|
1. Mühazirə Əməliyyat sistemi anlayışı
|
bet | 31/54 | Sana | 04.12.2023 | Hajmi | 1,95 Mb. | | #110636 | Turi | Mühazirə |
Bog'liq Əməliyyat sistemləri muhazire konspekti (1)WINDOWS VISTA - peşəkar kompüterlər, notbuklar və s. üçün Microsoft şirkətinin təqdim etdiyi əməliyyat sistemidir.
22 iyul 2005-ə - Vista adı bildirilməyənədək Longhorn kod adı ilə tanınırdı. 30 Yanvar 2007-ci ildə bazara təqdim edilmişdir. Windows Vista köhnə versiya ilə müqayisədə bir çox yeni xüsusiyyət və dəyişikliyə sahibdir. Bu dəyişmə inkişaf etdirilmiş qrafiki istifadəçi interfeysi, vizual stil, yenidən hazırlanmış axtarış funksiyaları, multimedia vasitələri, yenidən hazırlanmış şəbəkə ünsiyyəti, görünüş və yazıçı kimi müxtəlif funksiyaları əhatə edir. Microsoftun Vista üçün təyin etdiyi əsas hədəf, Windows əməliyyat sisteminin təhlükəsizlik vəziyyətini inkişaf etdirmək olmuşdur. Vistanın işləyə bilməsi üçün ən azı 800 MHz tezlikli prosessor, RAM-ın 512 MB RAM-dan az olmaması lazımdır.
Windows Vista əməliyyat sistemi Microsoft şirkətinin istehtal etdiyi əməliyyat sistemləri arasında ən çox narazılıqlara, müzakirələrə səbəb olan əməliyyat sistemi idi. Çoxları bunu Microsoft-un “uğursuz”u kimi də adlandırırdılar. Beləliklə, "Microsoft" korporasiyasının 2007-ci ildə satışa çıxardığı Vista artıq satışdan çıxarılır. Vista 2017-ci ilin sentyabrın 11-dək "qismən dəstək" sistemində olacaq. "Tam dəstək" sisteminin dayandırılması o deməkdir ki, bu gündən etibarən istifadəçilər pulsuz texniki dəstək, təminat və yenilənmələrdən məhrum olacaqlar. Vista-nın təhlükəsizlik problemlərinin onlayn həll edilməsi və yenilənməsi də dayandırılıb.
WINDOWS 7 - Windows ailəsinin növbəti bir üzvü olub Windows Vistadan sonra çıxmışdır. Bu sistem 22 oktyabr 2009-cu ildə Windows Vistanın satışa çıxmasından 3 il sonra alıcılara təqdim olunmuşdur. Windows 7-nin tərkibinə Vistadan tanıdığımız interfeys və quraşdırılmış proqramlar daxildir. Fərqli olaraq Start düyməsindən klassik menyuya keçid ləğv edilmişdir.
Windows 7-nin işçi masa digər Windows-lardan xeyli fərqlənir. Bu fərqlilik onun maraqlı, multimedional interfeysində, həmçinin açılmış pəncərələrin idarə edilməsində özünü biruzə verir. Həmçinin açılan pəncərənin adının üstünə gəldikdə həmin pəncərənin balaca görüntüsünü göstərmək funksiyası bizə vistadan tanış bir funksiyadır. Start düyməsi də cox istifadəyə rahat şəkildə düzəldilmişdir. Hər bir proqramın üstünə gədldikdə
qabağında onun son dəfə istidadə olunmuş fayllar avtomatik açılır. Windows 7 əsasən NTFS və Fat32 fayl sistemlərinə yazılır.
WINDOWS 8 - Microsoft şirkətinin fərdi kompüterlər üçün istehsal etdiyi əməliyyat sistemidir. 26 oktyabr 2012-ci ildə satışa çıxarılmışdır. Əməliyyat sisteminin planşet versiyasının birinci və ən gözəçarpan dəyişikliyi onun interfeysidir. Hazırda interfeysdə adət etdiyimiz “Start” düyməsi yoxdur, işçi masası isə klassik Windows-dan daha çox Windows Phone-a bənzədilir. Windows 8-də yüklənmə sürətini yüksəltmək, sistemin gözləmə rejimdən çıxma vaxtını azaltlmaq, enerji sərfiyyatı effektivliyini artırmaq, eləcə də personal kompüter istehsalçılarına, öz kompüterlərini əvvəlcədən qurulmuş əməliyyat sistemi ilə daha keyfiyyətli uyğunlaşdırmaq imkanı verən yeni alətlər təqdim edib. Windows 8 əməliyyat sisteminin final versiyasında qacetlər, yəni işçi masanın üzərində olan, informasiya və ya alətlərə qısa yol olan mini proqram əlavələri yoxdur.
Əməliyyat sistemində iki yeni arxitektura dəstəklənir: SoC (“çip üzərində sistem” – System on a Chip) və ARM-dən gedir. Portativ qurğular üçün nəzərdə tutulmuş hər iki arxitektura ənənəvi “x86” platformasına nisbətən daha kiçik enerji sərfiyyatı və maya dəyəri ilə fərqlənir.
Microsoft şirkətinin hesablamasına görə, "Windows 8" əməliyyat sistemi istifadəyə verildikdən 3 gün sonra onun 4 milyondan çox surəti satılıb.
Əməliyyat sistemləri bazarında təxminən 80% istifadə nisbətiylə Windows ailəsi lider vəziyyətdədir.
|
| |