Müəllim: Rəhimov Kamal
Fənn: Vaqonların hava kondensasiya qurğuları və soyducu maşınları
Mövzu: Sərnişin vaqonlarda qızdırıcı sisteminin əsas növbəti haqqında məlumat.
Sərnişin vaqonların istilik sistemi, hava kondensə sisteminin bir qolu kimi baxmaq olar. Qış və ilin keçid dövrlərində vaqonun içində lazım olan temperaturun saxlanılması vacibdir.
Sərnişin vaqonlarda olan istilik sistemi aşağıda qeyd olunmuş şərtləri doğrultmalıdır.
Vaqonun içində temperatur 180 – dən aşağıda olmamalıdır;
Vaqonun bütün hissələrində eyn səviyyədə istilik olmalıdır;
qızdırıcı sistemdə 700 – dən artıq temperatur olmamalıdır;
atmosfer temperatur dəyişilməsi ilə əlaqədar olaraq, vaqonun içindəki temperaturu tənzimləmək olsun;
yanğın təhlükəsizliyi yaradıcı halda olmamalı;
vaqonun içində tüstü, iy və başqa hallar yaratmamalı;
sadə və asan üsullu olsun
Vaqonun avtomatlaşdırılmış istilik sistemi, qış mövsümündə 18 – 220 temperatur yarada bilsin. (atmosfer temperaturasından asıllı olmayaraq)
İstiliyin növləri və onların vaqonlarda yaratmaq halları. Atmosfer ilə vaqonun içində temperatur fərqləri yarandığı zaman yolla istilik yaratmaq olar.Sərnişin vaqonlarda buxarla, su və elektriklə. Axır zamanlarda buxarla, su və elektriklə. Axır zamanlarda digər qızdırıcı növləri üzrə çalışaraq vaqonların divarlarında, damında qızdırıcı elementlərin yerləşdirilməsi üsulu, kolariferlərin vasitəsi ilə, ventelyatorların vasitəsi ilə həyata keçirilir.
Buxar ilə qızdırılma üsulu. Hal – hazırda vaqonda quraşdırılmış induvidual qazan ilə qızdırılır. Bu cür qazanlar hər vaqonda quraşdırılır. Qabaqlar paravozdan qidalanaraq istilik sistemi yaradılmışdır. Bu sistemdə parın (buxarın təzyiqi) 3 – 6 atm təzyiqdə olurdular.
Elektrik qızdırıcı sistem. Bu sistemdə elektriklə qızdırılan elektrik peçləri qatarın tərkibində yerləşdirilmiş elektrostansiyadan və yaxud elektrovoz vasitəsi ilə elektrik kontakt xəttindən qidalandırılır. Bu sistem elektrik qtaralarında geniş tədbiq edilir.
Sərnişin vaqonlarda quraşdırılmış generatordan və akkumlyator batareyasından lazımı qədər elektrik enerjinin istehsal edə bilmədiyi üçün, təxminən hər vaqona (40 kilovat gərginlik lazım gəlir) elektrik qızdırıcı xətdən qidalandırıla bilmirlər. Sərnişin vaqonlarında elektrik qızdırma xəttinin geniş tətbiqi edilməsi yeni növ elektrovozlar istehsal ediləndən soa həyata keçirilmişdir. Bu elektrovozlarda istehsal ediləndən sonra həyata keçirilmişdir. Bu elektrovozlarda elektro razetka vasitəsi ilə bütün qatarın elektrik qızdırıcı xətti qoşaraq kontakt şəbəkəsindən elektrik enerji ilə qidalanır.
Su qızdırıcı sistemindən fərqli olaraq elektriklə qızdırma sisteminin müsbət cəhətləri vardır. Su ilə qızdırılan sistemdə çoxlu miqdarda sistemin qızdırılması üçün kömür və kömür ehtiyatları lazım gəlir. Bundan başqa kömürün gətirilməsi üçün çoxlu xərc lazım gəlir və vaqonların kömür tozu ilə çirklənməsinə səbəb olur.
