|
1. Mühazirə Əməliyyat sistemi anlayışı
|
bet | 48/54 | Sana | 04.12.2023 | Hajmi | 1,95 Mb. | | #110636 | Turi | Mühazirə |
Bog'liq Əməliyyat sistemləri muhazire konspekti (1)Snipping Tool (Ножницы/Hissə aləti) ekranın və ya onun hər hansı bir hissəsinin şəklini çəkərək yaddaşda qrafiki fayl kimi saxlayır.
Remote Desktop Connection (Подключение к удаленному рабочему столу /Uzaq iş masası bağlantısı) proqramı əməliyyat sisteminin uzaqdan kompüterə qoşulmaqla iş masasını məsafədən idarə olunmasını təmin edir. Belə ki, istifadəçi internet şəbəkəsindən istifadə etməklə öz evindəki kompüterinə istənilən başqa yerdən, istənilən vaxt qoşulmaqla həmişə istifadə etdiyi iş masasında işləyə bilər .
Sound Recorder (Звукозапись/Səs yazan) proqramı Windows 7 əməliyyat sistemində səsi mikrofondan yazaraq səs faylı kimi kompüterdə saxlamağa imkan verir.
Connect to a Projector (Подключить к проектору/Proyektora bağlan) və Connect to a Network Projector (Подключение к сетевому проектору/Şəbəkə proyektoruna bağlan) proqramı ilə kompüterə qoşulmuş proyektorun bağlantı formatları tənzimlənir. Connect to a Network Projector (Подключение к сетевому проектору/Şəbəkə proyektoruna bağlan) proqramı kompüterin şəbəkəyə qoşulmuş proyektorla bağlantısını təmin edir.
Windows Explorer (Проводник/ Window Bələdçi) - Fayl meneceridir. Faylları idarə etməyə imkan verir. Qovluğa daxil olduqda açılan pəncərə Windows Explorer pəncərəsidir.
System Tools (Служебные/Sistem alətləri)- Character Map, Disk CleanUP, Disk Defragmenter, Task Scheulder, System Restore proqramlarının icrası.
Tablet PC: Mausun hərəkəti ilə müxtəlif yazıların yazılması.
WINDOWS-un xidməti proqramları
Kompüterin yaddaş daşıyıcılarına və sisteminə xidmət üçün vasilələr Start (Пуск/Başlat ) - All Proqrams (Все программы/Bütün Proqramlar ) - Accesories (Стандартные/Aksessuarlar) - System Tools (Служебные/Sistem alətləri) menyusunda toplanmışdır.
Kompüter qurğularının və əməliyyat sisteminin optimal iş rejimini təmin etmək üçün aşağıdakı xidməti proqramlardan istifadə olunur:
|
| |