|
Windows əməliyyat sistemlərinin üstün cəhətləri
|
bet | 29/54 | Sana | 04.12.2023 | Hajmi | 1,95 Mb. | | #110636 | Turi | Mühazirə |
Bog'liq Əməliyyat sistemləri muhazire konspekti (1)Windows əməliyyat sistemlərinin üstün cəhətləri:
- Yüksək etibarlılığı və asan idarə olunması.
- Aparat vasitələrinin yoxlanması.
- İnternetə böyük daxili inteqrasiya.
- İstifadənin yüngüllüyü və rahatlığı.
- Eyni zamanda bir-neçə proqramdan istifadə mümkünlüyü.
- Miqyaslaşdırılmış şriftlərin əldə edilməsi. Windows-da istənilən ölçülü şriftlərdən istifadə edilir. Bu problemin həllini True-Tupe şriftlər formatından istifadə etməklə
aradan qaldırılmışdır. Bu problem Windows 3.1 versiyasında olub. Hal-hazırda bir mətndə bir-neçə şrifdən istifadə etmək mümkündür və s.
- Multimediya prinsipini saxlaması. Windows vasitəsilə musiqi səsləndirmənin, videokameraya baxmanın, animasiyalara baxmanın mümkünlüyü.
- İstifadəçi interfeysinin yaradılması üçün lazım olan funksiyalar (pəncərələr, menyular, sorğular, siyahılar).
- Əməli yaddaşdan tam istifadənin mümkünlüyü. DOS-dan fərqli olaraq Windows-da kompüterin əməli yaddaşından tam istifadə edilir.
- Proqramlar kitabxanasının dinamik quruluşu. İstifadəçi ona lazım olan proqramı proqramlar kitabxanasının köməyilə istifadə edə bilər. İş prosesindən sonra istənilərsə kompüterin yaddaşından silinə bilər.
- Vahid istifadəçi interfeysi olması. Windows-da istifadəçi interfeysi daima təkmilləşir və istənilən proqramlar arasında əlaqə yaratmağa imkan verir.
- Çoxlu sayda məsələlərin eyni anda həllinin mümkünlüyü. Windows-da bir proqramın və ya məsələnin həllindən digərinə keçmək mümkündür. Həm də lazim olduqda onlar arasında məlumat mübadiləsi yaradılır.
- DOS əlavələri ilə uyğunluğu. Windows elə qurulmuşdur ki, onunla işləyərkən DOS proqramlarına müraciət etmək olur, nəticədə DOS-da olan proqram aşağı sürətlə işləyir.
- Əlavə qurğularla əlaqənin sadəliyi. MS-DOS-dan fərqli olaraq istənilən əlavə qurğunun onun drayverini kompüterə yazmaqla işi asanlaşdırmanın mümkünlüyü.
- Multimedia imkanlarının olması.
Windows Əməliyyat sisteminin çatışmayan cəhətləri:
- Müsbət cəhətləri əldə etmək üçün aparat təminatına düşən yükü çoxaltmaq lazımdır.
- DOS-a nisbətən istənilən məsələnin həllinə çox vaxt sərf edilir. DOS Windows-dan 1.5-2 dəfə cəld işləyir.
- İstənilən proqramın xarici qurğularla işləməsini birbaşa Windows həyata keçirir. Bəzi hallarda bu qəbul edilmir.
|
| |