Fənn: Vaqonların hava kondensasiya qurğuları və soyducu maşınları




Download 79,81 Kb.
bet3/4
Sana22.11.2020
Hajmi79,81 Kb.
#12645
1   2   3   4
Mövzu : Soyuducu sistemin qazla doldurulması zaman təhlükəsizliyin qorunması

Sərnişin vaqonların kupelərində havanı sərinləşdirilən zaman, bu sistemdə işləyən qurğular yüksək gərginlik və təzyiq altında işləyirlər.Bunları nəzərə alaraq xidmət göstərən işçilər yüksək kvalifasiyalı olmalıdr. Bundan əlavə onlara xidmət edən işçilər təhlükəsizlik qaydaları bilməli və onlara əməl etməlidirlər. Bu işdə işləyən işçilər təhlükəsizlik və yanğından mühafizə qaydalarını yaxşı bilməlidirlər. İşçilərin biliklərin yoxlanılması, rəhbərlik və təmir ustaların üzərinə düşür.

Vaqonların bələdçiləri və bu qurğuların təmiri ilə məşğul olan briqadalar qurğulara qulluq göstərmək haqqında təlimatları yaxşı bilməlidir. Əgər yuxarıda qeyd olunanlara əməl edilməzsə onda iş görərkən, qəza, yanğın və bədbəxt hadisələr baş verə bilər.


  1. Soyuducu qurğulara qulluq göstərərkən ən əsas Freonla işləyən qurğulara xidmət təlimatı bilməli və həmin təlimatda göstərilənlərə əməl etmək lazımdır. Soyuducu qurğuları istismar edərkən manometrlərin, sistemdə işi tənzimləyən avtomatik cihazların: (təzyiq relesi, qoruyucular, klapanlar və s) düzgün işləməli, onların saz vəziyyətdə olması vacibdir.

  2. Elektrik qurğuların istismarı zaman təhlükəsizlik. Elektrik cərəyanı insan həyatı üçün nə qədər qorxulu olduğunu hamımız bilirik. Bunun üçün elektrik gərginliyi altında işləyən (elektrik mühərrikləri, aparatları, qızdırıcıları, başqa cihazlar) qurğulara xidmət və təmir işləri apararkən, bu işləri aparan şəxslərə onların gərginlik olması barəsində mütləq xəbərdar edilməlidir. Bu qurğulara xidmət edən şəxslər 400 b gərginlik altında işləyərsə “Müəssisələrdə elektrik qurğularının istismarı zaman təhlükəsizlik qaydaları” təlimatına əsasən işlərini qurmalıdırlar. 12 b altında işləyən elektrik avadanlıqlarda iş görülməsinə icazə verilir.


Mövzu : . Soyuducu sistemdə istifadə olunan avtomat tənzimləyicilərin təyinatı və vəzifəsi.

Soyuducu kondensə sistemində istifadə olunan avtomatik tənzimləyici bir çox cihazlardan istifadə olunur. Onları iş prinsipinə görə üç qrupa ayırmaq olar:



  1. Tənzimləyici cihazlar: havanın parametrlərini tənzimləyən cihazlar. O cümlədən temperaturun və rütubətin tənzimləyici cihazlar:

  2. İcra edici mexnizm: daha doğrusu birinci qrup cihazların verdiyi impulslara əsasən vaqonun içindəki havanın temperatur dəyişdirir:

  3. Avtomatik quruyucu cihazlar: qurğuların təhlükəsiz və ara kəsilmədən işləməsini təmin edir.

Bunlardan başqa qurğuların normal və qeyri normal işini nəzəratdə saxlayaraq və yaxud onların işinin düzgün və ya düzgün olmayan zaman avtomatik olaraq işinin tənzimlənməsini ya da siqnallar vasitəsi ilə xəbərdar edilərək yaranmış çatışmamazlıqların üzə çıxarılması köməklik göstərir. Bütün bu qurğular və cihazlar bir – biriləri ilə elektrik (rabitəsi) xətti ilə bağlıdırlar. Birinci dərəcəli tənzimləyici cihazla qruppasına temperatur ölçmək üçün temperatur daçikləri (termostatlar) rütubətini ölçmək üçün isə barometrlərdən istifaə olunur.

