Kontekstin bir vəziyyətdən digərinə keçirilməsi




Download 1,95 Mb.
bet16/54
Sana04.12.2023
Hajmi1,95 Mb.
#110636
TuriMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   54
Bog'liq
Əməliyyat sistemləri muhazire konspekti (1)

Kontekstin bir vəziyyətdən digərinə keçirilməsi


Bu vaxta qədər biz proseslər üzərində aparılan əməliyyatları bir-birindən asılı olmayaraq, təcrid olunmuş halda nəzərdən keçirirdik. Həqiqətdə isə multiproqram əmə-liyyat sisteminin fəaliyyəti müxtəlif proseslər üzərində yerinə yetirilən əməliyyatlar zəncirindən ibarət olur və prosessorun bir prosesdən digərinə keçirilməsi ilə müşayiət olunur.
İndi gəlin misal üçün giriş-çıxışı gözləyən prosesin təcrid olunmadan, azad edilməsinin həqiqətdə necə baş verməsinin sadə variantını nəzərdən keçirək (şək.2.5-ə bax).



Şək.2.5. Prosesin təcrid olunmadan azad edilmə əməliyyatının yerinə yetirilməsi

Prosessor tərəfindən hər hansı bir proses (şəkildə-proses 1) icra olunduqda, qurğuda əməliyyatın bitməsi barəsində siqnal verən giriş-çıxış qurğusundan kəsilmə əmələ gəlir. Yerinə yetirilən proses üzərində dayandırma əməliyyatı baş verir. Sonra əməliyyat sistemi giriş-çıxış sorğusunu inisiallaşdıran prosesi təcriddən azad edir (şəkildə proses 2) və dayandırılmış və ya planlaşdırmanın yerinə yetirilməsində seçilmiş olan (şəkildə təcriddən azad olunma seçilmişdir) yeni prosesin işə salınması həyata keçirilir. Bizim gördüyümüz kimi, giriş-çıxış əməliyyatının bitməsi barəsində informasiya-nın emal olunması nəticəsində, “icra olunma” vəziyyətində olan prosesin əvəz olunması mümkün olur. “İstifadəçinin kodu” terminindən istifadə olunması şəklin yalnız istifadəçi prosesləri ilə ümumiliyini məhdudlaşdırmır.


Prosessorun bir prosesdən digərinə korrekt çevrilməsi üçün icra olunan prosesin kontekstini saxlamaq və prosessorun keçirələcəyi prosesin bərpa olunması zəruridir. Proseslərin işləmə qabiliyətinin saxlanılma/bərpa olunmasının bu cür proseduru konteksin keçirilməsi adlanır. Kontekstin keçiril-məsinə sətf olunan vaxt faydalı işi yerinə yetirmək üçün hesablama sistemi tərəfindən istifadə olunmur və sistemin məhsuldarlığını aşağı salan qaimə xərcləri kimi olur. O, maşından maşına dəyişir və 1-dən 1000-ə qədər mikrosaniyə diapazonunda olur. Müasir əməliyyat sistemlərində qaimə xərclərini əhəmiyyətli dərəcədə aşağı salmaq üçün proseslərin genişləndirilmiş modelindən (threads of execution-icra olunma sapları və ya sadəcə olaraq, saplar) istifadə edirlər.

Mühazirə 8



Download 1,95 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Download 1,95 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Kontekstin bir vəziyyətdən digərinə keçirilməsi

Download 1,95 Mb.