Ən sərfəli elektriklə qızdırma (şəkil 17) göstərilmişdir. Bu sistemdə vaqonun uzununa hər iki tərəfdə 11 ədəd öz aralarında ardıcıl birləşmiş sxemi göstərilmişdir. Vaqonda yaradılan istilik temperaturadan asıllı olaraq bu elektrik peçlərin bir qruppu və yaxud hər iki qruppu qoşmaq olar. Vaqonlarda su sistemi ilə işləyən qazanların şəkillərini göndərirəm. Şəkil – 14, Şəkil – 15, Şəkil – 16. Bu şəkillərə baxaraq, altındakı yazıları oxusanız onların nə olduğunu başa düşəcəksiniz.
Mövzu : Elektriklə qızdırılan sistemin təyinatı və növləri haqqında məlumat.
Su ilə qızdırma sistemindən fərqli olaraq elektriklə qızdırma sisteminin bir çox üstünlükləri vardır. Gərginlik və cərəyan şiddətindən asıllı olaraq elektriklə qızdırma sistemi bir neçə növə ayrılır.
Vaqonun döşəməsi ilə quraşdırılmış qızdırıcı elementlər – elektrik peçlər döşəmənin üstü ilə sərnişinlərin yerləşdirilmiş hissəsində quraşdırılır. Bu cür istilik sistemi böyük effektə malikdir. Bu cür sistemdə yerləşdirilmiş elektrik peçlər həm paralel, həm də ardıcıl olaraq qoşula bilir və çox asan yolla qoşmaq, onlara qulluq çox rahat olur. Bu sistemdə çatışmayan odur ki, çox yüksək gərginlik olması və bu cəhətdən onlara qulluq, xidmət edən işçilər yüksək kvalifikasiyalı olmalıdır.
Hava (kaloriferlər) vasitəsi ilə vaqonlar qızdırılır. Elektrokaloriferlər vasitəsi ilə verilən isti hava vaqonu qızdırır. Bu cür sistemi idarə etməsi çox rahatdır və sadədir. Bu cür isitmə sisteminin çatışmayan cəhəti ondadır ki, vaqonun yuxarı hissəsindən üfürdüyü üçün vaqonun yuxarı və aşağı hissələrində temperatur fərqləri yaranır. Bir anlığa fikirləşsək ki, kalorifirləri vaqonun aşağı hissəsində quraşdırılması məqsədə uyğun deyildir.
Vaqonların su ilə qızdırılması üsulu daha təhlükəsiz sayılır. Çünki, qazan xüsusi şöbədə yerləşdirilmişdir. Elektrik sistemi ilə isitmə sistemində isə yüksək gərginlikdən istifadə olunduğu üçün bu sistem nisbətən təhlükəli sayılır. Su ilə qızdırılan sistemdə vaqonun qızması üçün müəyyən vaxt tələb olunur, həm də qış mövsümündə su boruların donması təhülkəsi ola bilər.
Vaqonun döşəməsinin, divarların və damının, elektrik panelləri ilə təmin edilməsidir. Bu cür halda da radiasiyanın olması şöbhəsi yaranır. Bu cür halda qızdırıcı elementlərin izolyasiya sisteminin daha da etibarlı olmağı tələb olunur.
Sərnişin vaqonlarda kombinə edilmiş istilik sistemi tətbiq edilir. Bu sistem elektrik və (elektrik peçləri vasitəsi ilə) hava vasitəsi ilə qızdırıcı sistemidir. Kaloriferlərin vasitəsi ilə qızdırılması zaman həm vaqonun havasının təmizlənməsinə və vaqonun qızmasına imkan verir. Bu cür sisem hava kondensə qurğuları ilə təchiz edilmiş vaqonlarda, elektrik stansiya ilə təmin olunmuş qatarlarda 380\220 b gərginlik ilə təchiz olunan elektrik xətti ilə təmin olunur. Qızdırıcı elementlər metal boruya oxşayır. Bu borunun içinə xrom dan hazırlanmış elektrik enerjini yaxşı keçirən yay quraşdırmışdır. Boru ilə yayın arasını istiliyi yaxşı keçirdən xüsusi material ilə doldurulmuşdur. 220 boltla işləyir. Bu peçlər üstdən dəmir qatı ilə örtülmüşdür ki, sərnişinlər toxunarsa, heç bir ziyan çəkməsin.
