Mövzu : Soyuducu sistemin avtomatik idarə edən cihazlar haqqında məlumat
Sərnişin vaqonların soyuducu sistemi, xüsusi cihazların vasitəsi ilə stabil və bu sistemə aid olan qurğular sıradan çıxmaması üçün aşağıda qeyd olunmuş amilləri normal vəziyyətdə saxlamağı vacibdir.
Freon buxarlandığı zaman onun buxarlanmasının təmin edilməsi;
Havanın hərarətindən asıllı olaraq bu sistemə məxsus cihazların (aparatların) dövrəyə qoşulub açılmasını təmin etsin;
Təmin edici xəttdə təzyiqin artmasına yol verilməsin
Sorucu xəttdə təzyiqin aşağı düşməsinin qarşısının alınması;
Soyuducu xəttdə istismar olunan elektrik mühərriklərinin həddindən artıq qızmasının qarşısının avtomatik alınması
Vaqonda müəyyən olunmuş havanın verilməsinin təmin edilməsi
Yuxarıda qeyd olunan şərtlərini yerinə yetirmək üçün avtomatik idarə olunan cihazlarda: termo
və baro tənzimləyici ventel, solenoidli venfel, manometr, təzyiq relesi və termo releden istifadə olunur.
Temperatur tənzimləyici və baro tənzimləyici ventellər soyudulan mayenin, avtomatik olaraq buxar halına salmaq üçün istifadə olunur. Temperatur tənzimləyici ventelər (T.T.V) əksər vaqonlarda havan sərinləşdirmək üçün, barotənzimləyici ventelər isə Almaniya Respublikasında olunan vaqonlarda istifadə edilir. Temperatur tənzimləyici ventelin iş prinsipi sorucu buxarın tempearaturasından asıllı olaraq, həmin buxarın keçici deşiyinin daralması və böyüməsindən asıllıdır. Bunun üçün T.T.Ventelin içərisinə drossel yerləşdirilmişdir. Drossel – mayenin, qarın, buxarın təzyiqini və işlənməsini tənzimləyən qurğudur. Bu qurğuya quraşdırılmış boruya patron bərkidilmişdir. Bu patron borunun üst hissəsindəki temperaturu hiss edərək T.T.V – in içində quraşdırılmış drossellə əlaqə yaradır və bunun nəticəsində, soyumuş soyuducu məhlul keçən dəliyin deametrisi genəlir, sorulan buxarın qızması nəticəsində isə həmin dəlik daralır. Ventelin bu cür iş prinsipinə əsasən avtomatik olaraq vaqonun temperaturasını tənzimləyir.
Mövzu : Soyuducu sistemin avtomatik idarə edən cihazların iş prisnipi haqqında məlumat. Kompressor, kondensator haqqında məlumat.
Soyuducu sistemi avtomatik olaraq idarə etmək üçün təzyiq reləsindən, termo reledən manometrdən istifadə edilir. Bunlardan başqa köməkci cihazlardan da istifadə edilir ki, (bunların barəsində gələcəkdə) dərslər keçdikcə izahlae verəcəyəm.
Təzyiq relesi : Kompressorun sorucu xəttinə, 6 mm diametrlik boru vasitəsi ilə qoşulur. Bu boru xəttin hər hansı səbəbdən tutulması nəticəsində kondensatorda istehsal olunan sərinləşdirici hava lazımi qədər istehsal edilmir. Bu cür hal xüsusilə yay fəslində isti aylarda olur. Belə hallarda soyuducu xəttində ferionun sirkulyasiya çətinlşir və təzyiq 12 – 14 atmosferə qalxır, bu da xəttin sıradan çıxmasına gətirə bilər.
Bu rele vasitəsi ilə təzyiq normadan aşağı düşdüyü zaman kompressor qoşulur (aşağı təzyiq relesi vasitəsi ilə). Yüksək təzyiq relesi vasitəsi ilə avtomatik olaraq kompressoru dövrəyə qoşur. Hər iki rele bir gövdədəd yerləşdirilmişdir. Demli iş prinsipinə görə soyuducu xəttində freonun təzyiqinin aşağı və yaxud yuxarı qalxmaqla əlaqədar kompressorun iş prinsipinin tənzimləməkdən ibarətdir.
