|
WINDOWS əməliyyat sisteminin istifadəçi interfeysinin elementləri
|
bet | 32/54 | Sana | 04.12.2023 | Hajmi | 1,95 Mb. | | #110636 | Turi | Mühazirə |
Bog'liq Əməliyyat sistemləri muhazire konspekti (1)WINDOWS əməliyyat sisteminin istifadəçi interfeysinin elementləri
Kompüterdə informasiyanın emal olunma işləri ilə insan məşğul olduğu sahələrdə “interfeys” terminindən geniş istifadə edilir. Ingilis dilindən tərcümədə “İnterface” sözünün mənası “xarici sifət” deməkdir. Kompüter dünyasında interfeyslərin çoxlu sayda növləri vardır:
- istifadəçinin interfeysi;
- intelektual interfeys;
- insan-maşın interfeysi;
- proqram interfeysi və s.
İnterfeys-vasitələr və qaydalar toplusu olub, qurğuların, proqramların və insanın bir-biri ilə qarşılıqlı əlaqəsini təmin edir. Interfeys ekranın tərtibatını və sistemlə istifadəçi arasında qarşılıqlı əlaqənin xarakterini təyin edir. WINDOWS qrafiki interfeysdən istifadə etməklə kompüterə əmr verir, proqramları yükləyir, müxtəlif işarə, düymə və simvollardan istifadə etməklə, faylların siyahısına baxır. Elementlərin seçilməsi maus və ya klaviatura ilə baş verir. Ən vacib interfeys istifadəçinin fərdi kompüterlə qarşılıqlı əlaqəsini təmin edir və ona istifadəçi interfeysi deyilir. İstifadəçi interfeysin 2 növü var: simvol və qrafik.
Simvol interfeysi-videosistem mətn rejimində işləyən zaman istifadə olunur. Monitorun ekranına informasiya ardıcıl simvollar şəklində daxil edilir.
Qrafiki interfeys-videosistem qrafik rejimdə işləyə bilən zaman meydana gəlir. Bu halda informasiya monitorun ekranına nöqtə-nöqtə şəklində çıxarılır.
İstifadəçinin qrafik interfeysinə keçid fərdi kompüterin texniki xarakteristikalarının yaxşılaşdırılması sayəsində mümkün olmuşdur. Bu cür interfeys videosistemin cəld işləməsi üçün bir sıra tələblər irəli sürməsinə baxmayaraq, əsas məqsəd əldə edilir-
istifadəçi üçün rahat iş mühiti yaradılmış olur. Qrafik interfeys simvol interfeysinə nəzərən daha yaxşı başa düşülür və aydın hiss olunur. Istifadəçinin qrafik interfeysinə ən yaxşı misal kimi WINDOWS interfeysini göstərmək olar.
İnterfeys – Windows əməliyyat sisteminin qrafiki «örtüyüdür», hansı ki, onun köməyilə istifadəçilər əməliyyat sistemi ilə ünsiyyət yaradırlar. Windows əməliyyat sistemində işləyən zaman ekranda nə görürüksə, hamısı interfeysə aiddir. İnterfeys– Windows əməliyyat sisteminin bütün daxili «idarəetmə vasitələrini» insana aydın olan qrafiki formaya çevirən məsələnin vasitəçisidir, tərcüməçisidir. Windows-un interfeysi sadə və asan istifadə olunandır. Demək olar ki, onun bütün sirlərini praktik olaraq hər bir kəs interfeysin köməyilə başa düşə bilər.
Ekranın əsas sahəsini İşçi masa təşkil edir. Burada bütün işçi alətləri, məsələn, sənədləri, qovluqları, lazım olan proqramların nişanlarını və s. yerləşdirmək olar. İşçi masa – Windows əməliyyat sisteminin obyektləri və Windows-un idarəetmə elementləri əks olunan qrafiki mühitdir. Windows 7 əməliyyat sistemi yeni quraşdırıldıqda, başlanğıc vəziyyətdə işçi masada yalnız yüxarı sağ küncdə təkcə Корзина (Recycle Bin (Səbət)) nişanı yerləşir. Lakin qısa müddətdən sonra İşçi masa çoxlu nişanlar dəstəsi ilə dolur, məsələn, quraşdırılmış proqramların əksəriyyəti, həmin an İşçi masada öz xüsusi nişanlarını qeyd edirlər. İşçi masanın aşağı hissəsində Məsələlər paneli (buna bəzən “taskbar”- da deyirlər) adlı zolaq “lenta” yerləşir. Burada lazım olan proqramların, həm də ən vacib və zəruri proqramların nişanları yerləşir. Bu paneldə bəzi nişanlar artıq movcud olurlar, qalanlarını isə sonradan əlavə etmək olur. Məsələlər panelinin sol küncündə - Start (Пуск (Başlat)) adlı düymə yerləşir. Bu düymənin köməyilə kompüterdə quraşdırılmış bütün proqramların siyahısını, həmçinin, əsas tənzimləmə alətlərini əldə etmək olar.
Məsələlər panelində sağda küncdə Xəbardarlıq etmə, bəzən isə sistem paneli və ya “trey” adlanan daha bir panel də yerləşmişdir. Burada da həmçinin işə salınmış proqramlara istinadlar əks olunur, lakin fərqi ondan ibarətdir ki, bunların hamısı kompüterdə daimi “fon” rejimində işləyirlər.
|
| |