Mövzu: vaqonlu refrijerator hərəkət heyətinin enerji təchizatı və soyuducu sistemi haqqında məlumat.
Temp qışda isə atmosfer havanın temperaturası – 400 C olduğu hallarda hec bir qorxusu olmadan malları daşımaq olur. Soyuducu vaqonlarda temperatur rejimi – 12 – 1500C mənfi dərəcəyə qədər (buzlu halda olan mallar üçün) istilik tələb edən mallar üçün +20C – dən +120C- dək temperatur yaratmaq olur. Bundan başqa bu vaqonlarda tərəvəz məhsullarının daşınmasını da nəzərə tutulmuşdur. Bu cür məhsullar daşınılarkən vaqonların içində + 250C – dən + 40C – dək temperatur yaratmaq olur. Bu cür halda 3 sutka yol getək qabiliyyətinə malikdir.
Elektrik enerji istehsal edən qurğular, vaqon – dizel – elektrostansiyada quraşdırılmışdır. O cümlədən, dörd taktlı, dörd silindirli dizel generatorlar hər biri 90 at gücünə bərabərdir. Üç fazalı elektrik enerji istehsal edir, hər birinin gücü 56 kilovata bərabərdi. Bu dizel generatorların işlədilməsi üçün 8 sutkalıq, sutkada 22 saat işləməklə ehtiyat yanacağın işlədilməsinə malikdir.
Bu qatarın soyuducu qurğular vaqon – maşın şöbsində quraşdırılmışdır (şəkil 19). Atmosfer havanın temperaturu + 150C olduğu zaman soyuducu maşınlar I soyuducu sistem üzrə, əgər +150C – temperatur artıq olarsa onda II soyuducu sistem üzrə işləyir. Hər bir soyuducu qurğuların komplesə aşağıdakı qurğular daxildir: aşağı təzyiqli vertikal halında quraşdırılmış ammunyakla işləyən kompressor 3 (dördslindirli) soyuducu ilə 2; yüksək təzyiqli kompressor 1 (ikislindirli); yağdəyişdirici 7; resiver 190 letr tutuma malikdir; soyuducu 6 tutumu 45 letrə bərabərdir; buxarlayıcı üçün üstu bağlı 9 üst hissəsinn sahəsi 35m2 – bərabərdir; mərkəzdən qaçma soyuducu üçün nasos 8 nasosun istehsal əmsalı 35m3/saat bu nasosun elektrik mühərrikinin gücü 9,2 kilovata bərabərdir; 11 şöbədən ibarət havanı soyutmaq üçün kondensator 10. Bu kondensator üç qrupa qoşulmuşdur. Kondensatorun üst sahəsi 540m2 – a bərabər olaraq paslanmayan materialdan (asinkovannıy) hazırlanmışdır. Bu kondensatorun işləmə gücü Qk = 90000 vata bərabərdir. Kondensatora hava vermək üçün xüsusi ventelyator quraşdırılmışdır. Ventelyatorun istehsal əmsalı 50 min.m3/saatdır, onun elektrik mühərrikinin gücü isə 11,14 kilovatdır.
Hər soyuducu qurğu ammuyakın dövr edilməsi üçün avtomatik idarə edici sistem ilə təchiz edilmişdir.
Kompressorlar və suyu soyutmaq üçün 23,4 m2 sahəyə malik olan soyuducu qurğu yerləşdirilmişdir. Soyuducu qurğuya havanı 3 kilovat gücə malik olan ventelyator vasitəsi ilə verilir. Soyuducu qurğuya havan verən nasosun istehsal gücü, əmsalı 0,6 – 0,8 m3/saatdır və 0,8 kilovat gücə malik olan elektrik mühərriki ilə işləyir.
Vaqon – maşın şöbəsində tənzimləyici stansiya quraşdırılmışdır 5, şit 4 və bölüşdürücü şit 12. Bu cihazlar vasitəsi ilə temperaturu distansion ölçülərini izləyirlər.