Termo relə: sistemdə olan freonun və vaqondakı olanın havanın temperatur dərəcəsinin dəyişilməsi ilə əlaqədar olaraq soyuducu qurğuların qoşulması və dövrənin açılması üçün qulluq edir.
Manometr: soyuducu qurğuların iş prinsipinə nəzarət etmək üçündür. Onun vasitəsi ilə freonun buxarlarının təzyiqini və eləcə də, komperessorun yaölama sistemində olan yağın təzyiqini nəzarətdə saxlamaq üçündür.
Kompressor, kondensator sərnişin vaqonların altında ramaya bərkidilmişdir. Bunun şəklini ayrı bir vərəqdə göndərəcəyəm. Bu şəkillərdə vaqonların altında və damda quraşdırılmış soyuducu cihazları görəcəksiniz (şəkil 1)
Kompressor və kondensator qurğuları xüsusi metaldan hazırlanmış, yeşikdə yerləşdirilərək, həmin yeşiyi isə vaqonun altında ramasına möhkəm bərkidilmiş yəni eninə və uzunluğu istiqamətində dəmir lövhələr (balkalar) üstündə yerləşdirilmişdir. Şəkildə vaqonun altında 12 rəqəmlə işarə etmişdir. Bu cür qurğulardan başqa, kompressorların və kondensatorları vaqonlarda ayrı – ayrı quraşdırılır. Bu qurğular da şəkildə çəkib göndərəcəyəm. (şəkil 2). Kondensatoru 3 – cü şəkildə çəkilmişdir və hansı hissələrdən ibarət olduğunu şəkilin üstündə qeyd edilmişdir.
Şəkil – 1
Birinci sinif, gövdəsi dəmirdən hazırlanmış sərnişin vaqonlarda (kupe) hava kondensə qurğuların quraşdırılma sxemi.
Ventelyasiya qurğusu, 2- havasoyuducu, 3- isidilmiş su ilə işləyən xalorifer, 4- gərginliklə işləyən kalorifer, 5 – hava sorucusu, 6 – havanın serkulyasiya olunması üçün dəlik,
7 – filterlər, 8 – soyuducu qurğuların köməkçi cihazlarını quraşdırmaq üçün şkaf,
9 – kontaktlar üçün panel, 10 – avtomatik idarə edici cihazlar üçün panel, 11 – qurğular ilə idarə edici cihazlar üçün panel, 11 – qurğular ilə idarə etmə şiti, 12 – kompressor – kondensator qurğu, 13 – sabit cərəyan generatorlar, 14 – ötürücü qutu, 15 – kardon valı,
16 – reduktor, 17 – akkulyator batareyaları, 18 – qazan (su ilə vaqonun istilik sistemini qızdırmaq üçün)
Şəkil – 3
Soyuducu sistemdə istifadə olunan kondensator qurğusu
Diametri 15 mm olan mis borular, 2- 0,5 mm qalınlığında arakəsmə, aralarında olan məsafə 4,5 mm bərabərdir, 3 – kollektor kompressordan sonra freon həmin kollektorla kondensatorun içinə girir, 4 – freonun kondensatorun digər tərəfinə ötürmək üçün boru, 5 – digər tərəfdəki kollektor, 6 – 7 sıxılmış freon aşağı kollektorlara dolur və ordan resiverə ötürülür.
Resever maye halında olan freonun toplanmas üçündür. Onu 133 mm iki diametrəyə nalik borudan qaynaq etməklə hazırlayırlar. Onun tutumu 14 metrəyə bərabərdir.
