Planlaşdırma parametrləri




Download 1,95 Mb.
bet19/54
Sana04.12.2023
Hajmi1,95 Mb.
#110636
TuriMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   54
Bog'liq
Əməliyyat sistemləri muhazire konspekti (1)

Planlaşdırma parametrləri



Qoyulmuş məqsədlərin həyata keçirilməsi üçün planlaşdırmanın ağıllı alqoritmləri sistemdəki proseslərin hər hansı bir xarakteristikalarına, növbədəki tapşırıqların yüklə-nilməsinə, hesablama sisteminin özünün vəziyyətlərinə, başqa sözlərlə desək, planlaşdırma parametrlərinə söykənməlidirlər.
Planlaşdırmanın bütün parametrlərini iki böyük qrupa bölmək olar: statiki parametrlər və dinamiki parametrlər. Statiki parametrlər hesablama sisteminin işləmə gedişatında dəyişmirlər, dinamiki parametrlər isə, əksinə, daimi dəyişikliyə məruz qalırlar.
Hesablama sisteminin statiki parametrlərinə onun resurslarının son qiymətlərini aid etmək olar (əməli yaddaşın ölçüsü, svopingin həyata keçirilməsi üçün diskdəki yaddaşın maksimal miqdarı, giriş-çıxışın qoşulmuş qurğularının sayı və i.a.). Sistemin dinamiki parametrləri həmin anda boş resursların miqdarını təsvir edirlər.
Proseslərin statiki parametrlərinə, bir qayda olaraq, ar-tıq yüklənilmə mərhələsində tapşırııqlara xas olan xarakteristi-kalar aid olunurlar:
-Hansı istifadəçi tərəfindən proses işə salınmış və ya tapşırıq formalaşmışdır?
-Qoyulmuş məsələ nə qədər vacibdir, yəni, onun yerinə yetirilmə üstünlüyü nədən ibarətdir?
-Məsələnin həlli üçün istifadəçi tərəfindən nə qədər prosesssor vaxtı sorğu olunmuşdur?
-Prosessor vaxtı ilə giriş-çıxış əməliyytlarının həyata keçirilməsi üçün zəruri olan vaxt arasında hansı nisbət vardır?
-Hesablama sisteminin hansı resursları (əməli yaddaş, giriş-çıxış qurğuları, xüsusi kitabxanalar və sistem proqramları və i.a.) və hansı miqdarda tapşırığa lazımdır?
Uzun müddətli planlaşdırma alqoritmləri öz işində hesablama sisteminin statiki və dinamiki parametrlərindən və proseslərin statiki parametrlərindən (tapşırıqların yüklənilmə mərhələsində proseslərin dinamiki parametrləri hələ məlum deyildir) istifadə edirlər. Qısa müddətli və orta müddətli planlaşdırma alqoritmləri əlavə olaraq, proseslərin də dinami-ki xarakteristikalarını nəzərə alırlar. Orta müddətli planlaş-dırma üçün bu cür xarakteristikalar kimi aşağıdakı informasiyadan istifadə etmək olar:
-prosesin diskə yüklənilməsi anından və ya onun əməli yadda-şa yüklnilməsindən nə qədər vaxt keçmişdir;
-proses nə qədər əməli yaddaş tutmuşdur;
-nə qədər prosessor vaxtı artıq prosesə təqdim olunmuşdur.
Qısa müdətli planlaşdırma üçün bizə daha iki dinamiki parametrləri daxil etmək lazım olacaqdır. İstənilən prosesin fəaliyyətini prosessordan istifadə olunmanın tsikllər ardıcıllığı və giriş-çıxış əməliyyatları bitməsinin gözlənilməsi kimi təsvir etmək olar. Prosessordan fasiləsiz istifadənin vaxt müddəti CPU burst, giriş-çıxışın fasiləsiz gözləmə vaxtı isə I/O burst  adını daşıyır. Şək.3.1-də  göstərilən vaxt müddəti ayrılmaqla, proqramlaşdırmanın psevdodilində müəyyən bir proses fəaliy-yətinin fraqmenti göstərilmişdirr.

Şək.3.1. Prosessorun fasiləsiz istifadə olunmasının ayrılma və giriş-çıxış gözlənilmə prosesi fəaliyyətinin fraqmenti

Qısa olmaq üçün tərcümə etmədən biz CPU burst və I/O burst terminlərindən istifadə edəcəyik. Sonuncu-ların və növbədə olanların CPU burst və I/O burst  vaxt müddəti qiymətləri prosesin vacib dinamiki parametrlərini təşkil edirlər.




Download 1,95 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   54




Download 1,95 Mb.