Temperatur datçiki: Bu cihaz temperatur dəyişilməsinə nəzarət yetirir. Termodatçik, termostat və termotənzimləyici kimi adlandırılır. Bütün termodatçiklər hisedici elementlərdən ibarətdir. Bu datçiklər temperaturun dəyişilməsi ilə əlaqədar məhlulun fiziki tərkibinin dəyişilməsini üzə çıxardır. Termodatçiklərin iş prinsipi mayenin həcminin artması qanuna əsaslanmışdır. Bu cür cihaza misal olaraq civəli termometrdə kondensə soyuducu sistemində geniş istifadə edilir.

Bu kontaktlı termometr zədələnməməsi üçün onun xüsusi futlyarda (qabda) quraşdırılır.

Rütubət datçiki: Bu cihaz havanın rütubətini yoxlamaq üçün istifadə olunur. Bu cihazın hazırlanması zaman, hissiyatə yüksək olan hidroskopik materialdan hazırlanır. Bu material rütubəti hiss etdiyi zaman uzanır və yaxud sıxılır. Bu material ipəkdən, kağızdan və yaxud insan tükündən hazırlanır.

İcra edici mexanizm. Bu mexanizm hava kondensə qurğuları sistemində havanın parametrlərini dəyişildiyi zaman, məsələn klapanların, hidravlik və elektrik ventelyasiya qapaqların, solenoidli ventellərin, kontaktorların qoşulması və açılması üçün istifadə olunur. Bu mexanizm solenoidli ventelisi iş sistemini idarə edir. (bu ventel 7-ci şəkildə göstərmişəm)

Avtomatik quruyucu cihazlar. Bu sistemdə istifadə olunan cihazlar sıradan çıxmasının qarşısını alır. Bu cihazın şəklini 8 – ci şəkildə sizə göndərmişəm. Bu cihaz soyuducu sistemdə təzyiqin qalxmasını və aşağı düşməsini tənzimləyir.

Siqnallizasiya sistemi nəzarətdə saxlayan cihazlar və apparatlar. Hava kondensə qurğuların işini nəzarətdə saxlamaq üçün elektrik ölçü cihazlarından başqa, fereon sistemində təzyiqini ölçmək üçün manometrlərdən, distansion termometrlərdən işıqlandırıcı lampalardan, müəyyən olunmuş aqreqatların sistemə qoşulduğu zaman (ventelyatorlar, kompressorlar, qızdırıcı cihazlar və s) bu qurğular iş vəziyyətini üzə çıxartmaq üçün istifadə edilir.

Mövzu : . Elektrik kontaktlı civəli termometrin konstruksiyası və iş prinsipi

Sərnişin vaqonlarda istənilən temperatur əldə etmək üçün, civəni elektrik qızdırıcı ilə qızdırılan civəli elektrik termometrlərdən istifadə edilir (şəkil 10) . Şüşəli borunun 1 üstünə qızdırıcı yay 2 (spiral) sarımışdır. Bu yay vasitəsi ilə elektrik enerji buraxılan zaman şüşə borunun içindəki civə qızır, ya da spirala verilən elektrik enerjini kəsdiyi zaman temperatur aşağı düşür. Beləliklə faktiki lazım olunan temperatur yarandığı zaman termometrin kontaktları civə vasitəsi ilə qapanır. Qızdırıcı spirala isə nəzərdə tutulmuş temperatura hesablanılmış, iki vəziyyətdədə işlədilən, “İsti” və “Soyuq” qoşucu qoşulmuşdur. İstidən geelmə, soyuqdan sıxılma xassələrinə malik olan cihazlara bimetal termostatlar deyilir. Bu cür cihazlarda hiss edici element kimi, cürbəcür xassələrə malik olan iki metaldan hazırlanmış termik genelməyə malik olan iki spiraldan istifadə edilir. Temperaturu təyin edən cihazla, eyni vaxtda təzyiqini göstərirsə belə cihazlara manometrik termostatlar deyilir. Bu cür cihazların iş fəaliyyəti, temperatur dəyişməklə, tez buxarlanan mayelərin təzyiqi, məsələn fereonla işləyən xətdə şüşə boru içərisində yerləşdirilmiş kontakta təsir göstərərək həmin xətti qoşaraq idarə edir.