Şəkil – 2-4
Soyuducu sistemdə istifadə edilən kompressor
Yağ karteri, 2 – yağ karterin qapağı, 3- slindirlərin gövdəsi (bloku), 4 – gövdənin (blokun) qapağı, 5 – sorucu ventel, 6 – maqnit ventel, 7 – 8- dirsəkli val hər iki tərəfdən kip bərkidilmiş qapaqlar, 9 – dirsəkli valın sanlikı, 10 – şarikli yastıq (padşipnik), 11 – rolikvarı yastıq (podşipnik), 12 – ğafri halında olan salnik, 13 – slindirlərin içindəki porşen, 14 – porşeni dirsəkli vala qoşmaq üçün şatun, 5 – slindirlərin yuxarı hissəsində quraşdırılmış klapan, 16 – dişli çarxı yağ nasosu, hansı ki kompressorun fırlanan hissələrini yağlamaq üçün istifadə olunur, 17 – yağı karterdən götürmək üçün boru, 18 – yağ üçün filter
Mövzu : Generator mühərrikləri haqqında məlumat
Sərnişin vaqonları elektrik enerji ilə təmin etmək üçün genartorlardan istifadə edirlər. Generatorlar hərəkətini vaqonun təkər cütünün oxundan alır. Aşağıda qeyd olunmuş şəraitdə işləyirlər.
Fırlanma sürətinin ardı kəsilmədən və dəyişmədən işləməlidir
Periodik olaraq fırlanma istiqamətin dəyişməsi
Vaqon hərəkətdə olduğu zaman silkələnməyə məruz qalması
Yüksək keyfiyyətli ara kəsilmədən xidməti
Vaqonların biri – birindən açılıb qoşulan zaman yaranan toqquşmalar, titrəyişlər
Vaqonun altında nəm havanın əhatəsində, tozlu havanın əhatəsində olması
Yağışlı və qarlı havalarda ona təsir edilən şərait
Yuxarıda qeyd olunan generatorların iş şəraitlərini nəzərə alaraq, vaqonlarda quraşdırmaq üçün xüsusi genartorar istehsal etməyə başladılar. 1958 – ci ildən etibarən modelləşdirilmiş PД – 2Д tipli, gücü 3,4 kvt -a bərabər olan genaratorlar istehsal etməyə başladılar. Qeyd etdiyimiz genartorlar münasib olaraq onlar vaqonlarda tətbiq edilməsi məqsədə uyğun, amma vaqonlar mərhələ - mərhələ olaraq elektrik enerjiyə olan tələbatın artması nəzərə alsaq PД – 2Д tipli genaratorlar tələbatı ödəyə bilmədiyi üçün həm də çəkidə ağır olduğu üçün ГСВ – 2 və ГСВ – 8 tipli genartorlarla əvəz edildi. Bu tip generatorlar gücünə görə, gücü 4,5 kvt, çəkisinə görə digərlərdən, çəkisi – 250 kq yüngül olduğuna görə və istehsal edilərkən xərclərinə görə əlverişli olduğu üçün xeyli üstünlük verilmişdir. Generatorun tipində göstərilən hərflərin açıqlayıram.
Г – generator, C – sinxron, 2 və 8 rəqəmlər isə onların buraxılış növlərini göstərir. Bunların hazırlanması üçün istifadə olunan mis və maqnit xassəli polad materiallar digər generatorların hazırlayarkən istifadə olunan materiallardan az istifadə olunur. (ГСВ) , В – hərfi isə vaqon deməkdir. Bu hərflər rus əlifbası ilə qeyd olunan hərflərdir. Mən hərfləri öz əlifbamıza çevirsəm, onda bu tipli genaratorları tapa bilmərik. Bu generatorun gövdəsi 1 (şəkil 1) qalınlığı 18 mm olan 363 mm diametrə malik boruya oxşayır. Gövdəyə stator deyilir 4 stator hissəsində əsas və əlavə qütblər 5 yerləşdirilmişdir bu qütblərin üstündə araları (steklo vata) şüşəli pambıq izolyasiyası ilə izolə edilmiş makara yerləşdirilmişdir. 6 makara hansı ki, paralel və ardıcıl 7 – 8 sarğıları sarılmışdır. Bu generatorun lövhələri farlanması yaxşılaşdırmaq üçün, onun oxuna 9 rolikli patşibnik, 10 şarikvarı patşibnikdən istifadə olunur. Hava kondensə sistemi ilə təchiz olunmuş vaqonlarda 20 – 25 (kvata) kücə malik olan gebartorlardan istifadə edilir. Bu vaqonlarda elektrik enerjiyə tələbat çoxdur. Buna görə də, gücü çox olan generatorlardan istifadə edilir.
