• Lock the taskbar
  • Use small icons
  • Botton
  • Notification area
  • Show ocon and notifications
  • Taskbar (Məsələlər paneli)




    Download 1,95 Mb.
    bet34/54
    Sana04.12.2023
    Hajmi1,95 Mb.
    #110636
    TuriMühazirə
    1   ...   30   31   32   33   34   35   36   37   ...   54
    Bog'liq
    Əməliyyat sistemləri muhazire konspekti (1)

    Taskbar (Məsələlər paneli). Eyni anda bir neçə proqram işləyərsə, masaüstü bir az qarışıq ola bilər. Ancaq proqramların işləməsi halında, işləyən hər proqrama aid bir düymə Taskbar (Məsələlər paneli) üzərində görünəcəkdir. Taskbar normal halda ekranın ən aşağı hissəsində uzununa yerləşmiş çubuq şəklində bir sahədir. Açıq olan başqa bir proqrama keçmək üçün həmin proqramın Taskbar üzərindəki düyməsinə sıxmaq kifayətdir. Taskbar-ın xüsusiyyətlərini dəyişmək üçün tapşırıq çubuğu üzərində maus qurğusunun sağ düyməsini sıxmaq lazımdır. Açılacaq menyudan Properties (Xüsusiyyətlər) əmrini seçmək lazımdır. Bu zaman Taskbar and Start Menu Properties (Tapşırıq panelinin və Start menyusunun xüsusiyyətləri) dialoq pəncərəsi açılacaqdır. Dialoq pəncərəsində Taskbar səhifəni açmaqla aşağıdakı parametrlər görünəcək:
    1. Lock the taskbar (Закрепить панель задач -Tapşırıq panelini kilidlə) parametri seçdikdə panel ekranda durduğu mövqeyə bərkidilir və bundan sonra onun yerini dəyişmək və ya ölçüsünü böyütmək mümkün olmur.
    2. Auto-hide the taskbar (Автоматически скрывать панель задач - Tapşırıq panelini avtomatik gizlət) parametri seçildikdə tapşırıq paneli görünməz olur və ekranda ən böyük ölçüdə açılan pəncərələr bütün ekranı tutur.
    3. Use small icons (Использовать маленькие значки - Kiçik piktoqramlardan istifadə et) parametri seçildikdə tapşırıq paneli üzərindəki düymələrin ölçüsü kiçilir.
    4. Taskbar location on screen (Положение панели задач на экране - Ekranda tapşırıq panelinin yeri) sətrində açılan siyahıdan panelin ekranda yerləşməsi vəziyyətini təyin etmək üçün təklif olunan Botton (Aşağı), Top (Yuxarı), Left (Sol), Right (Sağ) variantlarından birini seçmək olar.
    5. Taskbar buttons (Кнопки панели задач - Tapşırıq paneli düymələri) sətrində acilan siyahıdan düymələrin panel üzərində əksolunma qaydasını seçmək olar.
    6. Notification area (Область Уведомлений - Bildiriş) sahəsində hansı piktoqramların və bildirişlərin göstərilməsini fərdiləşdirmək üçün Customize (Fərdiləşdir) düyməsi kiliklənir bu zaman ekrana çıxan növbəti pəncərədə hər bir proqram işarəsi üçün müvafik sətirdə açılan üç mümkün Show ocon and notifications (Piktoqram və bildirişləri göstərin), Hide icon and notifications (Piktoqram və bildirişləri gizlədin) və Only Show notifications (Yalnız bildirişləri göstərin) birini seçmək lazımdır.



    Download 1,95 Mb.
    1   ...   30   31   32   33   34   35   36   37   ...   54




    Download 1,95 Mb.