• Monolit nüvə
  • Əməliyyat sistemlərinin arxitektura xüsusiyyətləri




    Download 1,95 Mb.
    bet4/54
    Sana04.12.2023
    Hajmi1,95 Mb.
    #110636
    TuriMühazirə
    1   2   3   4   5   6   7   8   9   ...   54
    Bog'liq
    Əməliyyat sistemləri muhazire konspekti (1)

    Əməliyyat sistemlərinin arxitektura xüsusiyyətləri



    İndiyə qədər biz kənardan əməliyyat sistemlərinə baxış haqqında, əməliyyat sistemlərinin nə etdikləri barəsində danışmışdıq. Bizim sonrakı mühazirələrdə onların bunu necə etmələri barəsində söhbət edəcəyik. Amma, biz, hələlik onların daxilində nəyin olmasını, onların qurulması üçün hansı yanaşmalar mövcudluğu barəsində heç nə deməmişik. İndi gəlin onları nəzərdən keçirək.


    Monolit nüvə



    Mahiyyət etibarilə, əməliyyat sistemi – bu adi proqram-dır, buna görə də, əksər proqramların qurulduğu kimi, məntiqi olardı ki, onları da belə, prosedur və funksiyalardan ibarət olan kimi təşkil edək. Bu halda əməliyyat sisteminin komponentləri müstəqil modullar olmayıb, bir böyük proqramın tərkib hissələri olurlar. Əməliyyat sisteminin bu cür strukturu monolit nüvə (monolithic kernel) adlanır. Monolit nüvə özlüyündə bir - birini çağıra bilən prosedurlar toplusudur. Bütün prosedurlar imtiyazlı rejimdə işləyirlər. Beləliklə, monolit nüvə - bu, əməliyyat sisteminin elə bir sxemidir ki, bu halda onun bütün komponentləri bir proqramın tərkib hissələri olurlar, verilən-lərin ümumi strukturundan istifadə edirlər və prosedurları bila-vasitə çağırmaq yolu ilə bir-birilə qarşılıqlı əlaqədə olurlar. Monolit əməliyyat sistemi üçün nüvə bütün sistemlə üst-üstə düşür.
    Monolit nüvəli bir çox əməliyyat sistemlərində nüvənin yığılması, yəni, onun kompilyasiyası hər bir kompüter üçün ayrıca həyata keçirilir və orada əməliyyat sistemi quraşdırılır. Bu halda, avadanlıqların siyahısı və dəstəklənməsi nüvəyə da-xil ediləcək proqram protokollarını seçmək olar. Nüvə vahid proqram olduğuna görə, yenidən kompilyasiya oluna bilər – bu, ona yeni komponentləri əlavə etmək və ya istifadə olunmayan-ları aradan götürməyin yeganə üsuludur. Qeyd etmək lazımdır ki, nüvədə artıq komponentlərin olması arzu olunmazdır, çünki, nüvə həmişə tam şəkildə əməli yaddaşda yerləşir. Bundan əlavə, lazım olmayan komponentlərin aradan götürülməsi bütövlükdə əməliyyat sisteminin etibarlığını artırır.
    Monolit nüvə - əməliyyat sistemləri təşkilinin ən köhnə üsuludur. Monolit nüvəli sistemlərə misal kimi, Unix-sistemlərini göstərmək olar.
    Hətta monolit sistemlərdə müəyyən bir strukturu ayır-maq olar. Beton nəhəng daşda çınqıl xal vurulmasını fərqlən-dirmək kimi, monolit nüvədə də sistem çağrışlarına uyğun gələn servis prosedurlarının xal vurmaları ayrılırlar. Servis prosedurları imtiyazlı rejimdə yerinə yetirildiyi halda, istifadəçi proqramları imtiyazsız rejimində yerinə yetirilirlər. Bir imtiyazlı səviyyədən digərinə keçmək üçün bəzən baş servis proqramından istifadə etmək olar, o, aşağıdakıları təyin edir:
    -məhz hansı sistem çağırışı edilmişdir;
    -həmin çağırış üçün giriş verilənlərinin korrekt olması;
    -imtiyazlı iş rejiminə keçməklə, uyğun servis proseduruna idarənin ötürülməsi. Bəzən, servis prosedurlarının yerinə yetirilməsinə kömək edən proqram utilitləri toplusunu da ayırırlar.



    Download 1,95 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   54




    Download 1,95 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Əməliyyat sistemlərinin arxitektura xüsusiyyətləri

    Download 1,95 Mb.