Mövzu : Temperatur dəyişdirici resiverin iş prinsipi haqqında məlumat.
Temperatur dəyişdirici resiverin iş prinsipi, sistemə aşağıda qeyd edilmiş cihazlar daxildir: qurğuların quraşdırılması, soyuducu qurğulara xidmət etmək üçün nəzərdə tutulmuşdur. Bunlar – resiverdən, filterdən, sorucu, buraxıcı, üfürücü və başqa ventellərə aiddir.
Resiver freonu yığıb saxlamaq üçün istifadə olunur. Resiverin hər iki tərəfində şüşədən açılmış deşik vardır. Bu deşik vasitəsi ilə onun içindəki freonun miqdarına nəzarət etmək olur
(şəkil 20). Şəkildə 1 rəqəmlə işarə etmişdir. Bu qurğunun yuyulması üçün yandan xüsusi yer qoyulmuşdur 2 və şüşə ilə bağlamışdır. Qıraqları rezin prikladka ilə 3 bərkidilmişir. Bundan başqa probka 4 üçün də yer qoyulmuşdur. 5 və 6 rəqəmlə göstərilmiş deşiklər, freonun dolması və çıxması üçün, yuxarı və aşağı çıxışlar sayılır. Reseverin tutumu 14 kiloqram freona yaxındır. Onun normal doldurulması baxış şüşənin ortasına doldurulması sayılır. Reseverin içindəki freonun miqdarını öyrənmək üçün (kiloqramla) onun gövdəsində horozintal xətt çəkilmişdir. Yüksək temperaturda və yaxud təzyiq zaman onun zədələnməsinin qarşısını, yəni partlamasının qabağını almaq üçün, baxıcı şüşənin möhkəmliyini, gövdəsinə nisbətən yumşaq halda hesablanır. Bununla freon təzyiq göstərərsə bircə şüşənin partlamasına səbəb olur, yəni öz gövdəsi salamat qalır. Vaqonların soyuducu qurğularında reseveri kondensatordan aşağıda quraşdırılır, beləliklə kompressorun aşağısında və yaxud onun yan tərəfində quraşdırılır. Bununla resiverə yaxınlaşaraq onun içindəki xoladağentin miqdarına nəzarət etmək rahat olur.
Mövzu : Freon – 12, Freon – 22 soyuducu agentlər haqqında məlumat
Xolodegentlər deyiləndə istiliyi kənarlaşdıran məhlul kimi nəzərə alınır. Termodinamik xassəyə malik olan bu məhlul aşağı temperaturda qaynama (buxarlama) hala gələrək yüksək temperatur və təzyiq yaradır. Termodenamik xassələrinə görə bir çox xlodagentlər misal gətirmək olar: CO2, amiyak NH3 və freonlar (freon – 12, freon – 22, freon – 142 və s)
Freon – 12 (CF2Cl2)- rəngsizdir, qoxusu yoxdur, xüsus çəkisi, ammiyakın xüsusi çəkisindən
5 – 6 dəfə çoxdur, zərərsizdir, yabnır və partlayışa meyilli deyildir amma açıq havada yandığı zaman zəhərli qazlar alınır. Buna görə də freonla işləyən qurğuların yanında siqaret çəkmək və alov yaratmaq qətti qadağandır. Freon təmiz halda olduğu zaman metala heç bir təsir göstərmir.Əgər onun tərkibində 0,004% nəmlik olarsa onda bütün işləyən boruları korroziyaya uğradır. Ona görə də sistemi freonla doldurarkən boruların (xəttin) içi quru və freonun özünü isə xüsusi quruducuda qurutmaq lazımdır. Freon aktiv dərəcədə yağda həll olunur, soyuducu xətdə paslanma hallar olarsa pası əridərək tərkibinə qarışır, boruların birləşdirilmiş yerlərindən (çox nazik deşikdən) axa bilər. Buna görə də freondan istifadə olunan xətlərdə işlər aparılarkən çox diqqətli olması tələb olunur.
