• Piktoqramlar.
  • Computer” qovluğu.
  • ???.com yazılışı adı 3 simvoldan ibarət olan “com”genişlənməli faylların hamısını əhatə edir. va???.txt




    Download 1,95 Mb.
    bet41/54
    Sana04.12.2023
    Hajmi1,95 Mb.
    #110636
    TuriMühazirə
    1   ...   37   38   39   40   41   42   43   44   ...   54
    Bog'liq
    Əməliyyat sistemləri muhazire konspekti (1)

    ???.com yazılışı adı 3 simvoldan ibarət olan “com”genişlənməli faylların hamısını əhatə edir.
    va???.txt - yazılışı isə adları va ilə başlayan 5 simvoldan ibarət və”txt” genişlənməyə malik olan fayllar qrupunu göstərir. Məs vahid .txt; valeh .txt; vaqif.txt.; vasif .txt və s.
    Faylların adlarının “*” “?” işarələrindən istifadə etməklə ümumiləşdirilmiş yazılışına adların şablon və ya maska ilə verilməsi də deyilir.
    Piktoqramlar. Windows əməliyyat sistemi və qrafiki interfeysin geniş yayıldığı dövrdə fayllar kompüter ekranlarında tamam başqa cür göründü. Artıq faylın tipi təkcə onun adının genişlənməsi ilə yox, həmdə ad qarşısında yerləşən xüsusi işarə ilə müəyyən edilir. Bu işarələr icons (значки/piktoqramlar) adlanır. İstənilən piktoqramda həmdə təmsil etdiyi obyektin adı olur. Piktoqram-dedikdə qovluqları, faylları, diskləri və s. obyektləri göstərən kiçik ölçülü qrafiki obyekt nəzərdə tutulur. Yəni, Windows əməliyyat sistemindəki piktoqramlar ən müxtəlif obyektləri-qurğuları, faylları, qovluqları, shortcut(ярлык/qısayol)-ları işarələmək üçün istifadə edilir.
    Hər bir piktoqram yalnız bir fayla-proqrama və ya sənədə aiddir. Piktoqram faylın adının genişlənməsini əvəz edir, yəni faylın tipini təyin edir. Odur ki, çox vaxt faylların piktoqramlarda verilmiş adları genişlənməsiz görünür. Windows 7 əməliyyat sistemində faylların tipindən asılı olaraq onların piktoqramları üzərində bir-birindən fərqli rəsmlər olur. Həmçinin müəyyən bir proqram vasitəsilə yaradılmış sənədin piktoqramı üzərində həmin proqramın öz işarəsi, ya da həmin proqramın müəyyən bir əlaməti bu və ya digər dərəcədə iştirak edir. Bu isə sənədin işarəsinə baxarkən onun hansı tip fayla aid olduğunu və hansı tətbiqi sistemdə yaradıldığını müəyyən etməyə imkan verir.
    Computer” qovluğu. Windows 7 əməliyyat sisteminin əsas obyektlərindən olan Компьютер (Computer (Kompüter)) qovluğunu açmaq üçün Tapşırıq (Məsələlər) panelində (Taskbar)-da Start (Пуск (Başlat)) düyməsindən sağda yerləşən düyməsinə siçanla sıxmaq lazımdır və ya Win və E klavişlərini birlikdə sıxmaq lazımdır. “Computer” (Kомпьютер) pəncərəsi vasitəsilə kompüterdə olan hər hansı bir mənbəyə (disklərə, disketlərə) asanlıqla müraciət etmək olar. Bu pəncərəyə aşağıdakılar daxildir:
    Sabit disklər – C: hərfindən başlayaraq adlandırılır. Hər əlavə sabit disk sürücüsünə D:, E: kimi sonrakı hərflər ad olaraq verilir.
    CD-ROM sürücüləri dairəvi disk simvolları ilə göstərilir. Yalnız bir sabit disk və ya bir CD-ROM sürücüsü varsa, CD-ROM sürücüsü D: drive (D: sürücüsü) adlandırılacaqdır. Iki sabit disk varsa, CD-ROM sürücüsü E: drive (E: sürücüsü) adlandırılacaq.

    “Computer” (Kомпьютер) pəncərəsi kompüterdə olan yaddaş qurğularını, kompüterin yazı tipləri və bağlı olan printerlər haqqında məlumatların saxlandığı qovluqları seçə bilər və idarəetmə panelini işlədərək WINDOWS-un xüsusiyyətlərini dəyişdirə bilər.



    Download 1,95 Mb.
    1   ...   37   38   39   40   41   42   43   44   ...   54




    Download 1,95 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    ???.com yazılışı adı 3 simvoldan ibarət olan “com”genişlənməli faylların hamısını əhatə edir. va???.txt

    Download 1,95 Mb.