Növbəti CPU burst-in davamı




Download 1,95 Mb.
bet22/54
Sana04.12.2023
Hajmi1,95 Mb.
#110636
TuriMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   54
Bog'liq
Əməliyyat sistemləri muhazire konspekti (1)

Növbəti CPU burst-in davamı

13

4

1

Sadəlik üçün belə hesab edəcəyik ki, proseslərin bütün fəaliyyəti yalnız bir CPU burst vaxtından istifadə etməklə, məhdudlaşacaq, proseslər giriş-çıxış əməliyyatlarını yerinə yetirmirlər və kontekstin dəyişdirilmə vaxtı o qədər kiçikdir ki, onları nəzərə almamaq da olar.


Əgər proseslər, proseslərin “hazır olma” növbəsinə p0, p1, p2 qaydasında yerləşmişsə, o zaman onların yerinə yetirilmə mənzərəsi şək.3.2-də göstərilən kimi olacaqdır.


Şək.3.2. Proseslərin p0, p1, p2 qaydasında yerinə yetirilməsi

Birinci yerinə yetirilmək üçün p0 prosesi seçilir və prosessor özünün CPU burst-in bütün vaxtı ərzində, yəni, vaxtın 13 vahidi ərzində onu əldə edur. O, bitdikdən sonra, “icra olunma” vəziyyətinə p1 keçirilir, o, prosessory 4 vaxt vahidi ərzində məşğul edir. Və, nəhayət, p2 prosesi işləmək imkanı əldə edir. p0 prosesi üçün gözləmə vaxtı 0 vaxt vahidi olur, p1 prosesi üçün -13 vahid, p2 prosesi üçün isə 13+4=17 vahid olur. Beləliklə, bu halda orta gözləmə vaxtı – (0+13+17)/3 = 10 vaxt vahidi olacaqdır. p0 prosesi üçün yerinə yetirilmənin tam vaxtı 13 vaxt vahidi, p1 prosesi üçün 13+4=17 vahid, p2 prosesi üçün 13+4+1=18 vahid təşkil edəcəkdir. Yerinə yetirilmənin orta tam vaxtı – (13+17+18)/3=16 vaxt vahidinə bərabər olacaqdır.


Əgər, həmin proseslər p2, p1, p0 qaydasında yerləşmiş olsaydılar, onda onların mənzərəsi şək.3.3-ə uyğun gələcəkdir. Proses p0 üçün gözləmə vaxtı 5 vaxt vahidinə, p1 prosesi üçün -1 vahidinə, p2 prosesi üçün isə - 0 vahidinə bərabər olacaqdır. Orta gözləmə vaxtı (5+1+0)/3=2 vaxt vahidi olacaqdır. Bu əvvəlki hadisə ilə müqayisədə 5 (!) dəfə azdır. Proses p0 üçün yerinə yetirilmənin tam vaxtı 18 vaxt vahidinə, p1 prosesi üçün -5 vahidə, p2 prosesi üçün isə - 1 vahidə bərabər olacaqdır. Yerinə yetirilmənin orta tam vaxtı (18+5+1)/3=8 vahidi olur ki, bu da proseslərin yerləşdirilməsinin birinci variantına nəzərən, 2 dəfə azdır.


Şək.3.3. Proseslərin p2 , p1, p0 qaydasında yerinə yetirilməsi

Gördüyümüz kimi, gözlənilmənin orta vaxtı və yerinə yetirilmənin orta vaxtı bu alqoritm üçün proseslərin növbədəki yerləşmə qaydasından əhəmiyyətli dərəcədə asılı olur. Əgər bizdə CPU burst  müddətli proses varsa, o zaman “hazır olma” vəziyyətinə keçən qısa proseslər uzun müddətli prosesdən son-ra yerinə yetilmənin başlanmasını uzun müddət gözləməli olacaqdır. Buna gorə də, FCFS alqoritmi praktiki olaraq, vaxt bölünmə sistemləri üçün tətbiq oluna bilməzlər – interaktiv proseslərdə cavabın orta vaxtı həddindən artıq böyük olur.



Download 1,95 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Download 1,95 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Növbəti CPU burst-in davamı

Download 1,95 Mb.