Yüksək termodenamik xassələrə məxsus olduğu üçün, insan orqanimə təsir etmədiyi üçün freon – 12 geniş halda vaqonların soyuducu qurğularında və sərnişin vaqonların hava soyuducu sistemində istifadə olunur. Freon – 22 (CHClF2) öz xassələrinə görə freon – 12 – yə çox uyğundur, amma ona nisbətən baha başa gəlir və vaqonların soyuducu sistemindən yəni boruların quraşdırılmış – bərkidilmiş yerlərindən sızılmaq ehtimal var. Freon -22 – nin soyutma əmsalı böyükdür. Ona görə də bu məhlul ilə işləyən kompressorlar öz həcminə görə kiçik, çəkisinə görə isə yüngül olurlar. Bu cür xüsusiyyətlər isə hava soyuducu qurğular sistemində, qurğuların ümumi çəkisinin azaldılmasına kömək edir. Ona görə də freon -22 məhlulun prespektivləri çox böyükdür.
Mövzu : Su ilə qızdırılan sistemin iş prinsipi haqqında məlumat.
Sərnişin vaqonlarda su ilə qızdırmasistemi, qazanda isidilmiş suun borular vasitəsi ilə sirkulyasiya nəticəsində yaradılır. Bu sistem aşağı təzyiqli sistem adlanır. Sistemdə olan su mütəmadi olaraq atmosfer ilə əlaqə saxlaya bilir və özü və yaxud məcburi sirkulyasiya oluna bilir.
Borular yuxarı hissə ilə aparılan qızdırıcı sistem çox vaxtı özü sirkulyasiya olunan sistem sayılır. (şəkil - 18). Qazanda isidilmiş su 1 şəkildə gördüyünüz qazanın üstündə quraşdırılmış baka 2 doldurulur (bu bakın tutumu qazanın tutumunun 5 – 10% - i təşkil edir) bu su sistemdə su itkisi olduğu zaman həmin itkini doldurur. Boruların içindəki suyun qızması nəticəsində və başqa səbəblərdən sistemdə suyun sirkulyasiya pisləşə bilər. Qazanın yuxarı hissəsində quraşdırılmış bak vasitəsi ilə 3 vaqonun hər iki tərəfinə izolyasiya edilmiş 4 borularla isidici xətti çəkilmişdir və aşağı 5 qızdırıcı xətlər təkilmişdir. Aşağı hissədə keçirilmiş isidici borular qazanın aşağı gövdəsinə quraşdırılmışdır. Bu cür sistemdə su soyuq halda olduğu zaman öz ağırlığı nəticəsində aşağıda olur, ona görə də sistemdəki suyun qızmış halda olması məqsədə uyğundur. Bu sistemdə suyun qızması qazanın üstündəki bakda çox olacaqdır. Borularda olan suyun temperaturu isə qazanın içindəki su ilə qarışdığı zaman təzədən temperatur dəyişilir. Beləliklə, dəmir kuzalı (istiləşdirilmiş) vaqonlarda quraşdırılmış isitmə sistemi ancaq vaqonun içindəki havanı yox hətta lazım gəldiyi zaman ventelyatorlar vasitəsi ilə vaqonun içərəsinə vurulmuş havanı da qızdırır. Bunun üçün kaloriferlərdən istifadə edilir. Bəzi hallarda kaloriferlər qazanın üstündəki bak ilə əlaqələndirilir. 1952 – ci ildən başlayaraq Kalenin adına vaqon istehsal zavodda istehsal olunan vaqonlarda istilik sistemi vaqonların yuxarı hissəsindən keçirilməsi ilə istehsal edilmişdir. Vertikal slindirik halında olan qazandan istifadə edilmişdir. Bu vaqonların gövdəsi metaldandır. İstilik sistemdə quraşdırılan qazan slindirik formadadır. Bu qazanın istilik əmsalı 35000 kkal saata bərabərdir.
Mövzu : Soyuducu sistemin texniki qənaət göstəriciləri haqqında məlumat
Sərnişin vaqonlarda soyuducu sistemlərdən hansının tətbiq edilməsi bir çox faktorlardan asıllıdır. Bu faktorlar aşağıdakılardan ibarətdir. Onların hansı el gücünə malik olması; qurğuların hazırlanmasına və onların istismar zaman istifadə edilən xərclərin münasib olması nəzərə alınmalıdır. Bundan aşqa qurğuar işlədiyi zaman onların təhlükəsiz işləməsini və konstruksiyasının sadə olmasına görə qiymətləndirilir.