Mövzu : . Kompressorun iş prinsipi və elektrik mühərrikin qurluşu haqqında məlumat
Kompessor, vaqonların soyuducu qurğular sistemində ən əsas qurğudur, o buxarlayıcıda yaranmış xaladagentlərin buxarını soraraq, sonra isə həmin buxarı təzyiqə qaldıraraq kondensatora ötürür. Kompressorlar siniflərə görə aşağıdakı siniflərə bölünür. İş qurluşuna görə - porşenli, turbinli və işlədilən xalagentlərə görə əmsalına görə - kiçik iş əmsallı (havanın istehsalı) – 8000 kilo kal l\s, orta – 8000 – 50000 kilo kalori – saat hava istehsalına görə və - 50000 kilo kalori saatdan çox, havanın sıxlığının (təzyiqin) yaradılmasına əsasən isə; bir pilləli sıxıcılığa aid, iki pilləli sıxıcılıq qabiliyyətə malik olan və üç pilləli sıxıcılıq qabiliyyətə malik olanlar; silindirlərin vəziyyətinə görə- üfüqü, vertikal və V, W şəkilli olurlar; silindirdə olan xaladagentin düz xəttli və əyri xətli ötürülməsinə görə; porşenlərin işlək halda olması ilə laqədar – bir hissəli işə görə və yaxud iki hissəli işlək hala görə - aşağı sürətlə fırlanan (500 dövr – dəqiqəyə qədər) - yüksək sürətlə fırlanan (500 dövrdən- dəqiqəyə çox olan); elektrik mühərrikləri ilə qoşulması əlamətlərinə görə açıq tipli valın salnik ilə qoşulan tərəfinin – germetik və ya yarım germetik birləşdirilməsi üsulu ilə; kompessor və elektrik mühərrik bir gövdə içində də quraşdırıla blər. Havann kondensə hava soyuducu sistemində porşenli 4 – 8 silindirli, freonla işləyən, vertikal vəziyyətli V və W şəkilli kiçik və orta hava istehsal əmsala malik olan kompressorlardan istifadə edilir. Kompressor ФУИ – 8 (şəkil 5) Bu kompressor (salnikli) açıq tiplidir. Kompressor individual generator olan vaqonların soyuducu sistemində işləyən, yəni istifadə olunan soyuducu sistemə aiddir. Kompressorun əsas konstruktiv parametrləri aşağıdakılardır:
Silindirlərin sayı – 4 ədəd, silindirlrin diametri – 67,5 mm, porşenin hərəkət etdiyi məsafə - 50 mm, Kompressorin valın maksimal fırlanma sürəti – 1200 və ya 1400 dövr dəqiqədir. Kompressorun havanın istehsal əmsalı 8000 – 11 000 kilo kalori standart miqdarıdır. (içi əmsalı isə 18000 – 21000 kilo kalori - saatdır).
Mövzu : . Soyuducu qurğuların idarə olunması haqqında məlumat
Bütün cihazların idarə edilməsi (şəki 6) bələdçinin xüsusi şöbəsində quraşdırılmış şitdən təşkil olunur. Şitin sağ tərəfində vaqonun işıqlandırma sisteminin quruyucuları1 yerləşdirilmişdir, yanında isə 2 vaqonun qrup işıqlandırma sistemini qoşmaq üçün qoşucu, 3 – isə aşağıda görünür, ümumi işıqlandırma sistemini qoşmaq üçün paket qoşucudur. Şitdə orta cərgədə aşağıdan yuxarı istiqamətində aşağıda qeyd olunan cihazlar quraşdırılmışdır: 5 – kontroller adlanır bu üç vəziyyətdə qoşuculuğa malik olan P - əl ilə idarə, A – avtomatik və O – qoşucu vəziyyətlərinə malik; 6 – qoşucu qurğuların yay və qış rejiminə qomaq üçün, iki vəziyyəti vardır qış və yay; 7 – iki ədəd düymə xəttin təzədən bərpası üçün 8 generatorun gərginliyini yoxlamaq üçün və akkumlyator batareyasının qidalanmasının ölçülməsini qeyd edir. Onun üç vəziyyəti vardır: generator, batareya və işıqlandırma.