Manometrli termostat qapalı germetik sistemə malik olan istilik hiss edici balondan (patrondan) ibarətdir. Bu cihazın iş prinsipi diafragma və silfonun formasının dəyişilməsi ilə əlaqədar kontaktın qoşulması nəticəsində dövrənin qoşulması ilə idarə edir. Manometrik termostat şkalaya əsasən tənzimlənir. Kontakt həmin şkalada qeyd olunmuş və müəyyən olunmuş ölçüdə temperatur göstərdiyi rəqəmi üstündə dayanır. Əqrəb və kontakt şkalanın təyin olunmuş hissəsində qovuşarsa, onda icraedici mexanizm impluslar ötürməyə başlayır. Axır zamanlarda termostatlar elektrik keçiriciliyə malik olan keçiricilərdən və yarım keçiricilərdən hazırlanır. Bu cihazın hiss edici hissə şüşə boru üstündə sarılmış istiliyə həsas spiral məftildən ibarətdir.

Mövzu : Əmr edici apparat, icra edici mexanizm və tənzimləyici aqreqat haqqında mə`lumat

Civəli elektrokontakt termometrlərin tətbiq olunan avtomat sistemində aralıq relelərdən istifadə edilir. Bu relenin elektromaqnit makarası (və ya bir neçə makara) vardır ki, elektrokontakt termometrin birinci dövrəsin qoşularaq, lazım gəldiyi zaman ikinci dövrəni ya qoşur və yaxud açır.

İcra edici mexanizm: İcraedici mexanizmlər hava kondensə qurğuları sistemində geniş istifadə olunur. Bu cür mexanizmlərə elektromaqnit solenoudli, elektromayeli və mühərrik klapanı, mühərrik sorucu və digər qurğular, istilik və soyuducu ötürüçüləri və tənzimləyicilər. Bu mexanizmlər əmr verici apparatların dövrlərinə qoşulur.

Tənzimləyici aqreqat: Tənzimləyici aqreqatlar avtomat tənzimləmə sisteminin hava soyuducu xəttinin işçi sisteminə aiddir. Vaqonun hava ventelyasiya sistemində elektrik mühərrikin dövrlərin sayından asıllı olaraq vaqona verilən havanın həcmi artırır və yaxud azaldır. Bu cür mühərriklərin fırlanma sürəti

1100-1600 dövr dəqiqəyə bərabər olur. Mühərriklərin gücü isə 2,25 kvata bərabər olur. Bu cür ventelyatorların vaqona hava ufürülməsi yay mövsümündə 5000 m3/saat, qış mövsümündə isə

3000 m3/saat həcmində olur. İstilik sistemini tənzimləyən aqreqatlardan birisi həmin dövrədə istifadə olunan elektrik peçlərin və elektrikkalariferlərinin vaxtlı – vaxtında qoşub açan onlara məxsus kontaktorlardır. Su ilə qızdırılan vaqonlarda isitici sistemi avtomatlaşdırılmış tənzimləyici orqanlar suyun dövr edilməsini tənzimləyən nasoslardır ki, onların vasitəsi ilə borularda, kalariferlərdə suyun dövr ediməsinə nail olurlar. Vaqonların soyutma sistemini tənzimləyən aqreqatlar kompressorlardır hansı ki, havanın istehsal olunmasının çoxluğundan və ya onun söndürülməsindən asıllıdır. Bundan başqa hava istehsalının aşağı olması və yuxarı qalxması kondensator vasitəsi ilə hər hansı ventelyatorun qoşulması və yaxud onun dövrlər sayının artırılması nəticəsində əldə etmək olar.



Mövzu : Sərnişin vaqonlarda işlədilən kondensə hava qurğuların sınaqdan keçirilməsi haqqında məlumat.