Qurğuların çəkisinə görə: Sərnişin vaqonun əsas göstəricilərindən birisi ilə çəkisidir (boş halda tara) Vaqonu hava kondensə qurğuları ilə təchiz etdiyi zaman, tipindən asıll olaraq təxminən onun çəkisi aşağıda göstərilən qayda üzrə artır. Məsələn:
Buzla soyuducu sistemdə - boş halda vaqonun çəkisi 3,8 - 4,2 ton. qurğuların çəkisi 1,7 – 2,2t,
Kompressor soyuducu sistemdə - boş halda vaqonun çəkisi 3,9 – 5,0 ton. qurğuların çəkisi 1,1 -2,1 t,
Buxar injektorlu soyuducu sistemdə - 5,1 ton qurğuların çəkisi 1,7 t
Qabaqlar, bəzən qeyd etdiyimiz qurğuları vaqonda kupelərdən birində quraşdırılırdı. Bu da, vaqona yerləşdirilən sərnişinlərinin sayına (miqdarına) təsir göstərərək, vaqonun texnik, göstəricilərinə təsir edirdi. İstifadə olunan el gücünə görə: 1950 – ci illərə qədər istehsal olunan sərnişin vaqonlarda elektrik enerjinin çatışmamazlığından qurğuların istismarında çətinliklər yaranırdı.
Buzla soyuducu sistemdə qurğuları işlətmək üçün generatorun gücü 4 – 4,5 kvat tələb olunan güc
1,5 – 2,75 akkumlyatorların tutumu isə 50 – 400 amper/saata bərabər olmalıdı
Buxar injektorlu soyuducu qurğular üçün generatorun gücü 4,0 k/vat tələb olunan el gücü 3,35 k/vat akkumlyator batareyaların tutumu 150 – 300 amper/saat bərabər olmalıdır.
1000 k kalori sərinləşdirici hava istehsal etmək üçün 0,4 – dən 0,8 k/vat el enerji tələb olunur. Kompressorlu soyuducu sistem qurğuları üçün:
Daxili yanma mühərik vasitəsi ilə
Mexaniki ötürmə vasitəsi ilə - generatorun gücü 4 > 0 k/vat; tələb olunan güc 1,0-2,0 k/vt akkumlyator batareyaların tutumu – 150 – 300 a/saat.
Elektrik mexaniki ötürmə vasitəsi ilə 14 – 23 k/vat tələb olunan güc 12 – 19 k/vt; akkumlyator batareyaların tutumu 400 – 700 a/saata bərabər olmalıdır.
Bu qurğuların istismarına baxanda, onların 1 il ərzində işləməyindən assıllıdır. İstismar vaxtı onlara göstərilən xidmət % - i, 5 – 8 ay müddətinə eyni xərclər tələb olunur. Buzla işlədilən soyuducu sisteminə xərcləri nəzərə alsaq, əgər 20 – 25 cüt qatar sutka ərzində xəttə buraxsaq, 1000 – 1250 ton buz lazım gəlir. Bunun üçün həmin qatarların hərəkət xətlərində - buz istehsal (süni halda) edən zavodların saxlanılması vacibdir.
Hal – hazırda vaqonların soyuducu qurğularını işlətmək üçün kompressorlu sistemdən istifadə edilir. Bu sistem buz və buxar tələb etmir, havanın soyudulmasını yüngül idarə olunur, istismar üçün az xərclər lazım gəlir, onlara xidmət etmək üçün yüksək (kvalifikasiyalı) ixtisaslı işçilər lazım gəlir.
Mövzu : Xaladagentlər haqqında məlumat.
Xaladagentlər deyildikdə vaqonlarda havanın sərinləşdirmə xüsusiyyətinə malik olan mayeləri, qazları nəzərdə tutulur. Bu cür xüsusiyyətlərə malik olanları isə su (soyuq halda), buz və tezliklə maye halından qaz halına keçən kimyəvi maddələri nəzərdə tutulur.
