• Diskin defraqmentləşməsi (Disk Defragmenter, Дефрагментация диска)
  • Verilənlərin arxivləşdirilməsi (Backup, Архивация данных)
  • Diskin yoxlanılması (Scandisk, Проверка диска)




    Download 1,95 Mb.
    bet49/54
    Sana04.12.2023
    Hajmi1,95 Mb.
    #110636
    TuriMühazirə
    1   ...   46   47   48   49   50   51   52   53   54
    Bog'liq
    Əməliyyat sistemləri muhazire konspekti (1)

    Diskin yoxlanılması (Scandisk, Проверка диска) – Bu proqram diskin fayl strukturunu yoxlayaraq, bu və ya digər səbəbdən baş verən pozuntuları aradan qaldırır. Bunun üçün proqramı yükləyib (My computer pəncərəsini açıb yoxlanılacaq diski seçib və üzərində sağ düyməni vurub açılan menyudan Scan... əmrini vermək lazımdır), açılmış pəncərədə yoxlanılacaq diskin adını seçib Start düyməsini sıxmaq lazımdır.
    Diskin defraqmentləşməsi (Disk Defragmenter, Дефрагментация диска) – Proqram diskinin müxtəlif klasterlərində ayrı-ayrı fraqmentlər şəklində yazılmış faylları tam şəklə gətirir. Bunun nəticəsində faylın diskdən oxunması sürətlənir. Proqram yükləndikdən sonra Defragment düyməsi sıxılır.
    Adətən faylları diskə yazdıqda kompüter fayl verilənlərini diskin sektorlarında qalan boş yerlərə hissələr-fraqmentlər şəklində yazmaqla disk həcminə qənaət edir. Lakin iri həcmli fayllarla işlədikdə bu cür fraqmentlərlə yazılış işin sürətini aşağı salır. Bunu aradan qaldırmaq məqsədilə disklərin defraqmentləşməsini aparmaq olar. Yəni fayllar bütöv şəkildə disk hissəsində yerləşdirilir. Bu halda diskin tutumundan optimal istifadə edilməsə də disklə işin sürəti artır. Əmrin yerinə yetirilməsi zamanı açılmış pəncərədə yerinə yetirilən proses (təhlil gedir, defraqmentləşmə gedir və s.) haqqında, prosesin nəticəsi haqqında məlumat verilir.
    Verilənlərin arxivləşdirilməsi (Backup, Архивация данных) – Kompüterdə olan verilənlərin təsadüfi itirilməsinin qarşısının alınması məqsədilə onların arxivləşdirilməsini təmin edir. Əmr verildikdən sonra yeni açılan pəncərədə iki imkan təklif edilir. Bunlardan birincisi verilənlərin arxivləşdirilməsini, ikincisi isə artıq mövcud olan arxidən verilənlərin çıxarılaraq lazımi yerə bərpasını təmin etmək imkanıdır. Lazımi imkan seçildikdən sonra hansı verilənlərin arxivləşdiriləcəyi müəyyənləşdirilir. Bu verilənlər My Documents (Мои документы) qovluğundakı fayllar və kompüterin sazlama parametrləri, kompüterdə olan və bütün istifadəçilərin verilənləri və sazlama parametrləri, kompüterdə olan bütün verilənlər, ya da istifadəçi istəyinə uyğun seçilmiş verilənlər ola bilər. Sonuncu variantda növbəti pəncərəyə kompüter qurğuları və həmin qurğulardakı fayllar və qovluqların siyahısı verilir. İstifadəçi tərəfindən lazım olanlar seçilir. Arxivləşdiriləcək obyektlər müəyyənləşdirildikdən sonra növbəti mərhələdə arxivin saxlanacağı qurğu və arxivə veriləcək ad daxil edilir. Avtomatik olaraq arxiv yaradılır. Sonuncu pəncərədə proses haqqında məlumat verilir. Daha geniş hesabat almaq üçün sonuncu pəncərədəki Report(Отчет) əmrindən istifadə etmək olar. Əgər arxivləşdirilmiş verilənləri bərpa etmək lazım gələrsə prosesi analoji ardıcıllıqla, lakin ilkin pəncərədəki ikinci imkanı seçməklə həyata keçirmək lazımdır.

    Download 1,95 Mb.
    1   ...   46   47   48   49   50   51   52   53   54




    Download 1,95 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Diskin yoxlanılması (Scandisk, Проверка диска)

    Download 1,95 Mb.