Sol tərəfdən ikinci cərgədə quraşdırılmışdır: avtomatik 9 olaraq cihazların idarə etmə xəttini qoşmaq üçün; 10 kompressorun müxtəlif sürətlərlə işlətmək üçün qoşucu; aşağı, yüksək və 0- kompressor söndürülmüşdür; atmosferdən havanı sormaqdan ötəri; 11 qapağın açıb bağlamaq üçün qoşucu,iki vəziyyəti vardır : açıqdır və bağlıdır; kaloriferin 12 qapağının açıb bağlamaq üçün qoşucu, ventelyasiya qurğusunu 13 müəyyən olmuş sürətlə işlətmək üçün qoşucu.
Sol tərəfdə qıraqdakı cərgədə aşağıda iki ədəd qoşucu quraşdırılmışdır. 14 – ehiyat üçün, 15 elektrokaloriferləri əl ilə idarə etmək üçündür, eləcə də 16 elektrik dövrəsinin qorumaq üçün qoruyucu quraşdırmışdır. Panelin (şitin) yuxarı hissəsində qoruyucular və söndürücülər və elektrik ölçü cihazlar quraşdırılmışdır: voltmetr və ampermetr. Voltmetr 17 batareyanın gərginliyini öyrənmək üçün o cümlədən genartorun da gərginliyini ölçmək üçün. Digər voltmetr 18 isə kompressorun elektrik mühərrikin qidalanıb – qidalanmamasını göstərir.19,20, 21 ampermetrlər isə kənardakılar generatorun, ortadakı isə akkulyator batareyalarının elektrik enerjini ölçmək üçündür. Ən yuxarıda 22 lampalar quraşdırılmışdır. Orada on iki lampa quraşdırımışdır. Bu lampalar vasitəsi ilə qurğuların i vəziyyətinə nəzarət edirlər. Bu lampaların hər birisinin sol tərəfdən başlayaraq hansı xəttlərə qoşulduğunu ardıcıl olaraq göstəricəyəm.
Birinci lampa- su ilə işləyən kaloriferin qapağının bağlı olduğu zaman yanır
İkinci lampa- qızdırıcı xəttin borularının qapağının bağlı olduqda;
Üçüncü lampa -atmosferadan vaqona hava gələn kanalın qapağı açıq olduqda;
Dördüncü lampa – ventelyator aşağı dövrələrdə işlədiyi zaman işıq yanır;
Beşinci lampa- ventelaytor yuxarı dövrələrdə işlədiyi zaman İşıq yanır
Altıncı lampa – bu lampada qırmızı işıq yanır,geneartorların qoruyucu rele qoşulanda işə düşür
Yeddinci lampa – qazanxananı işə salmaq lazım gələndə işıq yanır
Səkkizinci lampa – Kompressor aşağı dövrələdə işlədiyi zaman yanır
Doqquzuncu lampa- Kompressor yuxarı dövrələdə işlədiyi zaman yanır
Onuncu lampa – qırmızı rəngdə yanır soyuducu qurğuları qoşanda batareyaların qorunması döyməsini basanacan yanır, qatar reyaların gücü azala bilər
On birinci lampa – Elektrokaloriferlər qoşuanda yanır
On ikinci lampa – vaqonun işıqlandırma (qidalandırma) xətti qonşu vaqondan qoşulmuş olarsa onda bu lampanın işığı yanır.
