistemi mövcuddur. Qəbul olunmuş prinsiplər əsasında tərtib olunmuş və müəyyən kəmiyyətlər sisteminə aid əsas və törəmə vahidlər toplusu fiziki kəmiyyətlərin vahidlər sistemi adlanır.
    Beynəlxalq vahidlər sistemində əsas vahidlər yeddidir və bunlardır:
      1   2   3




    Download 0.94 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİLLİ aviASİya akademiyasi

    Download 0.94 Mb.