Sərnişin vaqonlarda işlədilən kondensə hava qurğuların sisteminin germetik olduqdan sonra, həmin sistemin soyuducu məhlul ilə doldurulması məqsədə uyğun sayılır. Bu cür işin görülməsi Texniki Baxış Məntəqələrdə sistemə baxış keçirildikdə sonra sistemi sökmədən aşkar etmək olur. Bu işlərin aparılması və sistemin sınaqdan keçirilməsi sadə halda aparılır. Bunun üçün çox mürəkkəb alətlər və qurğular lazım gəlmir. Sistem işlək vəziyyətdə olmadığı halda baxış keçirilir. Sistemdə boruların əyimə və onları birləşdirən cihazların əyilmiş yerlərinin olmasını üzə çıxarırlar. Əgər əyilmiş yerlər varsa soyuducu agentin sirkulyasiya olunmasına maneçilik yarada bilər. Bu cür hal aqreqatların iş prinsipinə xələl gətirə bilər. Boruların bu cür əyilmiş yerləri vaqonlar hərəkətdə olduğu zaman onların titrəyişi nəticəsində tədricən çatlar gətirə bilər. Kompressorun və kondensatorun yivli hissələrinə xüsusi fikir vermək,. Yiv ilə birləşmələrini qoşulmuş yerlərini xaladagentin buraxılıb – buraxılmamasını diqqətlə yoxlamaq lazım gəlir. Çox vaxtı vaqonların tərpənməsi sayəsində bu hissələr boşalır və soyuducu agentin axınına səbəb olur. Soyuducu agentin sistemdən axıdılmasını iki yolla üzə çıxartmaq olur: 1 – ci axıdılan yerdən, maddə kompresozen yağına qarışaraq, həmin yerdə ağarmış ləkə izi yaradır. 2 – ci sabun köpüklü su vasitəsi ilə üzə çıxarılır. Bunlardan effektlisi isə ğalxoidli lampa vasitəsi ilə üzə çıxarılır. Galoid lampa öz elit spirt vasitəsi ilə işləyir. Bu lampa boruların mayenin axıdılan yerlərinə yaxınlaşdıranda lampanın alovun rəngi bənövşəyi rəngə çevrilir. Bu üsulla xaladagentin axılmasını təyin edilir və qarşısını alır. Bu lampaların içində yandırlan maddələrə əsasən spirtlə, benzinlə və propanla yandırlan olurlar. Soyuducu qurğuların düzgün işləməsi çox vaxtı termo təmizləyici venteldən asıllı olur. Soyuducu xəttin təmirdən sona təmizlənməsi, yuyulması, yeyilmiş hissələrinin dəyişdirilməsi lazımdır. Qeyd olunmuş işləri görüldükdən sonra (şəkil 14) venteli şlanğ 1 vasitəsi ilə sıxılmış havanın təzyiqi 4 atmosferaya bərabər 2 dövrəyə qoşurlar. Manometr vasitəsi ilə 3 təzyiqini təyin edir. Ventelin ikinci deşiyini 4 şlanq vasitəsi ilə 5 ikinci manometrə qoşulur. Birinci manometrdən 6 boru ilə 7 su olan qab. Qaba 8 ventelin termo patronu və 9 termometr yerləşdirilir. Qabda olan termo patronu və 9 termometr yerləşdirilir. Qabda olan suyun temperaturası 40 – 500C olmalıdır. Beləliklə 10 saylı venteli yavaş – yavaş açmaqla sınaqdan keçirilən olan hava çıxır. Bu halda havanın temperaturu 280C – də olarsa onda 5 saylı manometr 1,25 atmosfer təzyiq göstərir. Bu üsulla termo tənzimləyici venteli sınaqdan keçirilir.



Mövzu : SAF – 2 tipli sərinləşdirici qurğunun konstruksiyası və iş prinsipi haqqında məlumat. Refrijerator hərəkət heyətinin soyuducu sistemi haqqında məlumat.

Sərnişin vaqonlarda yay mövsümündə içməli suyun sərinləşdirilməsi məqsəə uyğundur. Bunun üçün vaqonlarda bir neçə tip su sərinləşdirici qurğulardan istifadə edilir. SSSR – i məkanında istehsal olunan sərnişin vaqonlarda BOK – 4/50 tipli su soyudan qurğudan istifadə edilir. SAF – 2W tipli su soyuducular isə Polşa Xalq Respublikasında və TWK - 10 – 3 tipli su soyuducu qurğular isə Almaniya Respublikasında istehsal olunan sərnişin vaqonlarda istifadə olunur. Suyun soyudulması prinsipi hər üç tipli qurğularda eynidir. Amma qurğuların bəzi hissələri biri – birindən fərqlənir. BOK – 4/50 tipli su soyuducu Kiyev şəhərində maşın qayırma zavodda istehsal edir. Lenenqrad şəhərində Egorov adına sərnişin vaqon istehsal zavoddan buraxılan vaqonlarda quraşdırılır.

Bu qurğu vaqonun xüsusi şöbəsi ilə üz – üzə quraşdırılır.