Mövzu : Solenoid ventel və təzyiq relesinin konstruksiyası haqqında məlumat.
Solenoidli ventel xaladagentlə işləyən soyuducu sistemdə quraşdırılmışdır. İki vəziyyətdə avtomatik işləmək (açmaq - bağlamaq) qabiliyyətinə malik olaraq elektromaqnit sıxıcı venteldir. Bu ventel aşağıda qeyd edilmiş əsas hissələrdən ibarətdir: 1 – gövdədə yerləşdirilmiş, 4 klapan (şəkil 7) solenoidli 7, elektromaqnit makara. Bu makaradan elektrik enerji keçdiyi zaman onda maqnit sahə yaranır beləliklə, onun 8 içlik makaraya tərəf istiqaməti dəyişir, 4 klapan açılır. Bununla belə ventelin gövdəsində olan deşiyin bütövlükdə açlmasına imkan yaradır. Şəkildə sağdan sola çəkilmiş oxla göstərilmişdir. Makaraya verilən elektrik enerji kəsildikdə makarnın içliyi təzədən öz əvvəlki vəziyyətinə qayıdaraq klapanın deşiyini bağlayır. Beləliklə xaladagentin dövrədə iş prinsipini tənzimləyir.
Təzyiq relesi (şəkil 8) özü iki rele əvəzinə işləyir. Aşağı və yüksək təzyiq releləri. Aşağı təzyiq relesi kompressorun hesablanmış təzyiqinin aşağı düşdüyü zaman avtomatik olaraq kompressoru dövrədən açır. Bu rele kompressorun sorucu xəttinə qoşulmuşdur. Yüksək təzyiqli rele isə soyuducu dövrədə hesablanmış təzyiqdən artıq olduğu zaman, kompressoru avtomatik olaraq dövrədən açır. Bu rele kompressorun buraxıcı xəttinə boru vasitəsi ilə qoşulmuşdur. Hər iki cihaz bir gövdə də quraşdırlmışdır. Ümumi elektrik kontaktaları ilə təmin edilmişdir. Şəkildə göstərilmiş təzyiq relesi freonla işləyən soyuducu qurğularda işlədilən sistemdə istifadə edilir.
Kompressorun soruxu xəttində freonun təzyiqi artdıqda relenin sildon adlanan 1 hissə 2 qolu tərpədir və 3 yayın sıxılma gücü azalır bununla belə 4 qolunun yer dəyişilməsinə gətirir. Axırda 5 lövhəni sıxır 6 elektrik kontaktı qoşur və bununla əlaqədar kompressoru dövrəyə qoşur. Sorucu xətdə freonun təzyiqi aşağı düşdüyü zaman sılfon 3 yayın zəiflənməsi nəticəsində, qolu əks istiqamətdə çəkir və bununla kompressoru dövrədən açır. Kontaktların açılması zaman qığılcım alınmasın deyə 7 maqnit quraşdırılmışdır. Yüksək təzyiqli silfon relenin konstruksiyası, aağı təzyiq relesinin konstruksiyası ilə uyğun gəlir. Ancaq onun diametri nisbətən kiçikdir. Fereonun təzyiqi soyuducu xəttə hesablanmış təzyiqdən artdığı zaman silfon 8 qolu 9 tərpədir 10 saylı yay 11 lövhə ilə birlikdə 5 kontaktı qaldırır, beləliklə aşağı təzyiq rele kontaktı ayırır. Bütün hallarda kontaktlar bir – birindən açılanda kompressor dayanır. Əlbəttə vaqonda olan havanın temperaturdan asıllı oaraq hava tənzimlənir. Bunun üçün avtomatik cihazlardan istifadə olunur. Bunlar termo rele və termodatçiklərdir.
Mövzu : Termo rele və manometrlərin qurluşu haqqında məlumat.
Sərnişin vaqonlarının soyuducu sistemi xüsusi idarə edir cihazların köməyi ilə sabit və sistemə aid cihazların, qurğuların sıradan çıxmasının qarşısını alır.
