|
Əməliyyat sistemlərinin əsas anlayışları, konsepsiyaları
|
bet | 3/54 | Sana | 04.12.2023 | Hajmi | 1,95 Mb. | | #110636 | Turi | Mühazirə |
Bog'liq Əməliyyat sistemləri muhazire konspekti (1) Əməliyyat sistemlərinin əsas anlayışları, konsepsiyaları
Evolyusiya prosesində əməliyyat sisteminin nəzəriyyə və praktikasının ayrılmaz hissəsi olan bir neçə vacib konsepsiyalar əmələ gəlmişdi. Bu bölmədə nəzərdən keçirilən anlayışlar bütün dərs vəsaiti müddətində Sizə rast gələcək və izah ediləcəkdir. Sistem çağrılmaları
İstənilən əməliyyat sistemində əməliyyat sistemi nüvəsinin xidmətlərinə müraciət etməkdən ötrü, istifadəçi proqramlarına imkan verən mexanizm dəstəklənir. Ən məşhur keçmiş SSRİ hesablama maşını olan BESM-6-da nüvə ilə “ünsiyyətin” uyğun vasitələri ekstrakodlar adlanırdılar, İBM əməliyyat sistemlərində isə onlar sistem əmrləri adlanırdılar və s. Unix əməliyyat sistemində bu cür vasitələr sistem çağrışları adlanırlar.
Sistem çağrışları (system calls) – bu, əməliyyat sistemi ilə istifadəçi proqramı arasında interfeysdir. Onlar, ən başlıcası proseslər və fayllar olan müxtəlif obyektləri yaradırlar, ləğv edirlər və istifadə edirlər. İstifadəçi proqramı sistem çağrışını həyata keçirərək, əməliyyat sistemindən servisi sorğu edir. Müəyyən parametrli maşın registrlərini yükləyən prosedurlar kitabxanaları olurlar ki, onlar prosessorun kəsilməsini həyata keçirirlər, bundan sonra idarə olunma əməliyyat sisteminin nüvəsinə daxil olan həmin çağrışın emalçısına ötürülür. Bu cür kitabxanaların məqsədi - sistem çağrışını altproqramın adi çağrışına oxşar etməkdir. Əsas fərq ondan ibarət olur ki, sistem çağrışında məsələ imtiyazlı rejimə və ya nüvə rejiminə (kernel mode) keçir. Buna görə də, çox vaxt sadə kəsilmələr adlanan aparat kəsilmələrindən fərqli olaraq, sistem çağrışlarını bəzən proqram çağrışları da adlandırırlar.
Bu rejimdə əməliyyat sisteminin nüvə kodu işləyir və o, ünvan fəzasında və onu çağıran məsələ kontekstində icra olunur. Beləliklə, əməliyyat sisteminin nüvəsi istifadəçi proqra-mının yaddaşına tam müraciətə malik olur və sistem çağrışında kifayət edər ki, çağırış parametrli bir və ya bir neçə yaddaş sahələrinin ünvanı və çağırış nəticələri üçün isə bir və ya bir necə sahələr ünvanları ötürülmüş olsun.
Əksər əməliyyat sistemlərində sistem çağrışı proqram kəsilmənin əmri (İNT) ilə həyata keçirilir. Proqram kəsilməsi – bu, sinxron hadisə olub, eyni bir proqram kodu yerinə yetirildikdə, təkrar oluna bilər.