Su : Axır vaxtlarda artezian (quyu) sularından istifadə edilir ki, onda temperaturu 6 – 120 C bərabər olur. Havanın bu cür su ilə sərinləşdirilməsi həm ucuz, həm də sərfəli xaladagent sayılır. Kondensə soyuducu qurğularında soyuducu agent kimi ara kəsilmədən suyun daima dövr edilməsi nəticəsində havanın sərinliyini yaratmaq olur. Bu cür halda su əlaqələndirici kimi, əsas və soyuducu agentlər isə buz, buxar və kimyəvi xaladagentlər rol oynayır.
Buz: Təbii və sunni yolla hazırlanmış buzdan istifadə edilir. Bu xaladagentin (mənfi 18-200C) suyun sünii olaraq buza çevrilməsi ilə əldə edilir. Lazım gəldiyi hallarda suyun duz ilə qatışığından da istifadə edilir. Bu cür soyuducu xalagent izotermik vaqonlarda da istifadə edilir. Bəzi soyuducu işlərdə quru buzdan da istifadə edilir. Bəzii soyuducu işlərdə quru buzdan da istifadə edilir hansı ki, karbon (CO2) + (O2) buxarlarının buza çevirməsi ilə istehsal olunur. Buzun xüsusi çəkisi 0,917 kq\letr - ə bərabərdir.
Bu üsuldan başqa vaqonlarda soyuducu agentlər kimi ammuyakdan, kükürd anhidridi, karbon qazı, xlormetil və bir neçə növ fereondan istifadə edilir.
Ammoyak(NH3) – rəngsizdir. 00C temperaturda 4,6 atmosfer təzyiqə malik olaraq qaz halında olur. 150C temperaturda 7,5 atmosfer təzyiqə malik olaraq maye halında olur. Atmosfer təzyiqində - 330 C – də maye halından buxar halına keçir. O, özünə məxsus kəskin qoxuya malikdir. Qoxusu ilə insanların gözlərini və burnuna təsir edir yaşardır.
Kükürd anhidrid (SO2) – rəngsiz qazdır, kükürdü havada yandırdığı zaman yaranır.Zəhərli və xoşa gəlməyən qoxusu ilə insanlara təsir edir. Atmosfer təzyiqində - 100C kükürd anhidridi qaz halında olur. 00C temperatrda onun təzyiqi 1,57 və maye halında olur. Kükürd anhidrid xassələrinə görə zəhərli qaz sayılır ona görə də onun soyuducu qurğularda işlətməyi məqsədə uyğun sayılmır.
Karbon qazı (CO2). Bu qaz da rəngsizdir. Lazım olduğu zaman ammoyakı əvəz edə bilir. Qoxusu digər agentlərdən fərqli olaraq havaya uçucu xasiyyətə malikdir, qoxusu yoxdur. Havada 7% karbon qazı olanda boğucu hal yaradır. Bu qaz yanmır, amma partlayıcı xasiyyətə malikdir.Vaqonlarda quraşdırılmış kondensatorun içində onun təzyiqi 60 – 80 atmosferdə olduğu üçün bu qurğu möhkəm materialdan hazırlayırlar.
Xlormetil (CH3Cl). Rəngi yoxdur, şirin qoxuya malikdir. Xlormetil atmosfer təzyiqində - 23,70C buxarlanır, 6,6 atmosfer təzyiqdə, 300C temperaturda isə maye hala keçir. Təmiz tərkibdə xlormetil dəmirə heç bir təsir göstərmir amma, su ilə qarışdığı zaman bütün metalları əridir və bütün yağları əridir. Xlormetillə işləyən kompressorları yağlamaq üçün gelisepin və ağ rəngində yağdan istifadə edilir. Xlormetil istifadə edilən soyuducu sistemlərdə kompressorların və bir – biriləri ilə qoşulan boruların aralarına bərkidici rezinlərin qoyulması məqsədə uyğun deyildir. Çünki xlormetil rezin materialı tezliklə sıradan çıxardır (yeyir)
Fpeon havanın kondensasiya olunmasında kimyəvi xaladagent kimi soyuducu qurğularda geniş surətdə tətbiq olunmağa başlandı.