Suyuducu qurğu – bakdan, venteldən, termo tənzimləyici venteldən, filterlə birlikdə resiverdən, tzəyiq relesindən, hava buraxmaq üçün venteldən və soyuducu qurğudan ibarətdir. Qaynadılmış su xüsusi baka doldurulur və orda soyuduldukdansonra boru vasitəsi ilə suyu qaba dolduraraq istifadə edir.

Refrijerator hərəkət heyətinin soyuducu sistemi bir növ, sərnişin vaqonların soyuducu sisteminə oxşayır. Refrijerator hərəkət heyəti vaqonların sayına görə 23 və ya 21 vaqondan ibarət olaraq qatarlara bölünür. Bundan başqa 12 və 5 vaqondan ibarət xüsusi heyətlərə bölünür. Bu vaqonların özünə məxsus induvidial suyuducu və elektrik enerji ilə təmin edici qurğuları vardır. 23 vaqonlu refrijerator hərəkət heyətinin qatarın 20 vaqon soyuducu vaqonlar, 1 vaqon dizel – elektro – stansiya, 1 – vaqon maşın şöbəsi, 1 vaqon isə xidmət edən briqada üçün nəzərə alınmışdır. Soyuducu vaqonlarda – 10 dən +6 Celsiyə qədər temperatura qaldırmaq olar. Hansı ki, atmosfer temperaturu + 30 dan – 450C olduğu zaman. Bizim Respublikamızda daşınılan yüklərin miqdarından asıllı olaraq 5 vaqonlu hərəkət heyətlərdən istifadə edilir. Bu vaqonlar Almaniya Respublikasında istehsal olunmuşdur. Hər vaqonda iki ədəd soyuducu qurğu quraşdırılmışdır. Bu soyuducu qurğular fereon – 12 soyuducu ilə işləyir. Vaqonlardan birində - Dizel elektrostansiya quraşdırılmışdır. Bu vaqonun yanındakı vaqonda bu heyətə qulluq edən üç nəfər üçün xidməti hissə ayırmışdır. Vaqonların yük tutma qabiliyyəti 179 tondur. 3 vaqonun yük tutma 41 ton hər biri, dizel – generator yerləşdirilmiş vaqonun tutumu 24 ton, xidməti briqadanın yerləşdiyi vaqonun çəkisi 32 ton təşkil edir. Vaqonların qabariti 1 – T - əsaslanır. Vaqonun uzunluğu – 17 metrdir. Soyuducu eelktrik mühərrikləri elektrik stansiya vaqonunda quraşdırılmış 2 ədəd dizel generator vasitəsi ilə həyata keçirilir. Gücü 56 kvatdır. Dizelin dövrlərin sayı 1000 dövr/dəqiqədir. 8 gün ərzində, sutkada 22 saat işləmək şərti ilə işləyə bilir.

Mövzu : Avtomatik tənzimləyici cihazlar haqqında məlumat

Avtomatik tənzimləyici cihazlar havanın kondensə qurğuları 11 nömrəli şəkildə göstərilmiş baş qoşucu vasitəsi ilə idarə edir. Bu qurğu əl ilə idarə olunmur. Bu sistemdə kompressoru işə salmaq üçün iki məftilin bir – birinə qoşaqla işə salmaq olar. Bu sistemi işə salmaq üçün idarə etmə paneldə 1 baş qoşucunun vəziyyətinin dəyişdirilməsi ilə yerin yetirilir. Sistemin iş prosesini panelin 2 yuxarı hissəsində quraşdırılmış siqnal lampaları ilə nəzarətdə saxlayır. Akkumlyator batareyalarına nəzarət isə 3 ampermetr ilə aparılır.

İdarə etmə paneldə 1 rəqəmi ilə işarə edilmiş baş qoşucunun (şəkil 12) 6 vəziyyəti vardır. Baş qoşucunun 1 – ci vəziyyəti, vaqon istismarda olmadığı zaman sus sisteminin sirkuyasiyasını işə salmaq üçün nəzərdə tutulmuşdur. Bu qoşucunun 2 – ci vəziyyəti işçi vəziyyət deyildir. Bu vəziyyətdə idarə etmə cihazlar elektrik qidalanması ilə məhdudlaşdırılır. 3 – cü vəziyyətdə ancaq ventelyasiya sistemi qidalanır. Bu cür hal vaqonda təmizlik işləri apararkən həyata keçirilir. 4,5 və 6 – cı vəziyyətlərdə sərinləşdirici və elektrik isidici qurğular işə salınır. O cümlədən venetelyasiyanın ara kəsilmədən və avtomatik olaraq işləməsini və vaqonda cürbəcür hava temperatur rejimlərin saxlanılmasını: 4 – cü vəziyyətdə 20,1 – 21,20; 5-ci vəziyyətdə 21,7-22,80, 6-cı vəziyyətdə isə 23,4 – 24,50 – dək vəziyyətlərini təmin edir.

