|
1. Mühazirə Əməliyyat sistemi anlayışı
|
bet | 37/54 | Sana | 04.12.2023 | Hajmi | 1,95 Mb. | | #110636 | Turi | Mühazirə |
Bog'liq Əməliyyat sistemləri muhazire konspekti (1)Windows Explorer proqramının komponentləri aşağıdakı kimidir:
1. Title bar (Başlıq sətri)
2. Adres bar (Ünvan sətri)
3. Search bar (Axtarış sətri)
4. Menu bar (Menyu sətri)
5. Toolbars (Alətlər paneli)
6. Navigation pane (Hərəkət paneli)
7. Work area (İşçi sahə)
8. Preview pane (Önbaxış paneli)
9. Details pane (Detallar paneli)
10. Status bar (Vəziyyət sətri)
Başlıq sətrində proqramın işarəsi, adı yazılır. Başlıq sətrindən tutmaqla pəncərəni o tərəf bu tərəfə aparmaq olar. Başlıq sətrinin asağı tərəfində 3 düymə var. Bu düymələr uyğun olaraq pəncərəni aşağı yığır, böyüdür, kiçildir və bağlayır.
Qovluğunun pəncərəsinin yuxarı hissəsində ünvan sətri və axtarış sətri yerləşir. Ünvan sətri bizə lazım olan faylı və ya qovluğu tez tapmağa kömək edir, eyni zamanda həmçinin kompüterdə onların harada yerləşməsini də göstərir. Bu paneldə cari qovluğa gedən yol da gostərilir. Həmin yolda bir-birindən kiçik “►” üçbucaqlarla ayrılan qovluqlar ardıcıllığı əks olunur. Bu ardıcıllığa daxil olan istənilən qovluğu açmaq olar. Bunun üçün qovluq üzərində mausun sol düyməsini klikləmək kifayətdir. Həmçinin ünvan panelindəki ikiçik üçbucaq işarələri vasitəsilə müəyyən qovluqlar siyahısını açmaq olar. Əgər “►” işarələri üzərində mausun düyməsini klikləsək, onda burada əks olunan kişik üçbucaq işarələri aşağı istiqamətlənmiş üçbucaq “▼” formasını alacaq və cari qovluqdakı alt qovluqlar siyahısı göstəriləcək.
Проводник (Windows Explorer (Windows Bələdçisi)- də qovluqlar üzərində hərəkət edən zaman ünvan sətrinin yanında yerləşən iki Назад (Geri) və Вперед (İrəli) naviqasiya düymələri yaxşı yardım edir. Birinci düymənin sayəsində sizin əvvəl açdığınız qovluğa tez keçmək olur, sonra isə əksinə qayıtmaq olur.
Windows Explorer proqramında özünə məxsus əsas obyektlərdən biridə axtarış sətridir. Bu Windows 7 əməliyyat sisteminin ən maraqlı yeni imkanlarından biridir. Bu daxili axtarış vasitəsi sənədləri və faylları təkcə onların adlarının bir hissəsinə görə deyil, həm də açar sözlərə görə də axtara bilir, məsələn, mətnlər üçün bu orada istifadə olunan müəyyən söz və söz birləşməsi, musiqi üçün cığırın, albomun adı, ifa edənin adı, poçt üçünsə göndərənin adı ola bilər.
|
| |