• All Proqrams
  • Pictures (
  • Games
  • Network
  • Devices and printers
  • Help and Support
  • Start (Пуск (Başlat)) menyusunun strukturu və istifadəsi -




    Download 1,95 Mb.
    bet33/54
    Sana04.12.2023
    Hajmi1,95 Mb.
    #110636
    TuriMühazirə
    1   ...   29   30   31   32   33   34   35   36   ...   54
    Bog'liq
    Əməliyyat sistemləri muhazire konspekti (1)

    Start (Пуск (Başlat)) menyusunun strukturu və istifadəsi - Windows əməliyyat sisteminin əvvəlki versiyalarında da ən əsas obyektlərdən biri də Start (Пуск (Başlat)) düyməsidir. Windows 7 əməliyyat sistemində bu düymənin daxilində adı yazılmır, formasıda dəyişdirilmişdir və dairəvi şəklə salınmışdır, lakin öz funksiyasını saxlamışdır. Windows 7- də Start (Пуск (Başlat)) menyusu iki sütundan ibarətdir. Sol sütunda tez-tez istifadə edilən proqramların nişanları, həmçinin Windows-un bir sıra xidməti proqramlarının (Kalkulyator, ekranın çəkilişlərini yaratmaq üçün Ножницы (Shipping Tool (Qayçılar)), Paint (Boyama) qrafiki redaktoru, Windows Media Player ifaedicisi) nişanları yerləşir. Bu sütundakı nişanların altında Все программы (All Programs (Bütün proqramlar)) yazısı yerləşir. Bu bölmə kiçik oxla təhciz olunmuşdur. Burada kompüterdə quraşdırılmış bütün proqramların nişanları yerləşir. Bu bölmənin aşağısında isə həmçinin axtarış sətri də yerləşir. Bunun vasitəsilə kompüterdə açar sözlər əsasında istənilən sənədi asanlıqla tapmaq olur.
    Sağ sütunda isə ən faydalı qovluqlara istinadlar və Windows əməliyyat sisteminin idarəedici modulları yerləşir. Sağ sütunun bölmələri aşağıdakılardır:
    All Proqrams (Все программы/Bütün Proqramlar) - proqram qruplarını saxlayan qovluqlara daxil olmaqla müxtəlif proqramların adlarını daxil edən menyunu açır.
    Documents (Документы /Sənədlər) – Windows-da sənədlərin saxlanması üçün nəzərdə tutulan sənədlər kitabxanasıdır (Documents library/Библиотека). Bu əmr istifadəçinin sənədləri saxlanan qovluğu tez açmağa imkan verir.
    Pictures (Изображения/Şəkillər)-müxtəlif qrafiki faylları saxlamaq üçün şəkillər kitabxanasıdır (Pictures libraries /Библиотека “Изображения”).
    Music (Музыка/Musiqi) musiqi faylları saxlanılan kitabxanadır.
    Games (Игры-Oyunlar) sistemdə quraşdırılmış oyunlar saxlanılan qovluğu açır.
    Computer (Компьютер/Kompüter) mühüm sistem qovluqlarından biridir. Bu qovluğun pəncərəsində kompüterdə olan bütün disklər və digər qurğuların işarələri əks olunur.
    Network (Сеть-Şəbəkə) lokal şəbəkəyə qoşulmuş kompyuterlərin əks olunmasını təşkil edir.
    Control Panel (Панель управления/İdarəetmə paneli) mühüm qovluqlarından biridir. Kompüterdə müxtəlif sazlama işləri ilə bağlı nəzərdə tutulan bütün elementlər bu qovluqda yerləşir.
    Devices and printers (Устройства и принтеры/Qurğular və pirinterlər) sistem qovluğudur. Kompüterə qoşulmuş xarici qurğular: printerlər, skanerlər, kameralar və s. bu qovluğun pəncərəsində əks olunur.
    Default Programs (Программы по умолчанию/Susmaya görə proqramlar) əmri icra olunan kimi müxtəlif tipli faylların emalı üçün susmaya görə nəzərdə tutulan proqramların seçim pəncərəsi açılır.
    Help and Support (Справка и поддержка/Kömək və dəstək) əmri icra olunarkən eyni adlı dialoq pəncərəsi açılır. Bu pəncərə cürbəcür sorgu məlumatlarının tapılmasına imkan verir.
    Run (Выполнить/İcra et) - Start menyusunda olmayan hər hansı bir proqramı işlətmək və ya sənədləri (faylları) açmaq üçün bu əmrdən istifadə olunur.
    Shut down (Завершение работы/Söndür) əmrini seçdikdə Windows əməliyyat sisteminin özü ilə bərabər bütün açıq pəncərələr bağlanır və kompüter sönür.



    Download 1,95 Mb.
    1   ...   29   30   31   32   33   34   35   36   ...   54




    Download 1,95 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Start (Пуск (Başlat)) menyusunun strukturu və istifadəsi -

    Download 1,95 Mb.