Soyuducu işlərdə bir qrup aşağıda qeyd edilmiş sıra üzrə siniflərə ayrılır. freon – 11 (CFCl3), freon – 12(CF2Cl2), freon – 21(CHFCl2), freon – 22 (CHFCl), freon – 113(C2F2Cl3), freon – 114 (C2F4Cl2), freon – 142 (C2H3F2Cl) və başqaları. Bu qrup xaladagentlər 1930 – cu ildə üzə çıxarılmışdır.
Hal – hazırda vaqonların hava kondensasiya qurğularında soyuducu xaladagent kimi freon – 12 (dixlordifformetan) insana ziyansız, yanmayan (alışmayan) və partlayışa uyğunlaşmayan qaz kimi işlətmək olur.
Atmosfer təzyiqində freon – 12, - 29,80C dərəcədə buxarlanır, - 1550C – də isə donur. Freon – 12 – nin kritik temperatur 111,60C – yə, kritik təzyiqi isə 40,6 atmosferdir.
Ümumiyyətlə freon – 12 və freon -22 soyuducu agentləri əsasən sərnişin vaqonlarının hava kondensə sistemlərində istifadə olunur. Bu qazlar zəhərsizdir, iysizdir, sağlamlıq üçün təhlükəsizdir, yanmaya və partlayışa həssas deyildir. Freon qazı mis borulara əlaqəda olduqda paslanma vermir. Çox axıcılıq qabiliyyətə malikdir, borularda olan çox kiçik deşiklərdən boşaldılması asandır.
Dairəyə aldığım yazıları ancaq xəbərdar etmək üçün yazmışam. Onların yadda saxlanması o qədər vacib deyil.
Mövzu : Xaladagentlərin insan orqanizmə göstərən fiziki təsiri haqqında məlumat
Hava kondensə qurğularında hər hansı xaladagentdən istifadə edərkən onun təhlükəli olub – olmaması barəsində dəqiqləşdirilir. Bir çox xolodagentlər zəhərliliyinə görə, göz yaşarmasına görə və insana digər təsir edilməsinə görə sərnişin vaqonların soyuducu sistemində işlədilməsi məqsədə uyğun görülmür. Xaladagentlər zərərli dərəcəsinə görə qruplara ayrılır. Hələ bizim zərərli saymadığımız freon – 12, 28,3 m3 həcmə malik olan bir otaqda 41 – 43 kiloqram çəkidə buxar halına gətirilərsə insana boğucu təsir edir. Ona görə də freon -12 zərərliliyinə görə 6 – cı qrupa, praktiki olaraq onun zərərsiz olduğunu müəyyənləşdirilmişdir.
Aşağıdakı cədvəldə xaladagentlərin fiziki təsir vaxtını göstərmişdir.
Xaladagentlərin adları
|
Zərərsizliyinə görə qruplar
|
Havanın həcminə faizlə nəmliyi
|
Qısa müddətdə ölüm vaxtı
|
Saat müddətində qorxuludur
0,5-10
|
Bir neçə saat ərzində təsir müddət
|
Kükürd anhidridi
|
1
|
0,2
|
0,04- 0,05
|
0,1
|
Ammuyak
|
2
|
0,5 – 0,7
|
0,25 – 0,45
|
0,01
|
Xlormetil
|
3
|
15-30
|
6,0-10,0
|
2,0
|
Karbon qazı
|
4
|
30
|
6,0-8,0
|
-
|
Freon - 12
|
6
|
-
|
-
|
28-30
|
Əsasən insanların zəhərlənməsi bu xaladagentlərin işlədildiyi xətlərdən, qurğulardan, boru xəttinin qırılması nəticəsində, qazların sızılması nəticəsində qapalı vəziyyətdə olarsa onda insanlara təsir edir. Bəzi hallarda insanların çox olduğu qapalı yerlərdə oksigenin çatışmamasından insanların fiziki halının pisləşməsinə gətirib çıxardır.
|