|
Menu bar (Menyu sətri) çox vaxt gizlədilmiş olsa da, ALT və ya F10 düyməsinin köməyi ilə görünür. Bu sətirdə File, Edit, View, Tools, Help
|
bet | 38/54 | Sana | 04.12.2023 | Hajmi | 1,95 Mb. | | #110636 | Turi | Mühazirə |
Bog'liq Əməliyyat sistemləri muhazire konspekti (1)Menu bar (Menyu sətri) çox vaxt gizlədilmiş olsa da, ALT və ya F10 düyməsinin köməyi ilə görünür. Bu sətirdə File, Edit, View, Tools, Help menyu tabları var.
Toolbars (Alətlər paneli) menyu sətrinin altında yerləşir. Menyu sətrində ən çox işlənən əməliyyatları istifadəçini işini asanlaşdırmaq məqsədilə göz önündə olmasını təmin edir.
Navigation Pane (Hərəkət Paneli) – bu panel vasitəsilə yaddaş qurğuları və qovluqlar arasında keçid etmək olar.
Work Area ( İşçi Sahə ) – Açılmış fayl və qovluqların tərkibini göstərir.
Preview Pane (Ön baxış paneli) – işçi sahənin sağ hissəsində olur və fayla daxil olmadan onun məzmununa baxmağa icazə verir.
Details Pane (Təfərrüatlar Paneli) – Windows Explorer pəncərəsinin aşağı hissəsində Status bar (Vəziyyət sətri) ın yuxarı hissəsində olub, cari qovluqda olan obyektlərin sayını və ya işarələnmiş obyektlərin xüsusiyyətlərini özündə əks etdirir.
Status Bar (Vəziyyət sətri) - qovluq pəncərəsinin aşağı hissəndə yerləşir. Burada qovluqda olan obyektlərin sayı, diskin boş hissəsinin həcmi və s məlumatlar əks olunur.
WINDOWS əməliyyat sistemində pəncərələrin növləri və onlarla iş prinsipləri
İstifadəçinin qrafiki interfeysinin əsasını yaxşı düşünülmüş pəncərələr sistemi və digər qrafik obyektləri təşkil edir. Pəncərə-ekranın monitorunda haşiyələnmiş düzbucaqlı sahədir. Burada proqram, sənəd, məlumat təsvir edilir. Pəncərə o zaman aktiv olur ki, onunla həmin anda istifadəçi işləyir. Pəncərələrin bir neçə növü mövcuddur ki, onların görünüşü təsvir olunan informasiyadan asılıdır. Bu pəncərələrin strukturu işlənmiş standartlara uyğun təşkil edilmişdir. Belə tipik pəncərələrə tətbiqi proqramlar pəncərəsi, sənəd pəncərəsi, dialoq pəncərəsini misal göstərmək olar. “WINDOWS” sözünün azərbaycan dilinə tərcüməsi “pəncərədir”. Burada işləyən proqram və ya sənəd əks olunur.
Pəncərə ölçülərinin idarə düymələri aşağıdakılardır:
1. Свернуть (Minimize) pəncərəni bükərək, onu məsələlər panelində yerləşdirir;
2. Развернуть (Maximize) pəncərəni ekran boyu açır;
3. Восстановить обратно (Restore Down) pəncərənin əvvəlki ölçülərini bərpa edir və bu düymə Развернуть düyməsinə çevrilir.
4. Закрыть (Close) pəncərəni bağlayaraq, proqramın işini sona çatdırır.
Alətlər paneli tez-tez istifadə olunan əməliyyatları yerinə yetirmək üçün əmərlər düyməsini özündə saxlayır. Buradan düymələri istifadəçi özü təyin edə bilər.
Pəncərənin aşağı hissəsində yerləşən vəziyyət sətrini ekranda əks etdirmək üçün Вид (View) menyusundan Строка состояния (Status Bar) əmri seçilir. Vəziyyət sətri qovluqdakı obyektlərin sayı, disk sahəsində tutduğu yerin ölçüsü, istifadəçinin cari əməliyyatı ilə bağlı məlumatları və s. informasiyadan ibarət sahələrdən ibarət olur.
Şaquli (Vertical scroll bar) və üfuqi (Horizontal scroll bar) fırlatma zolağı pəncərənin tərkibi ekranda tam əks olunmadıqda, pəncərənin sağ və aşağı hissəsində avtomatik olaraq görünür.
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Menu bar (Menyu sətri) çox vaxt gizlədilmiş olsa da, ALT və ya F10 düyməsinin köməyi ilə görünür. Bu sətirdə File, Edit, View, Tools, Help
|