Vaqonların avtomatik soyuducu sistemə aşağıda qeyd olunmuş vəziyyətləri daima stabil işlək vəziyyətində saxlanılması vacibdir.
Freon buxarlandığı zaman onun soyuducu xəttində düzgün yerləşdirilməsi;
Havanın hərarətindən asıllı olaraq, bu sistemə məxsus cihazların xəttə qoşulub açılmasını təmin etsin;
Təmin edici xəttdə təzyiqin artmasına yol verilməməsi;
Sorucu xətdə təzyiqin aşağı düşməsinin qabağınn alması;
Elektrik mühərriklərinin həddindən artıq qızmasının qarşısının alınması;
Vaqonda müəyyən edilmiş havanın verilməsini təmin edilməlidir.
Yuxarıda qeyd olunanları yerinə yetirmək üçün avtomatik idarə olunan cihazlardan: termo və baro tənzimləyici ventellərdən ; manometrdən, təzyiq relesi və termoreleden istifadə olunur.
Termo rele sistemdə olan freonun və vaqonda olan havanın temperaturun dəyişilməsi ilə əlaqədar olaraq soyuducu qurğuların qoşulması və açılması üçün istifadə olunur.
Manometr soyuducu qurğunun sorucu və üfürücü hissələrindəki freonun təzyiqini nəzarətdə saxlamaq üçün istifadə olunur (şəkil 9). Sorucu xəttində quraşdırılmış manometr, manuvakuummetr də adlanır, onun iki şalası vardır. Manometrin üstündəki bir şkala 12 atmosfer təzyiqindən 760 mm civə stununa əsasən hesablama aparılır, digər şkala üzrə isə 0 – dan 50 atmosfer təzyiqə qədər freonun təzyiqini qeyd edilmişdir.
Mövzu : İstismarda soyuducu sistemə göstərilən xidmət haqqında anlayış
Hava kondensə qurğularının müəyyən olunmuş soyuducu temperaturun istehsal olunması, bu qurğuların uzun müddətli sıradan çıxmamasının şərtləri onlara vaxtlı – vaxtında texniki baxış göstərilməsindən ibarətdir. Beləliklə bu sistemin işləmə müddəti və təmirə ehtiyacı uzanır. Soyuducu qurğuların işi elə təşkil olunmalıdır ki, materialların ən minimal miqdarda istifadə etməklə, ehtiyyat hissələrinin istifadəsi və bu istiqamətdə çalışan işçilərin işçi qüvvəsini səmərəli istifadə etməklə, qurğuların vaxtından əvvəl sıradan çıxmasının qarşısını alınsın.
Sərnişin vaqonlar istismarda olduğu zaman soyuducu sistemə göstərilən xidmət yüksək kvalifikasiyalı işçilər tərəfindən aparılmalıdır. Nəticədə bu sistemdə aşkar olunan hər hansı çatışmamaqları vaxtında aradan qaldırılmalıdır. Bu cür xidmət göstərilməsi nəticəsində, vaqonda lazımı temperaturun yaradılmasına və soyuducu qurğuların ömrünün uzadılmasına, bu sistemə aid cihazların işinin düzgün qurmasına təminat verir. Bu sistemin avtomatik idarə olunmasına baxmaraq, vaqonların istismarda olduğu zaman onlara vaqon bələdçisi tərəfindən nəzarət edir. Soyuducu sisteminə aid olan cihazların və qurğuların işini daima təhlükəsiz təmin etmək üçün onlara profilaktik baxış keçirməli və aşkar olunmuş çatışmamazlıqları dövrü təmirdə aradan qaldrılmalıdır.
Vaqon hərəkətdə olduğu zaman, soyuducu sistem istismarda ikən onlara aşağıdakı təmir aparılmalıdır:
Vaqonun qatardan açılmamaq şərti ilə reys qabağı və yaxud qatarın axırıncı dayanacaqda olarkən cari baxış
Vaqonların qatardan açmaq şərti ilə, qeydiyyatda olan depoda aşkar edilmiş çatışmamazlıqların aradan qaldrımaq və cihazların qurğuların dəyişdirilməsi həyata keçirilməlidir.