Soyuducu və qızdırıcı sistemin qurğularının avtomatik idarə edilməsi impulslar vasitəsi ilə idarə edir. Bu impuslar civəli – kontaktlı termometrlər vasitəsi ilə idarə olunur. Bu termometrlər vaqonda havanın çıxış yerlərində quraşdırılmışdır. Termometrlər əlavə elektriklə qızıdırılır. Bunun nəticəsində termometr qapayıcı və açıcı kontaktlardan istifadə edir. Elektriklə təmin edici sistemə aşağıda qeyd olunan qurğular aiddir. Vaqon hərəkətdə olduğu zaman onun elektrik tələb olunan qurğuları genartordan qidalanır. Bu generator hərəkətini vaqonun təkər cütünün oxundan reduktor – kardan qurğusu ilə alır. Bu genartor 1 (şəkil 13) sabit cərəyan istehsal edir 23 kvt gücə malikdir və 135 volt gərginlik istehsal edir. Generator ilə birlikdə bir ox üstündə üç fazalı asinxron elektrik mühərrik də quraşdırılmışdır. Bu elektrik mühərrik vasitəsi ilə, qatar uzun müddətdə dayanacaqlarda dayandığı zaman 380 b dəyişən cərəyan xəttindən qidalanır. Elektrik mühərrik xüsusi razetkadan qoşularaq qidalanır bu cür qoşulma zaman əvvəl idarə etmə xətləri, sonra isə güc xətti və torpaqlama (zazemleniya) xətti qoşulur. Şəkildə gördüyünüz kimi 2 generator kardon valı ilə 3 qoşulmasını göstərmişdir. Qatar 8 – 10 km\s sürət götürdüyü zaman, generator isə 30km\s (520 dövr/dəq) qoşulur təxminən 42 km/s (720 dövr/dəq) qalxır və tam gücü ilə işləyir. Qatarın istiqamətinin dəyişməklə genartorun fırlanma istiqalətinin dəyişilməməsi, onun lövlərin üstündə quraşdırılmış qarşılıqlı kontaktların birləşməsi nəticəsində yaranır. Bu və digər kontakların qoşulması düzləndirici qurğusunun sayəsində yerinə yetirilir. Belə bir qurğunun işlədilməsi nəticəsində qatarın istiqamətinin dəyişilməsinə baxmaarq qidalandırma xəttində qütblər dəyişilmir və beləliklə elektrik sistemindəki cihazlar, qurğular əvvəlki kimi işləyir.



Mövzu : Refrijerator hərəkət heyətinin soyuducu qurğularına qarşı qoyulan tələblər