Kəsilmələr
Kəsilmə (hardware interrupt) – bu, hadisə olub, xarici (prosessora görə münasibətdə) qurğu tərəfindən generasiya olunur. Aparat kəsilmələri vasitəsilə aparatura ya mərkəzi prosessoru xəbərdar edir ki, o dəqiqə reaksiya verilməli olan hər hansı bir hadisə (məsələn, istifadəçi düyməni sıxmışdır) baş vermişdir, ya da ki, giriş-çıxışın asinxron əməliyyatının (məsə-lən, diskdən əsas yaddaşa verilənlərin oxunması bitmişdir) bitməsi haqqında məlumatı verir. Aparat kəsilmələrinin vacib tipi – taymer kəsilmələri təşkil edir ki, o, qeyd olunmuş vaxt aralarında müntəzəm olaraq, generasiya olunur. Taymer kəsilmələrindən proseslərin planlaşdırılmasında əməliyyat sistemi istifadə edir. Aparat kəsilmələrinin hər bir tipi kəsilmə mənbəini bir mənalı təyin edən özünün nömrəsinə malik olur. Aparat kəsilməsi – bu, asinxron hadisədir, yəni, o, həmin anda prosessorun hansı kodu icra etməsindən asılı olmayaraq, əmələ gəlir. Aparat kəsilməsinin emalı hansı prosesin cari olmasını nəzərə almamalıdır.
Xüsusi vəziyyətlər
Xüsusi vəziyyət (exception) – hadisə olub, hər hansı bir səbəbdən, sona qədər yerinə yetirilə bilinməyən proqram əmrinin yerinə yetirilmə cəhdi nəticəsində əmələ gəlir. Bu cür əmrlərə, kifayət qədər imtiyaza malik olmayanın resursa müraciət etmə cəhdləri və ya yaddaşın olmayan səhifəsinə müraciəti kimi misalları göstərmək olar. Xüsusi vəziyyət, sistem çağrışları kimi, sinxron hadisələr olub, cari məsələnin kontekstində əmələ gəlirlər. Xüsusi vəziyyətləri düzələn və düzəlməyən kimi 2 yerə bölmək olar. Düzələnlərə, məsələn, əməli yaddaşda lazımi informasiyanın olmaması kimi xüsusi vəziyyətlər aiddirlər. Düzələn xüsusi vəziyyətin səbəblərini aradan qaldırdıqdan sonra, proqramın yerinə yetirilməsi davam edir. Əməliyyat sisteminin iş prosesində düzələn xüsusi vəziy-yətin əmələ gəlməsi normal hadisə kimi qəbul olunur. Düzələ bilinməyən xüsusi vəziyyət çox vaxt proqramlarda olan (məsələn, sıfra bölünmə) səhvlər nəticəsində əmələ gəlirlər. Adətən, belə hallarda əməliyyat sistemi xüsusi vəziyyətin gəlməsinə səbəb olan proqramı bitirməklə, reaksiya verir.
Fayllar
Fayllar xarici daşıyıcılarda informasiyanın saxlanılması üçün təyin olunmuşdur, yəni, belə qəbul olunmuşdur ki, infor-masiya, məsələn, diskə yazılmışsa, fayl daxilində olmalıdır. Adətən, fayl dedikdə, informasiya daşıyıcında fəzanın ada malik olan hissəsi başa düşülür.
Fayl sisteminin (file system) əsas məsələsi – giriş-çıxışın xüsusiyyətini gizlətmək və proqramçıya qurğulardan asılı olmayan faylların sadə abstrakt modelini verməkdir. Faylların oxunması, yaradılması, ləğv olunması, yazılması, açılması və bağlanılması üçün, həmçinin, sistem çağrışlarının geniş kateqoriyası vardır (yaradılma, ləğv olunma, açmaq, bağlamaq və i.a.). Fayl sisteminin təşkil olunması ilə əlaqəli olan kataloq, cari kataloq, kök kataloqu, yol kimi anlayışlar istifadəçilərə yaxşı tanışdır. Bu obyektlərlə iş görmək üçün əməliyyat sistemində sistem çağrışları vardır.
Proseslər, saplar
Əməliyyat sstemində prosesin konsepsiyası fundamen-tal olanlardan birini təşkil edir. Proseslər ətraflı olaraq, mühazirə 2-7-də nəzərdən keçirilmişdir. Orada da həmçinin, saplar və ya yüngül çəkili proseslər təsvir olunmuşlar.
Burada onların qısa təsviri verilir.
Muhazirə 3
|
| |