|
1. Mühazirə Əməliyyat sistemi anlayışı
|
bet | 23/54 | Sana | 04.12.2023 | Hajmi | 1,95 Mb. | | #110636 | Turi | Mühazirə |
Bog'liq Əməliyyat sistemləri muhazire konspekti (1) Round Robin (RR)
FCFS alqoritminin təkmilləşməsi olan alqoritm Round Robin (Round Robin – bu, ABŞ-da uşaq karuselinin növüdür) adını almışdır və qısaldılmış variantda RR kimi işarə olunur. Mahiyyət etibarilə, bu elə həmin köhnə alqoritmdir, yalnız planlaşdırmanın sıxılıb çıxarılma rejimində həyata keçiril-mişdir. Hazır proseslərin bütün çoxluğunu tsiklli təşkil olunmasını təsvir etmək olar – proseslər karuseldə yerləşmişlər. Karusel elə fırlanır ki, prosessorun yanında çox da böyük olmayan qeyd olunmuş vaxt kvantı, adətən, 10-100 millisaniyə, yerləşir (şək.3.4). Nə qədər ki, proses prosessorun yanındadırsa, o, prosessoru öz sərəncamına götürür və icra olunur.
Şək.3.4. Karuseldə proseslər
Bu cür alqoritm əvvəlkində olduğu kimi, “hazır olma” vəziyyətində olan proseslərin təşkil olunma köməkliyi ilə, FİFO növbəsinə salınmaqla, həyata keçirilir. Planlaşdırıcı növbəti icra olunmaq üçün növbənin başlanğıcında yerləşəni seçir və müəyyən kvant vaxtının bitməsi üzrə kəsilmənin generasiya olunması üçün taymeri quraşdırır. Prosesin yerinə yetirilməsində iki variant mümkün ola bilər:
-Prosesə lazım olan, prosessordan fasiləsiz istifadə olunma vaxtı (cari CPU burt-ın qalığı) kvant vaxtı müddətindən azdır və ya ona bərbərdir. Onda proses öz iradəsi ilə kvant vaxtı bitməmişdən əvvəl, prosessoru azad edir, icra üçün növbənin əvvəllindən yeni proses daxil olur və taymer yenidən kvant hesablanmasına başlayır;
-Cari CPU burst qalığın müddəti kvant vaxtından böyükdür. Onda bu kvant qurtardıqda, proses taymer tərəfindən kəsilir və icra olunmaq üçün hazır olan proseslər növbəsinin sonuna yerləşdirilir, prosessor isə onun başlanğıcında olan prosesin istifadəsi üçün ayrılır.
Əvvəlki misalı p0, p1, p2 qaydası üçün nəzərdən keçirək və qiyməti 4-ə bərabər olan kvant vaxtını götürək. Bu proseslərin yerinə yetirilməsi cədvəl 3.2 ilə nümayiş etdirilmişdir.
Cədvəl 3.2
|
Vaxt
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
10
|
11
|
12
|
13
|
14
|
15
|
16
|
17
|
18
|
|
|
| |