Mövsum ilə ilə əlaqədar baxış ildə iki dəfə 1 – ci qurğuları yay mövsümünə hazırlayarkən, 2- ci soyuducu qurğuların qış mövsümü qabağı bağlayarkən
Dövrü təmir və baxış bu təmir və baxış vaqonların öz təmiri ilə üst – üstə düşür. Depo təmirlərini vaqonun qeydiyyatda olduğu depoda aparılır. Bundan savayı zavod təmiri aparılır ki, bu da vaqon təmiri zavodda aparılır.
Cari baxış zamanı kompressorların texniki sazlığına, cihazların işə salma və nizamlıyıcı qurğularına və istilik ötürücü boru xətlərini nəzərdən keçirtmək lazımdır. Ən əsası soyuducu qurğuların vaqonun ramasına bərkidilməsinə nəzər salmaq lazımdır, qatarların təhlükəsiz hərəkəti onların möhkəmliyindən ibarətdir.
Mövzu : Soyuducu sistemin qazla doldurulması haqqında məlumat
Vaqonların soyuducu sistemində aşağıda qeyd olunmuş şərtlər vacibdir. Nəzərdə tutulmuş soyuducu sistem freon ilə işləyirsə bu sistemdə təzyiq qalxırsa soyuducunun iş əmsalı azalırsa istifadə olunan elektrik enerji artırsa deməli kondensatorların üst hissəsinin çirklənməsi yaranmışdır. Bu cür halda qurğuların üst hissəsini isti su ilə yuyulmalı, yüksək təzyiqli hava ilə üfürülərək təmizlənməlidir. Bundan əlavə sistemin germetikliyini yoxlamaq lazımdır. Bunun üçün köpüklü su və yaxud galoidli lampadan istifadə edildi. Əsasən soyuducu xətdə olan boruların birləşmə yerlərindən freonun sızılma halları yarana bilər. Əgər xətdə müəyyən olmuş miqdardan freon az olmuş olarsa bu zaman xəttin soyutma effekti olmur. Bunun üçün xəttə freonun əlavə olunması lazım gəlir. Sərnişin vaqonların soyuducu xəttində təxminən 30 kq freon doldurulur. Xəttin doldurulması zaman kompressorun ilək halda olması lazımdır. Bundan əlavə freonla dolu balonu 35 – 45 dərəcə altnda tərəziyə qoyaraq, onu sistemi qazla təmin edilən ventelə qoşmaq lazımdır. Bu ventel köməkçi apparatların şitində quraşdırılmışdır. Bundan sonra sistemin ümumi venteli bağlamaq lazımdır. Tərəzi vasitəsi ilə sistemə doldurulmuş freonun miqdarını göstərici şüşə varsa, onda bu şüşə vasitəsi ilə sistemin dolmasına nəzarət etmək olar.
Soyuducu sistemə xidmət göstərərkən xəttin germetikliyini yoxladıqdan savayı aşağıda qeyd olunanları mütləq yoxlamaq lazımdır.
kompressorun yağının miqdarını, ədər yağın azalmasını aşkar olunarsa onun qarşısının alnması üçün tədbir görmək, avtomatik işləyən cihazların iş prinsipinə nəzər yetirərək işləmə qabiliyyətini yoxlamaq lazımdır.
Soyuducu qurğuların iş rejimini yoxladığı zaman aşağıda qeyd olunan şərtlər dəqiq olmalıdır:
kompressorun sorucu hissəsində temperatr 15 – 250 olmalıdır;
yağın miqdarı baxıcı deşikdən (pəncərədən) görünən miqdarda olmalı;
karterin temperaturu 650 – dən yuxarı olmamalı;
kondensasiya temperaturu atmosfer temperaturasından 150 – dən çox olmamalıdır
(150 + 350 = 500)
kompressorun işçi dövrü ilə sönməsi havanın temperatura uyğun gəlməlidir.
|