Tez xarab olan malların daşınılması üçün, izotermik vaqonlardan ibarət vaqon parkı təşkil edilmişdir. İzotermik vaqonlar elə vaqonlara deyilir ki, bu vaqonlarda yüklər daşınılarkən müəyyən temperatur yaratmaq mümkün olur. Soyuducu – sərinləşdirici hava və yaxud isti – müsbət temperatur yaradılır. Vaqonlarda bu cür hava şəraiti (buz, buz – duz qatışığı ilə maşın qurğuları) ilə isti temperatur isə (xüsusi peçlərlə, elektrik qızdırıcılarla) həyata keçirilir. Vaqonun kipləşdirilməsi üçün, içindəki havanın müəyyən zamanda dəyişilmədən saxlamaq üçün vaqonun divarlarını xüsusi izolyasiya qatı ilə izolə edilmişdir. Deməli bu vaqonlar xüsusi halda istehsal edilmiş vaqonlardır. Bu vaqonlar istismarda olduğu zaman vaqonun yüklənmiş hissəsində müəyyən olunmuş temperatur, rütubət havanın normal sirkulyasiyası , ventelyasiyası, qurğuların dəqiq işləməsi təmin olunmalıdır. Bu vaqonlarda daşınılan yüklərin növündən asıllı olaraq onlar universal və xüsusi növlərə ayrılır. Universal vaqonlarda tez xarab olan yüklərdən istiyə, soyuğa və buzlaşdırılmış halda daşınılan malların daşınması üçün istifadə olunur. Xüsusi vaqonlar isə (süd, çaxır və diri balıq) yüklərinin daşınması üçün nəzərdə tutulur. İzotermik vaqonların yük hissəsinin soyudulmasından asılı olaraq refrijerator vaqonlara – bu vaqonlar xüsusi soyuducu maşınlar vasitəsi ilə soyudulur; vaqon – buzxana, bu vaqonlar hal – hazırda istismardan çıxarılmışdır. Çünki bu vaqonların əziyyəti çoxdur, nəyin ki, onların verdiyi effekdən. Refrijerator vaqonlar qatar halında təşkil olunaraq (23 və ya 21) vaqonlardan (12 və ya 5) vaqon heyətindən və avtonom vaqondan hansı ki, bu vaqonun özünün soyuducu və elektrik qurğuları vardır. Refrijerator vaqonlar soducu sistemə əsasən agentlər vasitəsi ilə soyudulan və duz ilə suyun qatışığı ilə soyudulan prinsipə əsasən işləyən növlərə aid olanlardırlar. Refrijerator vaqonların qarşısına aşağıda qeyd olunan şərtlər qoyulmuşdur:



  • Vaqonun yük hissəsində yüklənilən yükün xüsusiyyətlərinə aid olan,atmosfer havanın temperaturasından asıllı olmayaraq ona uyğun temperaturu daima saxlamalıdır

  • Vaqonun yüklü olan hissəsi qatarın, vaqonun dayandığı vaxtı və hərəkətdə olduğu zaman daima ventelyasiya olunsun

  • Qış mövsümündə yük daşıyarkən isidici sistemin işlək halda olması

  • Yüksək sürətlə hərəkət edərək yüklərin qısa müddətdə mənzil başına çatdırılması

Yəni yol boyu yanacaq məntəqələrində vaxtın itirilməsinə imkan verilməməklə, qısa müddətdə yükün

mənzi başına çatdırılması nəzərdə tutulur. 1965 – ci ildən başlayaraq refrijerator vaqonların istehsalı

nəticəsində və bu vaqonların köməyi ilə tez xarab olan yüklərin heç bir itkisiz və vaxtında müəyyən

olunmuş ünvanlara çatdrılmasına mümkün olmuşdur.



Mövzu : Refrijerator hərəkət heyətinin soyuducu qurğularına qarşı qoyulan tələblər

Bu vaqon restoranlarda ərzaq saxlamaq üçün 5 ədəd fereonla işləyən soyuducu qurğulardan istifadə olunur. İki ədəd 4G – 50 tipli kompressor və bu kompressorları işə salmaq üçün GMB -1 tipli elektrik mühərriklər quraşdırılmışdır. Gücü 0,8 kilovata fırlanma sürəti isə 1400 dövr /dəq bərabərdir. Mətbəxin damında kondensatorların üfürülməsi üçün, dəhlizdə və xörəylərin böüşdürülməsi sahəsində, kompressorların elektrik mühərriklərin elektrik mühərriklərinə qoşmaq şərti ilə işləyən 50 vat gücə malk olan elektrik mühərriklər quraşdırılmışdır. Vaqonun salonunda 22 ədəd lyumisen işıqları ilə işıqlanan lampa və iki paralel işıqlandırıcı xətdə 11 lampa bunlardan kiçik salonda 5 işıqlandırıcı, böyük salonda isə 6 ədəd işıqlandırıcı lampalar quraşdırılmışdır. Bu işıqlandırıcı lampalarda ЛБ – 20 tipli 1 lyumisensiya lampa, 1 lampa isə közərici işıqla təmin edilmişdir. Közərmə lampa o zaman yandırılır ki, əgər hər hansı səbəbdən lümüseysiya lampanın işığı yanmazsa. Vaqonun qızdırma sistemində mərkəzdən qaçma nasosdan istifadə edilir. Bu nasosu işlədən elektrik mühərrikin gücü 0,2 kilovata bərabərdir. Vaqonlarda istifadə olunan ventelyator. Sistemindən elektrik mühərriklərin gücü isə 1,2 kilovata bərabər olan sistemdən istifadə olunur. 2 ədəd ventelyator mətbəxdə 1 ədəd isə qab – yuyucu sahədə, hər birisinin gücü 45 vata bərabər olan sorucu ventelyatorlar quraşdırılmışdır. Bu qeyd etdiyimiz cihazlardan başqa vaqon restoranda stabilizatorlar (tənzimləyicilər), tənzimlyicilər və idarə etmə paneldə quraşdırılmışdır. Vaqonun altında 23/07.17 tipli hər birinin gücü 4,9 kilovata bərabər olan 2 ədəd geberaor quraşdırılmışdır. 26-X-10-50 tipli akkumlyator batareya, lümüsensiya işıqları üçün düzləndirici quraşdırılmışdır. Bu vaqonun bölüşdürücü şitdə (şəkil 10) paket qoşucular və söndürücülər, ölçü cihazlar, səs ucaldan tənzimləyicilər, siqnal lampalar quraşdırılmışdır. Bunlardan başqa

V – voltmetr və milli ampermetr mA. Akkumlyator batareyalarının gərginliyi və lyümisensiya elektrik işıqlandırma xəttinin elektrik enerjisini göstərir. Cihazların göstəricilərini ölçmək üçün K və K1 döymələrini basmaq lazımdır. İşıqlandırıcı xəttin işıqlarını qoşmaq üçün Г.П.О baş işıqlandırıcı döyməsini, lyümisennsiya işıqlarını qoşmaq üçün П.Л-qoşucusunu qoşmaq lazım gəlir. Hər bir elektrik xəttinə qoruyucu quraşdırılmışdır. Sorucu vetelyasiyasının elektrik mühərriki qoruyucu quraşdırılmışdır. Sorucu vetelyasiyasının elektrik mühərriki DB (dviqatel ventelyatora) qoşucunu Вкл – qoşucu vəziyyətinə çevirən kimi qoşulur. Əgər vaqonda havanın temperaturu 220 C – dirsə ventelyatorun mühərriki aşağı sürətdə, əgər 240 Selsdə - onda orta sürətlə , əgər 260 Selsidirsə ventelyatorun mühərriki yüksək sürətdə işləyir. Vaqonda hava temperaturu 220 Selsdən aşağıdırsa onda ventelyatorlar qoşulmur. Vaqonun altındakı magistral П.Д (magistral verilmə) qoşucu ilə qoşulur. ПТ- qoşucu ilə isə (işıqların magistraldan alınması) döyməsindən istifadə edilməlidir. Əgər vaqonun elektrik qurğuları düzgün işləyirsə onda, qoşucu normal vəziyyətdə genartordan qidalanır vəziyyətdə olmalıdır. Əgər vaqonun işıqlandırıcı xəttdə hər hansı nasazlıq varsa qoşucunu – magistraldan vəziyyətinə qoymaq lazım gəlir.

Bu restoran – vaqonun işıqlandırma xətləri 10 qrupa bölüşdürülmüşdür.

I qrupa – böyük salondakı qəza lampalar, 2 ədəd böyük dəhlizdəki, 2 ədəd tamburdakı lampalar, bir lampa yuyucu sahədə və bir razetka aiddir

II qrupa – fanarların yandırılması üçün razetkalar, Restoran traferinin işıqlandırılması, bir lampa yuyucu sahədə, bir lampa bufetin işıqlandırılması üçün, 2 lampa tamburları işıqlandırmaq üçün

III qrupa- 4 lampa və razetak mətbəx üçün, 2 lampa paylayıcı və kiçik dəhlizdə

IV qrupa- 2 lampa mətbəxin, 2 lampa yemək bölüşdürücü sahədə, 2 lampa böyük dəhlizdə və bir lampa qarderobda

V qrupa – kiçik salonun qəza lampaları, 2 ədəd razetkaların- salonda, və vaqon altı işıqlar

VI qrupa – quyruq işıq siqnaları

VII qrupa – səsli siqnal üçün

VIII qrupa – Qazanxana işıqları və stol üstü ventelyatorları qoşmaq üçün razetkalar

IX – X qrupa - Salonlarda quraşdırılmış 11 ədəd lyümisensiya işıqları aiddir.


Download 79,81 Kb.
1   2   3   4




Download 79,81 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Fənn: Vaqonların hava kondensasiya qurğuları və soyducu maşınları

Download 79,81 Kb.